Microsoft Word Cami baharistan doc



Yüklə 457,25 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix06.10.2018
ölçüsü457,25 Kb.
#72904
1   ...   9   10   11   12   13   14   15   16   17

 

62 


başdan ayağa qədər bərk bürülmüş, gövdəsi incə, başı yumru 

qamçını götürdü. 

 

 

63 



Q i t ə 

 

Yoğunluqda əfi ilan kimidir, 



Uzunluqda əjdahaya bənzəyir. 

Çılpaq bədən üzərini o zalim, 

İlan kimi zolaqlarla bəzəyir. 

 

Mənim dalımı  təbil kimi çılpaq edib, müharibə günündə 



təbbal döyən kimi, arasıkəsilmədən döyəcləməyə başladı. 

Qorxumdan cınqırımı çıxara bilmirdim ki, səsini tanıyar, 

ağrıdan dayana bilmirdim, sanki dərimi soyurdular. Belə qərara 

gəldim yerimdən qalxam, xəncərlə qanını axıdam. Sonra 

düşündüm ki, heç bir əlin yatıra bilməyəcəyi fitnə qalxa bilər. 

O qədər dözdüm ki, anası, bacısı  gəlib məni onun əlindən 

aldılar və onu itələyib bayıra saldılar. Bir saat keçməmişdi ki, 

Ceydanın anası gəldi, elə bildi mən Ceydayam. Mən hıçqırıqla 

ağlayıb dalımı ona çevirdim və paltarımı başıma çəkdim. Dedi: 

«Qızım, allahdan qorx, ərinin xoşuna gəlməyən işlər tutma, 

ərinin bir tükü min Əştərə  dəyər.  Əştər kimdir ki, sən onun 

üstündə  əziyyət çəkəsən və  zəhər kimi şərbət içəsən». Ayağa 

qalxıb dedi: «Bacını göndərəcəyəm bu gecə  sənin yanında 

yatsın, hayına qalsın». Sonra çıxıb getdi. 

Bir saat keçməmişdi ki, Ceydanın bacısı gəldi, ağlamağa 

başlayıb, məni döyənə pis-pis söyüşlər yağdırdı. Mən 

dinmədim, uzanıb yanımda yatdı, əlimi uzadıb ağzını bərk-bərk 

tutdum və dedim: «Sənin bacın indi Əştərin yanındadır, mən isə 

onun  əvəzinə bu əziyyətə düçar olmuşam. Səsini çıxarma, bu 

sirri heç kəsə açma, yoxsa siz də rüsvay olarsınız, mən də». 

Əvvəl bərk qorxmuşdu, sonra yavaş-yavaş özünə  gəldi, 

axırda mehribanlaşdı. Səhərə  qədər lətifə danışır və hey 

gülürdü. Səhər olcaq Ceyda gəldi. Bizi görcək qorxub soruşdu: 

«Vay, bu sənin yanındakı kimdir?» Dedim: «Qorxma, sənin 

bacındır. Özü də nə yaxşı bacın vardır». Soruşdu: «O burda nə 

qayırır?» Dedim: «Özündən soruşarsan, vaxtımız yoxdur». 




 

64 


Paltarımı alıb özümü Əştərə çatdırdım. Hər ikimiz ata 

minib yola düzəldik. Mən yolda əhvalatı ona danışdım, dalımı 

açıb qamçıların yerini göstərdikdə, çox üzr istədi və dedi: 

«Atalar deyiblər ki, dostu bərkdə yoxlarlar, xoş gündə dostluğa 

nə var?!». 

 

Q i t ə 



 

Bir gün sənə, ey könül, qəm üz verərsə əgər

Qəm çəkən dostun olsa, qəm eyləməz sənə kar. 

Dostu ağ gündə deyil, sınayarlar bərk gündə, 

Səadətli günlərdə dostlar tapmağa nə var!? 

 

65 



ALTINCI RÖVZƏ (BAĞ) 

 

Bir gün Əsməi

1

 Harunun


2

  məclisində idi. Paludədən söz 

düşdü. Ərməi dedi: «Hələ də bir çox ərəb var ki, paludənin nə 

olduğunu bilmir». Harun dedi: «Gərək bunu sübut edəsən, edə 

bilməsən, demək, yalandır». 

Bir dəfə Harun ova çıxmışdı. Əsməi də onun yanında idi. 

Gördülər ki, bir bədəvi  ərəb gəlir. Harun əmr etdi onu 

çağırsınlar. Əsməi bədəvinin yanına gəlib dedi ki, əmirəlmömi-

nin səni istəyir, gəl gedək.  Ərəb dedi: «Məgər möminlərin də 

əmiri olur?!» 

Əsməi dedi: «Bəli».  Ərəb dedi: «Mən belə adam 

tanımıram».  Əsməi  ərəbi söydü və dedi: «Vələdüzzina».  Ərəb 

qəzəbləndi,  Əsməinin yaxasından tutub o tərəf-bu tərəfə sürü-

məyə başladı və söydü. 

Harunu gülmək tutdu. Sonra o, Harunun yanına gəlib 

dedi: «Ya əmirəlmöminin, bu kaman daşıyan kişi məni söy-

müşdür, mənim qisasımı ondan al». Harun dedi: «İki dirhəm 

sən ona ver». Ərəb dedi: «Bu nə sözdür, o, məni söyüb, indi 

mən ona hələ iki dirhəm də verməliyəm?» Harun dedi: «Bəli, 

mənim hökmüm belədir». O, üzünü Əsməiyə çevirib dedi: «Ey 

ikiqat vələdüzzina,  əmirəlmöminin hökmü ilə  mənə dörd 

dirhəm ver». 

Harun az qalırdı gülməkdən qəşş eləsin. Sonra əmr etdi, 

onu da özləri ilə apardılar. Saraya çatıb cah-calalı, dövlət və 

malı gördükdə, onun gözündə Harun daha da böyüdü, yaxınla-

şıb dedi: «Əssəlaməleyküm, ya allah». Harun dedi: «Sus, nə 

deyirsən?!» Dedi: «Əssəlaməleyküm, ya peyğəmbər». Dedilər, 

ay həpənd, nə danışırsan, bu əmirəlmöminindir. Dedi: «Əssə-

laməleyküm, ya əmirəlmöminin». Harun dedi. «Əleykəssə-

                                                           

1

  Ясмяи – Яряб  филологу (740–825/831-ъи  иллярдя 



йашамышдыр). 

2

  Щарун – Щарунярряшид  нязярдя  тутулур. 786–809-ъу 



иллярдя хялифя олмушдур. 


 

66 


lam». 

Onu süfrə başında oturtdular, qabağına müxtəlif yeməklər 

qoydular, axırda paludə gətirdilər. Əsməi dedi: «Ümid edirəm, 

o, paludənin nə olduğunu bilməyəcək». Harun  dedi: «Belə 

olsa, sənə bir bədrə

1

 verərəm». 



Ərəb  əlini uzadıb paludəni elə yeməyə başladı ki, aydın 

oldu o, paludənin nə olduğunu bilmir. Harun ondan soruşdu: 

«Yediyin nədir?» Ərəb dedi: «And olsun səni xəlafətə çatdıran 

o allaha ki, bilmirəm nədir...  Lakin güman edirəm ki, bu, nar 

olmalıdır». 

Əsməi dedi: «Ya əmirəlmeminin, indi mənə iki bədrə 

verməyin vacib oldu, bu nəinki paludənin, heç narın da nə 

olduğunu bilmir». Harun əmr etdi, Əsməiyə iki bədrə, ərəbə isə 

o qədər verdilər ki, dövlətdən qəni oldu. 

 

Q i t ə  



 

Kimdir kəramətli, bilmək istəsən, 

O kəsdir ki, bilməz sabahkı gün var. 

Dəyərli-dəyərsiz nə keçsə ələ

Tapıb bir bəhanə, onu bağışlar. 

 

Hekayət. 

Xəlifə bir gün qəlyanaltı edirdi, qabağında qızardılmış 

quzu var idi. Səhradan bir ərəb gəldi, xəlifə onu yaxına çağırdı. 

Ərəb oturcaq iştah ilə yeməyə girişdi. Xəlifə dedi: «Nə 

olub ki, quzunu belə parçalayıb, marça-marçla yeyirsən? Sanki 

onun atası  sənə  kəllə vurubdur». Ərəb dedi: «Yox, bu belə 

deyildir, amma sən ona elə  mərhəmət gözü ilə baxır, mənim 

parçalayıb yeməyimdən elə darıxırsan ki, deyəsən, onun anası 

sənə süd veribdir». 

 

                                                           



1

  Бядря – Гызыл  пул  кисяси,  ичярисиндя  он  мин 

дирщям олан пул кисяси. 

 

67 



 

Q i t ə 

 

Xacə öz malını elə sevir ki, 

Hər şeyi çox əziz tutur canından, 

Qoyun-quzusuna bəla üz versə, 

Ana, balasını eyləyər qurban. 

 

LƏTİFƏ. Bəhlulə dedilər: Bəsrə divanələrini say! Dedi: 



«Onları saymaqla qurtaran deyil, desəniz ağıllıları say, 

sayaram, çünki onlar o qədər də çox deyil». 

 

Q i t ə  

 

Ağıllı bildiyin hər bir adamda 

Cünun mayasından kiçik bir pay var 

Dünyada baş verən bəladan qaçıb, 

Cünun kölgəsində o tutar qərar. 

 

*** 

LƏTİFƏ. Bir alim sirlərinə vaqif olan bir dostuna məktub 

yazırdı. Bir adam onun yanında oturmuşdu, gözucu onun 

məktubunu oxuyurdu. Bu, həmin alimə toxundu, o yazdı: 

«Əgər mənim yanımda nakişi, oğrutəbiət bir adam oturub, 

oğrun-oğrun məktubumu oxumasaydı, bütün sirlərimi sənə 

yazardım». O adam dedi: «Ey ağa, vallah mən sənin 

məktubunu oxumuram, bu nə sözdür yazırsan?» Dedi: «Ay 

axmaq, oxumursansa, bəs hardan bildin mən nə yazıram?!» 

 

Q i t ə  

 

Kim bilərsə oğurluqla bir kişinin sirrini

Layiq olar çağırasan onu oğru, cibkəsən. 

hələ bir də bu iş üçün muzd istəsə, kafidir 




Yüklə 457,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə