Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə3/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   2   3   4   5   6   7   8   9   ...   161

 

Akad. Vasim Məmmədəliyev, Aqil Şirinov 

8

(ö.575/1179 və yaxud 617/1220)  isə “ نمجنا رد تولخ (xəlvət dər əncomən)-cəmiyyət 



içində xəlvət” anlayışını irəli sürərək insanlarla əlaqəni kəsmədən Haqq ilə birlikdə 

olmağı önə  çəkmişdir. Xəlvətin  əksi  cəlvətdir. Cəlvət salikin əldə etdiyi ilahi 

xüsusiyyətlərlə birlikdə  xəlvətdən çıxıb camaatla qaynayıb qarışmasıdır. Bəzən 

xəlvət yerinə  üzlət, cəlvət yerinə isə  xiltə terminlərindən istifadə olunur. Lakin 

sufilərin bir qismi xəlvətlə üzlətin bir-birindən fərqli olduğunu düşünmüşlər. Onlara 

görə xəlvət insanın başqa insanlardan (əğyar), üzlət isə öz nəfsindən uzaqlaşmasıdır.

4

 

Məşhur sufi Kələbazi özünün “ət-Təərrüf li-məzhəbi  əhlit-təsəvvüf” adlı  əsərində 



üzlətə  əhəmiyyət verənlərlə xiltanı seçənlərin dəlillərini müqayisə edərək geniş 

şəkildə  təhlil etmişdir.

5

 

Xəlvətiyyə adı bu təriqətin qurucusu hesab olunnan Siracəddin Ömər ibn 



Əkmələddin əl-Xəlvətinin (ö. 800/1397-98) nisbəsindən götürülmüşdür. Onun həyatı 

haqqında məlumat verən mənbələrə görə, Ömər ibn Əkmələddin xəlvət həyatını çox 

sevər, tənha bir yerə  çəkilərək Allahı zikr etməkdən xoşlanarmış. Hətta rəvayətə 

görə, yaşadığı yerin yaxınlığında içi oyuq olan bir ağacının içində tez-tez xəlvətə 

çəkilərmiş.

6

 



Xəlvətiyyənin bir təriqət kimi yaranma tarixini İbrahim Zahid Gilaniyə (ö. 

700/1301) qədər aparıb çıxarmaq mümkündür.  zahidiyyə təriqətinin qurucusu olan 

bu böyük sufi yaşadığı dövrdə Azərbaycanın, xüsusilə  də  Şirvan və  Ərdəbil 

bölgələrinin dini həyatında olduqca böyük təsirə malik olmuş, hətta  Şirvanşah 

Axsitan belə onun təriqətinə üzv olmuşdur. Zahid Gilani irşad fəaliyyətləri üçün bir 

çox mürid yetişdirmişdir. Lakin bu müridlərin içərisində iki şəxs xüsusi əhəmiyyətə 

malik olmuşdur. Bunlardan biri səfəviyyə təriqətinin qurucusu olan Şeyx Səfiyyəddin 

Ərdəbili


7

, digəri isə  xəlvətiyyənin qurucusu olan Ömər Xəlvətinin  əmisi  Əxi 

Məhəmməd Xəlvəti (ö. 780/1378-79) olmuşdur. Ömər Xəlvəti də öz əmisi  Əxi 

Məhəmməddən təsəvvüf yolunu öyrənmişdir. Demək ki, həm səfəvilk, həm də 

xəlvətilk zahidiyyədən törəyən iki qardaş təriqət olmuşdur. Zahidiyyə isə yenə başqa 

bir məşhur Azərbaycanlı sufi olan Əbun-Nəcib Sührəvərdiyə (1097–1168) nisbət 

                                                 

4

  ٨٢ .ص ،نانبل ةبتكم ،ةيفوصلا تاحلطصملا مجعم ،مازخ يبأ داؤف رونأ روتكدلا  



5

 ٣٤٥ -٤٣٦ .ص ،   ،ةيملعلا بتكلا راد ، فوصتلا لھأ بھذم ىلع فرعتلا ،قاحسإ نب دمحم ركب وبأ ،يذابلاكلا 

م١٩٩٣ – ه ١٤١٣ ،توريب 

6

 Bax. Sadık Vicdani, Tomar-ı Turuk-ı Aliyyeden: Halvetiyye Silsilenamesi, İstanbul 1338-



1341, səh. 19 

7

 Michel M. Mazzaoui, The origins of the safawids: shiism, sufizm and the gulatWiesbaden : 



Franz Steiner Verlag, 1972, s. 53. 


Xəlvətiyyə təriqəti 

9

edilən sührəvərdiyyə  təriqətindən törəmişdir. Belə ki, İbrahim Zahid Gilani Əbun-



Nəcibin tələbəsi olan Sədi Şirazinin müridi olmuşdur.

8

  



Hər ikisinin silsiləsi  Şeyx Zahid Gilanidə birləşən və bu baxımdan iki qardaş 

təriqət olan səfəviyyənin  Şeyx Zahiddən  Şah  İsmayıla, xəlvətiyyənin isə  təriqətin 

ikinci piri olan Şeyid  Yəhya Şirvaniyə qədər olan silsiləsi belədir: 

 

İbrahim Zahid Gilani 



 

Nur (Əxi) Məhəmməd  

Xəlvəti Səfiyyəddin Ərdəbili (Səfəviyyə) 

            

    

 



 

 

               

              

 

          Ömər Xəlvəti (Xəlvətiyyə) 



 

          Sədrəddin Ərdəbili 

            

    

 



 

 

               

              

 

        Əxi Mirəm 



 

 

                     Xacə Əli 

            

    

 



 

 

               

              

 

              Hacı İzzəddin Şirvani 



   Şeyx Şah İbrahim 

            

    

 



 

 

               

              

 

                  Sədrəddin Xiyavi   



 

 

    Şeyx Çüneyd 

            

    

 



 

 

               

              

 

  



  Seyid Yəhya Şirvani 

    

 

 

 

Şeyx Heydər 

            

      

 

 

               

              

 

        Şah İsmayıl Xətai 

 

Göründüyü kimi istər xəlvətiyyə, istərsə  də  səfəviyyə  sırf Azərbaycanda 



qurlumuş və şeyxlərinin də demək olar ki, Azərbaycanlıdır. 

Qeyd olunduğu kimi xəlvətiyyənin qurucusu (birinci piri) Ömər Xəlvəti hesab 

olunur. Mənbələrdə onun tam adı Siracuddin Ömər ibn Əkmələddin Gilani Lahici 

Xəlvəti kimi keçir.

9

  Bəzi müəlliflər  əslinin  Şirvandan olduğunu qəbul etməklə 



birlikdə onun İranın Lahican bölgəsindən olduğunu irəli sürüblər. Lakin xəlvətiliyi 

tədqiq edən Mehmet Rıhtım onun Şamaxının Avaxıl kəndindən olma ehtimalının 

böyük olduğunu qeyd edir.

10

  



                                                 

8

 Bax. Mustafa Bahadıroğlu, “İbrahim Zahid-i Geylani”, DİA, səh. 359 



9

 Mustafa Tatcı, “Elmalı’nın  İrfan Ocakları: Bektâşîlik ve Halvetîlik Üzerine Bir 

Değerlendirme”, Elmalı İrfan ve Sevgi Şehri, 2009,  s. 65 

10

 Mehmet Rıhtım, Seyid Yəhya Bakuvi, Bakı, 2013, s. 110. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə