1. Bərk cisimlərdə istilikkeçirmənin mexanizmi


Bərk cisimlərin təsnifatı



Yüklə 98,78 Kb.
səhifə2/8
tarix30.12.2023
ölçüsü98,78 Kb.
#166816
1   2   3   4   5   6   7   8
fizika 2

2.Bərk cisimlərin təsnifatı
M addənin 4 aqreqat hallarıdan (bərk, maye, qaz, plazma ) biridə bərk cisimdir.Bərk cism başqa aqreqat hallarından öz formasının stabilliyi ilə fərqlənir. Bərk cismin forma stabilliyi onun tərkibində atomlararası əlaqələrin güclü olması, atomların nisbətən taraz vəziyyətdə olmaları və çox zəif titrəyişli hərəkət etmələ. rinin nəticəsində alınır.
B ərk cismlərdə atomların yerləşməsi modeli
Bərk cismlər kristallik və ya amorf hallarına görə fərqlənirlər. Bərk cismlərinin tərkibini və daxili strukturasını öyrənən fizika bölməsi bərkcismlər fizikası adlanır. Bərk cismin xarici təsirlərin və hərəkətin nəticəsində necə dəyişilməsini - bərk cismlərin mexanikası, absolyut bərk cismlərinin hərəkətini - bərk cismlərinin kinematikası adlı elmlər öyrənillər.
Bərk cismlərin texniki xassələri
Bərklik
Kütlə
Plastiklik
Əyilmə möhkəmliyi
Sınma möhkəmliyi
Materialların təsnifatı
Bərk cisim elektronikası (BCE) cihazlarının istehsalında istifadə olunan materiallar 2 qrupa bölünür:
əsas (və ya konstruktiv)
köməkçi (və ya texnoloji)
Əsas material
Əsas materiala dedikdə birbaşa cihazın konstruksiyasına daxil olan materiallar nəzərdə tutulur. Əsas materilları, öz növbəsində, aşağıdakı qruplara bölmək olar
yarımkeçirici materiallar – germanium, silisium, qallium arsenid və s.;
legirəedici (aşqarlayıcı) materiallar – yüksək təmizliyə malik ayrı-ayrı elementlər və ya onların xəlitələri;
elektrod materialları – qızıl, nikel, kövar, molibden (daxili və xarici) çıxışları düzəltmək üçün);
izolyasiya materialları – şüşə keramika, üzvi laklar;
mühafizəedici korpus (gövdə) materialları – mis, kovar, polad;
antikorrozion örtüklər – xrom, nikel
Materialların sərfiyyat norması
Materialların sərfiyyat norması 1000 ədəd yararlı cihaz hazırlamaq üçün tələb olunan materialın miqdarı ilə müəyyən olunur. Yarımkeçirici materialın seçilməsi, onun təmizliyi və legirə olunma dərəcəsi, istehsalatda onların təkrarlanması cihazların xarakteristikalarına və onların istehsalında yararlı cihazların çıxımına həlledici təsir göstərir. Qeyd etmək lazımdır ki, yarımkeçiricinin elektrik müqaviməti onun təmizlənməsindən sonra onun tərkibində qalan və ya ona lazımi keçiricilik tipi vermək üçün xüsusi olaraq daxil edilmiş çox az miqdar aşqarlarla müəyyən olunur. Buna görə də, yarımkeçirici metallurgiyanın fərqli xüsusiyyətlərindən biri kimyəvi və spektral təhlil (analiz) üsullarının həssaslığından qat-qat yüksək təmizliyə malik olan maddələrdən istifadə olunmasıdır.

Yüklə 98,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə