Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə81/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   77   78   79   80   81   82   83   84   ...   99

 
 
313
Nə enişin dibindəsən, 
Nə yoxuşun başındasan, 
Hələ on beş yaşındasan, 
Oyan, gözəl xanım, oyan. 
 
Donatdılar, bəzətdilər, 
Bir taxtaya uzatdılar, 
Axirətə gəlin etdilər, 
Oyan, gözəl xanım, oyan. 
 
Məzarına dikdilər daş, 
Götürdülər yavaş-yavaş, 
Rüşdü bəy başında göz yaş, 
Oyan, nazlı xanım, oyan. 
 
Ruhsət də bu dərdə şaşdı, 
Qəzəvət qazanı coşdu, 
Ellər gəldi halallaşdı 
Oyan, nazlı xanım, oyan. 
Mehralı bəy sarayında aşıqlarla yanaşı, pəhləvanlar da sax-
layırdı,  tez-tez  cıdır  yarışları,  güləş  yarışları  keçirirdi.  Onun 
sarayında  yaşayan  Sicimoğlu  adlı  pəhləvanın  kürəyini  heç  kəs 
yerə qoya bilmirdi. Sivasda böyük torpaqlar,  var-dövlət, şöhrət-
hörmət sahibi olmasına  baxmayaraq,  Mehralı  bəyin  vətəni Bor-
çalıdan, doğma kəndi Darvazdan ötrü burnunun ucu göynəyirdi. 
Amma  heç  cür  oraya  gedə  bilməzdi.  Çünki  ruslara  olmazın 
divan tutmuşdu. Ancaq hərdən bir Darvazdan Acıyurda gələnlər 
olurdu.  Mehralı  bəy  onları  böyük  hörmətlə  qarşılayırdı,  Borça-
lıda  nələr  baş  verdiyini  soruşurdu,  darvazlıların  hamısının  tək-
tək  kef-əhvalı  ilə  maraqlanırdı,  hələ  onlara  mümkün  qədər  pul 
köməkliyi də edirdi.  
Bəli, beləcə Mehralı bəyin gün-güzaranı Sivasda xoş keçir-
di.  Amma,  onun da şöhrətinə ağız  buranlar  vardı.  Bir gün qəza 
mərkəzində qonaqlıq idi.  Mehralı bəy də bu qonaqlıqda idi. Bir 


 
 
314
azdan Qanqal rəisi də gəldi.  Hamı  hörmət əlaməti olaraq ayağa 
qalxdı,  Mehralı  bəy  isə qalxmadı.  Rəis pərt oldu.  Başladı Meh-
ralı  bəyə  ağır-artıq  deməyə.  Mehralı  bəy  Qanqal  rəisinin  aşının 
suyunu verdi və dedi: 
– Mən, gavurlarla ölüm-dirim döyüşündə olanda sən qalay-
çı yanında şəyird idin.  
Bu cavabdan sonra rəis məclisdən başı alovlu üz qoyur vali 
Rəşid Paşanın yanına və deyir: 
– Mehralı bəy Sivasın valisi siz Rəşid Paşanı əhli-məclisdə 
qalayçı, məni də sizin şəyirdiniz adlandırdı. 
 O  idi  ki,  Rəşid  Paşa  əhvalatın  üstünə  artıq-əskik  qoyub 
çatdırdı Şövkətli Sultan Əbdülhamid Paşaya. Rəşid Paşanın hir-
sini-hikkəsini görən Əbdülhamid Paşa dedi: 
–  Paşa,  sən  bilirsən  ki,  Mehralı  bəy  Alosmanın  yenilməz, 
böyük qəhrəmanıdı. O Alosmanın ən hörmətli qarapapağıdır. Bi-
zim  məmləkətin  qarapapaqları,  Sivas  vilayətində,  Şərqi  Anado-
luda yaşayan müsəlmanlar onu çox istəyir. Elə mən də. Mehralı 
mənim  sərbəst,  azad  aslanımdır.  Bəyəm,  bir  igidi  mənə  çoxmu 
görürsən?! 
Bəli,  Sultan  Əbdülhamiddən  ağzı  yanan  Rəşid  Paşa  kor-
peşman  qayıdır  Sivasa.  Bu  əhvalatdan  sonra  Anadolu  ağzında 
Mehralı  bəyin  bir  sözü  iki  olmur.  Amma,  Rəşid  Paşa  da  kin-
küdurətini unutmur. 
Əhvalatı  eşidən  Aşıq  Püryanı  götürür  görək  Mehralı  bəyin 
şəninə nə deyir, əvəzindən biz deyək, sizə könül şadlığı: 
Nasıl mədh etməyim Mehralı bəyi, 
Hər yerdə şərəfi, ünü söylənir. 
Yapdığı igidlik ağlıma düşdü, 
Üzərindən keçən günü söylənir. 
 
Bəyin çoxdu anladarsaq davası, 
Titrətdi əlində qoca Sivası, 
 


 
 
315
Sürüyü saxladı Qanqal ağası, 
Hər yerdə şərəfi, şanı söylənir. 
 
Mehralı bəy ata minər, yürərdi, 
Düşmən görsə, qorxusundan ərərdi, 
Doxsan üçdə gələnləri qorardı, 
Əsaləti, cinsi, dini söylənir. 
 
Mehralı bəyimi bilənlər bilir, 
Güclü idi bir orduya baş gəlir, 
Ol hər yerdə qəhrəmanlıq söylənir, 
Böylə qəhrəmanın halı söylənir. 
 
Mehralı bəy səni nasıl duyuram, 
İgidlərdən səni seçəm, ayıram, 
Yaradandır səni böylə yaradan, 
Püryanı bu gün də bunu söyləyir. 
Sivasda  tez-tez  at  yarışları  keçirirdilər.  Bu  yarışlarda  hey 
Mehralı bəyin Qarakötüyü birinci yeri tuturdu. Amma bu atın da 
bir tərs xasiyyəti  varıymış,  güllə atmasan  yaxşı qaçmırmış.  Qa-
rakötüyün  bu  xasiyyətini  Rəşid  Paşa  öyrənir  və  bir  də  at  yarışı 
keçiriləndə  şərt  qoyur  ki,  güllə  atmaq  olmasın.  Hamı  razılaşır. 
Yarışda  Qarakötük  geridə  qalır.  Yarışa  baxan  Çopur  Əhməd 
adında  bir  qarapapaq  buna  dözə  bilmir.  Öz-özünə  fikirləşir  ki, 
ayə, bu nə təhər ola bilər, Mehralı bəyin atı olsun, özü də geridə 
qalsın  və  piştoyunu  çıxarıb  göyə  bir  güllə  buraxır.  Qarakötük 
güllə  səsini  eşidən  kimi  yel  təki  götürülür  və  birinci  yeri  tutur. 
Bu əhvalatdan sonra Mehralı bəynən Rəşid Paşanın arası lap pis 
olur. 
Ustad  belə  ərz  eyləyir  ki,  Mehralı  bəy  Alosmanda  onun 
şanına  mübarək  sözlərdən  vəcdə  gəlir.  Sivasda  Alosmana  layiq 
şanlı  süvari  ordusu  düzəldir.  Bu  orduya  Qarapapaq  Həmidiyyə 
Alayları deyirdilər. Hansısa bir vilayətdə dövlətə qarşı üsyan baş 


 
 
316
verəndə  o  saat  onu  yatırtmaq  üçün  Mehralı  bəyin  bu  alayını 
göndərirdilər. 
 Bir  dəfə  Bağdadda  ərəblər  Alosmana  qarşı  üsyan  eyləyir. 
Üsyanın  başında Cəfər adında amansız  bir eşkiya dururdu. Ona 
görə  də  marşal  Qurd  İsmayıl  Paşa  sultanın  tapşırığı  ilə  özünü 
yetirdi kömək istəmək üçün Acıyurda, Mehralı bəyin hüzuruna. 
Mehralı bəy Qurd İsmayıl Paşanı görüb çox sevindi. Ustad deyir 
ki,  Sivasın,  Qeysəriyyənin,  Ərzincanın,  Toqatın  ən  hörmətli 
paşalarını,  bəylərini,  ağalarını  yığıb  onun  şərəfinə  yeddi  gün, 
yeddi  gecə  qonaqlıq  verdi.  Sonra  bərabər  Bağdada  yollandılar. 
Bağdad valisi onları hörmət-izzətlə qarşıladı. Mehralı bəy eşkiya 
Cəfərə  təslim  olmaq  üçün  üç  gün  möhlət  verdi.  Cəfər  Mehralı 
bəyin  adını-sanını  çox  eşitmişdi.  Ona  görə  də  Mehralı  bəyə 
ismarladı ki,  əgər  məni cəzalandırmasan ömrümün axırına kimi 
sənin  sədaqətli  qulunam.  Mehralı  bəy  kişi  sözü  verdi  ki,  səni 
qurdalamayacam.  Ondan  sonra  eşkiya  Cəfər  Mehralının  yanına 
gəldi və ona ən yaxşı cins ərəb atları hədiyyə etdi.  
O  zamanlarda  bütün  Ərəbistan  Alosmanın  əlində  idi.  İngi-
lislər  türklərin  gücündən  qorxub  Yəməndə  aranı  qatdı.  Orada 
yaşayan ərəblər türklərə qarşı üsyan qaldırdılar. Çoxdandan qəl-
bində kin  bəsləyən Rəşid Paşa  Mehralı  bəydən qurtulmaq üçün 
sultana yazdı ki, bu üsyanı yatırsa, yalnız Mehralı bəy yatıracaq. 
Sultan  Rəşid  Paşanın  yazdığını  oxuyub  Mehralı  bəyi  görüşmək 
üçün ikinci dəfə İstanbula dəvət etdi. Yaşı altmışı ötmüş Mehralı 
bəy öz hərbi geyimini geyindi, qılıncını da bağlayaraq alayından 
üç-dörd nəfəri götürüb yollandı yeddi təpədə yerləşən İstanbula. 
Mehralı bəy Sultan sarayının mərmər pillələrini qalxanda, axsa-
dığı  üçün  onun  qılıncındakı  gümüş  ucluq  pillələrə  dəyib  səslə-
nirdi:  «tıq»,  «tıq»,  «tıq»,  «tıq»,...  Bu tıqqıltını  Sultan  Əbdülhə-
mid də eşitdi, gördü ki, gələn gözlədiyi Mehralı bəydir. Tez aya-
ğa  qalxıb  onu  qarşılamağa  hazırlaşdı.  Mehriban  görüşüb  xeyli 
səmimi söhbətləşəndən sonra Sultan dedi: 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə