86
etdikləri gəlirlərə görə vergi tətbiq edilmirdi. Ancaq 1989-cu il
fevral ayından etibarən bu gəlirlər vergiyə cəlb edildi.
Böyük birjalar.
Almaniya-Frankfurt Fond Birjası. Almaniyada birjalar
ölkə iqtisadiyyatının digər sahələrinin inkişaf etməsinə paralel
olaraq inkişaf etmişdir. Yaponiya, Fransa və ABŞ kimi dünya
iqtisadiyyatında əhəmiyyətli dərəcədə iqtisadi çəkisi olan
Almaniya kapital bazarı mövzusunda bu ölkələrdən olduqca geri
qalmışdır. Alman birjalarında qiymətli kağızlarla aparılan əmə-
liyyatların həcmi dünyada əməliyyat keçirilən qiymətli kağızların
ümumi həcminin 4%-ni təşkil edir. Bunun əsas səbəbi Almaniyada
1930-1945-ci illər ərzində nasional-sosializm ideologiyasının
hakim ideologiya olması idi. Bu görüşə görə yəhudilər kapital
bazarı vasitəsi ilə alman iqtisadiyyatına və xüsusilə də alman
xalqına zərər vermiş, hətta 1930-cu illərdə Almaniyada baş verən
iqtisadi böhranda onlar da məsuliyyət daşıyırlar. Almaniyada yə-
hudi düşmənçiliyinin nəticəsində kapital bazarına qarşı
etimadsızlıq meydana gəlmişdir. Almaniyanın ən böyük fond
birjası Frankfurt şəhərindədir. 1996-cı ildə Franfurtdakı fond
birjasında qiymətli kağızlarla əməliyyatın həcmi 1485 milyard
marka olmuşdur.
Frankfurt birjası Almaniyanın finans mərkəzi və Avropanın
London birjasından sonra 2-ci ən böyük birjadır.
Ümumiyyətlə, Almaniyada 8 dənə qiymətli kağız bazarı və 3
dənə müddətli əməliyyat birjası fəaliyyət göstərir. Bu birjalar
içində ən böyüy Frankfurt birjasıdır. Frankfurt birjasında 1994-cü
ilin sonuna qədər toplam əməliyyat həcmi 5,201 mlrd. marka,
bunlardan səhmlərin həcmi 1415 mlrd. marka, istiqrazların həcmi
3,786 mlrd. marka olmuşdur.
Paris Fond Birjası. Paris Fond Birjasının fəaliyyəti uzun
müddət dövlət müdaxiləsi kimi səbəblərlə kölgədə qalmış, ancaq
1986-1997-ci illər özəlləşdirmə tədbirləri nəticəsində birja
iqtisadiyyatın tənzimlənməsində aktiv rol oynamağa başlamışdır.
Nəticədə 1990-cı illərin ortalarında qiymətli kağızların
87
kapitallaşma dəyəri səkkiz dəfə artmış və buna müvafiq olaraq
yeni texnoloji sistemli proqramlar klirinq, depozitor, trast
ə
məliyyatlarında istifadə edilməyə başlamışdır.
Ümumiyyətlə, Paris birjasının idarə heyəti 12 üzvdən
ibarətdir. 12 üzvdən 10-u vasitəçi qurum təmsilçisi, 1-i birjada
qeydiyyatdan keçmiş şirkətin təmsilçisi, digər üzv isə vasitəçi
qurumlarda çalışanların təmsilçisidir. Bu məclisdə hökumətin
təmsilçisi Finans Nazirliyinin nümayəndəsidir.
Fransa iqtisadiyyatında ailə müəssisələrinin uzun müddət
fəaliyyətinin nəticəsi olaraq Parisdə fond birjasının inkişafı
ləngimişdir.
XIX əsrin əvvəlində Paris Fond Birjasında 10-a yaxın
ş
irkətin qiymətli kağızları ilə əməliyyat keçirilirdi.
Səhmdar cəmiyyətlərinin inkişafı ilə bərabər Paris Fond
Birjası ölkə iqtisadiyyatında ciddi ictimai sosial instituta çevrildi.
Paris birjasında qiymətli kağızlarla əməliyyat dövlət
tərəfidən tənzimlənir və nəzarət edilir. Başqa ölkələrdə birjaya
nəzarət hökumət qurumlarının birinin fəaliyyəti ilə məhdudlaşırsa,
Fransada isə hətta birja brokerləri (onların sayı 85-ə yaxındır)
hökumət qərarı ilə vəzifəyə təyin edilir. Bu brokerlərin birjada
aparılan bütün əməliyyatlar üzrə mononol hüquqları vardır.
Birja əməliyyatları komissiyası Paris birjasının fəaliyyətinə
nəzarət edir və 5 üzvdən ibarətdir. Komissiya üzvləri finans naziri
tərəfindən təyin edilir. Komissiya aşağıdakılara nəzarət edir:
- səhmdar cəmiyyətlərinin ictimaiyyətə açıqladıqları
faktlara;
- məlumatların dəqiqliyi və operativliyinə;
- birja haqqında edilən şikayətlərə;
- qiymətli kağızların alqı-satqısına.
Milan Fond Birjası. Milan Fond Birjası taliya dövlətinin
mülkiyyətində olan müəssisədir. Birja fəaliyyətinə nəzarəti Finans
Nazirliyi həyata keçirir. Birjada qiymətli kağızlarla əməliyyat
aparan brokerlər (130-a yaxın) dövlət məmuru statusuna
88
sahibdirlər. Milan birjasında 500-ə yaxın şirkətin kağızları
ə
məliyyatda iştirak edir və bunların da 1/3 səhmlərdir.
Eyronext birjası. Avropa qitəsinin böyük birjaları olaraq
qəbul edilən Amsterdam, Belçika və Parij birjaları 2000-ci ilin
mart ayında Euronext adı altında ortaq bir birja qurmağa qərar
vermişlər. Birləşmənin gerçəkləşmisilə 2.3. trilyon Avrobazar
dəyərinə çatan iri bir birja ortaya çıxmış oldu. London birjasının
bazar dəyəri 2.8 trilyon dollara çatacaqdır. Üç birjanın birləşmə
yoluna getməsindəki ən böyük səbəb aşağı salınmasıdır.
Euronext birjası fəaliyyətə keçdiyində Avropanın ən böyük
25 şirkəti bu birjada əməliyyat görəcəkdir. Euronext birjasının
sədri tərəfindən dörd il ərzində idarə ediləcəyi qərarlaşdırılmışdır.
Nordquote birjası (Skandinaviya ölkə lə ri birjaları).
Skandinasiya ölkələri olaraq tanınan Danimarka, Finlandiya,
Norveçdə birjalararası bilgi xəbərləşmə sisteminə dayanan
ölkələrarası ortaq bir əməkdaşlıq anlaşılmışdır. Bu sistem ilə
Kopenhaqen, Helsinki, Oslo və Stokholm birjalarında Skandi-
naviya ölkələrinə aid səhmlərin alış-satışını gerçəkləşdirmək
mümkün olacaqdır. 1994-cü il noyabr ayında qurulan Nordquote
sistemində əməliyyat aparan 83 şirkətə aid 105 səhm vardır. Bu
sistem Skandinaviya ölkələri arasında səhmlərin ticarətini artırmaq
ilə yanaşı xarici investorlara Skandinaviya ölkələri bazarını ən
yaxşı şəkildə tanıtma məqsədini güdür.
Honkond birjaları. Honkonqda ilk birja 1891-ci ildə
quruldu. 1950-ci ilərdə Honkond sürətlə sənayeləşdi və Çindən bu
ölkəyə güclü bir şəkildə əmək və sərmayə axını oldu. 1972-ci
illərdən etibarən aksiya dəyərlərində böyük artımlar oldu. 1987-ci
ildə dünya birjalarına təsir edən finans böhranının ən böyük
səbəblərindən birisi də Honkond birjasında az sayda şirkətin böyük
çəkiyə sahib olması idi. Məsələn, 1991-ci ilin axırında Honkond
birjasındakı şirkətlərin ümumi kapitalının 9,5%-ni tək bir şirkət,
«HK Telekommunikaşion» şirkəti təmsil edirdi. Birjanın ən böyük
iyirmi firmasının ümumi kapitalı isə birjada əməliyyat aparılan
aksiya dəyərinin 66%-nə bərabər idi.
Dostları ilə paylaş: |