Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə22/108
tarix13.12.2017
ölçüsü2,83 Kb.
#15408
1   ...   18   19   20   21   22   23   24   25   ...   108

 
67
Axı sənə nə düşüb qoşulmusan bunlara? 
Sən ki, firəng oğlusan.  
Anri:  
– Utan, sözündən utan!  
Mənim eşqim azadlıq, mənim millətim insan
Ərəbə də qardaşam, firəngə də qardaşam.  
Axı o kim, bu kimdir?      
İnsan azadlığına kəc baxan, düşmən olan  
Mənim də düşmənimdir!  
  
Şair Mustafanın yetişməsində tarix müəllimi, fransız Anrinin 
oynadığı rolu ürəkdən qələmə almışdır. Anri, Əlcəzairin qəhrəmanlıq 
tarixindən onun azadlıq mücahidlərindən həmişə odlu bir dillə bəhs 
etmiş  və beləliklə  də Mustafanın qəlbində sönməyən bir ocaq qala-
mışdır.Mustafa vətən, insan və azadlıq sözlərini məhz bu alovun işı-
ğında daha aydın görmüş, mənasını daha dərindən anlamışdır.  
Poemada bütün ziddiyyətləri ilə verilən orijinal xarakter səviyyə-
sinə qaldırılan surətlərdən biri də Ben-Osmandır. Bu tip şairin 
müvəffəqiyyəti sayıla bilər.  
Şair Ben-Osmanı oğulların üz-üzə gəldiyi yolları seyr edən passiv 
bir müşahidəçi kimi verməmişdir. 
  
Bəs ata?  
Bəs Ben-Osman?  
Gələcəyi düşündü, keçmişləri çox andı. 
O gəlib iki yolun ayrıcında dayandı.  
«Hansı yolu tutmalı, hansı yolu getməli, 
Birində qəlbim durur, birində canım durur; 
İki yol ayrıcında səhvim, nöqsanım durur. 
Canım könlümə düşmən, könlüm canıma 
 düşmən. 
Çarpazlaşıb qılınclar, onların arasında  
Dayanmışam indi mən. 
O yol, bu yolu vurur,  
Oğul, oğulu vurur. 
Ayılmıram mən yenə.  
Axı, ikisinin də zərbəsi dəyir mənə.  
Həm o tərəfdə oğul, həm bu tərəfdə oğul.  


 
68
Axı güllə də oğul, axı hədəf də oğul.  
Bəs mən neyləməliyəm?  
O oğulu tutmalı, bu oğulu tutmalı?  
Ya bu yolu tutmalı, ya o yolu tutmalı!» 
 
Poemanın  ən dramatik yerlərindən biri olan bu parçanı biz ona 
görə bütövlükdə misal gətirdik ki, Ben-Osmanın  əsas faciəsi oxu-
culara aydın olsun. Burada həm də şairin əsər boyu söyləmək istədiyi 
fikrin, necə deyərlər canı, cövhəri ifadə olunmuşdur. Oğullar arasında 
qılıncları  və yolları çarpazlaşdıran kimdir? Müstəmləkəçilik, müs-
təmləkəçiliyin dəyirmanına su tökənlər isə Ben-Osman kimi may-
maqlardır. Ben-Osmanlar bir də ona görə təhlükəlidirlər ki, onlar işin 
faciəli aqibətini düşünmədən, müstəmləkəçilərlə əlbir olub gələcəkdə 
özünü çalmaq üçün şahmarlar hazırlayırlar. Belə şahmarlardan birini 
müəllif fransız qızı Nanadan olan Etyenin simasında müvəffəqiyyətlə 
təsvir etmişdir. Çox fikirləşdikdən sonra Etyenin tərəfinə keçməsinə 
baxmayaraq, Ben-Osman sonralar rahat otura bilmir, düşüncələr
mənəvi sarsıntılar girdabında fırlanır.Düşdüyü vəziyyətlər, keçirdiyi 
psixoloji əhval-ruhiyyələr nəticəsində gah Ben-Osman, gah da dönüb 
«Simon» olan, təbiətnidə tez-tez ikilik, dəyişkənlik baş verən bu ma-
raqlı surəti şair gah Etyen, gah Mustafa, gah da həyatın özü ilə qar-
şılaşdırır. Ben-Osman müxtəlif hadisələrin təsiri ilə beynində doğan, 
lakin məsləkinə zidd olan fikirlərdən heç vəchlə xilas ola bilmir. 
Əsərdə bu məsələnin izahı üçün müvəffəqiyyətlə verilmiş  bədii 
detallar vardır.  
Ben-Osman oğlu Mustafanı evə çatdıraraq, onun nə üçün tarix 
müəllimi ilə sözləşdiyini öyrənir. Burada onun qəlbində atalıq hissləri 
baş qaldırır, təsəvvüründə  oğlanlarını bir-biri ilə müqayisə edir, in-
diyədək doğma balalarına müxtəlif münasibət bəslədiyi üçün ürəyində 
özünü töhmətləndirir. Ata ilə  oğlun üz-üzə durduğu vaxt yaranan 
vəziyyət, psixoloji an şair tərəfindən çox yığcam verilmişdir: 
  
Ben-Osman baxdıqca köks ötürürdü,  
Oğlunun mənalı baxışlarında  
O nələr görürdü, nələr görürdü:  
Bir həsrət,  
bir hörmət,  
bir də… məzəmmət. 


 
69
 
Buradakı hissin hər üçü nə  qədər səmimi, təbii, övladın atadan 
uma biləcəyi insani duyğulardır.  
Həmişə ictimai mübarizələrdən özünü kənarda tutmağa çalışan, 
həyatın nəşəsi ardınca qaçan Ben-Osman Əlcəzairdə başlanan milli-
azadlıq hərəkatında bərk sarsılır, var-yoxunu yığıb Parisə qaçmaq 
istərkən inqilabçılar tərəfindən yaxalanır, varidatı əlindən alınır. Son-
ralar biz Ben-Osmanı  həm fransız döyüşçüləri, həm də  Əlcəzair 
könüllüləri arasında görürük. Müəllif burada da tutarlı, yaddaqalan 
ştrixlər vasitəsilə Ben-Osmanın qəlbində doğan və  tədricən inikşaf 
edən ikilik hissini, mütərəddidliyi açmağa müvəffəq olmuşdur. 
Ben-Osman fransız cəbhəsinə gələndə:  
 
Döşündəki ordeni onun  
vəsiqəsiydi.  
Azadlıq cəbhəsinə gələndə:  
Burdasa ərəbliyi onun  
vəsiqəsiydi.  
 
Ben-Osmanın döşundə Fransa hökumətinin legion ordeni varsa, 
damarlarında ərəb qanı axır.  
Ben-Osmanı bu məsələlər düşündürməyə bilməz. Onun xəcalət 
hissləri, daxili insanlaşması ba buradan başlayır. O, azadlıq ordusunun 
qaş-qabaqlı  sıra nəfərlərini gördükcə  xəcalət çəkir, içindən yanıb 
qovrulur.  
Bütün bu məsələləri izlədikcə adama elə gəlir ki, şair Ben-Osmanı 
islah edib, təcili «yaxşılar» sırasına qaytarmaq istəyir. Lakin belə 
olmur, hadisələr öz təbii axarı ilə davam edir, nəticədə Ben-Osman 
yeni və ağır bir zərbə alır:  
 
Ana ilə bala verib əl-ələ, 
Simonu evindən atdılar çölə.  
 
Ben-Osman həyatın ən sarsıdıcı, ən dəhşətli zərbəsini Mustafanın 
fransızlar tərəfindən asıldığı zaman alır. Bu səhnədə ata, Mustafanın 
nəşini qucaqlayarkən əyiləndə döşündən legion ordeni yerə düşür. O, 
vaxtı ilə  ən böyük ideal hesab etdiyi bu ordenə indi bir paslı  dəmir 
parçası qədər də etina etmir. Çox mənalı detaldır. Yalnız bu son və 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə