Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə32/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   28   29   30   31   32   33   34   35   ...   124


 
Klassik kəlam ədəbiyyatında rəddiyyə ənənəsi və nümunələri 
87 
 
KLASSİK KƏLAM ƏDƏBİYYATINDA 
 RƏDDİYYƏ ƏNƏNƏSİ VƏ NÜMUNƏLƏRİ 
 
i.f.d. dosent əvəzi Adilə Tahirova 
BDU İlahiyyat fakültəsinin 
İslam elmləri kafedrasının müəllimi 
 
 
Açar sözlər: Kəlam, məzhəblər, rəddiyyə, İslam elmləri 
Keywords: Kalam (theology), madhabs, raddiyya (refutation), Islamic sciences 
Ключевые слова: Теология, течения, опровержение, исламские науки 
 
Rəddiyyə termini ərəbcə “rəddə” feilindən düzəlib yanlışı meydana çıxarmaq, 
dəlillərlə çürütmək mənalarına gəlib ziddi isə  qəbul etməkdir. “Rəddun alə” qəbul 
etməmək, rədd etmək, “rəddun ila” isə cavab vermək, qarşılıq vermək deməkdir. Ter-
minoloji baxımdan rəddiyyə bir düşüncəni və ya təlimi zidd fikirlə çürütmək, müdafiə 
etmək məqsədilə söylənən söz, yazılan məqalə və ya kitabdır. Klassik İslam ədəbiy-
yatında fikrini dəlillərlə çürütmək məqsədilə müxalif insana verilən cavabı ifadə edir.
1
 
İslam tarixində  rəddiyyə yazma ənənəsi həz. Peyğəmbərin vəfatından sonra müsəl-
manlar arasında meydana çıxan ixtilaflarla başlamışdır. Fəthlər nəticəsində müxtəlif 
əqidə  və  fəlsəfələri olan cəmiyyətlərlə qarşılaşdıqdan sonra İslam alimləri və digər 
əqidələrə mənsub olanlar bir-birlərini tənqid edən əsərlər qələmə almışlar.
2
 
Klassik kəlam  ədəbiyyatında rəddiyyə  əsərlər geniş formada yayılmışdır. D. 
Gimaretin də bildirdiyi kimi İslamda kəlam elmi (dialektike) polemika və müdafiə 
(apologetique) xarakterinə sahib olmasıyla bilinir.
3
 Yazılı dialoq olan İslam rəddiyyə 
ədəbiyyatının çox zəngin olması bu fikri dəstəkləyir.  
Rəddiyyə  ənənəsindən nümunələr vermək bu kitabların yazılış xüsusiyyətləri, 
səbəbləri haqqında fikir əldə etməyə kömək edər. Klassik dövrdə rəddiyələrin önə-
mini ifadə etmək üçün idarəçilərin bir yerə ordu göndərərkən yanlarında müxaliflərə 
qarşı rəddiyyə elmini bilən alimlər göndərməsi faktını qeyd etmək yetərlidir. 
                                                 
1
 Hançerlioğlu. Felsefe Ansiklopedisi. İstanbul, 1978, 5/308; İbn Nədim. Fihrist, səh. 132. 
2
 Ətraflı məlumat üçün baxın: Sinanoğlu M. Reddiye // TDV İslam Aniklopedisi, İstanbul, 
2007, XXXIV/516. 
3
 Gimaret D. Radd // Encyclopaedia of Islam 2 (EI2), Leiden, 1979, VIII/363. 


 Adilə Tahirova    
88 
Rəddiyyə ənənəsində nəqz, tənaquz, təhafut, risalə ila… kimi bir fikri rədd etmə 
məqsədi daşıyan terminologiya mövcud olsa da, İslamın ilk dövründə (II-IV əsrlər) 
yazılan əsərlər əsasən “kitabur-rədd alə …” (…ə cavab) adını daşıyır. İbn Kuteybə-
nin Kitabu ixtilafil-ləfz vər-rədd aləl-cəhmiyyə  vəl-muşəbbihə, Xəyyatın Kitabul-
İntisar vər-rədd alə İbnir-Ravəndi, Əşərinin Kitabul-lümə fir-rədd alə əhliz-zeyğ vəl-
bidə, Baqillaninin Kitabut-təmhid fir-rədd aləl-mulhidə  vəl-müəttilə kimi rədd 
ifadəsinin bir və ya iki sözdən sonra qoyulduğu rəddiyyə əsərləri də vardır. Rəddiy-
yə  əsərləri nümunələrdən də göründüyü kimi bəzən bir şəxsə etiraz məqsədi ilə 
yazılmışdır, bəzən isə bir qrup, cərəyan və ya məzhəbi tənqid etmə  və  dəlillərini 
yanlış çıxartmaq üçün qələmə alınmışdır. İslam məzhəbləri ilə yanaşı digər dinlərə 
də cavab məqsədini daşıyan əsərlərə də rast gəlmək mümkündür. 
Cədəl və münazirə sadəcə teoloji müzakirədə deyil, yazılı teoloji ədəbiyyatda da 
önəmli yer tutur. Sual-cavab qəlibindən ibarət olan mübahisə metodu, məzmun və 
şəkil olaraq bütün elmi sahələrdə ilk dövr İslam  ədəbiyyatına təsir etmişdir.  İslam 
rəddiyyə ənənəsində əsasən bu formadan istifadə olunduğu müşahidə edilir. Rəddiy-
yələrin ortaq, şablon modelindən bəhs etmək çətin olsa da, əsasən iki ana modeldən 
söz etmək mümkündür. Birincisi, xitab etdiyi qrupun və ya insanın bilindiyi iki 
nəfərlik dialoqdur. Burada müəllif müxalifin iddialarına “o dedi” (qalə)  şəklində 
başlayır və sonra “ona deyilir” (yuqalu ləhu) ilə cavab verilir. İkinci model isə sse-
nari  şəklində qurulan məsail və  əcvibə (sual və cavablar) formasında olub müəllif 
özü suallar verib cavablar verir. Rəddiyyələrdə xitab edilən və müxalif fikirlər isti-
qamət vericidir. Rəddiyyə  əsərlərində istifadə edilən metodu belə xülasə etmək 
mümkündür: Müəllif müərizinin (opponentin) etiraz edə bilməyəcəyi dərəcədə qəbul 
etdiyi məsələləri isbat üçün irəli sürür. Müxalifinin ziddiyyətlərini, dəlillərinin çürük 
olduğunu, təlil, istiqra və təmsil (analogiya) yolu ilə meydana çıxarıb fikirlərinin eti-
barsızlığını isbat etməyə çalışır. Bütün kəlam  əsərlərində,  əsasən də  rəddiyyələrdə 
doğru yoldan sapmış müxaliflərin fikirlərini çürüdərkən hökm çıxarmada cədəl və 
nəzər ilə iddianı yox etmək üçün dəlili boşa çıxarma yolundan, formal məntiq və söz 
oyunlarından istifadə olunur. Kəlam alimləri istidlal və isbat üsullarını tətbiq edir.
4
  
Nümunələr verərkən əvvəlcə mövzusuna görə qruplaşdırılaraq nümunələr veril-
mişdir. Sonra isə daha geniş təsnif, yazan müəllifin məzhəbinə görə bir yerə toplan-
mışdır. Adı keçən əsərlərdən bəzisinin mənbələrdə adları qeyd olunmuş, lakin günü-
müzə qədər gəlib çatmamışdır. 
                                                 
4
 Kahveci N. Şia ve Mutezile'nin reddiye literatürü üzerine çalışma // Dini Araştırmalar, cild: 
8, səh. 69-91. 


 
Klassik kəlam ədəbiyyatında rəddiyyə ənənəsi və nümunələri 
89 
a. Mövzusuna görə olan qruplaşdırma. 
İslam məzhəblərinə yönəlmiş rəddiyyələrdən Qədəriyyə, Cəbriyyə, Cəhmiyyəyə 
qarşı yazılmış rəddiyyə nümunələri: 
1. Həsən  əl-Bəsri, Risalə fi-l qədər (Əməvi xəlifəsi  Əbdülməlik ibn Mərvanın 
suallarına cavab olaraq yazılmışdır.) 
2. Zürarə ibn Əyun, əl-İstitaə və-l cəbr. 
3. Əmr ibn Übeyd, ər-Rədd alə-l qədəriyyə. 
4 Əbu Bəkir əl-Əsəm, ər-Rədd alə-l mucbirə. 
5. Əbu-l Hüzeyl Əllaf, ər-Rədd alə-l Qədəriyyə və-l Mucbirə. 
6. Qasım ər-Rəssi, ər-Rədd alə-l mucbirə. 
7. İbn Əbu Xatim ər-Razi, ər-Rədd alə-l Cəhmiyyə. 
 
Müşəbbihə və Mücəssiməyə qarşı yazılmış rəddiyyə nümunələri: 
1. Sümamə ibn Əşrəs, ər-Rədd alə-l Müşəbbihə. 
2. Əbu Cəfər əl-İsqafi, ər-Rədd alə-l Müşəbbihə. 
3. Cahiz, ər-Rədd alə-l Müşəbbihə. 
4. İbn Quteybə, ər-Rədd alə-l Müşəbbihə. 
 
Mötəziləni hədəf alan rəddiyyə əsərlərdən bəzi nümunələr: 
1. Hişam ibn Həkəm, ər-Rədd alə-l Mutəzilə. 
2. Əbu Bəkir ər-Razi, əl-İntiqad və-t təhrir alə-l Mutəzilə; ər-Rədd alə-l Cahiz; 
ər-Rədd alə Əbu-l Qasım əl-Bəlxi. 
3. Əbdülqahir əl-Bağdadi, Fədaihu-l Mutəzilə. 
 
Xaricilərə qarşı yazılmış rəddiyyə nümunələri: 
1. Zirar ibn Əmr, ər-Rədd alə-l Xəvaric. 
2. Bişr ibn Mutəmir, ər-Rədd alə-l Xəvaric. 
3. Qasım  ər-Rəssi, əl-Kamilu-l munir fi isbati vilayəti əmiri-l muminin Əli ibn 
Əbu Talib və-r rəddi alə-l Xəvaric. 
4. Fəzl ibn Şazan, Kitabu-r rədd alə Yəman ibn Rəbab əl-Xarici. 
 
Şiəliyin müxtəlif qollarına və şəxslərə qarşı yazılmış rəddiyyə nümunələri: 
1. Bişr ibn Mutəmir, Kitab ər-Rədd alə Hişam ibn Həkəm. 
2. Dırar ibn Əmr, Kitabu-r rədd alə-r Rafiza və-l Həşviyyə. 
3. Qəzzali, Fədaihu-l Batiniyyə. 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə