1. Bərk cisimlərdə istilikkeçirmənin mexanizmi



Yüklə 98,78 Kb.
səhifə5/8
tarix30.12.2023
ölçüsü98,78 Kb.
#166816
1   2   3   4   5   6   7   8
fizika 2

Metal kristal qəfəsləri
Düyünlərində bir-birilə ümumiləşmiş elektronlarla əlaqələnmiş ayrı-ayrı atomlar və ya metal ionları olan kristal qəfəslərinə metal kristal qəfəsləri deyilir. Metallar (Na, Ca, Fe, Al, Cu və s.) və bir çox ərintilər metal kristal qəfəsi əmələ gətirir. 



4.Maqnit-mexaniki və mexaniki maqnit hadisələr
Maddənin maqnitləşməsinin istənilən dəyişməsi müəyyən mexaniki hadisələrin meydana çıxmasına səbəb olar.Doğrudanda elektronun l orbitaal mexaniki momenti onun maqnit momenti ilə münasibəti ilə əlaqədardır.Maqnitləşmə vektoru I cismin həmin dursa cismin tam maqnit momenti I olar. O bütün molekulyar cərəyanların maqnit momentlərinin vektoru cəminə bərabərdir.
I =

buna əsasən həmin maqnit momentinə
(128.1)

Hərəkət miqdarı momenti uyğun gəlir.Cisim başlanğıcda maqnitləşməmiş olarsa,I=0 və bütün elementar cərəyanların yekun mexaniki momenti L=0 olur.Maqnitləşən zaman elementar cərəyanlar (128.1)düsturu ilə ifadə olunan L yekun mexaniki momentini kəsb edir.Lakin elementar cərəyanların yönəlməsi toqquşmaların yəni daxili qüvvələrin təsiri altında əmələ gəldiyindən,hərəkət miqdarı momentinin saxlanılması qanunu ödənilməlidir.Bu o deməkdir ki,maqnitləşən cisim-L hərəkət miqdarı momenti kəsb etməlidir,yəni I maqnitləşmə vektoruna paralel olan ox ətrafında fırlanmalıdır.
Maqnitləşmə zamanı meydana çıxan fırlanma hadisəsi maqnit-mexaniki hadisə adlanır.O,tamamilə mexanikada Jukovski kürsüsü ilə aparılan məhşur təcrübələrə oxşayır.fırlana bilən kürsüdə oturan adam açılmış nazik çarxı döndərdikcə sistemin hərəkət miqdarı momentinin saxlanması nəticəsində kürsü təcrübə aparıla bildikdə fırlanmağa başlayır.
Maqnit-mexaniki hadisə ilk dəfə təcrübi olaraq 1915-ci ildə Eynşteyn və Qaaz tərəfindən müşahidə olunmuşdur,bu təcrübələrdə olduqca nazik teldən asılmış kiçik dəmir silindir solenoidin daxilində yerləşdirilmiş Silindir maqnitləşdirdikdə o dönməyə başlamış maqnit sahəsinin istiqamətinin dəyişdikdə isə fırlanmanın istiqaməti də dəyişmişdir.Silindrin dönməsi ona bərkidilmiş güzgü vasitəsi ilə qeydə alınmışdır.
Bu zaman meydana çıxan surətləri olduqca kiçik olur.Məsələn,diametri bir neçə millimetr olan dəmir silindrin a\M sahədəki bucaq surəti yalnız tərtibində olur.Ona görədə müşahidə olunan effekti gücləndirmək üçün Eynşteyn və Qaaz mexaniki rezonans hadisəsindən istifadə etmiş yəni silindrin burulma rəqslərinin tezliyini dəyişən cərəyanın tezliyinə bərabər gətirmişlər.
Maqnit-mexaniki hadisə ilə yanaşı olaraq onun tərsi olan hadisə də mövcuddur.cismin mexaniki fırlanması o cismin maqnitləşməsinə səbəb olur.

Məlumdur ki fırlanmaqda olan fırfıranı hər hansı ox ətrafında əlavə fırlanma hərəkətində iştirak etməyə məcbur etsək fırfıraya onun oxu ilə məcburi presesiya oxu arasındakı bucağı azaltmağa və bu iki oxu paralel vəziyyətə gətirməyə cəhd edən cüt qüvvə təsir edir.
Atomlar müəyyən hərəkət miqdarı momentinə malik olduqlarından cismi fırlandıqda onlar fırfıra kimi müəyyən istiqamətdə yönəlir və bunun nəticəsində də cisim maqnitləşir.

Fırlanan zaman cismin maqnitləşməsi doğrudanda təcrübədə müşahidə olunur.Onu ilk dəfə Barnet aşkara çıxarmışdır.


Bu təcrübələrə kiçik dəmir silindr öz oxu ətrafında böyük surətlə fırladılmış və sonra onun fırlanma nəticəsində maqnitləşməsi ölçülmüşdür.Müşahidə olunan effektin miqdari ölçüsü olaraq adətən fırlanmanın yaratdığı qədər maqnitləşmə yaradan xarici maqnit sahəsinin H intensivliyi götürülür.
Bu ekvivalent sahə olduqca kiçik olur.
Maqnit-mexaniki hadisə kimi mexaniki-maqnit hadisəsidə isbat edir ki,maqnitləşməyə səbəb olan molekulyar cərəyanlar mexaniki momentə malikdir.
Bundan başqa meydana çıxan maqnitləşmənin işarəsini təyin etməklə hərəkət edən zərrəciklərin mənfi yükə malikdirsə,hər bir elementar cərəyanın maqnit və mexaniki momentləri bir-birinə əks yönəlmiş olur.
Ona görə də cismin maqnit momentinin və ekvivalent sahənin istiqamətləri fırlanma bucaq surətinin əksinə yönəlir.(a).
Zərrəciklərin yükü müsbət olarsa onda cismin maqnit momenti ilə fırlanma bucaq surətinin istiqamətləri eyni olur.
Təcrübələr göstərir ki cismin maqnitləşməsi zərrəciklərin mənfi yükünə uyğundur.
Ona görə də mexaniki-maqnit hadisəsi və eləcə də maqnit-mexaniki hadisə cismin maqnitləşməsinin hərəkətdə olan elektronların nəticəsi olduğu fərziyəsini təsdiq edir.



Yüklə 98,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə