Mirniyaz Mürsəl oğlu Mürsəlov
22
şəhərdəki Şah Abbas məscidində axund olmuş, 1904-1918-ci illərdə Bakı
quberniyasının qazısı vəzifəsini icra etmişdir. Eyni zamanda bu müddət ərzində o,
Bakı quberniyasının Şiə Məclisinin başçısı vəzifəsini də daşımışdır.
2
Mir Məhəmməd Bakuvinin ilk yazdığı əsər “İran kəndlilərinin halı və ya
Təbrizdə gördüklərim” əsəridir. Yuxarıda da qeyd etdiyimiz kimi o, 1881-ci ildə
təhsilini başa vuraraq Bakıya dönərkən bir müddət İranda olmuş, Tehran və Təbriz
şəhərlərini gəzmişdir. Daha sonra bu səfər əsnasında yaranmış təəssüratları qeyd
olunan əsərdə öz əksini tapmışdır. Ancaq təəssüf ki, bu əsər 1930-cu illərdə Azərnəşr
mətbəəsində müəmmalı bir şəkildə yoxa çıxmışdır.
3
Qızı Təzəxanım əsərin əlyazmasını nəşr olunması üçün Azərnəşrə aparmış, onlar
isə mətndəki Allah və Peyğəmbər kəlmələrinin əsərdən çıxarıldığı halda mümkün
olacağını bildirmiş, Bakuvi isə bu şərtlə razılaşmamışdır. Sonralar əlyazma yoxa
çıxmışdır.
Bakuvinin əsərlərinin çox hissəsini tərcümələr təşkil edir. O, görkəmli fəqih və
ilahiyyatçı olması ilə yanaşı, peşəkar bir tərcüməçi olmuşdur. Onun tərcümələri
arasında ən çox Corci Zeydanın əsərləri daha çox yer tutur. Onun ilk tərcümə etdiyi
və günümüzə qədər gəlib çatan tərcüməsi “On yeddi Ramazan” kitabıdır. Kitabda
həzrət Əli (ə.s.)-ın şəhadəti və xəvariclərlə bağlı hadisələrdən bəhs olunur.
Yezid ibn Müaviyənin xilafəti və həzrət Hüseyn (ə.s.)-ın şəhadətindən bəhs edən
digər tərcümə əsəri “Kərbəla yanğısı” adlanır. Bu əsər H.Z.Tağıyevin maddi dəstəyi
ilə nəşr edilmişdir.
Digər bir tərcüməsi yenə də Corci Zeydanın “Ərmənusə əl-misriyyə” əsəridir.
1911-ci ildə o, əsərin tərcüməsini tamamlamış və sonda “Fətatu Qəssan” adlı digər
bir əsəri tərcümə edəcəyini düşündüyünü qeyd etmiş, ancaq daha sonra “Səlib
müharibəsi” adlı əsəri daha əhəmiyyətli saymış və onu tərcümə etmişdir.
4
Başqa bir tərcümə əsəri “Əzrayi-Qüreyş” adlanır. Bu əsər də H.Z.Tağıyevin
maddi dəstəyi ilə nəşr edilmişdir. Əsərdə həzrət Osmanın qətli, həzrət Əlinin (ə.s.)-in
xilafəti, Cəməl və Sıffeyn döyüşləri, Təhkim hadisəsi qələmə alınmışdır.
2
Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi, Kəşfül-
həqaiq ən
nükətil-ayati vəd-dəqaiq, s. 6. Bakı, Şərq-Qərb mətbəəsi, 2014.
3
Sabuhi Şahavatov, Ulumu`l-Kur`an Açısından Bakuvi Tefsirinin Özellikleri, Yüksek lisans
tezi, s. 38. İstanbul, 2010.
4
Nizami Məhərrəmov, Məmmədəli Babaşov, Qafqaz Müsəlmanlarının Atası, Ədəbiyyat
qəzeti. Bakı, 1991.
Son dövr Azərbaycan müfəssirləri
23
Bakuvinin tərcümə etdiyi digər əsərlər “Fətatu Qəssan”, “Əbu Müslim əl-
Xorasani”, “Harun ər-Rəşidin bacısı Abbasə”, “Əmin və Məmun qardaşları”dır.
Təəssüf ki, yaxın qohumunun evində saxlanılan bu əsərlər 1940-cı illərdə yox
olmuşdur.
5
Mir Məhəmməd Kərim ağanın ölümü haqqında bir neçə görüş vardır. Mərhum
akademik Ziya Bünyadovun “Qırmızı terror” adlı kitabında və DTK-nın arxiv
sənədlərində bildirilir ki, 15030 №-li məhkəmə qərarı ilə 83 yaşlı Mircəfərov Mir
Məhəmməd Kərim Mircəfərzadəyə antisovet fəaliyyətlərinə görə güllələnmə hökmü
verilmişdir.
6
Başqa bir görüşdə oğlu Mircəfər Mir Məhəmməd Kərim ağanın 20
oktyabr 1956-cı ildə beyninə qan sızması nəticəsində öldüyü bildirilmişdir. Nizami
Məhərrəmov və Məmmədəli Babaşova görə Bakuvi həbs olunduqdan sonra iki nəfər
tərəfindən qaçırılmışdır. Sonralar onun Qazaxıstan səhralarında olması məlum
olmuşdur. Bir dəfə sel əsnasında körpü dağılmış, sahildə susuz və qidasız qalan
məhbuslar ot yeməyə məcbur olmuş, Bakuvinin zəifləmiş vücudu buna tab gətirməyib
faciəli bir şəkildə dünyasını dəyişmişdir.
7
Bu görüşlərin hansının daha doğru olduğu
bizə məlum olmasa da bir şeyi aydındır ki, görkəmli Azərbaycan müffəsiri Bakuvi
faciəli bir şəkildə ölmüşdür. Ailəsinin yeganə təsəllisi isə ona ölümündən sonra 15 iyun
1960-cı ildə Azərbaycan SSR Ali Məhkəməsinin bəraət verməsidir.
Bakuvinin yazmış olduğu və günümüzə qədər gəlib çatan “Kəşfül-həqaiq ən
nükətil-ayati vəd-dəqaiq” əsəri 3 cilddən ibarət olub əski əlifba ilə yazılmışdır.
Birinci cild əl-Fatihə surəsi ilə başlayıb Tövbə surəsi ilə, ikinci cild Yunus surəsi ilə
başlayıb Ənkəbut surəsi ilə, üçüncü cild isə ər-Rum surəsi ilə başlayıb ən-Nas surəsi
ilə bitir. Hər cildin əvvəlində müəllifin müqəddiməsi vardır.
8
Əsər H.Z.Tağıyevin dəstəyi ilə 1904-cü ildə birinci və ikinci cildləri, 1906-cı
ildə isə üçüncü cildi “Kaspi” qəzetinin Buxariyyə mətbəəsində nəşr olunmuşdur.
Daha sonra bu əsər Hacı Əbdülməcid tərəfindən h. 1339-cu ildə fars dilinə tərcümə
edilmiş və ilk dəfə Tehranda nəşr olunmuşdur. 1349, 1354, 1358 və 1361-ci illərdə
təkrarən nəşr olunmuşdur. 1373-cü ildə Təbrizdə heç bir dəyişiklik edilmədən
orijinal şəkildə ikinci dəfə nəşr olunmuşdur. Bakuvinin bu əsəri daha sonra Əhməd
5
Ahmet Dolunay, Gerçeğin Doğuşu, s. 18-19. İstanbul, Merkür Yayınları, 2000.
6
Ziya Bünyadov, Qırmızı Terror, s. 279-280. Bakı, 1983.
7
Nizami Məhərrəmov, Məmmədəli Babaşov, Qafqaz Müsəlmanlarının Atası, Ədəbiyyat
qəzeti. Bakı, 1991.
8
İsmayılov Mehman, 20. Yüzyılda Azerbaycan'da yapılan Kur'an ve tefsir çalışmaları, s. 48-
49, Yüksek lisans. Marmara Universitesi, 2002.