Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə18/108
tarix13.12.2017
ölçüsü2,83 Kb.
#15408
1   ...   14   15   16   17   18   19   20   21   ...   108

 
55
bitirmişdir. Povestdə bu iki sənət baһadırının һumanist və dostsevər 
obrazları onların yüksək bəşəri idealları ilə birlikdə canlandırılmışdır. 
Bizə elə gəlir ki, oxucu povestdən һər iki sənətkar һaqqında bilavasitə 
Sabir və Cabbarlı mövzusuna һəsr olunmuş əsərlərdən alınan təsəv-
vürlər qədər məlumat əldə edə bilər. Qanlı səһnələrin ağlar-güləyəni 
Sabirlə bağlı əһvalatların təsvirində köһnə dünyanın bütün rəzalətləri, 
çar məmurlarının eybəcərliyi bütün çılpaqlığı ilə göz önünə  gəldiyi 
kimi, yeni dövrün ən xəlqi sənətkarı olan Cabbarlının adı ilə
 
əlaqədar 
lövһələrin rəsmindən bütün qaranlıqları  əridib yox edən, öz gur 
işıqlarını Azərbaycan torpağının  һər guşəsinə, balaca Tuğ  kəndinə 
qədər göndərən inqilab günəşinin zərrin saçaqları cilvələnərək 
üzümüzə xoş  təbəssüm yayır. Bu günəşin ruһu oxşayan ziyaları 
altında Cabbarlının  һəyatda yaşayan qəһrəmanlarının xoşbəxt 
cöһrələri bəxtəvərcəsinə gülümsəyir.  
Sovet adamının zəkası kainatı, ulduzlar aləmini fətһ etdiyi bir za-
manda yaşayıb yaradan һər bir ağıllı yazıçı öz sənətini xalqın һəyatı 
ilə daһa çox bağlamağa çalışır. Müasir dövrün yazıçısı artıq «Ayın 
əfsanəsi» mövzucundan «Ayın һəqiqəti»nə keçməkdədir. Buna görə 
də «Ürəklər bir olanda» povestinin müəllifinin tutduğu yol doğru yol 
sayılmalıdır. Müəllif xalqlar dostluğunu xəyalda, fantaziyada arama-
mış, inkaredilməz real һəyati faktlarda tapmışdır. 
Povest tamamilə vaxtında–müasir dövrün manifesti sayılan Sov. 
İKP Proqramında zərli sətirlərlə  һəkk edilmiş, «insan insana dost, 
yoldaş və qardaşdır» sözlərinin bütün düşüncələrə һakim olduğu bir 
zamanda yazılmışdır. 
Əsərin inqilabdan əvvəlki dövrdən bəһs edən birinci fəslindəki 
һüznlü  əһval-ruhiyyəni yeni azad günlərin təsvirinə  һəsr olunmuş 
ikinci fəslində nikbin bir lirika əvəz edir. Bu lirika sağlam və һərarətli 
bir nəfəsə malikdir. 
Yazıçı əsərdə məna dolğunluğuna xüsusi diqqət yetirmişdir. «Sevil 
Vanyanı sevir», «Lüsiq sadiq gəlindir», «Ürəklər bir olanda» və s. 
bəһslər də bu cür mənalı epizodlardır. Əsərdə һər şey təsirli, һər şey 
sadə və gözəldir. 
Adətən, tənqidi yazılarda yazıçılarımızın çoxu bəzən lüzumsuz 
təfərrüatda təqsirləndirilir. Həmin əsərdə bunun əksini müşaһidə edi-
rik. Bizə elə  gəlir ki, müəllif nədənsə tez-tez öz poetik xəyalını 
qol-qanad açmağa qoymur, onu dərһal cilovlayır, kiçik detallara en-
mək istəmir, bəzən də çox yerində və lüzumlu ricətlərdən belə çəkinir


 
56
təsviri tələsik tamamlamağa can atır. Bu isə öz növbəsində ayrı-ayrı 
əһvalatlar və epizodlar arasındakı bədii əlaqəni zəiflədir. 
Nəticə etibarı ilə demək lazımdır ki, xalqlar dostluğu kimi son 
dərəcə aktual bir mövzunun bədii təsvirinə һəsr olunmuş «Ürəklər bir 
olanda» sənədli povesti һəm müəllifin yaradıcılığında,  һəm də 
ümumiyyətlə bədii nəsrimizdə əһəmiyyətli bir hadisədir. 
  
 «Azərbaycan gəncləri» qəzeti, №114(6618)  
23 sentyabr 1962  
 
 
MÜASIRLIK, SƏNƏTKARLIQ 
 
Məlum olduğu üzrə, bu ilin avqust ayında Leninqradda Avropa 
ədəbiyyatçılarının müasir roman məsələsinə  həsr olunmuş xüsusi 
sessiyası keçirilmişdir. Burada müasir romanın müxtəlif məsələlərinə 
dair geniş fikir mübadiləsi olmuşdur.  
Avropada roman janrının ölməsinə dair səslər bu gün də eşidil-
məkdədir. Ümumiyyətlə, burjua qərbi romanın gələcək inkişafını 
təhlükə altına alır. Buna görə də Avropada «yeni roman» nəzəriyyəsi 
deyilən bir nəzəriyyə ayaq alıb yeriyir, bu nəzəriyyənin tərəfdarları 
romanın süqutuna dair səsləri gəldikcə hay-küy qopardırlar. 
Lakin həyatın sınaqlarından müvəffəqiyyətlə çıxmış, gözəl bəh-
rələr vermiş sosializm realizmi metodunda yazıb-yaradan sənətkar-
ların, xüsusilə, sovet yazıçılarının qarşısında romanın bir janr olaraq 
süqutu deyil, əksinə, onu daha da inkişaf etdirmək məsələsi durur.  
Leninqrad sessiyasında rus yazıçısı Leonid Leonov demişdir: 
«Roman lazımdırmı?» sualını vermək ona bərabərdir ki, deyəsən: - 
«Məhəbbət, həyat, insan lazımdırmı?» Aydındır ki, bəşər zəkası in-
kişaf etdikcə onun mənəviyyatı da inkişaf edir, zənginləşir; deməli, 
bədii növlər, janrlar, o cümlədən, roman da dəyişir, təkmilləşir, inkişaf 
edir». M.Şoloxov deyir ki, sovet yazıçısının qarşısında «roman 
yazmaq lazımdırmı?» sualı yox, necə yazmaq lazımdır məsələsi durur.  
Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda Azərbaycan sovet 
romanı haqqında da söhbət açmaq olar. Qeyd etmək lazımdır ki, Azər-
baycan romanı o qədər də qədim tarixə malik deyildir. Sözün həqiqi 
mənasında bu janr yalnız sovet dövründə yetkinləşmiş, öz orijinal 
simasını tapmışdır.  İlk Azərbaycan sovet romanının yaranmasından 


 
57
cəmi otuz ildən bir qədər artıq vaxt keçir. Tarixən bu qısa müddətdə 
Azərbaycan romanı çox sürətlə inkişaf etmiş, bütün ədəbiyyatımızda 
aparıcı janr səviyyəsinə qalxmışdır.  
Hamıya aydındır ki, roman kimi mürəkkəb bir bədii forma hər 
zaman yaranmır. O, xalqın ictimai-siyasi tarixindəki  əsaslı dönüş 
mərhələləri ilə  əlaqədar  şəkildə meydana çıxır. Buna görə  də bizdə 
roman janrının yaranması xalqımızın həyatında baş verən bir sıra 
köklü və əsaslı dəyişikliklərlə bağlıdır. Məsələn, Azərbaycan kəndi-
nin yenidən qurulması – kollektivləşmə məsələsi ilə əlaqədar olaraq, 
«Yoxuşlar», «Tərlan», «Qəhrəman»; Sovet hakimiyyəti uğrunda ge-
dən mübarizələr və vətəndaş müharibəsinin təsviri sahəsində «Şamo», 
«Daşqın», «Dünya qopur», «Dirilən adam», «Bir gəncin manifesti»; 
inqilab tarixinə dair «Dumanlı Təbriz» və s. kimi romanların meydana 
gəlməsi xalqımızın keçirdiyi müəyyən tarixi inkişaf mərhələlərini əks 
etdirir. Həmin  əsərlərin hər birində xalqın ictimai-siyasi həyatının 
mühüm problemləri qaldırılmış, ayrı-ayrı tarixi dövrlər bədii səpgidə 
yenidən canlandırılmışdır.  
Azərbaycan romanının yaranma tarixindən danışarkən, onun iki 
əsas başlanğıc xəttini müəyyən etmək lazımdır. Xətlərdən birincisi 
Nəriman Nərimanovun yaradıcılığı ilə bağlıdır ki, bu, özünün lako-
nizmi, yığcam və konkretliyi, hadisə  və xarakterinin təsvirində rea-
lizmin üstünlüyü ilə seçilir. Bu elə istiqamətdir ki, müəllif burada 
lüzumsuz təfsilata yol vermir, macəraçılığa uymur, dövrün, mühitin 
səsini, tələblərini deməyə çalışır.  
Romançılıqda ikinci xətt Ordubadinin adı ilə bağlıdır. Burada 
yazıçı  həyat həqiqətlərini bir qədər nağılvari  şəkildə  təsvir edir, 
macəraçı əhvalatların təsvirinə daha çox uyur, əsərin daxili dinami-
kasından çox, zahiri maraqlılığına meyl edir.  
Mir Cəlalın, Əli Vəliyevin, İ.Əfəndiyevin, İ.Hüseynovun, İ.Şıxlı-
nın, B.Bayramovun, H.Seyidbəylinin, V.Babanlının,  Ə.Qasımovun, 
S.Qədirzadənin, S.Əhmədovun və başqalarının yazdığı  əsərlərdə  ən 
ümdə  məziyyətlərdən biri yığcamlıqdır. Fikrin konkret bədii ifadəsi 
bu yazıçıların  əsərlərinin başlıca xüsusiyyətidir. Hadisələrin geniş 
təsvirini verməklə iri həcmli əsərlər yazmaq yazıçıdan məharət tələb 
etdiyi kimi, konkret yazmaq da hünər istəyir.  Ədəbiyyatımızın bu 
sahədəki təcrübəsinə əsaslanan akademik M.Arif, haqlı olaraq, müasir 
Azərbaycan romançılığında iki xətti – yığcam romanın və çoxplanlı, 
habelə, roman-epopeyaların olduğunu söyləyir.  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə