1. Bərk cisimlərdə istilikkeçirmənin mexanizmi


Kristal qəfəslər və onun növləri



Yüklə 98,78 Kb.
səhifə4/8
tarix30.12.2023
ölçüsü98,78 Kb.
#166816
1   2   3   4   5   6   7   8
fizika 2

3.Kristal qəfəslər və onun növləri
Kristal qəfəsləri — kristal qəfəsinin düyünlərində hansı hissəciklərin yerləşməsindən asılı olaraq 4 tip-
ion, atom, molekul və metal kristal qəfəsi olur.
İon kristal qəfəsləri
Düyünlərində ion rabitələrlə birləşmiş müsbət və mənfi yüklü ionlar olan kristal qəfəslərinə ion kristal qəfəsləri deyilir. İon kristal qəfəsli birləşmələrin tipik nümayəndələri duzlardır. Məsələn, natrium-xloridin kristal qəfəsi kub şəklindədir və onun düyünlərində müsbət yüklü natrium və mənfi yüklü xlorid ionları yerləşir. İon birləşmələrində ionlar arasındakı cəzbetmə qüvvələri yüksək olduğundan, bu maddələr nisbətən çətinəriyən, az uçucu və müəyyən bərklikdə olur.


Atom kristal qəfəsləri
Düyün nöqtələrində bir-birilə kovalent rabitələrlə əlaqələnmiş atomlar olan kristal qəfəsinə atom kristal qəfəsləri deyilir. Atom kristal qəfəsi olan maddələrə B(almaz, qrafit), Si, SiO2 (kvars), SiC, qara və qırmızı fosforu misal göstərmək olar. Bu maddələrin əksəriyyəti çox bərk olur və onlar üçün yüksək ərimə temperaturu xarakterikdir.



Molekul kristal qəfəsləri
Düyün nöqtələrində molekullar olan kristal qəfəslərinə molekul kristal qəfəsləri deyilir. Molekulyar maddələr molekul tipli kristal qəfəsi əmələ gətirir. Qeyri-polyar kovalent rabitəli maddələrin (H2, N2, O2, F2, Cl2, Br2, J2, P4, S8 və s) molekul kristal qəfəslərində molekullararası rabitəni yalnız zəif molekullararası qüvvələr yaradır. Buna görə də onların ərimə temperaturları çox aşağı olur. Polyar kovalent rabitəli maddələrin (HF, HCl, HBr, HJ, SO2, CO2, H2S, CH4, NH3, H2SO4, H3PO4 və s.) kristal qəfəslərində düyünlər arasında həm molekullararası qüvvələr, həm də elektrostatik cazibə qüvvələri təsir göstərir. Ona görə də bu maddələrin ərimə temperaturu ion kristal qəfəsli birləşmələrinkindən aşağı, qeyri-polyar kovalent rabitəli molekul kristal qəfəsi olan birləşmələrinkindən isə yuxarı olur. P4, İ2, S8, HPO3, H4P2O7, H3BO3, fenollar, karbohidratlar və s. adi şəraitdə m olekul kristal qəfəs əmələ gətirir.


Yüklə 98,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə