Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə74/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   70   71   72   73   74   75   76   77   ...   99

 
 
286
– Qardaşoğlu! Bil və agah ol! Bir ölümə çarə yoxdu. Qalan 
dərdlərin  çarəsi  var.  Fikir  eləmə!  Qoca  əmin  elə  bu  axşam 
ağsaqqallar  ilə gedər Katta Osmanın evinə.  Bir  mübarək saqqal 
tərpədər. İnşaallah, hər şey olar ürəyincə. 
Bəli,  qaş  qaralanda  Əhməd  ağa  kəndin  sözləri  ötən  ağsaq-
qalları  ilə kəsdi Osman katdanın qapısını.  Açdı gəlişinin  mətlə-
bini. Çaylar süzüldü, söz-söhbət uzandı. Çox söz-söhbətdən son-
ra  razılıq  əlaməti  olaraq  ortalığa  iki  rəngli  çay  gəldi,  içdilər 
Mehralıyla Bahar xanımın şirin-şəkər şərbətini. 
Gələn bahara toy tədarükünün görülməsi oldu məsləhət. Bu o 
vaxt  idi  ki,  uruslar  bildilər  ki,  Qaçaq  Mehralı  Əhməd  ağanın 
qonağıdı.  Qomardılar Əhməd ağanın evini.  Mehralı gördü ki,  işi 
çox  çətinə  düşdü,  dedi,  mənim  atımı  tövlədə  yəhərləyin.  Əhməd 
ağa  fürsəti-fövtə  vermədi  keçdi  evin  arxasına.  Tövlədə  Mehralı-
nın atını yəhərləyib, yüyənlədi. Aynalı tüfəngini də keçirdi yəhə-
rin  qaşında  bağlanan  qancırğaya.  Yol  tədarükü  üçün  üç  günlük 
azuqəni də qoydu heybəsinə. Çəkdi atını evin arxa tərəfindən cöv-
lana. Qaçaq Mehralı bayaqdı qırğı kimi qondu Qarakötüyün yəhə-
rinin qaşına, yatdı yalmanına, bir nərə çəkib aldı görək nə dedi:  
Yağı düşman, nə düşübsən izimə, 
Bu qovğadan dönsəm mənə ar olsun! 
Düşmənimdən qisasımı almasam, 
Qoy, bu geniş dünya mənə dar olsun! 
 
Düşmənin qanından içsəm doymaram, 
Qisasımı qiyamətə qoymaram. 
On beş saldatdan beşini saymaram, 
Təki, yaradanım mənə yar olsun! 
 
Mehralıyam, hər savaşa dözərəm, 
Qartal təki zirvələrdə süzərəm, 
Tanrım yar olarsa, səflər pozaram, 
Qoy, arxamda Xaliq mənə var olsun! 


 
 
287
Mehralı  sözünü  qurtarıb  atın  qarnı  altından  çıxıb  sırtı  ustə 
qalxan  kimi  bir  neçə  saldatı  öldürüb  aradan  çıxdı.  Ya  mədəd 
səndən  deyib,  üz  qoydu  qaçaqların,  qoçaqların  darda  sığındığı 
dağların damanına. Çox keçmədi, yerli hakimiyyətin, ağa-bəylə-
rinin,  qazaqların  əzab-əziyyətindən  zinhara  gəlmiş  Dələverlı 
Mansur,  Dovşanqulu  oğlu  Hüseyn,  Kələ  oğlu  Hüseyn  başının 
adamları ilə qoşuldular Mehralının dəstəsinə. Uzun müddət bir-
likdə  gəzib  dolandılar  dağları.  Mehralı  bir  gün  üzünü  tutdu 
qaçaq yoldaşlarına, dedi: 
 Mənim əziz dostlarım! Bilin və agah olun. Qaçaqlıq asan 
deyil.  Qaçaq  olan  həm  özünü,  həm  silahdaşlarını,  həm  də 
müqəddəs  ana  torpağı  yağılardan,  yadlardan  didəsi  kimi  qoru-
malıdır.  Atalar  yaxşı deyib:  “Qaçaqdan  nə  naçaq,  nə də qorxaq 
olmaz”.  Odur  ki,  bir  anlığa  baxın  gözlərinizin  içinə.  Göz 
qənimini daha yaxşı tanıyır… 
Mehralı qaçaqlar haqqında bu söhbəti gəlişi xoş sözlər üçün 
deməmişdi.  Mehralı  hər  bir  insanın  üzünə  bir  dəfə  baxanda 
ürəyini,  dölək-diləyini  gözündən  doğru-dürüst  oxuyurdu.  O, 
Dovşanqulu oğlu Hüseynin,  Dələverli  Mansurun  namərd adam-
lar  olduqlarını  da  üz-gözlərindən  dürüst  oxumuşdu.  Mehralı 
yalnız  yerliliyi  Darvaz  sunurunun  kəndlərindən  olan  Kələnin 
oğlu  Hüseynə  inanırdı.  O  idi  ki,  Mehralı  Kələ  oğlu  Hüseyni 
etmişdi  özünə  qulaq-həyan.  Kələnin  oğlu  da  öz  növbəsində 
duymuşdu Mehralının  fikrini.  O  bilirdi ki,  Mehralı  bu günlərdə 
Alosmana  getməyə  hazırlaşır.  O  idi  ki,  Kələnin  oğlu  söhbətin 
şirin yerində Mehralıya dedi: 
– Qardaş, deyəsən uzaq səfərə hazırlaşırsan. Səfərin müba-
rək.  Rüxsət  versən  uğur  qabağı  gedib  ailəmlə  görüşərdim.  Ata-
anamdan halallıq alardım. Uğurdu, sonra düşər-düşməzi olar.  
Kələ oğlunun sözləri qara tikan olub yapışdı Mehralı bəyin 
ürəyinin  başına.  Gətirdi  ana-bacılarını,  qardaşlarını,  sevgilisi 
Baharı gözləri önünə. O idi ki, verdi Kələnin oğluna rüxsət. 
Hə, qardaşlar! Söz var deyərlər: 


 
 
288
–  Sən  saydığını  say,  gör  fələk  nə  sayır?!  Çuğullar  yatma-
mışdı. Kələnin oğlu evə yenicə çatmışdı ki, onun gəlişini çatdır-
dılar qazaqlara. Bayaqdı qazaqlar aldılar Kələnin oğlu Hüseynin 
evini mühasirəyə. İşin pis nəticə verəcəyini duyan Kələnin oğlu 
özünü


 
 
289
bına günü-gündən artırdı. Mehralının şan-sədası artıq təkcə Bor-
çalını  deyil,  Qars,  Ərdahan,  Çıldır,  Şörəyel,  Ağbaba,  Axısxa, 
Axalkələk, Qazax, Gəncəbasar,  Açıqbaş, Pənbək mahallarını də 
bürümüşdü.  Tiflisdə,  İstanbulda,  Moskovada,  Peterburqda, 
Ərzurumda çıxan qəzetlər hər gün Qaçaq Mehralının ən qorxulu 
düşmən olduğunu yazıb-yayırdılar.  
Hökümət  əsgərləri  qaçaqların  öhdəsindən  gələ  bilmirdilər. 
Odur ki, uruslar hiyləyə əl atdılar, Onlara qarşı günah-suçları nisbə-
tən az olan qaçaqları əfv etdilər. Mehralını tutub onlara əsir verən-
ləri çoxlu ənam, rütbəylə mükafatlandıracaqlarına söz verdilər.  
Məsələni  eşidən  Mansurla Dovşanqulu oğlu  xəlvəti danışı-
ğa girib, oldular hökümətə təslim və urusa dedilər ki, Mehralını 
tutmaq  bizim  boynumuza.  Mehralı  gördü  ki,  yoldaşları  namərd 
çıxdı.  Ona  görə  də  Borçalıda  durmayıb  keçdi  Alosmana,  Çıldır 
mahalındakı qarapapaq dostlarının yanında özünə sığınacaq tap-
dı.  Bunu  bilən  və  Mehralının  hünərindən  lərzəyə  gələn  urus 
höküməti Osmanlı padşahı Sultan Əbdüləzizə  bir  məktub  yazıb 
xahiş etdi ki, Mehralını təcili versinlər uruslara. Əbdüləziz Paşa 
sədrəzəmə,  o da öz növbəsində Ərzurum  valisinə göstəriş  verdi 
ki,  Paşanın  əmri  yerinə  yetirilsin,  Mehralı  bəyi  təcili  tutub 
Urusetə versinlər. 
Bunu  eşidən  Mehralı  təzədən  keçdi  urusların  əlindəki  tor-
paqlara.  O  fürsəti-fövtə  verməyib  özünü  verdi  ailəsi  ilə  görüş-
mək üçün Darvaza. 
Mehralının  Uruset  sunurlarına  keçməsini  duyan  Dalaverli 
Mansur,  Dovşanqulu  oğlu  Hüseyn,  Musa  Çavuş,  Qərib  ağa 
başladılar hər yerdə Mehralını qarabaqara izləməyə.  
Günlərin bir günü, elə oldu ki, Musa Çavuş Mehralıyla üz-
üzə gəldi. Ancaq Mehralı istədi ki, döyüşdən yayınsın, dəfələrlə 
Musa  Çavuşa  bildirdi  ki,  etmə-eləmə.  İstəmirəm  əlim  qanına 
bulaşsın.  Bilirəm  bu  gavur  uruslar  sənə  pul  veriblər,  gəl  tama-
hına  təp  de.  Məndən  sənə  xeyir  gəlməz.  Kimə  deyirsən,  Çavuş 
Musa  ay  qandı  ha.  İşin  bəd  gətirdiyini  görən  Mehralı  dedi,  gəl 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə