Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə80/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   76   77   78   79   80   81   82   83   ...   99

 
 
309
Əcəm igididir, yaxşıdır, yaxşı, 
Göstərir kəndini kamalı, şəxsi, 
Əhbabı, yaranı gedərlər qarşı, 
Sivas ölkəsinin bəyi gəlibdir. 
 
Püryanı bu anda söylər, bitirər, 
Haqqın birliyinə şükür yetirər, 
Yurdun şərəfini bəylər artırar, 
Sivas ölkəsinin bəyi gəlibdir. 
Hə,  mənim əzizlərim! Ustad deyir ki,  Qarapapaqların şanlı 
oğlu Sivasda elə bir mülk inşa etdi ki, göz istəyirdi tamaşasına. 
Bu malikanənin inşasında əhli-Sivas cani-dildən qol çərmə-
mişdi. Bu inşada kasıb ustad Aşıq Ruhsəti də işləyirdi. Tanınmış 
aşıq  olan  Ruhsətinin  əsil  adı  Mustafa  idi.  Sivas  vilayətinin 
Acıyurdun  qonşuluğunda  yerləşən  Dəlikdaş  kəndindən  idi,  12 
yaşından yetim qalmışdı. O, sazı-sözü ilə inşaatçıların əl-ayağını 
güməşdirirdi.  O  idi  ki,  inşaatçılar  Mehralı  bəyə  şikayət  etdilər 
ki,  Aşıq  Ruhsəti  onların  başını  qatır,  ona  görə  də  iş  ləng  gedir. 
Söz-söhbəti eşidən Mehralı bəy Ruhsətini işdən azad edir. Bunu 
görən  Rühsəti  qəhərlənir.  Götürür  halına  binəm  Mehralı  bəyə 
belə bir dördlük söyləyir: 
Adanada duydum: sıtmasıyla dərdi var,  
Ağdağa getdim: tülküsü var, qurdu var,  
Avşara getdim: çərkəzi var, kürdü var, 
Burada da, bəyim, müzəvirin dördü var. 
İşdən azad olunmağına baxmayaraq Aşıq Ruhsəti inşaatdan 
aralanmır,  elə  hey  şeirlər  söyləyib  mahnılar  oxuyur,  gününü 
beləcə  yola verirdi.  Belə günlərdən  birində Mehralı  bəy Ruhsə-
tidən xeyli aralıda ustalara göstəriş verirdi. Ruhsəti fikirləşdi ki, 
daha belə davam edə bilməz, ömrü yoxsulluq, aclıq, səfalət için-
də keçib, indi burada da işdən qovuldu, düşündü ki, gəl Mehralı 
bəyə  vəziyyətini  de,  bəlkə  yazığı  gələ.  Aldı  görək  dərdini  nə 
təhər söylədi, ərz eyləyək qulluğunuza: 


 
 
310
Vaqif ol halıma, mənim əfəndim, 
Bir aclıqdan başqa deyəcəyim yox. 
Yoxsulluq oduna yandım, alışdım, 
Axşamdan sabaha yeyəcəyim yox. 
 
Ah etməkdən bağrım başı sızıllar, 
Loğman deyə gəldim, bəylər, qazılar! 
Evdə mələşirlər körpə quzular! 
Qazana bir ovuc qoyacağım yox… 
 
Nə xəyala daldığımı bilmənəm, 
Ruzu-şəb ağlaram, bir dəm gülmənəm, 
Yol üstündə durub karvan vurmanam, 
Mənim səndən başqa umacağım yox. 
 
Bütün əhvalımı yazdım varağa, 
Atma, Ruhsətini gözdən irağa, 
Bir top bez istərəm, bir az nafağa, 
Ölərsəm, qəbirdə geyəcəyim yox. 
Bəli,  Aşıq  Ruhsəti  Mehralı  bəyə  yazacağını  yazdı,  deyəcə-
yini sözlə də dedi. Ruhsətinin sözləri Mehralı bəyi aldı. Sonuncu 
bənd  ona  lap  çox  təsir  etdi,  yadına  düşdü  ki,  aşığa  bir  at  söz 
vermişdi, dediyinə əməl etmədiyi bir yana qalsın, hələ zavallını 
işdən  də  çıxarıb.  Sanki  Mehralı  bəyin  fikri  Ruhsətiyə  çatdı, 
bəyin pərişanlığını duyan aşıq aldı ucadan görək nə dedi: 
Kəndi içərimdə neştərim mənim, 
Hər qəzada vardır işdərim mənim, 
Sivasdan da çoxdur müştərim mənim, 
Bir kabab yedirib ətə, qıyammaz. 
 
Yaz gəldi ortalıq güllük, gülüstan, 
Yenə mənim başım qurtulmaz yasdan, 
Mehralı bəyə də yazdım bir dastan, 
İqrar verər, amma ata qıyammaz... 


 
 
311
Ciddi  bir  adam  olan  Mehralı  bəy  bu  yerdə  özünü  saxlaya 
bilməyib,  ucadan  qəhqəhə  çəkdi,  aşığı  yanına  çağırıb  könlünü 
aldı:  
–  Aşıq,  bilirsən  ki,  mən  saza-sözə  vurğun  adamam,  özüm 
də sənin xətrini çox istəyirəm, havalar yaxşı keçir, yağmur-filan 
başlamamış  inşaatı  tamamlamaq,  evin  üstünü  çatmaq  lazımdır. 
Bu  sarayın  həmişə  gözlənilən  və  ən  əziz  qonağı  sən  olacaqsan, 
sənsiz,  aşıqsız  bu  cah-cəlalın  ləzzəti  heç  olar.  İndi  mənim  çox 
xoşladığım o dastan-vaqeəni bir də söylə – dedi. 
Mehralı  bəyin  dediklərini  eşidən  Ruhsətinin  gözləri  güldü, 
könlü  açıldı.  Qəribə  bir  yuxunu  təsvir  edən  on  iki  bəndlik 
mənzum dastanı söyləməyə başladı. Bu dastanın son bəndini ərz 
eyləyək qulluğunuza, dinləyənlər var olsun: 
Ruhsətiyəm, kəndi kəndimdən keçdim,  
Bu gecə mənamda çox yerdən uçdum , 
Bir də, röya imiş, gözümü açdım 
Bəyim, həvəs etmə bu rəzilkara. 
Mehralı  bəyin  ürəyi  açıldı,  kefi  duruldu,  “Əhsən,  ey  val-
lah!” deyib  Ruhsətiyə  bir öküz bağışladı,  ondan  yenə  nə  istədi-
yini soruşdu. Ruhsəti çəkinməyib dedi:  
– Bəyim, sənin  mərd və sözünə düz adam olduğun hamıya 
bəllidir.  Mənə  Dəlikdaşa  gedib-gəlmək  üçün  söz  verdiyin  atı 
istəyirəm,  ayaqlarım  ağrıyır,  yola dözə  bilmirəm.  Bir də,  külfə-
timi  aclıqdan  qurtarmaq  üçün  bir  sağmal  inək  versən,  ömrüm 
boyu sənə duaçıyam. 
 Mehralı  bəy  aşığa  bir  yəhərli-yüyənli  at,  xeyli  əl  xərcliyi, 
sağmal  inək,  bir  də  xeyli  azuqə  və  əkin-səpin  üçün  toxumluq 
verdi. Dedi: 
–  Aşıq,  hələlik  bunları  apar,  Dəlikdaşda  əhli-əyalına  ver. 
Ək-səp,  inşallah gələcəkdə vəziyyətin daha yaxşı olar. Səni heç 
bir şeydən korluq çəkməyə qoymayacam. Bu gündən sonra səni 
özümün  ən  yaxın  dostlarımdan  hesab  edirəm  və  sarayın 
inşaatında işləyən ustaların başı üstünə nəzarətçi təyin edirəm.  


 
 
312
Ustadlar  deyir  ki,  elə  o  gündən  Aşıq  Ruhsəti  ilə  Mehralı 
bəyin arasında şirin və sədaqətli dostluq əlaqəsi yarandı. Ruhsəti 
Mehralı  bəyin  sarayının  xeyrində-şərində  məclisinin  başında 
oturdu.  
Mehralı bəyin oğlu Rüşdü bəy də atasına layiq igid, boylu-
buxunlu, yaraşıqlı bir gənc idi. Mehralı bəy onu Sivasda yaşayan 
çərkəz  Həmid  bəyin  qızı  Pəmbə  xanıma  nişanlamışdı.  Tədarük 
edib  toya  hazırlıq  görülürdü.  Toyun  vaxtı  da  təyin  edilmişdi. 
Alosmanın  ən  hörmətli paşalarına,  bəylərinə dəvətnamələr pay-
lanmışdı. Ancaq əcəl elə gətirdi ki, Rüşdü bəyin on beş yaşında 
olan  nişanlısı  qəflətən  vəfat  etdi.  Toy  tədarükü  yas  tədarükünə 
çevrildi. Toyu aparmağa dəvət olunmuş Aşıq Ruhsəti bu xəbər-
dən sarsıldı. Toyda söyləməyə hazırlaşdığı duvaqqapama əvəzi-
nə yas mərasimində aldı görək hansı ağıyı söylədi:  
Mehralının bir dənəsi 
Oyan, nazlı xanım, oyan, 
Rüşdü bəyin pərvanəsi 
Oyan, nazlı xanım, oyan. 
 
Cehizini sarıb denklə, 
Beş yüz atlı gəlir cənglə, 
Bahar anan gəldi, bəklə, 
Oyan, nazlı xanım, oyan. 
 
Qalx, dur salını-salını, 
Rüşdü bəyin gör halını, 
Mehralı bəyin gəlini, 
Oyan, nazlı xanım, oyan. 
 
Cümlə bəylər yasa gəldi, 
Qara geydi, tasa gəldi, 
Nişanlın Sivasa gəldi, 
Oyan, Pəmbə xanım, oyan. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə