Mirniyaz Mürsəl oğlu Mürsəlov
28
yanaşı, digər məzhəblərin də fikirlərini vermişdir. Məsələn, əl-Maidə surəsinin 38-ci
ayəsini “Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq
(sağ) əllərini kəsin...” təfsir edərkən bildirir ki, həddi-büluğa çatmış və ağlı başında
olan bir şəxs oğurluq etsə və oğurluğu sübut olunsa, onun sağ əlinin barmaqları
kəsilər. İkinci dəfə oğurluq etsə sol ayağının barmaqları kəsilər, üçüncü dəfə oğurluq
etsə həbs olunar, dördüncü dəfə isə yenə oğurluq etsə ölüm hökmü verilməlidir.
27
Burada o, öz məzhəbinin görüşünü mənimsəmişdir.
Müfəssir kəlam mövzularında həm Şiə, həm də əhli-Sünnə məzhəbinin
alimlərinin görüşlərini vermişdir. Məsələn, Ali-İmran surəsinin 28-ci ayəsini
“Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar. Bunu edən (kafirləri özünə
dost tutan) kəs Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç bir
qədir-qiyməti olmaz). Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız
(çəkinməniz) müstəsnadır...” təfsir edərkən bildirir ki, İslam tayfaları bu ayəni istər
mal, istərsə də can barəsində təqiyyənin caiz olduğuna dəlil gətirirlər. Əşari alimlərin
bir qismi can barəsində təqiyyənin caiz olduğunu qəbul etdiyi halda, mal barəsində
qəbul etmirlər. Digər bir qismi də müsəlmanlar zəif olduğu üçün təqiyyənin caiz
olduğunu, İslam dini gücləndikdən sonra isə təqiyyənin hökmünün qalxacağını
deyirlər. İmamiyyə məzhəbinə görə təqiyyə mütləq olaraq caiz, hətta vacibdir.
28
Şəkəvi digər müfəssirlər kimi ayələrin enmə səbəblərini də bəyan etmişdir.
Məsələn, Ali-İmran surəsinin 145-ci ayəsinin “Allahın izni olmayınca heç kəsə ölüm
yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır...” həzrət Əli
haqqında nazil olduğunu bildirir.
29
Şəkəvi digər müfəssirlərdən fərqli olaraq bəzi surəslərin əvvəlindəki Hürufu
Müqəttəələrə məna verməyə çalışmışdır. Məsələn, əş-Şüəra surəsinin əvvəlindəki
“Ta-sin-mim” Hürufu Müqəttəəsini belə açıqlayır: “”Ta” – Tahir (pak) olan Allah
Mənəm, “Sin” – Satirəm (örtən) ayıbları örtən Mənəm, “Mim” – Məcidəm (yüksək
şan-şöhrət sahibi).”
30
27
Məhəmməd Hüseyn Tabatabai, əl-Mizan fi təfsiril-Quran, V c., s. 335. Beyrut, Müəssəsətu
Aləmi lil-Mətbu, 1973.
28
Molla Muhsin Məhəmməd ibn Mürtəza Kaşani, Təfsirus-safi, I c., s. 325. Beyrut,
Müəssəsətu Aləmi lil-Mətbu, 1982.
29
Məhəmməd Həsən Mövlazadə Şəkəvi, Kitabul-bəyan fi təfsiril-Quran, I c., s. 129. Bakı,
Azərnəşr, 1990.
30
Məhəmməd Həsən Mövlazadə Şəkəvi, Kitabul-bəyan fi təfsiril-Quran, II c., s. 118. Bakı,
Azərnəşr, 1990.
Son dövr Azərbaycan müfəssirləri
29
Əhməd İsrafil oğlu Haşimzadə
Əhməd Haşimzadə 1896-cı ildə Azərbaycanın Quba şəhərinin Çiçi kəndində
anadan olmuşdur. Dini təhsilini uşaq ikən atasından öyrənmişdir. Atası öldükdən
sonra təhsilini Afurca, Qalagah və Təngəaltı kəndlərində davam etdirmişdir. O,
Əbdülvəhhab əfəndi, İsa əfəndi və Hüseynağa əfəndi kimi o bölgənin məşhur
müəllimlərindən dərs almışdır. 1911-1919-cu illərdə Dəvəçi şəhərində ərəb və fars
dillərini mükəmməl bir şəkildə öyrəndikdən sonra Şamaxı şəhərində yaşayan
Mustafa əfəndidən ərəb və fars dillərini bilməsi haqqında icazət almışdır. 1920-1922-
ci illərdə Çiçi kəndindəki orta məktəbdə oxumuş, Azərbaycanda Sovet höküməti
qurulduqdan sonra 1923-cü ildə Qubada açılmış “Zeylik müəllimlər kursu”nda təhsil
almışdır. 1930-cu ildə “Şuşa mədəni maarif məktəbi”ni bitirmiş, 1936-1940-cı illərdə
isə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunda təhsilini davam
etdirmişdir. İnstitutu bitirdikdən sonra Quba şəhər Utu kənd orta məktəbinin
direktoru vəzifəsində işləmişdir. 1943-cü ildə Quba şəhər Maarif şöbəsinin müdiri,
1946-cı ildən isə Çiçi kəndindəki məktəbdə direktor müavini işləmişdir. 1950-1970-
cil illərdə bu məktəbdə müəllimlik etmiş, sonra təqaüdə çıxmışdır.
31
Əhməd Haşimzadə 1962-ci ildə Qurani-Kərimin təfsirini yazmışdır. Bu əsər
Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna verilmiş, orada altı
nəfərdən ibarət bir heyət tərəfindən incələnmişdir. Heyət təfsir haqqında müsbət rəy
vermiş və Əhməd Haşimzadəyə altı yüz rubl ödənərək əsər İnstitutun kitabxanasında
saxlanılmışdır.
Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti)
Şərqşünaslıq fakültəsinin professoru Əli Fəhmi və başqaları Əhməd Haşimzadənin
yaşadığı kəndə gedərək onu Universitetə dəvət etsələr də o, ailə problemləri səbəbi
ilə dəvəti qəbul etməmişdir. Görkəmli alim Əhməd Haşimzadə 1979-cu il aprel
ayının 14-də dünyasını dəyişmişdir.
32
Əhməd Haşimzadə də yazmış olduğu “Təfsirul-Quranil-Əzim” əsərini əski
əlifba ilə yazmışdır. Əsərin əlyazması Azərbaycan Respublikası Elmlər
Akademi-
yasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kitabxanasında C-
697/9650 (I), C-698/9651 (II), C-699/9652 (III) nömrələri ilə saxlanılır. Birinci cild
311 səhifədən ibarət olub, əl-Fatihə surəsi ilə başlayır və əl-Maidə surəsi ilə bitir.
31
İsmayılov Mehman, 20. Yüzyılda Azerbaycan'da yapılan Kur'an ve tefsir çalışmaları, s. 76,
Yüksek lisans. Marmara Universitesi, 2002.
32
Davud Aydüz, Sovet dövründə Azərbaycan türkcəsi və ərəb qrafikası ilə yazılmış təfsir, s.
84-93. Bakı, İslam Araşdırmaları jurnalı, 2001.