Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   53   54   55   56   57   58   59   60   ...   94

 171
model Kanada, Belçika və b. dövlətlərdə mövcuddur. Belə 
dövlətlər də adətən federativ və ya konfederativ inzibati ərazi 
quruluşuna malik olurlar. Lakin, bəzən unitar dövlətlərin də 
eyni vaxtda iki rəsmi dili ola bilər (məsələn,  İrlandiya, 
Finlandiya və s.). Burada ən önəmli məsələlərdən biri hansı 
dilin məhz birinci rəsmi dil olmasıdır. Əhalinin sayında çoxluq 
təşkil edən və dövlətçilik tarixini yaradan xalq məhz türklər 
olduğundan türk dilinin birinci rəsmi dil olması daha 
ədalətlidir. Bu modelin mənfi cəhəti kimi dövlətin “xalis” türk 
dövləti olmaması qeyd edilir.  
3. “İran” adlanan dövlətin federasiyaya çevrilməsi. Bu va-
riantda fars dilinin dövlət dili olaraq saxlanılması, Azərbayca-
nın güneyinin onun tərkibində muxtariyyət qazanması, həmin 
muxtariyyətdə isə türk dilinə  rəsmi dil statusunun verilməsi 
nəzərdə tutulur. Bu Rusiya Federasiyasına analoji bir modeldir 
və bu model milli mənafelərimizə  qətiyyən uyğun deyil. Belə 
ki, bu ərazidə tarixən dövlətçiliyi yaradan və yaşadan, sayca da 
üstünlük təşkil edən türk milləti olduğu halda, türklərə bir milli 
azlıq kimi fars hakimiyyəti altında yalnız muxtariyyət verilir. 
Baxmayaraq ki, bu model Azərbaycan türklərinin halal milli 
haqları qarşısında çox azdır, 1945-46-cı il “21 Azər” hərəkatını 
yatıran və 1979-cu ildə  əks-inqilabçı qüvvə kimi hakimiyyəti 
ələ alan fars rejimi buna da razı olmamışdır. Federasiya modeli 
yalnız istiqlala gedən yolda bir müvəqqəti mərhələ kimi qəbul 
oluna bilər.  
4. Azərbaycanın Güneyinin istiqlaliyyət qazanması  və 
daha sonra Quzeylə birləşməsi. Bu ideya qısa  şəkildə 
“istiqlalçılıq”  adlandırılır.  İstiqlalçılıq son 20-30 ildə  əsas 
qəbul olunan ideyadır. (Bu dövrə  qədər Azərbaycan türkləri 
təbii olaraq öz tarixi dövlətləri hesab etdikləri İranı parçalamaq 
istəməmiş, yalnız burada türklüyün mövqeyini yüksəltməyin 
tərəfdarı olmuşlar). Lakin təəssüf ki, indiyə  qədər istiqlal-
çılıqda lazımınca diqqət yetirilməyən önəmli məsələlər var. 
Həmin məsələlər aşağıdakılardır: 


 172
– Güney Azərbaycanın istiqlaliyyəti hansı  sərhədlər daxi-
lində olacaq? 
– Azərbaycan sərhədlərindən kənarda qalan digər qeyri-
fars bölgələrinin taleyi necə olacaq? 
Təəssüf ki, son illərə  qədər Bütöv Azərbaycanın tərtib 
olunmuş  xəritələrində Tehran bölgəsi mübahisəli  ərazi kimi 
verilir, Qaşqay bölgəsi isə ümumiyyətlə Azərbaycan  ərazisinə 
daxil edilmirdi. Qaşqay bölgəsi ilə birlikdə Xorasan və 
Bəlucustan  əraziləri “Farsıstan”a aid edilirdi. (Bu qüsurlar 
təşəbbüsümüzlə  tərtib olunmuş son xəritələrdə aradan qaldı-
rılmışdır). Azərbaycan fars hakimiyyətindən azad olduqdan 
sonra Tehran əyalətinin, Qaşqay Yurdunun, Xorasanın (“İran” 
adlanan dövlətin  şimal-şərq bölgəsi) və  Bəlucustanın (“İran” 
adlanan dövlətin cənub-şərq bölgəsi) “İran” və ya “Farsıstan” 
adı ilə fars hakimiyyəti altında qalması  qəbulolunmazdır. 
Çünki, farsların tarixi vətəni olan Farsıstan yalnız “İran” 
adlanan dövlətin cənub bölgəsində yerləşən məhdud bir 
ərazidir. (farslar bu ərazidə e.ə. IX-VIII əsrlərdə  məskun-
laşıblar). Qaşqay Yurdu, Tehran əyaləti, Xorasan və  Bəlucus-
tan isə Farsıstan deyil, oranı öz əlimizlə farslara bağışlaya 
bilmərik. Yəni, Azərbaycan türkləri “İran” adlanan ərazidə 
dövlətçilik tarixini canı-qanı bahasına yaradan və  əsrlər boyu 
yaşadan, sayca da üstünlük təşkil edən xalq olduğu halda, 
həmin dövlətçilik tarixinin mirası olan “İran” adlanan dövlətin 
ərazisinin az hissəsini götürüb, daha çox hissəsini farslara 
bağışlamaq qəbulolunmazdır və  dünya, Azərbaycan türk-
lərini “fars imperiyasından ayrılmış milli azlıq” kimi tanı-
mamalıdır.  Yəni “istiqlalçılıq” dedikdə unutmamalıyıq və 
bütün dünyaya bildirməliyik ki, biz milli azlıq kimi istiqlalçı 
deyilik, biz bir çoxluq olaraq istiqlalçıyıq. Biz əslində vaxtı 
ilə öz qurduğumuz imperiyanı parçalayırıq.  
4-cü variantda, yəni, “İran” adlanan dövlət parçalandığı 
halda məsələni milli mənafelərə uyğun şəkildə həll etmək üçün 
onun ərazisində azı 4 dövlət yaranmalıdır: Azərbaycan (Tehran 
əyaləti və Qaşqay Yurdu ilə birlikdə  qərb bölgəsi), Xorasan 


 173
(şimal-şərq bölgəsi), Bəlucustan (cənub-şərq bölgəsi) və Far-
sıstan (cənub bölgəsi). O ki qaldı  xəritədə Bütöv Azərbay-
canın ərazisinə daxil edilən müxtəlif xalqların (əsasən kürdlər, 
ərəblər və lorlar) yaşadığı ərazilərə, bu ərazilərin statusu Azər-
baycan türkləri ilə  həmin xalqlar arasında milli haqlara və 
ədalətə uyğun  şəkildə  həll olunacaqdır. Bu məsələnin farslara 
aidiyyəti yoxdur. 
Türkçülüyün ikinci səviyyəsində  hədəflərə  gəldikdə, bu 
hədəflər türk dövlətlərinin Oğuz, Qıpçaq və s. birliklərin ya-
radılmasına nail olmaqdır. Türkçülüyün üçüncü səviyyəsində 
hədəf isə bütün türk dövlətlərinin dünya üzrə bir güc mərkəzinə 
çevriləcək birliyidir. Bu isə siyasi, iqtisadi və  hərbi bloklar, 
konfederasiyalar formasında ola bilər. 
 
 
Dövlətlərarası münasibətlərdə  
milli amil 
 
Dövlətlər arasında mövcud olan siyasi-iqtisadi və  mədəni 
münasibətlərdə milli amil həmişə mühüm rol oynayıb və bu 
gün də oynamaqdadır. Bu münasibətlərdə milli amil əsasən 
aşağıdakı siyasi qanunauyğunluqları şərtləndirir:  
-  Əhaliləri etnik cəhətdən biri-birinə yaxın olan 
dövlətlərin strateji müttəfiqliyinin labüdlüyü. Aydındır ki, 
dövlətlərin  əhalilərinin dil və  mədəniyyətinin eyniliyi və ya 
yaxınlığı onlar arasında iqtisadi və  mədəni münasibətlərin 
inkişafına böyük stimul verir. Belə dövlətlərin xalqları arasında 
özgəlik düşüncəsi, mədəni təsirə düşmə və assimilyasiya kimi 
milli problemlər də olmadığından, istər-istəməz həmin döv-
lətlərin biri-birinə yaxınlığı müttəfiqlik səviyyəsində inkişaf 
edir. Azərbaycan və Türkiyə, ABŞ  və  İngiltərə arasındakı 
strateji müttəfiqlik buna bariz nümunədir. Lakin burada istisna 
hallar da var. Bu hallar əsasən xarici imperialist qüvvələrin 
dövlət hakimiyyətlərinə  təsiri nəticəsində baş verir. Məsələn, 
Şimali və Cənubi Koreya eyni millətin dövlətləri olsalar da, bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə