Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə82/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   78   79   80   81   82   83   84   85   ...   99

 
 
317
–  Aslanım,  düşmənlərimiz  Alosmanı  parçalamaq  istəyir. 
Yəməndə  ərəbləri  üsyana  qaldırıblar.  Hamı  deyir  ki,  bu  üsyanı 
yatırtsa Mehralı bəy yatıracaq. Ona görə səni çağırdım ki məslə-
hətləşəm.  Mən  bilirəm  ki,  sən  onsuz  da  məmləkətimiz  üçün 
əvəzsiz işlər görübsən. İndi yaşının da o vaxtı deyil. Yəmən çox 
isti yerdir. Sən elə istilərə alışmayıbsan. Bu məsələdə sərbəstsən. 
İsəyirsən get, istəmirsən getmə. Kef sənindir.  
Mehralı bəy Yəmənə getməyə «yox» deməyi şərəfinə sığış-
dırmadı. Sivasa qayıdıb alayını topladı. Hazırlıq işlərinə başladı. 
Mehralı bilirdi ki, bu səfər çətin səfərdi. Hamı deyirdi ki, Yəmə-
nin  istisi  dözülməzdir,  oraya  gedən  bəri  başdan  ölmüş  sayılır. 
Odur ki, dedi, uzaq səfərdi, nə olar, nə olmaz, yaxşısı budur gəl 
qohum-əqrəbayla  halallaş-vidalaş.  Aldı  görək  Mehralı  bəy 
yaxınlarına nə dedi, biz deyək, eşidənlər şad olsun:  
Gəlin halallaşaq, qohum-qardaşım, 
Uzaq yerə bir zamana gedirəm, 
Ya qismət sağ gələm, ya da gəlməyəm, 
İsti-sıcaq bir məkana gedirəm. 
 
Mən ölsəm də vicdanımı atmaram, 
Namərdlərin kölgəsində yatmaram, 
Millətimi ərəblərə satmaram, 
Əgər düşsəm çən-dumana gedirəm. 
 
Mehralıyam artıq ötübdür yaşım, 
Savaşdarda qovğalar çəkib başım, 
Mənim ilə gedir igid qardaşım, 
Ərəb eli o Yəmənə gedirəm. 
Mehralı  sözünü  qurtarıb  bütün  qohum-qəlrəbəsi  ilə  görü-
şüb-halallaşdı. Sonra üzünü oğlu Rüşdü bəyə tutub dedi: 
–  Oğlum,  bilirsən  ki,  Yəmənə  gedənin  çoxu  geri  qayıtmır. 
Şər  deməsən  xeyir  gəlməz.  İşdi  gəlməsəm,  çalış  el  içində  hör-
mət-mərifət yiyəsi ol. Bu tərəfin qarapapaqlarından muğayat ol. 


 
 
318
Onda mənim də ruhum şad olar. Əmin Alı bəy də mənlə getmək 
istədi.  Ona  görə  də  bu  gündən  məni  bu  torpaqlarda  sən  əvəz 
etməlisən.  
Mehralı  bəy  Rüşdü  bəyə  öyüd-nəsihət  verəndən  sonra  tul-
lanıb ata mindi. Ordusuna nizamla düzülməyi əmr etdi. Mehralı 
bəyin özü rəsmi geyimdə alayın lap qabağında dururdu. Mehralı 
bəy  tərpənmək  istəyəndə  həyat  yoldaşı  Bahar  xanım  gözlərinin 
yaşını  abu-leysan  kimi  töküb  onun  qabağını  kəsdi.  Elə  bil 
Bahara  dedilər  ki,  Mehralı  bu  səfərdən  qayıtmayacaq.  Odur  ki, 
siyah zülfündən üç tel ayırıb görək Mehralıya nə deyir və Meh-
ralı  nə  cavab  verir.  Hər  ikisinin  tərəfindən  ərz  eyləyək,  dinlə-
yənlər sağ olsun.  
Bahar xanım: 
Sən gedirsən xudam üstünlə getsin, 
Get, Mehralım, sağlıq ilə gələsən, 
Yaradanım nicat versin işinə, 
 Get, Mehralım, sağlıq ilə gələsən. 
 
Mehralı bəy: 
Allahı çağırıb düşürəm yola, 
Qorxma, yarım, sağlıq ilə gələrəm. 
Talehimi fələk mənlə verərsə, 
Qorxma, yarım, sağlıq ilə gələrəm. 
 
Bahar hanım: 
Sən gəlincə gözüm yolda olacaq, 
Rəngim-ruhum saralacaq-solacaq, 
Rüşdü bəyim sənsiz yalqız qalacaq, 
Get, Mehralım, sağlıq ilə gələsən. 
 
Mehralı bəy: 
Yapışmışam ətəyindən Allahın, 
İslamın pənahı o gözəl şahın, 


 
 
319
Din yolunda götürmüşəm silahı, 
Qorxma, yarım, sağlıq ilə gələrəm. 
 
Bahar xanım: 
Müşkül etdin mən Baharın işini, 
Axıtdın gözündən qanlı yaşını, 
Görürəm yanında qoç qardaşını, 
Get, Mehralım, sağlıq ilə gələsən. 
 
Mehralı bəy: 
Qırx beş ildi nə ki qovğa etmişəm, 
Allahımın ətəyindən tutmuşam. 
Mehralıyam, artıq yaşa dolmuşam, 
Qorxma, yarım, sağlıq ilə gələrəm. 
Hər ikisinin sözü tamam olmuşdu ki, Mehralı bəyin aralıda 
durub gözləri yaşla dolmuş oğlu Rüşdü bəyi gözü aldı. Dedi ki, 
gəl  bir-iki  kəlmə  sözlə  bunun  da  könlünü  al.  Götürdü  görək 
Mehralı bəy oğlu Rüşdü bəyə nə söylədi: 
Mən gedirəm, Rüşdü bəyim ağlama,  
Köz qoyub da ciyərimi dağlama, 
Alay getdi məni burda əyləmə  
Oğul köz, düşdüyü yeri yaxar, kimə nə? 
Oğul, dərd mənim deyilmi, vallah kimə nə? 
 
Ta əzəl əzəldən yaslıyam, yaslı, 
Çiftə al qılıncın ucları paslı, 
Mehralıyı sorarsan, əzəldən yaslı 
Oğul köz, düşdüyü yeri yaxar, kimə nə? 
Oğul, dərd mənim deyilmi, vallah kimə nə 
 
Mən gedirəm, Rüşdü bəyim sənə bir nişan, 
Susuzluqdan alayları pərişan, 
Heç iflah olurmu Yəmənə düşən? 


 
 
320
Oğul köz, düşdüyü yeri yaxar, kimə nə? 
Oğul, dərd mənim deyil mi, vallah kimə nə? 
 
Yəmən çölündə tabur qurayım,  
Zalım düşmanlara hesab sorayım, 
Fərman padişahdan orda öləyim,  
Oğul köz, düşdüyü yeri yaxar, kimə nə? 
Oğul, dərd mənim deyilmi, vallah kimə nə? 
 
Yəmən çölü viran olsun, dağ olsun, 
Bizim ellər yaşarsın da bağ olsun, 
Mən ölürsəm, Rüşdü bəyim sağ olsun, 
Oğul köz, düşdüyü yeri yaxar, kimə nə? 
Oğul, dərd mənim deyilmi, vallah kimə nə? 
Mehralı  bəy  sarayında  heç  kəsin  xətrinə  dəyib-dolaşmırdı. 
Bütün  işçiləri,  mehtərlər,  qulluqçular,  kənizlər  ondan  razı  idilər. 
Heç biri istəmirdi ki, Mehralı bəy Yəmənə getsin. Ona görə Bahar 
xanım  bir  yandan  Mehralı  bəyə  yalvar-yapış  eyləyib  saxlamaq 
istəyəndə,  qulluqçular,  mehtərlər  də  bir  tərəfdən  alayın  Yəmənə 
getməsinin qarşısını almaq istəyirdilər. Aldı görək baş mehtər Alı 
bəyi qardaşını Yəmənə getməkdən çəkindirməkdən ötəri nə təhər 
dilə tutmağa çalışdı, biz deyək, eşidənlər şad olsun: 
Mehralı bəy Həmidiyyə alayı, 
Düşmənlər çıxardı türlü bəlayı, 
Nədir, Alı bəyim, bunun qolayı? 
Yəmənə de, mənim ağam, Yəmənə, 
Endimola Mehralı bəy Yəmənə, 
Qurdumola çadırları çəmənə. 
 
Mehralıyı sokaklarda tutdular, 
Ağamı da bir qurşuna satdılar, 
Mehralıyı Yəmənə də atdılar 
Yəmənə de, mənim ağam, Yəmənə, 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə