Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə96/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   92   93   94   95   96   97   98   99   ...   108

Ədəbiyyat söhbətləri 
 
337
yə qədər deyilmiş ən müxtəlif (çox hallarda isə pərakəndə) 
fikirlərin fövqünə qalxaraq sistemli bir «muğannaşünaslığ»ın 
əsaslarını müəyyənləşdirmişdir. 
«Isa Muğanna yaradıcılığı» «Ideal» işığında» müəllifi yazır: 
«… Isa Muğanna yaradıcılığı «Ideal»dan sonra başladı. 
Ondan sonra yazılan bütün əsərləri «Ideal» silsiləsinin davamı-
dır və təəssüflər olsun ki, ədəbiyyatşünaslığımız tərəfindən 
layiqli qiymətini almamışdır hələ ki. Ümid edirəm ki, oxucu da, 
alim də qorxmadan, çəkinmədən «Isahəqq, Musahəqq»i, «Gur-
Ün»ü, «Türfə»ni, «Ilan dərəsi»ni, «Cəhənnəm»i, «Qəbristan»ı 
əlinə alacaq, oxuyacaq və münasibətini bildirəcəkdir bir gün». 
Və əlavə edir: 
«… Bu tədqiqat işində Muğannanın «Ideal»dan sonra yaz-
dığı əsərlərin tarixi, yazılma və çap olunma dövrləri, çapdakı 
maneələr və müəllifin əsərlərinə dönə-dönə qayıtmasının səbəb-
ləri, Isa Muğannanın bir postmodernist yazar kimi, magik realiz-
min banisi kimi, yeni ideoloji konsepsiyanın yaradıcısı kimi, 
dinə olan yeni baxışının, romanlarının poetikasını araşdırmağı 
qarşımıza məqsəd kimi qoyduq». 
Göründüyü kimi, miqyas xeyli möhtəşəmdir, lakin nəzərə 
alsaq ki, Şəmil Sadıq uzun illər Isa Muğanna ilə sıx-sıx görüş-
müş, onun nəinki əsərlərinin, bütövlükdə ruhunun dərinliklərinə 
bələd olmuş, hətta ustadla yaradıcılıq əməkdaşlığı da etmişdir, 
onda miqyası bu qədər geniş götürməyə müəllifin həm mənəvi, 
həm də peşəkar səlahiyyəti olduğuna şübhə yeri qalmır. 
Isa müəllim həm yazıçı-mütəfəkkir, həm də şəxsiyyət kimi 
nə qədər yüksək intellektual səviyyədə dayanırdısa, o qədər də 
pak, səmimi və ünsiyyətcil bir insan idi, həmsöhbətini öz geniş 
(və kifayət qədər mistik) dünyagörüşünə tabe eləmək fikrindən 
də uzaqdı. Az-çox ağıllı mülahizə eşidəndə onun müəllifini layiq 
olduğundan da artıq qiymətləndirir, daxildən (ruhunun lap dərin-
liklərindən) gələn bir məhəbbətlə tərifləməkdən çəkinmirdi. Və 
mən heç şübhə etmirəm ki, bu, Isa müəllimin mənəvi zənginliyi-
nin tükənməzliyindən qaynaqlanırdı… «Ideal»a qədərki yaradı-


Nizami Cəfərov 
 
338
cılığını hərdən özü kəskin tənqid edir, «Yanar ürəy»i elə də 
dəyərli əsər saymırdı. Görüşlərin birində xalq yazıçısı Anar Isa 
müəllimə dedi ki, «belə bir fikrim var: Isanın özünü özündən 
müdafiə cəmiyyəti yaradaq… Imkan vermək olmaz ki, ədəbiy-
yatımızın «Yanar ürək» kimi qiymətli əsəri onun tərəfindən bu 
qədər haqsız tənqidə məruz qalsın»… Anar müəllimin haqlı 
sözü hamının ürəyindən oldu. Hətta Isa müəllimin də… Bir söz 
demədi, ancaq razılıq əlaməti olaraq ürəkdən güldü… 
Həm Isa Hüseynov, həm də Isa Muğanna haqqında mən də 
bir sıra yazılar yazmışam, televiziyalarda, müxtəlif yığıncaqlar-
da çıxışlar eləmişəm. Ancaq bunların çoxunda elmi təhlil azdır. 
Sadəcə olaraq, dərinliyinə lazımi qədər vara bilmədiyim möhtə-
şəm yaradıcılıq qarşısında heyranlığımı ifadə etmişəm. 
Şəmil Sadıq – mənim keçmiş tələbəm isə bu kitabında Isa 
Muğanna dünyasının dərinliklərinə enir. O məqamlara (məsələn, 
mistika, din, magik realizm, postmodernizm və s.) diqqət yetirib 
geniş (və sözün geniş mənasında müqayisəli!) interpretativ təhlil 
verir ki, həmin məqamlar yazıçının yaradıcılığını, onun dünya-
görüşünün fəlsəfi mahiyyətini, metafizik poetikasını anlamağa 
əhəmiyyətli kömək göstərir. Müəyyən mübahisəli tərəfləri olsa 
da, ümumiləşdirmələrinin mütləq əksəriyyəti əsaslıdır. Və ən əsas 
da odur ki, Şəmil Sadıq Isa Muğanna «mətn»ini həm bir əsər, 
həm də ümumi yaradıcılığı miqyasında kifayət qədər müfəssəl 
hiss etdiyinə görə, gəldiyi nəticələr bugünkü ədəbi-tənqidi təfək-
kür üçün heç də az səciyyəvi olmayan sxematizmdən uzaqdır. 
Müəllif hərdən gileylənir ki, nə oxucular, nə də ədəbi 
tənqid Isa Muğannanın müasir dövrün qlobal problemlərini dərk 
etməkdə, doğrudan da, çox faydalı olan əsərlərinə az maraq 
göstərirlər… Elə bilirəm ki, haqlıdır… 
Təsəllimiz isə ondadır ki, əvvəla, böyük əsərlər (və ideya-
lar) bütün dövrlər və zamanlar üçündür; ikincisi isə, bizim gün-
lərdə «Isa Muğanna yaradıcılığı «Ideal» işığında» kimi dəyərli bir 
əsər meydana çıxırsa, görünür, elə də bədbin olmağa dəyməz… 
2017 


Ədəbiyyat söhbətləri 
 
339
 
Mükəmməl təfəkkürün  
müfəssəl təzahürü 
 
Azərbaycan oxucuları bu günlərdə ərəb ədəbiyyatşünası 
(ümumiyyətlə, türkoloqu) Əhməd Sami Elaydinin hələ 2010-cu 
ildə Bakı Dövlət Universitetində professor Vaqif Sultanlının 
rəhbərliyilə «Müstəqillik dövrü Azərbaycan romanı: mövzu, 
problematika və sənətkarlıq məsələləri (1991-2005)» mövzu-
sunda müdafiə etdiyi fəlsəfə doktorluğu dissertasiyası əsasında 
hazırlanmış monoqrafiyası ilə tanış olmaq imkanı əldə etdilər.  
Əhməd Sami 1979-cu ildə Qahirədə doğulmuş, 2006-cı 
ildə dünya şöhrətli Ayn-Şəms Universitetinin ədəbiyyat fakül-
təsi nəzdindəki türk bölməsini bitirmişdir. Və yəqin, azərbay-
canlı oxucular üçün maraqlı olmaya bilməz ki, onun magistr 
dissertasiyası «Qaçaq Nəbi» dastanı və XIX əsrin ikinci yarı-
sında Rusiya-Azərbaycan çəkişmələri»ndən bəhs edir. Elə o 
illərdən Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətinin bir 
çox məsələləri ilə dərindən məşğul olmağa başlamış, həqiqi 
azərbaycanşünas nüfuzu (və şöhrəti) qazanmışdır. 
Kitabın elmi redaktoru Vaqif Sultanlı «Ön söz»də yazır: 
«Monoqrafiya müəllifinin Azərbaycan ədəbiyyatına, mə-
dəniyyətinə və bütövlükdə adət-ənənələrinə yetərincə bələd 
olması əsərin məna və məzmununa təsirsiz qalmamışdır. Istər 
Azərbaycanın ağrılı problemlərinə yanaşma tərzində, istər ayrı-
ayrı yazıçıların yaradıcılığına münasibətdə, istərsə də mövcud 
bədii faktların təhlil prosesində bu bələdliyin gətirdiyi çalarlar 
aşkar duyulmaqdadır». 
Şübhəsiz, əsərin uğurunu təmin edən mühüm cəhətlərdən 
birincisi, elmi redaktorun (və bu əsərin meydana çıxmasında 
xüsusi xidmətləri olan elmi rəhbərin) qeyd etdiyi kimi, Əhməd 
Saminin Azərbaycan dilini (və mühitini) kifayət qədər dərindən 
(və məhəbbətlə) öyrənməsi, hətta öz-özlüyündə nə qədər geniş 
olsa da, bir mövzu dairəsində qalmayıb azərbaycancadan ərəbcə-


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə