Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə73/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   69   70   71   72   73   74   75   76   ...   99

 
 
282
–  Allah  saxlasın.  Əsil  kişi  oğlu  kişidi.  Alma  budağından 
kənar  düşmədiyi  kimi,  o  da  Allahverdi  oğlu  Məmli  kişidən  kə-
narda  qalmamışdı.  Mehralını  görən  ağbirçəklər,  analar  əl  götü-
rüb Tanrı-təaladan ona uzun ömür,  xoşbəxtlik diləyərdilər.  Çox 
anaların, nənələrin könlündən ilıq, kövrək, qızları, nəvələri üçün 
isti bir dilək də keçərdi. 
Hə, mənim əzizlərim! Bayaq dediyimi davam etdirim, Qaf-
qaz basarığının hər yerində olduğu kimi, adı hər yerdə car olan, 
neməti bol olan Borçalı mahalında və bu mahalın meşəli dağlar 
qoynunda  yerləşən  və  dağların  abu-havasını  alan  Darvaz  kən-
dində də qarışıqlıq idi. Camaat uruslara qarşı tez-tez üsyan eylə-
yirdi. Çar qazaqlarının belləri Məmli kişidən bərk deyildi. O idi 
ki, hər necə olursa-olsun fürsət düşən kimi onu aradan götürmək 
qərarına gəlmişdilər.  
 Bəli, belə bir üsyan hərəkatında Allahverdi oğlu Məmli kişi 
qəhrəmanlıqla  həlak  oldu.  Urus  qazaqları  Məmli  kişinin  ölüsün-
dən  də  qorxaraq,  onun  meyidini  kəndin  qəbirstanlığında  deyil, 
Darvazın  qonşuluğundakı  Örmeşən
1
  kəndinin  gavur-duxoborlar 
uyuyan  xaçpərəst  qəbirstanlığında  dəfn  etdilər.  Məmli  kişinin 
qəbrini qorumaq üçün iki qazaq əsgərini qaravul qoydular. 
Məmli  kişinin  xristyan  qəbirstanlığında  dəfn  edilməsi 
uruslara  qarşı  xalqın  amansız  qəzəbinə  səbəb  oldu.  Ustad  deyir 
ki,  elə dəfn gecəsi  Allahverdi oğlu  Məmili kişi gəlib girdi oğlu 
Mehralının vayğasına. Başladı ona tənə-töhmətə: 
  Utanmırsan,  dörd  oğul  atası  da  gavur  qəbirstanlığında 
uyuyarmı? Əgər üç günə qədər məni gavurların içərisindən çıxa-
rıb müsəlman qəbirstanlığında dəfn etməsən verdiyim duz-çörək 
sənə haram olsun. 
Yuxudan  hövələng  qalxan  Mehralı  gördü  ki,  anası  Zöhrə 
xanım kəsdirib yastığının yanını. Mehralı anasına dedi: «Aneyi-
                                                             
1
 О дюврдя ики Юрмешян кянди олуб, онларын бириндя гарапапаглар, диэярин-
дя ися духоборлар йашайырды 


 
 
283
mehriban! Atam məni vayğamda tənbeh edib dedi ki, oğul, əgər 
sən  məni  bu  gavurların  içərisindən  çıxarmasan  başıyın  papağı 
sənə haram olsun. Bil və agah ol! Bu ata deynidi
1
, ana! İndi razı-
lıq  səndən,  qəbrin  yerini  dəyişmək  məndən».  Zöhrə  xanım 
kövrəlib  göz  yaşlarını  tökdü.  Mehralı  bəyin  ürəyi  qubar  eylədi. 
Götürdü görək  yuxusuna  binəm  anasına sözlə  nə  dedi,  anası  nə 
cavab verdi, biz deyək, sizə könül xoşluğu. 
Aldı Mehralı: 
Canım ana, bu gecə yuxu gördüm, 
Atam nalə çəkir qəbir içində. 
Onun o naləsi məni yandırır, 
İnan, qalmayıbdı səbir içimdə. 
 
Aldı Zöhrə xanım: 
Canım-ciyərim, gəl çıxma sözümdən, 
Getmə oğlum, getmə qoymaram səni. 
Gəl, yazığam, ayrı düşmə gözümdən, 
Getmə, oğlum, getmə qoymaram səni. 
 
Aldı Mehralı: 
Könlüm yasdan çıxmır, qəlbim qaradan, 
Kömək olsun mənə ulu yaradan. 
Atam dedi, çıxar məni buradan, 
Qalmışam gavurla qəbir içində. 
 
Aldı Zöhrə xanım: 
Oğul, bu dərdimin çarası sənsən, 
Vuran ürəyimin parası sənsən. 
Görən gözlərimin qarası sənsən, 
Getmə, oğlum, getmə qoymaram səni. 
 
                                                             
1
 deyin – borc, vəzifə, görəv, tapşırıq mənasında 


 
 
284
Aldı Mehralı: 
Mehralıyam, qəm dəryaya dalaram, 
Pərvanə tək özümü oda salaram. 
Gavurlardan qisasımı alaram, 
Pərişan qalmışam abır içində. 
 
Aldı Zöhrə xanım: 
Gəl, yazıq Zöhrəni salma azara, 
Tutulsan sinəmə vurarsan yara. 
Yaradan dərdinə eyləsin çara, 
Getmə, oğlum, getmə, qoymaram səni. 
 Söz  tamama  yetdi.  Çox  yalvar-yaxardan  sonra  Zöhrə  xa-
nım  Mehralıya  razılıq  verdi.  Elə  Mehralıya  da  bu  lazım  idi.  O 
altdan geyib üstdən, üstdən geyib altdan qıfıllandı. Götürdü yar-
yasağını,  gecənin  oğlan  çağı  yetirdi  özünü  xristyanların  qə-
birstanlığına.  Etdi  hər  iki  qazaq  gözətçisini  qanına-qəltan. 
Çıxardı  Məmli  kişinin  nəşini.  Gətirib  dəfn  etdi  müsəlmanlar 
uyuyan qəbirstanlıqda. 
Nağılçıların dili yüyrək olar. Dan yeri qızaranda söz-söhbət 
yayıldı  Darvaza.  Urus  saldatları  qomarladılar  Darvazı.  Kəsdilər 
dağlara gedən  bəndi-bərələri.  Aldılar  bütün Darvaz ətrafı kənd-
ləri  göz  altına.  Əhvalatı  belə  görən  Mehralı  anası,  bacı-qardaş-
ları ilə halal-hümmət etdi. Yatdı dar gününün gərəyi Qarakötük 
adlı atının yalmanına. Ya mədəd səndən deyib, üz qoydu pənahı 
Xram  meşələrinə,  Başkeçid  dağlarına.  Bir  qədər  dağlarda-or-
manlarda gəzib-dolaşdı, adıbəlli qaçaq oldu. Günün bir günündə 
Allahın xoş saatında,  xoş dəqiqəsində yaylaqdan endi Soyuqbu-
lağın  başına.  Baxdı  ki,  tanrı-təala  xoş  anında  hüsnü-camalına 
qələm çəkdiyi sərv boylu, maral baxışlı, ürkək yerişli bir qız gəl-
di  bulaq  başına.  Qız  nə  qız?!  Günəş  xəcalətindən,  ay  utandı-
ğından üzünü bürüyüb. Ulduzların gözü olub qırpıq. Mehralının 
gözləri sataşdı qızın gözlərinə, ürəkləri söz alıb danışdı. 


 
 
285
Mehralının  kəsildi  səbri-qərarı.  Qızın  xiffətini  çəkməkdən 
saralıb sapa,  incəlib  ipə döndü. Öyrəndi atası Məmlinin dar gü-
nünün  yaxın  dostu,  Keçəli  kəndinin,  düz  çörəkli  el-oba  ağsaq-
qalı Əhməd ağanın evinin yerini. Üz tutdu Əhməd ağanın evinə. 
Ustad deyir ki, Əhməd ağa dostu Məmlinin oğlu Mehralını 
basdı bağrına. Başladı duz kimi yalamağa. Əhməd ağa baxdı ki, 
ey  dili-qafil  qardaşoğlunun  halı  özündə  deyil.  Əvvəl-əvvəl  elə 
bildi Mehralı ac-susuzdu. Oydu ki,  yox olsun yoxsulluğu, kəsdi 
bordax  bozuğu,  çəkdi  şişlərə.  Əhməd  ağa  adına  layiq  bir  süfrə 
açdı  ki,  kababın  ətrindən  yeməyənin  də  yeyəsi  gəldi.  Amma 
Mehralının  halı  düzəlmədi.  Əhməd  kişi  Mehralıdan  niyə  kefsiz 
olduğunu  soruşanda  Qaçaq  Mehralının  dərdi  tüğyan  eylədi, 
halına  binəm  Əhməd  ağaya  utana-utana  aldı  görək  nə  dedi, 
tərəfindən biz deyək, sizə könül xoşluğu:  
İstəyirəm sirrim sənə söyləyim, 
Mənim bu dərdimi biləsən, əmi! 
Bir gözəlin sevdasına düşmüşəm, 
Bu dərdimə əlac edəsən, əmi! 
Əhməd  kişi  dedi,  oğul,  başına  dönüm,  bu  nə  sirrdi,  nə 
dərddi açıq de görüm. Aldı Mehralı:  
Sevdiyim gözəlin ismi Bahardı, 
Elə bil açılmış yeni səhərdi. 
Gəl qıyma çəkməyə mənə bu dərdi, 
Qəmimə bir qəmxar olasan, əmi! 
 
Mehralıyam, mən çəkirəm qəhəri, 
Yatammıram nə gecə, nə səhəri. 
Canı-dildən mən sevirəm Baharı, 
O dildarı mənə alasan, əmi! 
Əhməd  kişi  gördü  ki,  qardaşoğlunun  dərdi  ayrı  dərddəndi. 
O,  dünya  görmüş,  çox  belə  işləri  yorub-yozub  yoluna  qoymuş-
du.  Soraqlayıb  öyrəndi  ki,  qardaşoğlunun  könül  verdiyi  Bahar 
xanım kəndin mötəbər ağsaqqalı Osman katdanın qızıdır. Dedi: 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə