Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə79/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   75   76   77   78   79   80   81   82   ...   99

 
 
305
Hacı  Vəli,  Tülü  Musa,  Lətif  bəy  kimi  müsəlmanları  tutub 
Muxtar Paşaya təslim etdi. Satqınlıq edib uruslar tərəfdə vuruşan 
Dələverli Mansura da divan tutdu. Urusların komandanı erməni 
əsilli  generallar  Loris-Melkon  və  Kişmişov  Mehralının  əlindən 
zara gəlmişdilər, onun qorxusundan gecə-gündüz yatammırdılar. 
Elə bilirdilər ki, bu dəqiqə yanlarından çıxacaq.  
Yerli  camaat  Mehralının  xətrini  çox  istəyirdi.  Ustad  deyir 
ki, əli saz, dili söz tutan aşıqlar elə bil bir-biri ilə Mehralını tərif 
etmək  üçün  bəhsə  girmişdilər.  Qarslı  Aşıq  Sadıq  da  Qars 
qovğasından  vəcdə  gələrək  sazını  bəm-zil  etdi,  götürdü  görək 
Mehralını necə öydü, tərəfindən biz deyək, siz şad olun: 
Ey ağalar, bəylər, bizim ellərdə, 
Qoçaqlıqdan yana birdi, Mehralı.  
Cahallıq eyləyib dağlarda gəzdi 
Epey zaman qaçaq durdu Mehralı. 
 
İbtida gözündən düşdü dövlətin, 
Sonu gözə girib buldu rəğbətin, 
Cahana tanıtdı şanın, şövkətin, 
Bir eşsiz namıdar, ərdi Mehralı. 
 
Qan-qovğa qopanda Qarsın başına, 
Doxsanüçdə baxdı yurdun işinə, 
Dörd-beş yüz atlıyı aldı peşinə, 
Moskovun cənginə girdi Mehralı. 
 
Muxtar Paşa qıydı ona nişanı, 
Başladı tökməyə xain düşmanı, 
Şanı tutdu bütün Qafqazistanı, 
Qoçaqlardan düzdü ordu Mehralı. 
 
Orduyi-İslama rəhnümün oldu, 
Tanrı Arslanı şad, məmnun oldu, 


 
 
306
Düşmən güzərgahı həp pürhun oldu, 
Leşlərini yerə sərdi Mehralı. 
 
Komandir, qazağı həp bidar etdi, 
Rahat yatammadı, can-bezar etdi, 
Loris də əlindən əl-həzar etdi, 
Gecə qərargahlar yardı Mehralı. 
 
Moskov ordusuna çox dəhşət saldı, 
Hər hərəkətlərin kəşf edib bildi, 
Osmanlı əsgəri tədabir aldı, 
Düşmana tuzağı qurdu Mehralı. 
 
Adını dünyada rusun saldatı, 
Qoparırdı «Mamaa» deyin fəryadı, 
Moskova xof saldı mərdanə adı, 
Gözlərin qurdunu qırdı Mehralı. 
 
Rusu Şürəgəldə peşman eylədi, 
Yollarını kəsib hüspan eylədi, 
Taburların yerlə-yeksan eylədi, 
Ən dilavərlərin yordu Mehralı. 
 
Məlun Hacı Vəli gör nə iş tutdu, 
Beş qəpiyə dinin, namusun satdı, 
Qarsın təsliminə çox qayrət etdi, 
Onu, sağ, Paşaya verdi Mehralı. 
Mehralının davada göstərdiyi qəhrəmanlıqlar Sultan II Əb-
dülhəmidin  də  qulağına  çatdı.  O,  cəbhədə  ilk  dəfə  Mehralıya 
orden  verdi,  özünü  də  şəxsən  İstanbula  görüşə  çağırdı.  Mehralı 
iki  həftəliyinə  Qarsdan  İstanbula  Sultanın  görüşünə  yollandı. 
Sultan sarayı Dolmabaxçada Sultan II Əbdülhəmid Mehralı bəyi 
çox  hörmət-izzətlə  qarşıladı.  Basdı  onu  bağrına.  Mehralı  orta 
boylu adam idi. Odur ki, Sultan dedi: 


 
 
307
– Ey Mehralı! Ey Borçalı-qarapapax qartalı!  Mən elə bilir-
dim sənin boyun etdiyin qəhrəmanlıqlar qədər ucadır. Gözlərimə 
inanmıram, oğlum, nasıl oldu ki, bu boy-buxunla, bu qədər şan-
şərəfi Alosmanda qazandın? 
Mehralı arif adam idi. Söz altında qalan deyildi. O idi ki, dedi: 
– Sultanım! Sinəmə bir neçə xanə söz gəldi,  icazə versəniz 
deyərdim. 
Sultan II Əbdülhamid dedi: 
– İzndəsən. 
Aldı  görək  Mehralı  halına  binəm  nə  dedi,  tərəfindən  biz 
deyək, sizə könül xoşluğu: 
Boyum qısadırsa, qolum uzundur, 
Qılıncım hər zaman kəsir, əfəndim! 
Düşmənin üstünə yeriyən zaman, 
İnan, yarpaq kimi əsir, əfəndim! 
 
Hayana üz tutdum, açıldı yolum, 
Ərənlər piridir qanadım-qolum, 
Qadir mövlam qoymadı ki, mən ölüm, 
O, eyləyib məni cəsur, əfəndim! 
 
Mehralıyam, haqq yoluna qalandım, 
Türk oğluyam, türk adına dolandım, 
Hər zaman düşməni biganə sandım, 
Çoxlarını etdim yesir, əfəndim! 
Bəli,  Sultan  II  Əbdülhamid  Mehralının  sözlərindən  məm-
nun  qaldı.  Onu  yenidən  basdı  bağrına.  Bəyin  şərəfinə  Dolma-
baxça  sarayında  elə  bir  ziyafət  verdi  ki,  rüzgarın  gözü  hələ 
Alosmanda belə şadyanlıq görməmişdi. 
Bu görüşdən sonra Mehralı daha da ruhlanıb cəbhəyə qayıt-
dı,  yenidən  başladı  qırıb  tökməyə  türkün  düşmənini.  Tezliklə 
rütbəsi yüksəlib miralay, general oldu.  Ancaq ruslar öz əsgərlə-
rinin  və  toplarının  sayını  birə  beş  artırdılar.  Sonra  Qarsa  dörd 


 
 
308
tərəfdən hücum etdilər. Əhməd Muxtar Paşa çox itgi verməmək 
üçün  Ərzuruma  doğru  geri  çəkildi.  Uruslara  bir  ucdan  kömək 
gəlməkdə  davam  eyləyirdi.  Ona  görə  də  onlar  əl  çəkməyib 
Ərzurumu  da  işğal  etdilər.  Ərzurum  döyüşlərində  Mehralı  çox 
igidliklər  göstərsə  də  ayağından  yaralandı.  Ondan  sonra  o 
axsadı.  Mehralı  yaralananda  uruslar  elə  bildilər  ki,  o  ölüb,  ona 
görə də sevinclərinin həddi-hüdudu yox idi.  
Ustad  deyir  ki,  müharibə  sona  çatanda  Sultan  Mehralıya 
ismarladı ki, öz qarapapaqlarınla kefin Alosmanın harasında istə-
sə,  orada  binələnə  bilərsən.  Mehralı  yurd  salmaq  üçün  aşıqlar 
məskəni Sivas vilayətini seçdi. Çünki bura havasına, suyuna görə 
öz doğulduğu, boya-başa çatdığı yerin havasına-suyuna oxşar idi. 
Həm də müharibə dostu general Musa Paşa Qunduxov da burada 
yaşayırdı. Fikirləşdi ki, dar gündə bir-birimizə həyan olarıq. Sivas 
vilayətinin  Qanqal  qəzasında  Mehralıya  ucsuz-bucaqsız  torpaq 
sahələri  verildi.  O  burada  altmış  kəndə  ağalıq  etməyə  başladı. 
Mehralı  bəy  burada  özündən  və  özü  ilə  gəlmiş  ən  yaxın  adam-
larından ötəri bir kənd saldı və adını da qoydu Acıyurd. Ona görə 
ki,  əvvəlcə Borçalıdan,  sonra da Qarsdan ağrılı-acılı gəlmişdilər. 
Mehralı  Anadolunun ən  hörmətli,  şöhrətli,  nüfuzlu adamlarından 
biri  hesab  olunurdu.  Hamı  ona  Mehralı  Paşa  deyirdi.  Sivas  əhli 
Mehralı  bəy  kimi  adı  dillərdə  dastan  olan  qoçaq  bir  adamın  on-
ların  obasında  yaşamasına  çox  sevindi.  Aşıq  Püryanı  Mehralı 
bəyin gəlişi münasibəti ilə aldı görək nə dedi: 
Nasıl mədh etməyim Mehralı bəyi, 
Sivas ölkəsinin bəyi gəlibdir. 
O zalım düşmənin əlində qalmaz, 
Sivas ölkəsinin bəyi gəlibdir. 
 
 
Hər kəs qədərinə boynunu əyə, 
Səsi yayılmışdı şəhərə, köyə, 
Zərər-ziyan gəlməz Mehralı bəyə, 
Sivas ölkəsinin bəyi gəlibdir. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə