Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə21/108
tarix13.12.2017
ölçüsü2,83 Kb.
#15408
1   ...   17   18   19   20   21   22   23   24   ...   108

 
64
Ə.Kürçaylının «Qar yağır» adlı şeiri uşaq psixologiyası haqqında, 
insan haqqında, dünya və həyat haqqında fəlsəfi fikrin bədii ifadəsi 
adlandırıla bilər.  
Çoxdandır qara həsrət çəkən Bakıda birdən-birə qar görünür. 
Uşaqların sevinci sonsuzdur. Onlar yoldan keçənləri qar topu ilə 
vururlar. Bunlardan biri hirslənərək qəzəblə uşaqların qarasınca deyi-
nir. Bunu görən şair üzünü sanki həmin nadinc uşaqlara tutaraq deyir:  
 
Uşaqlar, atmayın, bir an durun siz 
«Qəzəbli əmiyə» atmayın qarı. 
Onun da yerinə məni vurun siz, 
Atın, mənə atın o ağ topları. 
 
…. Sevinc gətirərsə bir anlıq sizə, 
Qoy hədəf mən olum, 
Açıqdır sinəm. 
Sizin fərəh dolu gülüşünüzə 
Bütün bir ömrümü versəm də nə qəm! 
 
Əlbəttə, kitabda toplanan şeirlərin hamısı eyni səviyyədə deyildir
bunlarda bəzi zəif deyilmiş misralara və bəndlərə də rast gəlmək olar. 
Lakin «Şeirlər» kitabı bütünlükdə  həm məzmun, həm də  bədii 
cəhətdən Kürçaylının müvəffəqiyyətidir.  
 
 «Ədəbiyyat və incəsənət» qəzeti, 
 4 aprel 1964 
 
 
ATALAR, OĞULLAR VƏ YOLLAR 
 
B.Vahabzadənin son poeması «Yollar və oğullar» məlum olduğu 
üzrə şairin yaradıcılığında beynəlxalq mövzuya həsr olunmuş ilk əsər 
deyildir.Onun «Əbədi heykəl» poeması, «Səyyahın dəftərindən» baş-
lığı altında verilən silsilə əsərləri və başqa şeirləri bu sahədə zəngin bir 
tematika təşkil edir.Haqqında bəhs edəcəyimiz əsər bu bədii seriyaya 
qiymətli əlavə olmaqla həm də müəllifin öz azadlığı uğrunda müba-
rizəyə qalxan xalqların həyatı ilə müntəzəm surətdə maraqlandığını, 
müasir dövrün dünya miqyasında baş verən  ən mühüm hadisələrini 


 
65
izlədiyini göstərir.  
Poemada konflikt çox həyati və inandıcırı əhvalatlar, son dərəcə 
gərgin və dramatik psixoloji vəziyyətlər  əsasında qurulduğu kimi, 
onun bədii həlli də  təbii, habelə tarixən düzgün inkişaf prosesində 
verilmişdir.  
Poema  şaxələnən bir münaqişə  xəttinə malikdir. Bu münaqişə 
təkcə atalarla oğullar arasında deyil, həm də qardaşla qardaş arasında, 
habelə bir adamın öz düşüncələrində, psixologiyasında (Ben-Os-
manda olduğu kimi) baş verir.Həmin ziddiyyətləri doğuran isə  Əl-
cəzair xalqının məhkum həyatı, istismara, yalana, saxtalığa əsaslanan 
burjua cəmiyyətidir. Ben-Osmanı eybəcərləşdirən, yadellilərin əlində 
oyuncağa çevirən, dinindən, dilindən, ad və familiyasından döndərən 
qüvvə Əlcəzairdəki müstəmləkə quruluşudur. Ben-Osman milyonları 
əlindən çıxmasın deyə fransız nazirinə yaltaqlanır, arvadı  Zəhranı 
buraxıb, oğlu Mustafanı unudur, nəhayət həmin nazirin bacısı Nana 
ilə evlənir. Ondan da bir oğlu olur, buradan da yollar və  oğullar 
məsələsi başlayır: iki oğul, iki yol:  
 
Oğullar böyüdü, ərsəyə çatdı,  
İki çıraq yandı iki sinədə. 
Oğullar, oğullar qılınc oynatdı,  
Hərəsi bir yolda, bir əqidədə. 
 
Lakin bu yollar, bu əqidələr paralel getmir, üz-üzə, qarşı-qarşıya 
gəlir:  
İki oğul, iki yol o gün durdu üz-üzə. 
 
Məsələ də burasındadır. Yəni bu yollardan hansı doğrudur, əda-
lətlidir…  
Bir-birinə daban-dabana zidd olan bu yollardan birini Mustafa, 
digərini isə Etyen təmsil edir. Bir atanın övladları olan bu iki oğul nə 
üçün bir-birinə düşmən kəsilmişdi. Bizcə bunun səbəbini müstəm-
ləkəçilik siyasətində axtarmaq lazımdır. 
Bu məsələyə Mustafa bir cür, Etyen başqa cür baxır. Şairin özü isə 
bu baxışların müxətlifliyini oğulların aldığı tərbiyə ilə izah edir:  
 
Paris havasiylə yaşadı biri,  
O biri düşündü Əlcəzairi.  


 
66
Biri bu torpaqdan dövlət istədi,  
Biri: «Bu torpağa can qurban» – dedi.  
Etyen – südə çəkdi, sümüyü dandı, 
Bir müddət Parisdə gəzdi, dolandı.  
Oxuyub kollecdə o, xeyli zaman 
Aldı təlimini dayılarından.  
Mustafa: «Mənimdir bu ana torpaq» –  
Deyə hakimlərə oxudu meydan.  
Silib təmizləmək istədi, ancaq, 
Vətəni, Etyenin dayılarından.  
 
Oğulların yollarının ayrılığı – xüsusilə, Əlcəzairdə milli azadlıq 
hərəkatı başlayan zaman aşkara çıxır. Bu zaman biz Mustafanı azadlıq 
ordusu sıralarında, Etyeni isə müstəmləkəçilər cəbhəsində görürük: 
baxışlar, əqidələr toqquşur, qılınclar, nizələr üz-üzə dayanır.  
Əsərdə  şairin böyük məhəbbət hissi ilə  təsvir etdiyi surətlərdən 
biri Mustafadır. O, müəllifin müsbət estetik idealıdır; Mustafanın yolu 
haqq, mübarizəsi ədalətlidir. Mustafa bir bədii obraz kimi artıq ayılıb 
öz  şanlı keçmişini qəhrəman  əcdadını  dərk edən, vətəninin yadlar 
tapdağında qalması ilə barışa bilməyən, müstəmləkə vəziyyətinə düş-
müş, lakin azadlıq istəyən  Şərqin timsalıdır.Oxucu  əsər boyu Mus-
tafanı ardıcıl olaraq həmişə müsbət planda inkişafda görür, onun 
mərdlik, mübarizlik, əyilməzlik kimi insani keyfiyyətlərinin  şahidi 
olur.  
Bu keyfiyyətlərdən  ən başlıcası Mustafadakı odlu bir sevgi – 
vətən məhəbbətidir.Düşmənlər onun yalnız meyidini ələ keçirə bilir-
lər.Ananın müstəmləkəçilərə  qəzəb, eyni zamanda iftixar hissi ilə 
dediyi sözlər bu cəhətdən çox səciyyəvidir:  
 
Özünü yox, siz onun meyidini asdınız. 
 
Poemanın yaxşı  cəhətlərindən biri də  şairin fransız xalqını küll 
halında Şərqin, o cümlədən Əlcəzairin dostu kimi qələmə almasıdır. 
Müəllif çox doğru olaraq orada da ayrılan cəbhələrin,  əqidələrin və 
yolların mövcudiyyətini görüb təsvir etmişdir:  əsərdə iki fransızın 
(Anri ilə Etyenin) dialoqu bu nöqteyi nəzərdən xarakterikdir:  
Etyen:  
– Mən anlamıram, ərəb hara, sən hara? 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə