Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə27/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   23   24   25   26   27   28   29   30   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
111
Sevgim baldır, şirindir.  
Dərman “şəkər”i salsın 
 
Yaxud: 
Mənə bir dərman verin  
sinə gərim tufana,  
Eliksir içən kimi  
başlayım yaratmağa. 
 
Yaxud: 
Bir dərman verin mənə,  
yox olsun hiylə - kələk. 
 
Əslində lirik “mən”in dərman istəyi özü üçün 
deyil, dərmana ehtiyacı olan hər bir insan, hər bir bəşər 
övladı üçündür. Bu dərmanın adı lirik “mən”in poetik 
axtarışının fəlsəfəsində “Yaxşılıq”dır. O “Yaxşılıq” ki, 
ona hər kəsin ehtiyacı var. Ancaq hər kəsdə “Yaxşılıq” 
varmı?! Təzad da burasındadır ki, bu gün hər kəsin, bü-
tövlükdə bəşəriyyətin “Yaxşılığ”a ehtiyacı var. İnsanlar 
arasında bir sorğu keçirilsə  və soruşulsa ki, bu gün 
insanların nəyə ehtiyacı var?! Çoxlu cavablar içərisində 
bütün cavabları ümumiləşdirən bir cavab var: Yaxşılıq. 
 
Dərman verin – çox verin,  
Heç xəsislik etməyin!..  
Dərmanlar bol olsun ki,  
Mərəzləri ram edim  
 


B U L U D X A N   X Ə L İ L O V  
 
112
Sizdə bir dərman da var –  
“Yaxşılıq” derlər ona,  
Ondan da verin mənə  
Paylayım insanlara... 
 
Yuxarıda qeyd olunduğu kimi, əsl  şeirdə narahat 
dolu hisslər  şeirin müəllifini rahat buraxmır.  Əsl  şairin 
poetik düşüncəsində Allahın yaratdığı bütün varlıqlar 
barədə narahatçılıq hissləri keçirilir, onlara qayğı  və 
diqqət ön plana çəkilir. 
Gözümüzlə gördüyümüz bütün varlıqlara – gülə, 
çiçəyə, arıya, qarışqaya, kəpənəyə bir gözəllik kimi 
yanaşılır. Gözəllik əbədi olmadığı kimi, Allahın yaratdı-
ğı bütün varlıqlar da əbədi deyil. Bir sözlə, gözəllik də, 
xoşbəxtlik də  əbədi deyil. Onların hər birinin sonunda 
bir qorxu vardır. Əlbəttə, bunlar şeir müəllifinin poetik 
düşüncəsində gözəllik – qorxu, xoşbəxtlik – qorxu, 
sevinc – qorxu və s. olmaqla həyatın iki tərəfi kimi var. 
Bu mənada “Pərvanə”  şeirinin fəlsəfəsindəki önəmli 
məqamlardan biri də budur: 
 
Şam yanır, şöləsi nur  
Pərvanəm, bir dayan, dur.  
Şam gözəldir, amma ki...  
Özünü oda az vur  
Başına dolandıqca,  
Bir az da gur yanacaq  
Səhər açılanacan  
Yalnız külün qalacaq. 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
113
Pərvanənin  şam oduna yanması, ancaq bununla 
belə, hər dəfə  pərvanənin  şam  ətrafında uçuşda olması 
folklorumuzda az işlənməmişdir. Söhbət ondan gedir ki, 
pərvanənin bu işi, bu əməli real bir yaşayışdır. Pərvanə-
nin şam ətrafında uçub-uçub, ən nəhayət alovu qucması 
məhəbbətə inanmayanlar üçün ən böyük örnəkdir. Bunu 
şeirdəki xeyli nümunələr təsdiq edir: 
 
Düşünürsən məhəbbət  
Heç vaxt xəyanət etməz,  
Sevgiyə yalan qatıb  
Heç kəsi zəhərləməz.  
Pərvanəm, sən isə uç!  
Bilsən ki, öləcəksən  
Lap külə dönəcəksən  
Uç! Uç! Alovunu quc!  
Məhəbbət misraları,  
Hədiyyə et bizlərə  
Əsl yaşamaq budur,  
Yaysın bütün qəlblərə. 
 
Pərvanənin hərəkətində  məmnunluq yaradan mə-
qam var. Ancaq bununla yanaşı nisgil, qorxu da var. 
Söhbət ondan gedir ki, şeirdə məmnunluq, nisgil, qorxu 
gözəl bir poeziya nümunəsi yaradır. Kifayətdir ki, bu 
gözəl poeziya nümunəsini və nümunələrini görə biləsən, 
şeir mövzusuna çevirə biləsən, təqdim etmək qabiliyyə-
tinlə seçilə biləsən. Bu məqamda XX əsr alman ədəbiy-
yatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı 


B U L U D X A N   X Ə L İ L O V  
 
114
Herman Hessenin “Knulp” povestindəki bəzi məqamları 
xatırlamalı oluruq: “Bir də baxırsan, dünyanın ən gözəl- 
göyçək  şeyi mənim üçün dönüb oldu göylərdə azadca 
süzən qəşəng bir quş. Bir az keçmiş, qanadları üstündə 
qırmızı xallar olan ağ kəpənək... 
Ancaq mənim bir fikrim də var. Məncə, gözəl o 
şeydir ki, onda məmnunluqla yanaşı nisgil də, qorxu da 
var... 
Gözəl olan şey əbədiliyə qovuşa bilsəydi, ürəkdən 
sevinərdim. Amma o zaman mən ona gözucu baxıb dü-
şünərdim ki, bunu sən istədiyin vaxt görə bilərsən, bu 
gün olmasa da, olar. Əksinə, ötəri, dəyişkən gəldi-gedər 
şeylərə daha çox baxıram, baxdıqca da təkcə zövq almır, 
həm də yanıram”. 
Lirik “mən”in istəyi gözəl olan hər şeyin, mövcud 
olan gözəlliyin  əbədiliyə qovuşmasıdır. O, gözəllikdən 
zövq alır, gözəllik dağıldıqda, məhv olduqda, öldükdə 
gözəlliyin halına yanır. Necə ki, Herman Hessenin yara-
dıcılığında da bu hisslər aparıcı rol oynayır. Ancaq 
Herman Hesse nəsrlə öz sözünü deyir. Onun nəsrinin 
imkanları ümumiyyətlə, nəsrin imkanları daha genişdir. 
Ancaq Leyla xanım  Əliyeva öz sözünü şeirlə deyir. 
Şeirdə zərrə qədər olsa da, artıq söz və ifadəyə ehtiyac 
yoxdur. Onun imkanları nəsrlə müqayisədə məhduddur. 
Bu məhdudluq çərçivəsində Leyla xanımın  şeirləri 
gözəlliyin poetik fəlsəfəsinə  də tam incəliyinə  qədər 
aydınlıq gətirir. Gözəlliyə  mərhəmət, vicdan, ləyaqət 
fəlsəfəsi ilə yanaşır. Gözəlliyi, sevgini, istəyi, məhəbbəti 
müəyyən həddə qədər deyim kimi qəbul edir. Müəyyən 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
115
həddən sonra gözəllik də, sevgi də, məhəbbət də 
insanlığın kamilliyinə, zirvəsinə doğru bir hərəkətdir. 
Bunlar insanı nəcibləşdirir, yüksəldir, ali edir. Nəticədə 
insanlığın təkzibolunmazlığı hər kəsi inandırır. Yenə də 
nəticədə insanların bir-birinə olan münasibətində  həm-
ahənglik yaranır və inam, etibar, sadaqət artır. Yenə də 
nəticədə bütün hisslər də, duyğular da, istək də, 
məhəbbət də vicdan adlı tərəzidə çəkilir və dönə - dönə 
çəkilir. “Məktub” şeirində olduğu kimi: 
 
Mən məktub yazmamışam,  
Sənə bircə kərə də,  
Hisslər yığılıb qalıb  
Qəlbin dərinliyində...  
Çəkinmişəm, qorxmuşam, –  
Bilirsən nəyə görə? – 
Layiqli söz tapmıram,  
Ürəyin sözlüyündə. 
Yaxud: 
Mən məktub yazmamışam  
Sənə heç bir kərə də.  
Axır ki, qərar verdim –  
Məktub yazacam – deyə  
Lüğəti varaqladım,  
Kasad göründü mənə,  
Bircə “sevirəm” sözü  
Bəs etdi hisslərimə...  
Qanad verdi naməmə... 
 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə