Microsoft Word Cami baharistan doc



Yüklə 457,25 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix06.10.2018
ölçüsü457,25 Kb.
#72904
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

 

48 


 

Q i t ə 

 

Olmasa şahlarda hörmət, siyasət, 

Onun dövlətini yıxarlar asan. 

Aslanın dırnağı, dişi olmazsa

Çolaq bir tülkü də çəkinməz ondan. 

 

*** 



Hekayət. 

Həccaca qarşı üsyan etmiş adamlardan bir qadını tutub 

onun yanına gətirdilər. Həccac qadınla danışır, o isə gözünü 

yerə dikir, başını yuxarı qaldırmırdı, nə ona cavab verir, nə də 

üzünə baxırdı. Orda olanlardan biri dedi: «Axı,  əmir səninlə 

danışır, nə üçün dinmirsən, ona baxmırsan?!» Dedi: «Mən elə 

bir adamın üzünə baxmaqdan utanıram ki, allah onun üzünə 

baxmır». 

 

49 


Q i t ə  

 

Zalimin üzünə baxma, çünki o, 

Cəhənnəmdə açıq qapıya bənzər, 

Cəhənnəm qapısı açılan gündən, 

Allah da lütf ilə salmamış nəzər. 

 

*** 



Hekayət. 

İskəndərdən soruşdular: «Yaşının azlığına, təcrübənin 

yoxluğuna baxmayaraq, az müddətdə bu qədər dövləti necə ələ 

gətirdin, bu qədər məmləkəti necə  fəth etdin?» Dedi: 

«Düşmənlərlə düşmənçiliyi azaltdım – ara qızışdırmaqdan  əl 

çəkdilər; dostlarla dostluğu möhkəmlətdim – lazım olanda 

köməyə gəldilər...» 

 

Hekayət. 

Bir gün İskəndər öz sərkərdələri ilə bir yerdə oturmuşdu. 

Onlardan biri dedi: «Allah sənə çoxlu dövlət və qüdrət 

vermişdir, sən də çox arvad al ki, övladların çox olsun, səndən 

dünyada yadigar qalsın».  

İskəndər dedi: «Kişidən yadigar övlad deyil, xeyir, əməl 

və yaxşı ad qalar, bir də yaxşı deyil ki, dünya kişilərinə qələbə 

çalmış bir adama qadınlar qalib gəlsin». 

 

Q i t ə  



 

İndi ki ata bilmir, onun əziz övladı 

Ağıllı olacaqdır, yoxsa səfeh bir axmaq. 

Ariflərin gözündə yaxşı ad üstün olar

Övlad üçün arvada nəyə lazım qul olmaq? 



 

50 


DÖRDÜNCÜ RÖVZƏ (BAĞ) 

 

MƏSLƏHƏT.  Bağışlamağın hüsnü orasındadır ki, əvəz-

siz olsun. Əvəz və qərəz xatirinə olsa, bəxşiş olmaz, əvəzi çıx-

maq, qərəzi yumaq üçün olar. 

 

Q i t ə  

 

Bilirsənmi, səxavətli heç, kimdir? 

Təmənnasız bəxşiş verən insanlar. 

Əvəz, qərəz üçün verilsə bəxşiş, 

Bəxşiş deyil, alver, ticarət olar! 

 

Hekayət. 

Əbdüllah ibn Cəfər

1

... haqqında deyirlər ki, bir dəfə 



səfərə  çıxmışdı, bir xurmalıqda karvana keşik çəkən bir qara 

qula üç çörək gətirdiklərini gördü. Elə bu zaman hardansa bir it 

də  gəlib çıxdı. Qulam çörəyin birini itə atdı, it yedi, birini də 

atdı, onu da yedi, üçüncüsünü də atdı, it onu da yedi. Əbdüllah 

soruşdu: «Hər gün sən nə yeyirsən?» Dedi: «Gördüyün qədər». 

Dedi: «Bəs nə üçün özün yemədin!» Dedi: «Bu it burada qərib-

dir, güman edirəm ki, uzun yoldan gəlibdir, ac olar. İstəmədim 

o ac qalsın». Dedi: «Bəs bu gün nə yeyəcəksən?» Dedi: «Oruc 

tutacağam».  

Əbdüllah öz-özünə dedi: «Hamı  əliaçıqlıqda məni 

danlayır, bu qulam məndən də əliaçıqdır». 

O, qulamı, xurmalığı, orda nə var idisə hamısını aldı, 

qulamı azad edib, onların hamısını da ona bağışladı. 

 

 



Q i t ə 

                                                           

1

  Ябдцллащ  ибн  Ъяфяр – Мящяммядин  ямиси  оьлу, 



Ябдцлмцтяллибин  нявяси.  Онун  ялиачыглыьы  щаггында 

чохлу рявайят вя щекайятляр вардыр. 

 

51 


 

Öz nəfsini öldürərək, tikəsin 

İtə atan əliaçıq bir insan

Qul olsa da, belə səxavətilə, 

Layiqlidir, məncə, hər bir ağadan. 

 

*** 



Hekayət.  

Mədinədə bütün din elmlərinə vaqif bir alim var idi. Bir 

dəfə yolu qul satanlar məhəlləsinə düşdü, xanəndə bir qız 

gördü. Onun səsinin məlahətinə Nahid qibtə edir, üzünün 

təravətinə günəş  həsrət çəkirdi. Səsinin məlahətindən, üzünün 

təravətindən, zülfünün şəvəsindən, özünün işvəsindən alimin 

ağlı itdi: nəğməsinin ahəngdarlığından, rəqsinin füsunkarlığın-

dan ixtiyari əldən getdi, dar düşüncə  məcrasından geniş 

məhəbbət səhrasına çıxdı. 

 

Q i t ə  



 

Gözəl sima, yaxşı səsə ayrı-ayrı olduqda, 

Valeh edir adamı, heyran qoyur insanı. 

Hər ikisi birləşib vəhdət təşkil etdikdə, 

Ona qarşı durmağa insanda qüdrət hanı?! 

 

Müxtəsəri, o alimlik simasını itirdi, rüsvayçılıq libasına 



büründü. Ah-zar edir, Mədinə bazarını gəzirdi. 

Dostları onu danlamağa başladılar, faydası olmadı. Öz-

özu ilə danışır və bu şeri oxuyurdu: 

 

Rübai 



 

Onuntək naz ilə kim süzə bilər? 

Aşiqin ürəyin kim üzə bilər? 

Hər gələn deyir ki, əl götür ondan, 




 

52 


Onun fərağına kim dözə bilər? 

 

Bu  əhvalat  Əbdüllah ibn Cəfərə çatdı... O, kənizin 



sahibini çağırıb, qırx min dirhəmə qızı aldı və əmr etdi, alimin 

huşunu başından çıxaran təranəni həmin səslə oxusun. Onu 

kimdən öyrəndiyini soruşdu. Qız dedi, filan müğənnidən. 

Əbdüllah onu tapdırdı, sonra alimi çağırtdırıb dedi: «Divanəsi 

olduğun o təranəni qızın müəlliməsindən eşitmək istəyirsən-

mi?» Dedi: «Bəli».  Əbdullah müğənniyə dedi, həmin havanı 

oxusun. Oxuması ilə alimin huşunu itirməsi bir oldu, elə güman 

etdilər ki, öldü. Əbdullah ibn Cəfər dedi: «Gördünüzmü, bu 

kişinin ölümünə səbəb olmaqla, nə günaha batdıq». Sonra əmr 

etdi, onun üzünə su vurdular. Özünə  gəldi. Ona dedi: «Biz 

sənin o qızı bu qədər sevdiyini bilmirdik». Dedi: «Vallah, 

gizlində olanı  aşkara çıxanından daha artıqdır».  Əbdüllah 

soruşdu: «Həmin qızın bu təranəni oxumasını istəyirsənmi?» 

Dedi: «Onu aşiq olmadığım bir adam oxuduqda nə hala 

düşdüyümü gördünüz, əgər onu divanəsi olduğum öz 

məşuqəmin ağzından eşitsəm, gör nə hala düşərəm». Soruşdu: 

«Onu görsən tanıyarsanmı?» Ağlaya-ağlaya dedi: 

 

B e y t  



 

Deyirsən: «Tanıyarsan, göstərsəm o cananı?» 

Vallah, ona tay yoxdur, gəzsən bütün dünyanı. 

 

Əmr etdi kənizi gətirib ona verdilər. Dedi: «Bu sənindir, 



and olsun allaha, heç ona gözümün ucu ilə  də baxmamışam». 

Alim Əbdüllahın əlindən öpüb ayağına düşdü və dedi: 

 

Rubai 

 

Kərəmindən ağlım gəldi özümə, 

Hicran bitdi, tale güldü üzümə. 

 

53 



Axıtdığım qanlı yaşlar qurtardı, 

Rahat oldum, yuxu gəldi gözümə. 

 

Sonra kənizin əlindən tutub evlərinə yollandı. 



Əbdüllah bir qulama əmr etdi: «Qırx min dinar al, apar 

onlara ver ki, məişətin ağırlığından qəlblərinə qubar çökməsin, 

qoy rahat yaşayıb bir-biri ilə kef çəksinlər».  

*** 

 

Hekayət. 

Müaviyyənin xəlifəliyi vaxtında hər il dövlət 

xəzinəsindən  Əbdüllah ibn Cəfərə min dirhəm pul verirdilər. 

Xəlifəlik Yəzidə çatdıqda, beş min dirhəmə qaldırdı. Onu 

məzəmmət etməyə başladılar ki, bu qədər pul bütün 

müsəlmanların maaşıdır, nə üçün bir adama verirsən? Dedi: 

«Mən bunu bütün Mədinə möhtaclarına verirəm və bilirəm ki

o, pulu ehtiyacı olan heç kəsdən əsirgəməz».  

Əbdüllahdan gizlin bir adam da onunla Mədinəyə 

göndərdilər ki, onun necə dolanacağına göz yetirsin. Bir ay 

içərisində Əbdüllah bütün pulları payladı, deyildiyinə görə, bir 

az da hələ borca düşdü. 

 

Q i t ə  

 

Dünya keçsə bir kərim padişahın əlinə, 

Nə bir dünya, yüz dünya olsa da azdır yenə. 

Bundan dərvişin qəlbi düşməməli təşvişə, 

Şahın səxavətidir dərviş üçün xəzinə. 

 

Hekayət. 

İbrahim ibn Süleyman

1

 ibn Əbdülməlik ibn Mərzan nağıl 



                                                           

1

 



Ибращим 

ибн 


Сцлейман – Ямявилярин 7-ъи 

хялифясинин оьлу. 




Yüklə 457,25 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə