1. Bərk cisimlərdə istilikkeçirmənin mexanizmi



Yüklə 98,78 Kb.
səhifə1/8
tarix30.12.2023
ölçüsü98,78 Kb.
#166816
  1   2   3   4   5   6   7   8
fizika 2


1.Bərk cisimlərdə istilikkeçirmənin mexanizmi
İstilik keçirmə — İstilik ötürülməsinin bir növü olub, istilik enerjisinin cismin bir hissəsindən digər hissəsinə və ya təmasda olan bir cisimdən digər cismə ötürülməsi prosesidir. İki cisim bir-biriləri ilə təmasda olarkən daxili enerjilərini bərabərləşdirmək ehtiyacı duyulur. Bu proses istilik tarazlığı qanunu ilə belə izah edilir:
Toxunan cisimlərin temperturları müxtəlifdirsə, istilik tarazlığı yaranana qədər bu cisimlər arasında istilik mübadiləsi gedir.
İki cisim təmasda olarkən onlar arasında istilik mübadiləsi gedir. Eyni qanun cismin daxilində də baş verir.
Cismin bir hissəsini qızdırdıqda cismin digər hissələri də tədricən qızır. Bu proses cismin bütün hissələrində daxili enerji bərabərləşənə qədər dəvam edir. Bu proses müxtəlif cisimlərdə müxtəlif sürətlə gedir. İstilik enerjisinin keçiriciliyi elektrik keçiriciliyi ilə bənzərdir.
Çünki hər ikisində enerji cisimdəki sərbəst elektronlar və ya atomlar vasitəsilə bir-birinə ötürülür. Elektriki yaxşı keçirən metallar istiliyi də yaxşı keçirir. Qeyri-metallarda bu sürət tədricən azalır.
Mayelərdə istilik enerjisinin ötürülmə sürəti olduqca azdır. Qaz halında maddələr isə istilikkeçirmə prosesi demək olar ki, baş vermir.
İstilikkeçirmə prosesi daha çox bərk halda maddələrə məxsusdur. Hər bir maddənin özünə məxsus istilikkeçiriciliyi vardır:

Maddə

İstilikkeçirmə qabiliyyəti

Akril

0,170-0,200

Spirtlər və yağlar

0,100

Aliminium

237

Mis

401

Almaz

1000-2000

Poliuretan

0,03

Polistirol

0,033-0,046

Manqan

7810

Su

0,5918

Mərmər

2070-2940

Aerogellər

0,02

Qar

0,050-0,250

Teflon

0,250



Qərarlaşmış istilik axını zamanı istilik miqdarı Furye tənliyi ilə təyin edilir:




Kristalların istilikkeçirmə əmsalı, temperaturla tərs mütənasib olaraq dəyişir.


Ona görə də

olur.
Bu, Eygen qanunudur.

Qeyri–metal kristallar üçün həmin asılılığı Debay nəzəri olaraq almışdır.
Metallar elektriki yaxşı keçirtdikləri kimi istiliyi də yaxşı keçirirlər. Metallarda istiliyi keçirən əsasən sərbəst elektronlardır.Metallarda, sərbəst elektronlardan əlavə kristal qəfəsini təşkil edən atomların rəqsi hərəkəti nəticəsində də istilik keçirilir. Ona görə də metallar üçün istilikkeçirmə əmsalı

şəklində təyin edilir. Burada elektron keçiriciliyi, isə qəfəsin payına düşən istilikkeçirmə əmsalıdır.


Qəfəs vasitəsilə istiliyin keçirilməsinə fononlarla keçirilən istilik də deyilir:

Burada, λ - fononun sərbəst yolunun orta uzunluğu, υ verilmiş cismin daxilində səsin sürəti, c- isə cisimin vahid həcminə düşən istilik tutumudur.



Yüklə 98,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə