Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə71/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   67   68   69   70   71   72   73   74   ...   99

 
 
274
Koroğlu dedi yağın Qırat xəstələnif, keçər gedər. Onda gəl 
güləşək. Kim yıxsa at onundu. 
– Baş üstə. 
Üzü  mübarək  atınnan  endi.  Koroğlu  gözünnən  baxanda 
dedi: 
– Ya Rəbbi, bu mələkdimi, yoxsa insandı? Bu nədi? Beləjə 
şəkildimi?  
Mat  qalıf.  Anardan  bəri  gəlif  bunnar  güştü  tutmax  istiyən 
vaxtı Koroğlunun bir qaydasıydı, əlini biləyinə çəkərdi, “ya Əli, 
sənnən  mədəd”  deyərdi.  “Ya  Əli,  sənnən  mədəd”  deyən  vaxtı 
qavağındakı qımışdı, Koroğluya baxdı. Koroğlunun belinin qur-
şağından götürüb elə qolağazdadı ki,  Koroğlu  bir  əlli  metr bur-
dan aralıya düşdü. Koroğlu işi başa düşdü ki, ha, Niyar xanımın 
qarğışı burda gəlif çatıf. Sürünə-sürünə, dodağı partdamış halda 
əlini  döşünə  qoyuf  “Allahuməsəlli  əla  seyyidinə  Muhəmmədin 
və  ali  seyyidinə  Muhəmməd”  –  deyif  buna  yaxınlaşan  vaxtı 
həmən şəxs də salavat çöyürdü. Özü də gözdəri yaşardı. Dedi: 
– Koroğlu, iyiddiyi sana mən vermişdim, mən də almıram. 
Get bir az farağat dolan. Ancax yaxşı iş görüfsən. İki cavanı bir-
birinə qovuşdurufsan. 
Əlində  qamçısını  oynada-oynada  bir  göz  qırpımda  yox 
oldu. Koroğlu mat-məəttəl qalıf, dizdəri titriyir. Bu atdı gözdən 
yox  olan  kimi  Qırat  kişniyif  özünü  düzəltdi.  Ancax  Koroğlu 
yerinnən  qalxa  bilmer.  Qırat  gəlif  Koroğlunun  yanına  çatdı. 
Birtəhər  aşırma  atın  belinə  mindi.  Niyar  xanım  Qıratın  tappıl-
tısını  bilerdi. Niyar xanım eşiyə çıxanda gördü ki, ayə,  yanında 
dəlilər  yox,  Eyvaz  yox,  Pərzad  xanım  yox,  ancax  Koroğlu  atın 
belində aşırma gəler. 
– Ya Allah, ya Allah, bu nə olan işdi, bu nə oyundu?! 
Koroğluyu belə görüf özünü yetirdi, dizdərinə döyə-döyə: 
– Ayə, bu nədi, bu nə işdi?! 
Koroğlu  gəlif  qapıya  çatan  vaxtı  dəlilər  tökülüf  atın  belin-
nən Koroğluyu endirdilər. Otrutdular Koroğluyu mizin üstə. 


 
 
275
– Ağa Koroğlu, bu nədi? 
Əmbə Niyar xanım görək burda nə deyir, biz diyək, siz şad 
olun,  həməşə  yaxşı  gününüz  olsun.  Niyar  xanım  nə  isteer 
Koroğludan? “Şirvan dubeyti”ynən görək nə dedi. 
Niyə məlul-müşkülsən, 
Hanı Eyvaz, xan Koroğlu? 
Göz yaşım ümmana döndü, 
Bağrım oldu qan, Koroğlu. 
Koroğlu  gözünün  qulağınnan  baxıf  gördü  kü,  Niyar  xanım 
gözünnən  bahar  buludu  kimi  axıder.  Əlinin  birini  qaldırıf  yağı 
qoruğuna doğru göstərdi ki,  bu  yannan gələjəhlər. Ancax Niyar 
xanım ah-vayda, ahu-zardadı. Götürüf birin də görək nə deer: 
İrəngin dönüf löyünnən, 
Sinəm dağlıdı düyünnən. 
Qurvan kəsellər qoyunnan, 
Sana qurvan mən, Koroğlu. 
Koroğlu başını yırğaladı, dedi: 
– Ay Niyar, sən  mana niyə qurvan olasan?! Nooluf  Allaha 


 
 
276
gəlmer. Gözü elə Ağ qayıya doğru boylaner, üzünə salavat gəti-
rer.  Niyar  xanım  mat  qalıf,  bu  nə  işdi?  Tez-tez  üzünə  salavat 
gətirer,  Peyğəmbərin  adını  çəker,  Həzrət  Əlinin  adını  çəker. 
Allah-taalaya  şükür-sənalar  oxuyur  ki,  ya  Rəbbim,  sənin  varrı-
ğına şükür, mən nə yaxşı salamat qutardım. 
Tamam  xalx  mat  qalıf,  məəttəl  qalıf.  Onatan  Eyvaz  özünü 
yetirdi. Qadınnar töküldülər, Pərzad xanımı atdan endirdilər. Ağ-
caquzu mat-məəttəl qalıf ki, mənim ujbatımnan Koroğlu gör nələr 
çəker.  Əmbə  Pərzad  xanımnan  özünü  gizdiyer  ki,  Pərzad  xanım 
onu görməsin. Eyvaz yetirif Koroğlunun qarşısında durdu: 
– Baba, sana nooluf? Sana kim neylədi? 
Gözünü aana-baana gəzdirəndə şərab tuluxlarına baxan vaxtı 
Eyvaz yüyürdü bunun birini sürüdü gətdi. Tuluğu Koroğluya doğ-
ru uzadanda Koroğlu dodağını söykədi tuluğa. Bir xeyli əmənnən 
sonra özünə gəlif bir dərinnən nəfəs aldı, əyax üstə qalxdı. 
– Baba, sənə nooluf, səni kim bu hala salıf? 
– Ayə, aşıx Cünun, burya bir saz gəti. 
Sazı verdilər Koroğluya. 
Aldı görək Koroğlu “Köhnə qaraçı”qaydasınnan nə deyir? 
Niyar xanım, bir ərəbə duş oldum, 
Ağlımı başımnan aldı da getdi. 
Qurumuş dilimnən hədyan söylədim, 
Məni Ağ qayıya çaldı da getdi. 
Eyvaz bir dərin nalə çəkdi: 
– Ayə, zalım oğlu, sən nə danışersan? Səni kim Ağ qayıya 
çala  bilər?  7777  dəliyi  bu  saat  onun  başına  yığajam.  Görüm  o 
kimdi? Hansı səmitdədi? 
– Ay oğul, qulaq as. 
– Ağa Koroğlu, nə dedin, nə? 
– Ay oğul, sən yeddi min dəli deyirsən, heç yüz min dəlinin 
də ona çatmaz gücü.  
Yüz min dəlinin də yetişməz gücü, 
Məğrubdan Məşruqa o vermir bacı. 


 
 
277
Mardan qamçısı var, zəhərdən acı, 
Oynatdı əlində, güldü də getdi. 
– Nə yaxşı ki, bircə yol kürəyimə vurmadı, Allahıma şükür 
eleyirəm. 
–  A  kişi,  o  kimdi,  nədi?  De  görün  nə  danışersan?  Sənnən 
üstün bu dünyada adam varmı? 
– Ay bala, qulaq as. 
Koroğlu  özünü  düzəldif  dəlilərə  baxdı,  Ağcaquzuya  baxdı, 
Pərzad xanıma baxdı. Eyvaz tirim-tirim titreyir: 
– Baba, bu saat dünyöyü dağıdajam. 
– Yox, oğul. 
Koroğlum der budu sözümün sağı, 
Hökmündədi onun Kövsər bulağı. 
Adı Həzrət Əli, dinimizin dayağı, 
Düldülünə süvar oldu da getdi. 
Bəli,  mənim  əzizdərim,  söz  cəvabı  tamama  yetişdi,  Ağca-
quzu yaxınlaşdı: 
– Ağa Koroğlu, adını eşitmişdim, hər yerdən soruşmuşdum 
sənin  kim  olduğunu.  Hərdənbir  Röyşən  adında  bir  şəxsi  nənəm 
Əsmər  qarı  mana  xatırladırdı.  Mən  nəynən  sənin  bu  xeyrini, 
sənin çəkdiyin əziyyəti, bu gördüyün işin əvəzini verə billəm? O 
yeddi dəvə, səkkiz dəvə yox, başımı da versəm qutara bilmerəm. 
Sənin qavağında günahkaram.  
Koroğlu dedi: 
–  Oğul,  sən  buruya  nə  fikirnən  gəlifsən?  Mənim  üçün 
tələmi qurmağa gəlifsənmi bu qızdan ötrü? Düzünü de. 
Ağcaquzu bir hündür daşın üstünə çıxıf dedi: 
–  Dinliyin  məni,  ey  camahat.  Başıma  gələni  mən  sizə 
söylüjəm.  Əsmər  nənəm  məni  filan  mağaradan  tapıf  gətirif. 
Gətirif  məni  böyüdüf,  Hasan  paşanın  himayəsinə  verif.  Hasan 
paşa məni hər nə cür varsa öyrədif. Hər bir pəhlivannığı, cadulu-
ğu, hər bir şeyi. Nə sirri var pəhlivannığın, hamısını mana öyrə-
dif.  Mən  hərdən  nənəmin  yanına  gəlerdim,  Əsmər  anam  mana 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə