Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə75/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   71   72   73   74   75   76   77   78   ...   99

 
 
290
buna  bir  neçə  kəlmə  söz  de,  əgər  yenə  qanmasa  onda  Allah  ya 
ona verər, ya da mənə. Aldı Mehralı görək nə dedi: 
Musa Çavuş, gəl əl götür davadan, 
Kəsilər biləyin, əldən olarsan! 
Alıb caynağıma tutaram səni, 
Cənnət tək mahaldan-eldən olarsan! 
 
Qartalın zirvədə olar yuvası, 
Tülkünün aslanla olmaz davası. 
Gəl mənimlə savaşmaynan, qadası, 
Vuraram qılıncı, beldən olarsan! 
 
Mehralıyam, indi girrəm meydana, 
Koroğlu tək qılınc vurram hər yana. 
Bir nərə çəkərəm Rustamzalyana, 
Tutular qulağın dildən olarsan. 
Söz  tamama  yetişər-yetişməz  Musa  Çavuş  əl  çəkməyib 
yenə  həmlə  edəndə  Mehralı  atının  başını  geri  çəkib  döndü  və 
dönən  kimi  də  ilk  həmlədə  Musa  Çavuşu  qılıncıyla  yaraladı. 
Amma yenə rəhmi gəldi, təkrar zərbə vurub öldürmək istəmədi, 
atını  çapıb  sürətlə  uzaqlaşdı.  Musa  Çavuş  yaralanıb  atdan  yerə 
düşəndə onun dəstəsində olan əsgərlərdən yarısı atlarından enib 
başçılarının hayına qaldılar. Yarısı da Mehralının  dalınca düşüb 
onu tutmaq istədi. Mehralı gördü ki, qabaqda bir yarğan var, ata 
bir acı təzyana vurdu. At elə sıçradı ki, yarğanın o tayına düşdü. 
Onu  izləyən  qoşunun  isə  çoxu  yelini  saxlaya  bilməyib  yarğan-
dan uçub öldü.  Sağ qalan atlılara Mehralı uçurumun o tayından 
dedi:  «Mənim  siznən  heç  bir  işim  yoxdu,  siz  də  məni  daha 
izləməkdən  əl  çəkin.  Günah  Musa  Çavuşun  özündə  oldu,  mən 
onu  vurmaq  istəmirdim,  Allahdan  diləyim  odur  ki,  ona  bir  şey 
olmasın»  və  atını  çapıb  gözdən  itdi.  Kor-peşiman  geri  qayıdan 
bu  atlı  əsgərlər  Musa  Çavuşu  yaralı  vəziyyətdə  öz  kəndinə 
apardılar. Yolda çox qan itirdiyinə görə atasının və qardaşlarının 
yanında canını tapşırdı. 


 
 
291
Bu  işdən  sonra  Mehralını  daha  çox  izlədilər,  hökumət  hər 
yanda onu gəzirdi. Günlərin birində, urusun puluna suslayıb na-
mərdlik  edən  ata  dostu  Qərib  ağanın  dəstəsi  ilə  Mehralı  üzləş-
dilər.  Düzənlik  olduğundan  Mehralı  gözdən  yayına  bilmədi. 
Yenə  döyüşə  girməyib  davasız-şavasız  aralaşmaq  istədi.  Ancaq 
Qərib ağa ondan əl çəkmədi. Elə oldu ki, Qərib ağaynan Mehra-
lının atı yan-yana qaçdı. İşi belə görən Mehralı öz-özündə fikir-
ləşdi  ki,  gəl  buna  da  bir  neçə  kəlmə  söz  de,  əgər  baxmasa 
sonrasına baxaram. Üz tutdu Qərib ağaya: 
Qərib ağa! Eşit mənim sözümü, 
Gəl əl götür, bu davadan, geri dön. 
Sənin ilə çox duz-çörək kəsmişik, 
Gəl əl götür, bu davadan, geri dön. 
 
Əzəlindən belə deyib babalar: 
Çörək basan el gözündə xar olar, 
Sənə yaraşmaz belə səs-sədalar, 
Gəl əl götür, bu davadan, geri dön. 
 
Gəl düşməynən Mehralının izinə, 
Dözəmməzsən alovuna, közünə, 
Bir qılınc vuraram sənin dizinə, 
Gəl əl götür, bu davadan, geri dön. 
Söz cavabını tamam eylədi. Qərib ağa elə hey dediyini dedi: 
– Ya sən, ya da mən! Başqa cür ola bilməz. 
Mehralı bəy dedi: 
–  Qərib  ağa!  Sən  pulun  əl  çirki  olduğunu  yaxşı  bilirsən. 
Urusların fitvasına getmə. Nə qədər istəsən pul verim sənə. Ba-
bamla duz-əppək kəsibsən.  Aramızdakı  haqq-salama and olsun, 
mən qan tökmək istəmirəm. Bu kişi sözümdür. Qərib ağaya heç 
nə kar etmədi, yenə dedi: 
– Yox, Mehralı! Dağ, Bağ, Aran Borçalıda, qarapapaq ellə-
rində iki qoçun başı bir qazanda qaynamaz. Ya sən, ya da mən.  


 
 
292
Mehralı  çox  dedi,  Qərib  ağa  az  eşitdi.  Qərib  ağa  nə  qədər 
hücum  çəkdisə,  Mehralı  əl  qaldırmaq  istəməyib  hamısından 
sovuşdu.  Mehralı  axırda  gördü  ki,  daha  mümkün  deyil,  bunun 
gözünü qan örtüb, dedi: 
– Qərib ağa, qoy birdi-bir olan Tanrı-Təala aramızda şahid 
olsun  ki,  mən  əlimi  sənin  qanına  bulamaq  istəmirdim,  o  ki  sən 
başa  düşmədin,  onda  özündən  küs.  Səni  gərək  elə  edəm  ki,  nə 
öləsən, nə də ki, sağ qalasan, bütün yaşadığına peşman olasan. 
Sonra  da  –  Ya  rəbbim!  Özün  ol  şahid  –  deyib,  bayaqdı 
qılıncını  hərlədi,  Qərib  ağanın  sağ  qıçını  dizdən  üzdü.  Qərib 
ağanı qan götürdü. Gətirdilər evinə. Qərib ağa ayılanda dedi: 
–  Bu  işdə  Mehralının  heç  bir  günahı  yoxdu.  Günah 
məndədir. Nəhlət gəlsin şeytana. O məni yoldan çıxartdı. 
Bəli, Mehralı elə ki, Qərib ağanı etdi qanına qəltan, üz qoy-
du  evlərinə.  Ana,  bacı-qardaşları  ilə  görüşdü.  Anasına  nişanlısı 
Baharı  qaçırtmaq  fikrində  olduğunu  dedi.  Anası  da  cavabında 
dedi: 
–  Oğlum,  bu  işdən  əl  çək.  Sənin  başın  hələ  qalmaqaldadı. 
Qaçaqsan.  Bahar  orada  durur,  işin  düzələndə  sizə  elə  bir  toy 
edərik ki, sədası Alosmandan, Ərəseydən gələr. 
Anası,  eləcə də kənd  ağsaqqal-ağbirçəkləri çox dedi,  Meh-
ralı sözə baxmadı. Getdi nişanlısı Baharın yanına. Hər iki sevgili 
bir-birini görüb çox sevindi, Allah da hamınınzı sevindirsin. Bir 
qədər söhbətdən sonra Mehralının sinəsi dəmirçi kürəsi kimi od 
alıb,  qəlbi  coşa  gəlib  götürüb  görək  Bahara  nə  deyir  və  Bahar 
cavabında  nə  söyləyir,  hər  ikisinin  tərəfindən  ərz  eyləyək,  siz 
sağ olun. 
Aldı Mehralı:  
Sevgilim, gəl bu dağları, 
Birgə gəzək qoşa sənlə. 
Qartal kimi zirvələrə, 
Çıxaq dağa-daşa sənlə. 


 
 
293
Bahar  xanım  ipəyi  saçından  üç  tel  ayırdı.  Basdı  sineyi 
sandığa: 
Sevgilim, məndən incimə, 
Gedə bilməm hələ sənlə. 
İşin hələ qalmaqaldı, 
Çıxa bilməm yola sənlə. 
 
Aldı Mehralı: 
Gəl verək birgə əl-ələ, 
Necə ki, biz sağıq hələ. 
Düşmənə qurarıq tələ, 
Ta dolunca yaşa sənlə. 
 
Aldı Bahar xanım: 
Demə, bu yoldan bezərəm, 
Leyli tək səhra gəzərəm. 
Hər cəfana mən dözərəm, 
Düşsəm çöldən-çölə sənlə. 
 
Aldı Mehralı: 
Mehralının vəfadarı, 
Unutmam əhd-ilqarı. 
Bir dolanaq bu dağları, 
Vuraq ömrü başa sənlə. 
 
Aldı Bahar xanım: 
Bahar dərdə dözmək istər, 
Zirvələrdə gəzmək istər, 
Sona kimi üzmək istər, 
Əgər düşsə gölə sənlə. 
Bəli, hər ikisinin sözü qurtardı. Bahar da anasının dediklərini 
dedi.  Amma  Mehralı,  ağanı  Allah  saxlasın  deyib  Bahar  xanımı 
bayaqdı  Qarakötüyün  aldı  tərkinə,  üz  qoydu  Alosmana.  Bunu 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə