Microsoft Word cbar 2015 fs 25. 04. 16 aze approved for issuance docx



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix17.09.2018
ölçüsü1,23 Mb.
#68738
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər 

20 


4

 

Pul vəsaitləri və onların ekvivalentləri 

 

Min Azərbaycan Manatı ilə 



31.12.2015  

31.12.2014

 

   


Nağd pul vəsaitləri 597,411   

 655,106 

Qeyri-rezident banklarda yerləşdirilmiş vəsaitlər 

   


- reytinqi AAA  

79,552   

 121,684 

- reytinqi AA-dan AA+ dək 4,936,620 

 

 

3,543,942 



- reytinqi A- dan A+ dək 8,077 

 

 



7,432

- reytinqi BBB-dən BBB+dək 37,559 

 

 

87,927 



Cəmi qeyri-rezident banklarda yerləşdirilmiş vəsaitlər 

5,061,808   

 3,760,985

Pul vəsaitlərinin ekvivalentləri  

 

Qeyri-rezident banklarda yerləşdirilmiş qısa müddətli depozitlər  

 

- reytinqi AAA 

13,640   

-

- reytinqi A- dan A+ dək 

115,314   

190,714


Cəmi qeyri-rezident banklarda yerləşdirilmiş qısa müddətli 

depozitlər 128,954 

 

190,714

Cəmi pul vəsaitləri və onların ekvivalentləri 5,788,173 

 

4,606,805

Pul vəsaitləri və onların ekvivalentlərinin heç biri dəyərdən düşməmiş və vaxtı keçməmişdir.  

31 dekabr 2015 və 2014-cü il tarixlərinə pul vəsaitləri və onların ekvivalentlərinin kredit 

keyfiyyətinə görə təhlili "Standard and Poor’s", "Fitch Rating’s" və "Moody’s" agentliklərinin təyin 

etdiyi reytinqlərin ən aşağı olanı üzrə göstərilir. 

5 Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar 

Min Azərbaycan Manatı ilə 

31.12.2015  

31.12.2014

AKTİVLƏR 

   


Xüsusi Borcalma Hüquqları (XBH) ilə əmanətlər 332,661 

 

 



174,540 

Cəmi  aktivlər 332,661 

 

 

174,540 

 

   


ÖHDƏLİKLƏR 

   


BVF-nin cari hesabları 666 

 

 



656 

BVF-dən alınmış kreditlər:  

 

Yoxsulluğun Azaldılması və İnkişaf Mexanizmi (YAİM) - 

 

 

1,463 



XBH paylanması:  

 

Ümumi paylanma 

258,365   

 135,546 

Xüsusi paylanma 

74,296   

 38,978 

Cəmi XBH paylaması 332,661   

 174,524 

Cəmi BVF qarşısında öhdəliklər 

333,327  

 

176,643 

XBH ilə əmanətlər 

XBH ilə əmanətlərə BVF-dən kreditlərin alınması və hesablaşmaların aparılması məqsədilə istifadə 

edilən BVF-də yerləşən cari hesab daxildir. XBH ilə əmanətlərlə bağlı hesablanmış faiz aparıcı pul 

bazarlarında qısa müddətli bazar faiz dərəcələri əsasında hər həftə BVF tərəfindən müəyyən edilən 

dərəcələr istifadə etməklə hesablanır. 

Cari hesablar 

Bankda BVF ilə xüsusi məqsədlər üçün iki ayrıca hesab aparılır: BVF-nin 1 saylı və BVF-nin 2 

saylı hesabları. BVF-nin 1 saylı hesabı BVF-nin əməliyyatları üzrə bağlanmış  əqdlər üzrə 

komissiyaların ödənilməsi, BVF-nin 2 saylı hesabı isə BVF əməkdaşlarının üzv ölkə  ərazisində 

təsərrüfat məsrəflərini qarşılamaq üçün istifadə edilir. 



Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər 

21 


5 Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar, davamı 

Borc öhdəlikləri 

BVF-dən alınmış borc vəsaiti illik 0.5% faiz hesablanan və ilkin ödəmə müddəti on ilədək olan bir 

kreditdən ibarətdir. Ödəmə müddəti 2015-ci ildə başa çatan həmin borc vəsaiti XBH ilə ifadə edilir. 

BVF tərəfindən verilmiş kreditlərin saxlanmasında Bank depozitari rolunda çıxış edir. Bankda 

saxlanılan borc vəsaitlərinin ödənilməsi üçün hüquqi öhdəlik Azərbaycan Respublikasının 

Hökumətinə aiddir və kredit Bank tərəfindən Hökumət qarşısında öhdəlik kimi uçota alınır. 



XBH paylanması 

XBH paylanması BVF-nin qərarı ilə üzv ölkələrə şərtsiz XBH ilə verilmiş məbləğlərdir. Ümumi 

XBH paylanması 28 avqust 2009-cu il tarixindən qüvvəyə minmişdir. Paylanma BVF-nin üzv 

ölkələrinin valyuta ehtiyatlarını tamamlamaqla qlobal iqtisadi sistemin likvidliyinin təmin edilməsi 

üçün nəzərdə tutulur. Ümumi XBH paylanması BVF üzvlərinə onların mövcud BVF kvotalarına 

uyğun olan nisbətlərlə aparılmışdır. 

Ayrıca olaraq, 10 avqust 2009-cu ildə qlobal likvidliyi dəstəkləmək məqsədilə BVF-nin Razılaşma 

Maddələrinə xüsusi birdəfəlik XBH paylanmasını  nəzərdə tutan Dördüncü düzəliş qüvvəyə 

minmişdir. Düzəlişə uyğun olaraq BVF üzvlərinə, o cümlədən Azərbaycana, 9 sentyabr 2009-cu il 

tarixində xüsusi paylama aparılmışdır.  

Üzvlər və nəzərdə tutulmuş mülkiyyətçilər XBH paylamalarından BVF ilə əməliyyatlar aparmaq 

üçün istifadə edə bilərlər. Bank paylamanı Azərbaycan Respublikasının Hökuməti qarşısında 

valyuta öhdəliyi kimi uçota almışdır. 

BVF kvotası və BVF kvotası üzrə buraxılmış qiymətli kağızlar 

25 yanvar 1999-cu il tarixindən sabit qalmış 160.9 milyon XBH (348,525 min AZN və 182,847 min 

AZN 31 dekabr 2015 və 2014-cü illər üçün müvafiq olaraq) məbləğində BVF kvotası Azərbaycan 

Respublikasının BVF-də üzvlük haqqından ibarətdir. Bu məbləğə  təminat olaraq Azərbaycan 

Respublikasının Hökuməti tərəfindən qiymətli kağız buraxılmış  və Bank tərəfindən BVF-nin 

xeyrinə saxlanılır.  

 

6 Ticarət qiymətli kağızları 

Min Azərbaycan Manatı ilə 

31.12.2015  

31.12.2014

 

   



ABŞ Xəzinədarlıq notları 

 807,855    

 156,199 

Beynəlxalq maliyyə qurumları tərəfindən buraxılmış notlar  

 639,306    

 587,584 

Agentlik notları  

 594,289    

 1,468,548 

Bələdiyyə istiqrazları 

      303,135    

 259,413 

Korporativ istiqrazlar 

      287,292    

 36,075 

Böyük Britaniyanın Xəzinədarlıq notları 

      106,482    

 356,080 

Dövlət istiqrazları 

        63,389    

 75,739 

Cəmi ticarət qiymətli kağızları 

 2,801,748    

 2,939,638 

Ticarət qiymətli kağızlarının heç biri dəyərdən düşməmiş və vaxtı keçməmişdir. 

Bank ticarət qiymətli kağızlarının müəyyən edilmiş investisiya qaydalarına uyğun olaraq idarə 

edilməsi məqsədilə etibarlı menecerlərdən istifadə edir və bu qaydaların tələbinə görə belə qiymətli 

kağızların emitentlərinin daimi qeydiyyat ünvanı İƏİT ölkələridir. 

Ticarət qiymətli kağızları "Standard and Poor’s", "FitchRatings" və "Moody’s" agentlikləri üzrəən 

aşağı "A-" (və ya "A1") kredit reytinqinə  malikdir. Bankın kredit riski üzrə məlumat üçün Qeyd 

24-ə baxın. 




Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə