Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə76/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   72   73   74   75   76   77   78   79   ...   99

 
 
294
eşidən  düşmənlər  sevindi  ki,  indi  Mehralını  tutmaq  asan  olacaq. 
Başladılar axtarışa. Bir gün elə oldu ki, Dovşanqulu oğlu Hüseyn 
bildi  ki,  Mehralı  Qaraxaç  yaylağındadı.  Yoldaşları  ilə  gəlib  yol 
qırağında  iri  daşların  arxasında  gizləndi.  Bir  də  gördü  ki,  budu, 
Mehralıyla  Bahar  gəlirlər.  Xəlvətcə  çıxıb  qılıncını  Mehralıya 
endirdi.  Bunu  görən  Bahar  əlini  qılıncın  qabağına  tutdu.  Qılınc 
Baharın üç barmağını üzdü. Mehralı tez geri dönüb Hüseyni vur-
maq istədi. Ancaq at yan qaçdı. Qılınc Hüseynin atının quyruğunu 
dibindən  üzdü.  Mehralı  Dovşanqulu  oğlunun  yoldaşlarının  bir 
neçəsini öldürdü.  Özünün  isə arxasınca düşsə də öldürə bilmədi. 
Bahar maneçilik etdi. Mehralının əl-ayağına dolaşdı. 
 Bu  döyüşdə  Mehralı  yaralanmışdı.  Buna  görə  də  Baharı 
aparıb  Çıldırdakı  bir  dostunun  evinə  qoydu  və  yarasını  sarıyıb 
saxladı. Özü də ağır yaralı olduğundan bir yana tərpənə bilmədi. 
Atalar  deyib:  “Çuyğul  nə  ölüb,  nə  də  öləcək”.  Gedib  xəbər 
verdilər hökumətə.  Mehralını  yaralı olub əl-ayağını tərpədə bil-
mədiyi  üçün  aparıb  saldılar  Qars  türməsinə.  Mehralı  o  yerdə 
özünə  gəldi  ki,  əl-qolu  bağlı  zindandadı.  Burada  istədilər  ki, 
onun  yarasını  sağaldalar.  Ancaq  Mehralı  qoymadı.  Qorxdu  ki, 
daha da zəhərli dərman qoyarlar, öldürərlər. Ona görə də özü ara 
parpısı eyləyib sarıdı.  
Qalada  məhbusların  içində  Əhməd  adında  bir  aşıq  var  idi. 
Onun arvadı tez-tez onlara əppək gətirirdi. Mehralı bu qadından 
xahiş etdi ki, ona bir yeyə gətirsin. Qadın yeyəni çörəyin içində 
keçirdi.  Mehralı  başladı  yeyə  ilə qapını  bir tərəfindən kəsməyə. 
Başqa bir yerdən də yeri eşib özünə pünhanı bir deşik açdı. Qa-
pını kəsəndən sonra məhbusları öyrətdi ki, keşikçiyə hücum edib 
qaçsınlar. Məhbuslar Mehralının dediyi kimi edəndə, Mehralı da 
eşdiyi deşikdən qaçıb qaladan beş-on addımlıqda olan ot tayala-
rında  gizləndi.  Bildilər  ki,  Mehralı  qaçıb,  başladılar  uzaqlarda 
onu  gəzməyə.  Ta  nə  biləydilər  ki,  dörd  bir  yanda  arayıb-axtar-
dıqları  qalanın  böyründəki  ot  tayasındadı.  Sizə  xəbəri  verim 
Mehralıdan.  Mehralı  üç  gün  iki  gecə  həmin  ot  tayasında  qaldı. 


 
 
295
Sonra da fikirləşdi ki, artıq yat-küt olar. Gizləndiyi yerdən çıxdı. 
Ot  tayasının  yanında  ən  yaxşı  cins  atların  saxlandığı  tövlə  var 
idi. Oradan özünə yaxşı bir at seçib minib tərpəndi. Ancaq gecə 
olduğu üçün heç özü də bilmirdi haraya gedir. Yarası tam sağal-
mamışdı.  Üstündə  yarağı-yasağı  da  yox  idi.  Hər  an  tuta  bilər-
dilər.  Özü  də  bilirdi  ki,  bu  dəfə  ələ  keçsə,  qalada  üsyan  təşkil 
edib qaçdığı üçün edam edəcəklər. Bir bulağın yanında atı saxla-
yıb aşağı endi. Əl-üzünü yudu. Sonra ötən günləri, bütün başına 
gəlmiş  hadisələr  gözünün  qabağından  keçdi.  Bahar,  ailəsi,  qo-
hum-əqrəbası,  yurdu Borçalı, kəndi Darvaz yadına düşdü.  Köv-
rəldi,  ürəyi  qübarlandı.  Öz-özünə  dedi,  deyirlər  insan  dara  dü-
şəndə  ərənlər  pirini  çağırır,  o  da  dada  yetir,  gəl  sən  də  çağır, 
bəlkə sənə də bir yol açıla. Üzünü göyə, Allaha tutub alır görək 
nə deyir:  
Çağırdım adını, ya Şahi-Mərdan, 
Dar günü dadıma yetiş sən mənim. 
Sənsən, xəlq eyliyən aləm-cahanı, 
Bu darda dadıma yetiş sən mənim. 
 
Hayana gedirəm, əl çəkmir qada, 
Cavankən ömrümü vermişəm bada. 
Yetiş imdadıma, ya Şiri-Xuda, 
Bu darda dadıma yetiş sən mənim. 
 
Çağırram dadıma qadir-sübhanı, 
O Xıdır Əlləzi Sahib-Zamanı, 
Dağıldı atamın ol xanimanı, 
Bu darda dadıma yetiş sən mənim. 
 
Mehralının bəxti niyə yatıbdı, 
Mən görürəm tale məni atıbdı, 
Yoxsa cavan ömrüm başa çatıbdı, 
Bu darda dadıma yetiş sən mənim. 


 
 
296
Mehralı sözünü qurtarıb yoluna davam etdi. Dar cığırla bir 
az  getmişdi  ki,  qarşısına  geniş  bir  yol  çıxdı.  Bu  yolu  əlinə  alıb 
bir az getmişdi ki, gəlib bir kəndə çıxdı. Həmin kənddə ilk qar-
şısına  çıxan  bir  qapını  döydü.  Fələyin  işinə  bax  ki,  Mehralının 
gəlib  çıxdığı  bu  kənd  Maraslı  kəndi,  qapısını  döydüyü  ev  də 
yaralayıb öldürdüyü Musa Çavuşun atasının evi idi. Baxdı ki, bir 
qoca nurani kişi  çıxdı qapını  açmağa.  Mehralı  bu kişidən  xahiş 
elədi ki, onu Allahın qonağı eyləsin bir günlüyünə. Kişi də bunu 
çox mehriban qəbul eylədi, dəvət etdi evinə, tez buna süfrə açdı. 
Mehralı  üç  gün  idi  heç  nə  yeməmişdi.  Doyunca  yeyib  aclığını 
öldürdü.  Sonra  adı  Mustafa  olan  bu  kişi  Mehralını  sorğu-suala 
tutdu. Gördü ki, bu oğlu Musanı öldürən Qaçaq Mehralıdır. Am-
ma  hələ  ki,  heç  nə  bildirmədi.  Gətirib  su  qızdırdı,  Mehralını 
yaxalayıb  yaralarına  məlhəm  sarıdı.  Sonra  da  yatağını  salıb 
qonağını  rahatladı.  Mustafa  kişinin  Musa  Çavuşdan  başqa  altı 
oğlu  var  idi.  Mehralı  yatandan  sonra  o,  oğullarının  hamısını 
başına yığıb qonağının kim olduğunu söylədi və tapşırdı ki, ona 
xəyanət  etməsinlər.  Çünki  Musa  Çavuşu  yaralı  halda  evlərinə 
gətirənlər  günahın  Mehralıda  yox,  onun  özündə  olduğunu 
atasına və qardaşlarına söyləmişdilər.  
Sübh açıldı, üstünüzə xeyirli sabahlar açılsın, Mehralı oyan-
dı  ki,  yarası  dincəlib.  Çox  keçmədən  Mustafa  kişi  altı  oğluyla 
birlikdə Mehralının yanına gəldi və özünü tanıtdı. Mehralı karıx-
dı, pərişan oldu. İşi belə görən Mustafa kişi aldı əvəzində görək 
ona nə dedi:  
Tanrı saxlayana xətər toxunmaz, 
Yaşayar hər zaman ölməz, ay oğlum! 
Haqqın qəhərindən yayınmaq olmaz, 
Bunları hər nadan bilməz, ay oğlum! 
 
İnam bağla ərənlərin pirinə, 
Qorxu gəlməz mərd igidin sərinə, 
Səni qoyduq Musa Çavuş yerinə, 
Bizdən sənə xəta gəlməz, ay oğlum! 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə