1. Bərk cisimlərdə istilikkeçirmənin mexanizmi


İnterferometrlər.İnterferensiyanın tətbiqləri



Yüklə 98,78 Kb.
səhifə6/8
tarix30.12.2023
ölçüsü98,78 Kb.
#166816
1   2   3   4   5   6   7   8
fizika 2

5.İnterferometrlər.İnterferensiyanın tətbiqləri
İnterferensiya hadisəsi işığın dalğa təbiətli olması ilə əlaqədardır və onun kəmiyyət qanunauyğunluğu dalğa uzunluğundan asılıdır. Ona görə də bu hadisə işığın dalğa təbiətli olduğunu təsdiq etmək üçün və dalğa uzunluğunu ölçmək üçün tətbiq olunur (interferensiya spektroskopiyası). İnterferensiya hadisəsindən praktikada geniş istifadə olunur. İnterferensiya hadisələri çox dəqiq ölçmələr aparmağa imkan verir. Fiziki eksperimentlərdə, istehsalatda və optikanın müxtəlif sahələrində onların istifadə olunma sahəsi sürətlə genişlənir.İnterferensiya hadisəsi həmçinin interferometrlər adlanan optik cihazların iş prinsipini təyin edir. Başqa sözlə desək, interferometrlərin ümumi iş prinsipi koherent işıq dalğalarının alınması və interferensiyasına əsaslanır.İnterferometrlərdən uzunluğun və bucaqların kiçik dəyişmələrini ölçmək, mühitin sındırma əmsalınını təyin etmək, cisimlərin səthlərinin keyfiyyətinin hamarlığını yoxlamaq və s. məqsədlərlə istifadə olunur. İnterferometrlər böyük həssaslığa malik olduğuna görə, interferensiya edən şüaların optik yollar fərqi çox cüzi dəyişdikdə interferensiya mənzərəsi kəskin surətdə dəyişir. Ona görə də interferometrlər vasitəsilə çox incə işlər görülür. Məsələn, linzaların və güzgülərin cilalanmış səthlərinin hamarlığını, bərk cisimlərin xətti genişlənmə əmsalını,ferromaqnitlərin maqnit sahəsində, seqnetoelektriklərin elektrik sahəsində ölçülərinin dəyişməsini yalnız interferometrlər vasitəsilə qiymətləndirmək olar. Rele interferometri maye və qazların şüasındırma əmsalını yüksək dəqiqliklə təyin etməyə imkan verir. Sındırma əmsalı maddənin kimyəvi tərkibindən asılı olduğundan interferensiya refraktometri vasitəsilə mühitin kimyəvi tərkibində baş verən dəyişiklikləri aşkar etmək mümkündür. Məsələn, kömür şaxtalarında bu qaz alışaraq partlayışa səbəb ola bilər. Ona görə də metan qazının konsentrasiyasına nəzarət edilir. Astronomiyada interferometrler vasitəsilə ulduzların bucaq diametri təyin edilir. Bu məqsədlə ayırdetmə qabiliyyətli Maykelson interferometrindən təqribən yüz dəfələrlə yüksək olan radiorefraktometrdən istifadə edilir. Şüaların spektral tərkibini öyrənmək üçün də interferometrlərdən geniş istifadə olunur. Müasir spektral cihaz olan Furyespektrometrində Maykelson interferometrinin optik sxemi tətbiq edilir. Bu cihazla zəif spektrı, xüsüsilə onun infraqırmızı oblastını tədqiq etmək olur.
Fabri-Pero interferometrindən ayırdetmə qabiliyyəti yüksək olan spektral cihazlarda spektr xətlərini etalon mənbəyin xətləri ilə müqayisə etmək üçün istifadə olunurİnterferometrlər ikişüalı (Maykelson, Jamen interferometrləri və s.) və çoxşüalı (Fabri-Pero, Lümer-Qerke interferometrləri və s.) ola bilir. Bunlardan bəzilərinə nəzər yetirək.

Yüklə 98,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə