Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə72/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   68   69   70   71   72   73   74   75   ...   99

 
 
278
deyirdi,  ay  canavar  südü  əmən,  sən  elə  canavar  kimi  böyöyör-
sən,  canavar  kimi  yırtıcısan.  Nəqqədər  soruşdum,  Əsmər  anam 
onu mana demədi. Axır vaxtı mana bazubəndi bağışdıyanda ma-
ğarada canavar məni əmizdirən yerdə tapdı, onu mana xatırlatdı.  
Bu söz ağzınnan çıxan kimi Koroğlu dedi: 
– Oğul, sənin üstündə bir nişana varmı? 
– Bəli, qolumda qolçaq var.  
Qolçağa baxıf Koroğlu iki əlini başına vurdu: 
–  Ay  camaat,  Allah-təbarəkətəala  gör  məni  nəynən  müj-
dələdi? Bu ki mənim oğlumdu. Oğul, sən Sultanalısan. 
– Baba, o adı Əsmər qarı da deyirdi. Ancax bilə bilmerdim 
o nə deməhdi. 
Koroğlu Pərzad xanımı çağırtdı: 
– Qızım, gəl yaxın. 
Pərzad xanım yaxınlaşdı. 
Koroğlu dedi: 
–  Bu  mənim  oğlumdu,  sən  də  mənim  gəlinimsən.  Allah-
taala bizi belə müjdələdi. Bu günnən toyunuzu başdıyıram. 
Ağcaquzu dedi: 
– Yox, baba, o məni dünyaya gətirən ananın qəbrini ziyarat 
etməmiş nə toydu, nə zaddı.  
Bəli, ağa Koroğlu indi anladı ki, ana nədi, oğul nədi, insan nədi. 
Ağcaquzunun üzünə baxdıqca Koroğlunun gözdəri alacalaner:  
– Fələk, sən niyə o günü mənə verdin ki, mən o toppuznan 
bu uşağın başını belə vurdum. O toppuz bunun başını dağıtseydi, 
bu uşağın halı nə olardı? Mən evladsız qalmazdımmı? 
Peşmançalığını  çəker,  belə  gedir,  belə  gəler.  Niyar  xanım 
da harayler: 
– A kişi, gör bu uşax nə deer? Toyu başda. 
Dedi: 
– Sənin nə halındı, mənim nə halımdı? 


 
 
279
Gəler  gənə  Ağcaquzunun  üzünə  baxer.  Gözdərinnən  yaş 
tökülör. Onatan Aşıx Cünun yaxınlaşanda Koroğlu onun əlinnən 
sazı aldı: 
–  Aşıx  Cünun,  bir  sazı  mana  ver  görüm  bu  uşağın  könlün 
nətər aleram. 
Namərdliknən səni vurdum, 
Oğlum, əllərim qurusun. 
Ağrısını indi duydum, 
Oğlum, əllərim qurusun. 
Gözlərinnən  leysan  kimi  yaş  axer.  Niyar  xanım  da  məətəl 
qalıf. Görəsən bu kişi niyə belə eleer? 
Özüm durdum öz qəstimə, 
Ləkələr yaxdım üstümə. 
Qurban boyunun şəstinə, 
Oğlum, əllərim qurusun. 
Aldı Koroğlu birin də: 
 
Bu gördüyün döylət, varı, 
Səndə döyül ixtiyarı. 
Koroğlunun can-ciyarı, 
Oğlum, əllərim qurusun. 
Niyar xanım haray saldı: 
– Kişi, mən sənin ömrüm boyu ağladığını görməmişəm. Bu 
nə ağlamaxdı? 
İki qul var idi, qara qullar. Dedi: 
– Bala, bir o toppuzu buruya gətirin.  
İki  adamın  zornan  güjü  çatan  toppuzu  gətdilər  Koroğluya. 
Ağcaquzuya dedi: 
– Oğul, bir o daşın üstünnən tüş.  
Ağcaquzu  aralandı  daşdan.  Koroğlu  geri  çəkilif  həmən 
toppuzu daşa vuran kimi daş ortasınnan iki bölündü. 


 
 
280
–  Ay  Niyar  xanım,  mən  güjnən  göyə  qaldırıf  həmən 
toppuzu  bax  Sultanalının  başına  çaxmışam.  Onu  Allah  saxladı. 
Heç bir şey olmadı. 
Ağcaquzu gülümsəndi: 
–  Ağa  Koroğlu,  mənim  sənin  oğlun  olduğunu  bazubənd 
tasdıxlıyırsa,  Əsmər  qarının  dediyi  də  tasdıxlıyır.  İnnən  belə 
mən sənin hüzurunda qulam. Nə əmr eləsən eliyəjəm. 
–  Oğul,  mənim  əmrim  yoxdu.  Mənim  əmrim  bu  olardı  ki, 
Pərzad xanımnan sənin qırx gün, qırx gejə toyunu eliyək. 
– Babeyi-mehriban, toy eləməyinə bir şey demerəm. Pərzad 
xanım  mənim  gözümün  ağı-qarasıdı,  sevdiyim  qızdı.  Ancax 
anamın məzarını ziyarat eliyim, toya nə var.  
Bəli,  el  ədətinnən  Sultanalı,  Pərzad  xanım  babaları  Alı 
kişinin,  Bilqeyis  xatunun  qəbrlərini  ziyarət  elədilər.  “Yasin” 
oxudular, qayıdıf gəldilər. Toy başdandı. Qırx gün, qırx gejə toy 
çəkdi. Sultanalıyə ixtiyar verildi gəlinin otağına keşsin.  
Pərzad xanımnan Sultanalı görüşdü. Üzağlığının muştuluğu 
gəldi.  Koroğluynan  Niyar  xanım  qucaxlaşdı.  Demək,  Ağcaqu-
zuynan,  yəni  Sultanalıynan  biz  bacanağıyıx  –  ata-oğul.  Pərxad 
xanımnan ikiniz də Cəfər paşanın qızısınız deyəndə Niyar xanım 
dedi: 
– Nə danışersan? 
– Bəli, o, sənin bacındı, get bacınnan soruş.  
Niyar xanım təzədən ayılıf işi öyrənənnən soyra Koroğluya 
dedi: 
– Koroğlu, bu günnən soyra bir də bayram elə. 
Allah-taala  sizi,  bütün  türk  dünyasını  həmeşə  bayramda 
eləsin.  
Dastan burda tamam oldu. Aşıq Cünun toyu bir duvaqqap-
maynan  başa  vurdu.  Göydən  üç  alma  tüşdü.  Biri  mənim,  biri 
Aşıx  Aslan  Kosalının,  biri  də  özümün.  Tamam  xeyir,  tamam 
gözəllik, tamam bərəkət cümləmizə nəsib olsun, inşallah. Allah-
təbarəkətəala həmmeşə üstünüzdə olsun.  


 
 
281
MEHRALI BƏY 
 
Bəli,  Sizə  haradan,  kimdən  xəbər verim,  xəbəri sizə göydə 
qartalı  gözündən  vuran,  yağıların-yadların  anasını  ağladan,  ga-
vurlara qəbir qazan, Alosmanda, Qafqazda ad-san alıb, paşalara-
sultanlarla Anadolu ağzında süfrə açıb məclis quran Borçalının – 
qarapapaxların şir-aslan balası Darvazlı Mehralı bəydən deyim. 
Mehralı bəyin atası Məmli kişi Borçalı ağa-bəyləri içərisin-
də ad-san sahibi idi. Məmli kişinin el-obada bir sözünü iki edən 
olmazdı. Bolusda məclislər yaraşığı idi. Allahverdi oğlu Məmli-
nin  oğul-qız  züryəti  sarıdan  da  bəxti  gətirmişdi.  Məmli  kişinin 
Mehralı, İsa, Məhəmmədəli, Alı adlı dörd oğlu, Hürü, Tükazban 
adlı iki qız züryəti vardı. Məmli kişi Bolusda əsl-nəsli, səxavəti 
ilə sayılan duz-çörəkli, olduqca qoçaq, vuran-tutan, dosta həlim, 
düşmənə qənim sayılan kişilərdən idi.  
Ustad  deyir  ki,  Borçalı  yaylaqlarında  gül-gülü,  bülbül-
bülbülü çağıran, borçalıların dəyə qurub yaylayan vaxtı idi. Bu o 
vaxtlar idi ki, Qazax, Şəmşəddin sultanlığı, Borçalı artıq Uruse-
tin tərkibinə qatılmışdı.  Hər  yerdə ağalar,  bəylər,  tavatlar,  naib-
lər  xalqı  ağır  vergi  verməyə  məcbur  edirdilər.  Torpaq  vergiləri 
xalqı  müflisləşdirmişdi.  «Dinmə  ver»  vergisi  xalqı  can-boğaza 
yığmışdı. O idi ki, Dağ, Bağ, Aran Borçalıda ardı-arası kəsilməz 
kəndli üsyanları baş verirdi. 
 Bu  dövrlərdə  Məmli  kişininin  böyük  oğlu  Mehralının  da 
artıq bığ yeri tərləmiş, on səkkiz yaşlı, orta boylu, dolu bədənli, 
bənövşəyi  bığlı  qız  qaytaran,  dəliqanlı,  özünü  bozartmış  bəyni-
şan  bir  oğlan  olmuşdu.  Toy-nişanlarda,  su  suatlarında  telli-toq-
qalı kəmər və bəstə-sultan nigar qızların gözaltısına çevrilmişdi. 
Mehralı  tay-tuşları  arasında  ədəb-ərkanı  ilə  seçilirdi.  Onun  da 
atası  Məmli  kişi  kimi  ov-şöləndə  atdığı  güllə  boşa  çıxmazdı. 
Mehralıdan söz-söhbət düşəndə ağsaqqal-ağbirçəklər ürəkdolusu 
deyərdilər: 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə