Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə38/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   34   35   36   37   38   39   40   41   ...   124

 Səbinə Mirzəyeva  
106 
РЕЗЮМЕ 
 
Этническая и идеологическая ситуация на Аравийском Полуострове  
в период до появления Исламского права 
Как известно, в доисламский период арабы не обладали централизованной 
формой  государства,  состояли  из  системы  племен  с  независимым  политичес-
ким устройством. Одним из важных признаков древнего арабского мира явля-
лось многочисленность религиозных убеждений. Определенная часть местно-
го  населения  исповедовала  иудейскую  веру.  Евреев  иногда  называли 
«ибрахимами» в честь Бога ХалилиИбрахима аль-Ибрини, иногда по прозвищу 
пророка  Ягуба – БянуИсраил,  иногда  по  имени  одного  из  двух  сыновей 
пророка  Ягуба,  Иуды – иудеями.  Несмотря  на  то,  что  обширные  территории 
Аравийского полуострова, и в особенности внутренную его часть, контролиро-
вали  кочевые  племена  ведущую  роль  в  общественно-экономической  жизни 
населения играло оседлое население городов (эхл аль-гура). В арабском языке 
для выражения групп и общностей различного уровня существовали специаль-
ные понятия. Понятие «племя» использовалось лишь при противопоставлении 
группы  бедуинов  обладавшим  единонокровным  родством  территориальной 
общности (шааб): не аширя, бениамм, бент и пр. 
 
 
Çapa tövsiyə 
etdi: 
    i.f.d. 
A.M.Şirinov 
 
 
 
 


 Əbu Mənsur əs-Səalibi ədəbiyyatşünas, dilçi və tarixçi kimi 
107 
                       
ƏBU MƏNSUR ƏS-SƏALİBİ ƏDƏBİYYATŞÜNAS,  
DİLÇİ VƏ TARİXÇİ KİMİ 
 
 dos. Solmaz Hüseynova 
    BDU İlahiyyat fakültəsi 
 
 
 
Açar sözlər: Ərəb dilçiləri, əs-Səalibi, Şahnamə 
Ключевые слова: Арабские языковеды, ас-Саалиби, Шахнаме 
Key words: Arabic linguists, 
Al-Saalibi, Shahname
 
    
Əbu Mənsur Əbdülməlik ibn Məhəmməd əs-Səalibi 961-ci ildə Nişapurda ana-
dan olmuşdur. O, ilk təhsilini bu şəhərdə almış, ərəb dilini, İran və Orta Asiya xalq-
larının ədəbiyyat və tarixini dərindən öyrənmişdir. Əs-Səalibi ərəb elmində istedadlı 
dilçi və ədəbiyyatşünas kimi tanınır. Bir sıra ədəbiyyat tarixçilərinin qeyd etdiyinə 
görə, o həm də görkəmli şair və yazıçı olmuşdur.  
Onun  əs-Səalibi (hərfən tülküyə aid) təxəllüsü tülkü dərilərindən kürklər tikib 
onların ticarəti ilə məşğul olması ilə əlaqədardı. Əs-Səalibi Şərqin bir çox yerlərinə - 
Ərəbistan yarımadasına,  İran,  İspaniya, Xorasan, Mavəraunnəhr, Xorəzmə, 
Buxaraya səfər etmişdir.(3, 97)  
 Müxtəlif alimlər  əs-Səalibinin  əsərlərinin müxtəlif sayda olduğunu qeyd edir. 
Bu mənbələrdən onların ümumi sayının təxminən 88 olması nəticəsinə gəlmək olur. 
Aşağıda onun ən  əhəmiyyətli və maraqlı  əsərləri haqqında qısa  şəkildə  məlumat 
verəcəyik.  
İlk olaraq onun yaradıcılığında xüsusi yer tutan رصعلا  لھأ  نساحم  يف  رھدلا  ةميتي  
“Dövrün nadir incisi öz əsrinin layiqli (adamları) haqqında” əsərin adını çəkək. Bu 
əsər Orta əsrlərdə ərəb poeziyasını öyrənmək üçün əsas mənbələrdən sayılır.(5, 246) 
Doktor Şauqi Dayf bu kitabı Əbu-l-Fərəc əl-İsfahaninin “Kitəbu-l-əğəni” (“Mahnılar 
kitabı”) ilə bir sırada görür.(10, 145) 
Qeyd olunduğu kimi, əs-Səalibi məşhur dilçi idi. Onun dilçilik sahəsində  əsas 
işi olan ةيبرعلا رس و ةغللا هقف  “Dil qaydası və ərəb dilinin sirləri” kitabı sayılır. Bu iri 
həcmli leksikoqrafik əsərdir. Bu iş onu göstərir ki, müəllif, demək olar ki, bütün 
Orta əsr ərəb dilçilərinin əsərlərindən xəbərdar idi. Öz kitabında 300-dən artıq dilçi-
nin  əsərlərinə  əsaslanmışdır. Fikirlərini sübüt etmək üçün alim Qurani-Kərimdən 


 Solmaz Hüseynova  
108 
misallar gətirir. Onun bu əsərində 500-dən çox Quran ayəsindən istifadə olunmuş-
dur. “Fiqhu-l-luğa va sirru-l-arabiyyə”nin birinci hissəsində sinonimlər, omonimlər 
üzrə zəngin leksik material toplanmışdır. (9, 21) Kitabın ikinci hissəsi “Sirru-l-ara-
biyyə” adlanır, burada ismi-məfulların, təsniyənin işlədilməsi və  hərflər haqqında 
məlumat verilir. (9, 383) 
Alimin maraqlı  əsərlərindən biri də    ةعاربلا  فرط  و  ةغلابلا  ررغ“Bəlağətin  ən yaxşı 
nümunələri və gözəl nitqin nadir inciləri”dir. Hacı  Xəlifə Mustafa ibn Abdullah Katib 
Çələbi (1609-1657) bu əsəri  رردلا و ىللالا“Mirvari və qiymətli daşlar” adlandırmışdır. 
Adı çəkilmiş əsər öz həcminə görə bir-birindən fərqlənən 10 fəsildən ibarətdir. 
Əsərin 9 fəslində görkəmli şəxsiyyətlərin (peyğəmbər, şah, xəlifə, vəzir, ədəbiyyat-
şünasların) ağıllı  və müdrik deyimləri öz yerini tapmışdır. 10-cu fəsil isə  ərəb və 
ərəbdilli şairlərin şeirlərindən parçaları ehtiva edir. 
Maraq doğuran başqa bir əsər  ليثمتلا و ةرضاحملا  باتك “Ağıllı söhbətlər və ibrətli 
hekayələr” kitabıdır. Kabus ibn Vuşmiqirə  həsr olunmuşdur. Deməli, 403\1032-ci 
ildə yazılmışdır. 1961-ci ildə Qahirədə  “Ət-təmsil va-l-muhadara” adı altında nəşr 
edilmişdir. Bu, dörd fəsildən ibarət bir müntəxəbatdır. 
Burada tematik prinsip əsasında atalar sözləri və zərb-məsəllər, aforizmlər və şeir 
parçaları toplanmışdır. Kitabda həmçinin islamdan sonrakı  ərəb və ərəbdilli şairlərin 
şeir və hikmətli sözləri, filosofların aforizmləri yer almışdır. Həm  ərəb xalq mə-
səllərinə, həm də  əcəm xalqlarının  şifahi yaradıcılıq nümunələrinə rast gəlmək olar. 
Müəllif hər hansı bir əşyanın adını çəkir, sonra isə onun haqqında deyilmiş hikmətli 
söz və ya şeir parçasını misal gətirərək həmin şeirin müəllifi barədə məlumat verir.  
Əs-Səalibinin  باتكلا  زنك“Katiblər üçün xəzinə” kitabı da əhəmmiyyətli  əsərlər-
dəndir. Bu əsər 250 müəllifin əsərlərindən 2500 parça və nümunəni əhatə edir. Əsər 
katiblər üçün nəzərdə tutulmuşdur. Katiblər sözün, yazının ustası olmalı idilər, çünki 
məktublar və  rəsmi sənədlər təmtəraqla (səcdə) yazılırdı. Belə  məktublara Qurani-
Kərimdən ayələr, hədislər və müxtəlif  şeir parçaları  əlavə edilirdi. Əs-Səalibi bu 
əsəri bir müntəxəbat-arayış kitabçası kimi yazmışdı ki, katiblərin işini yüngülləşdir-
sin. “Kunzu-l-kuttəb” orada toplanan parçaların məzmununa görə 15 fəslə bölünür: I 
fəsil. Məktubun və şeirin yazılmasında ustalıq və məharət haqqında; II fəsil. Salam-
lamaq və  hədiyyə etməkdə  məharət haqqında; III fəsil. Başsağlığı  və elegiya 
(mərsiyyə  tərzində  şeir); IV fəsil. Üzrxahlıq və  rəhimdillik oyatmaq və kömək 
haqqında; V fəsil. Alicənab davranış haqqında; və s. 
Haqqında danışdığımız  əsər məktubların tərtib olunması  sənətinin inkişafında 
böyük rol oynamış və katiblər ondan çox istifadə etmişlər. 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə