Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə78/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   74   75   76   77   78   79   80   81   ...   99

 
 
301
Əhli-islam olan eşitsin, bilsin, 
Can sağ ikən yurd vermənih düşmana.  
İstər ki, Uruset nə var ki, gəlsin, 
Can sağ ikən yurd vermənih düşmana. 
 
Qurşanın qılıncı, geyinin donu, 
Qovğa buludları sardı hər yanı. 
Doğdu qoç iyidin şan almaq günü, 
Can sağ ikən yurd vermənih düşmana. 
 
Əsgər olan bölük-bölük bölünər, 
Qars qalası sandınızmı alınar? 
Boz atlar üstündə qılınc çalınar, 
Can sağ ikən yurd vermənih düşmana. 
 
Qovğa günü namərd sapa yer arar, 
Ər olan köhsünü düşmana gərər. 
Cəmi ərvah biznən meydana girər, 
Can sağ ikən yurd vermənih düşmana. 
 
Hələ Alosmanın görmüyüf zorun,  
Din qeyrəti olan tədarük görün, 
At təpin, baş kəsin, qazağı qırın, 
Can sağ ikən yurd vermənih düşmana.   
 
Men-Əsfərdi bilin urusun əsli, 
Orman yabanısı, balıxçı nəsli, 
Xınzır sürüsünə dalıf qurd misli 
Can sağ ikən yurd vermənih düşmana. 
 
Şennih, nə durursan, atları minin, 
Sıyra qılınc düşman üstünə dönün, 
Artajaxdı şanı bu Alosmanın, 
Can sağ ikən yurd vermənih düşmana. 


 
 
302
Şenlik  bundan sonra zilə  çəkib  belə  bir  sicilləmə-bayatı da 
dedi: 
Aşıq der, amanım var, 
Canım var, imanım var. 
Əhdim var, peymanım var, 
Nəzrim var, qurvanım var, 
Bu ah urusa qalmaz, 
Qurtulmax gümanım var, 
Şannı Alosmanım var! 
Ustad  deyir  ki,  söz  tamam  olar-olmaz,  Mehralı  həmin  şeri 
yazıb  götürdü  ki,  əsgərlərimə  marş  kimi  əzbərlədib  oxudacam, 
qoy  ruh  gətirsin.  Elə  də  elədi.  Mehralı  Ağbaba,  Çıldır,  Şörəyel 
mahallarından öz ətrafına üç yüz qarapapaq igidi topladı. Onlara 
Borçalıdan da bir o qədər atlı gəlib qoşuldu. Sonra da əli qılınc, 
silah  tutan  Suxarada  yatdılar  səmənd  atlarının  yalmanına,  günə 
bir  mənzil-teyimənzil  qırdılar  yolun  damarını.  Dərələrdən  sel 
kimi, təpələrdən yel kimi qaş qaralanda çatdılar Muxtar Paşanın 
barigahında çəkdilər səmənd atlarının başını. 
Mehralının  altı  yüz  atlıyla  gəlişini  Muxtar  Paşaya  xəbər 
verdilər.  Ustad  deyir  ki,  Muxtar  Paşa  çox  hörmət-izzətlə  qarşı-
ladı Mehralı bəyi. Soruşdu: 
–  Əfəndim!  Nasıl  oldu  ki,  Qafqaz  kimi  cənnət  məkan  bir 
gülüstanı  qoyub  da  Alosmana  gəldin?  Mehralı  arif  adam  idi, 
oxudu Paşanın ürəyini. 
– Paşam! Rüxsət versən sinəmə bir neçə xanə söz gəlib, ərz 
eyləyərdim mübarək qulluğunuza. 
Muxtar Paşa dedi: 
– İzindəsiniz, Əfəndim! 
Götürdü  görək  Mehralı  halına  münasib  Muxtar  Paşaya  nə 
dedi, ərz eyləyək qulluğunuza: 
Canımız bir, qanımız bir bilib mən, 
Ol səbəbdən sizə gəldim, əfəndim! 
 


 
 
303
Rusu, ermənini qəbul qılmadım, 
Sizi bizə arxa bildim, əfəndim. 
 
Gavurlar çox susadılar qanıma, 
İnan, qan qusdurdum mən düşmanıma, 
Türkə güllə atmağı vicdanıma, 
Namus-qeyrətə ar bildim, əfəndim! 
 
Din yolunda əsirgəməm canımı, 
Töksə də, qoy türklər töksün qanımı. 
Qan qardaşım oxusun quranımı, 
Qoy desinlər şəhid oldum, əfəndim! 
 
Çox şükür, xudanın haqqı-sayına, 
Ol kərəmin qismətinə, payına, 
Aşıq Şenlik qonaq etdi öyünə, 
Lütf eyləyib, ülfət qıldı, əfəndim! 
 
Haqqın dərgahına şükür etmişəm, 
Allahımın ətəyindən tutmuşam. 
Mehralıyam, öz arzuma çatmışam, 
Qismətimə qane oldum, əfəndim! 
Söz tamama yetdi. Muxtar Paşa dedi: 
– Əfəndim,  belə cəsarətlə danışırsan,  bu saat Qars  mühasi-
rədədi.  Anadolu qarapapaqlarının səcdəgahı Qarsı erməni gene-
ral Loris-Melkon gecə-gündüz qorxu altında saxlayır. Əhli-şəhər 
təşviş  içindədir.  Gavurları  çaş-baş  salmaq  üçün  ora  qəflətən 
arxadan hücum etmək lazımdır. Gedə bilərsənmi? 
Mehralı dedi: “Canla-başla hazıram, əfəndim”. Muxtar Paşa 
dedi:  “Haydı,  onda  sənin  igidliyini  görək.  Səni  Qarsa  milis 
başkomandanı qoydum. Qarsı  mühasirədən qurtarmağı sənə hə-
valə edirəm”. Mehralı Muxtar Paşanın belə bir dar gündə Qarsın 
taleyini  ona  həvalə  etməsindən  vəcdə  gəldi.  Qeyrəti  coşa  gəlib 
üzünü tutdu silah yoldaşlarına: 


 
 
304
Hay vurun hər yandan qoç igidlərim, 
Dağıdın düşməni, diri qalmasın. 
Qırın gavurları, aman verməyin, 
Viran olsun, eli-yurdu qalmasın. 
 
Meydana girəndə şir-aslan olun, 
Düşmənin üstünü qurd kimi alın, 
Ələ keçənləri atından salın, 
Qoymayın, yüzündən dördü qalmasın. 
 
Görməyiblər Mehralının dadını, 
Çəkdirəcəm cəhənnəmin odunu, 
Gavurlar duysunlar türkün adını, 
Şad olsun Osmanlı, dərdi qalmasın. 
Söz  sona  yetdi.  Sonra  Mehralı  bir  nərə  çəkib  yoldaşlarına 
hücum  əmri  verdi.  Urusları  eylədilər  darmadağın,  pərənlərini 
pozub  qırdılar  çoxunu,  sağ  qalanlar  da  zorla  qurtardı  canını. 
Bundan  sonra  Muxtar  Paşanın  Mehralıya  inamı  birə  beş  artdı. 
Ona  minbaşı,  qardaşı  Alıya  da  yüzbaşı  rütbəsi  verdi.  Ən  çətin 
tapşırıqlara  onu  göndərdi.  Çünki  bilirdi  ki,  hər  bir  döyüşdən 
qələbəylə çıxacaq.  
 Ustad  deyir,  bir  tərəfdən  Mehralı  öz  dəstəsindəki  qarapa-
paqlar ilə, o biri tərəfdən general Musa Paşa Kunduxov və 50 il 
Dağıstanda-Çeçenistanda  uruslara  qan  uddurmuş  Şeyx  Şamilin 
oğlu  Qazı  Məhəmməd  öz  dəstələrindəki  dağlı  igidlərlə,  digər 
tərəfdən  də  Qurd  İsmayıl  Paşa  və  Muxtar  Paşa  nizamlı  qoşun-
larıyla Qars ətrafında özlərindən sayları və silahları qat-qat üstün 
olan  yağı  düşmənə  olmazın  divan  tutdular.  Mehralı  onların  bü-
tün  əməllərini  əvvəlcədən  öyrənib  bildi.  Davanın  ən  qızğın 
çağında Tiflisin həndəvərinə qədər gəlib urusları saldı vəlvələyə, 
teleqraflarını kəsdi, ən yaxşı cins döyüş atlarını keçirdi türk tərə-
fə,  nə  qədər  mühasirəyə  düşsə  də  düşməni  qırıb  sağ-salamat 
qayıtdı geri. Mehralı satqınlıq edib uruslara gizli yolları göstərən 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə