195
İngilis-sakson HS
XI əsrdə İngiltərədə formalaşmışdır. Bu
HS-də məhkəmə presedenti əsas (hüquq mənbəyi kimi)
götürülür. Hazırda bu sistem Böyük Britaniya, Kanada, ABŞ,
Yamayka və Avstraliyada müəyyən qədər
saxlanılır.
Sosialist HS
keçmiş
SSRİ-də və digər sosialist ölkələrində
mövcud olmuş, roman-gürman HS-ə və Marksizm ideyalarına
əsaslanan HS-dır. Bu HS-də istehsal vasitələri üzərində yeganə
mülkiyyət forması kimi ictimai mülkiyyət müəyyən edilir və
xüsusi mülkiyyət hüququ tanınmır. İdarəçilikdə zəhmətkeşlərin
tam hakimiyyəti və “sosialist demokratiyası” əsas götürülür.
Antisosialist düşüncə və hərəkata qarşı mübarizə qanuniləş-
dirilir.
Dini HS- nin
əsasını dini ehkamlar
(dini kitabların və dini
təlimlərin müəyyən etdiyi normalar)
təşkil edir.
Orta əsr
dövlətlərinin HS-i əsasən dini xarakter daşımışdır. Hazırda dini
HS dini təmayüllü bir çox dünya dövlətlərində (Əksər ərəb
ölkələri, Vatikan, İran, Pakistan və s.) az və ya çox dərəcədə
mövcuddur. İslam hüququnun mənbəyi kimi Quran, sünnə
(Məhəmməd peyğəmbərin (s) kəlamları və davranışları), “ic-
ma” (din alimlərinin görüşləri) və “qiyas” (oxşarlığa əsasən
mülahizələr) götürülür.
Ənənəvi HS yerli xalqın milli adət-ənənələrinə əsaslanan
HS-lərinə deyilir. Əsasında qəbilə-tayfa münasibətləri dayanır.
Burada idarəçilik, tabeçilik, davranış qaydaları, cəzalandırma,
mülkiyyət məsələləri, istehsal münasibətləri və s. milli adət-
ənənələrə əsaslanır. Ənənəvi HS-ləri hüququn tarixi inkişafının
adət hüququ mərhələsinə uyğundur və qəbilə-tayfa münasibət-
lərinin hələ də qaldığı bəzi dünya ölkələrində mövcuddur.
Hüquqi dövlət və demokratiya
Müasir dövrdə insanların hüquq və azadlıqlarının təmin
olunmasının ən mühüm vasitələri kimi məhz hüquqi dövlət və
demokratiyanı göstərmək olar.
196
Hüquqi dövlət ideyası bəşəriyyətin ən böyük nailiy-
yətlərindən biridir. Digər ictimai-siyasi ideyalar kimi bu
ideyanın da ilkin kökləri qədim, antik dövrə gedib çıxır. Müasir
hüquqi dövlət nəzəriyyəsinin yaradıcıları kimi isə liberalizmin
ideoloqları – H.Qrotsi, T.Hobbs, C.Lokk, Monteskyö və b.
qəbul olunur. “Hüquqi dövlət” termininin isə elmə İ.Kant
tərəfindən gətirildiyi məlumdur.
Hüquqi dövlət dedikdə elə dövlət başa düşülür ki, orada
dövlət özü də hüquqa tabedir, yəni dövlət hakimiyyətinin
səlahiyyətləri hüquqla məhdudlaşdırılır, hakimiyyət özbaşına-
lığının qarşısı alınır, insanlar isə hüquqla qadağan olunmayan
hər şeyi etməkdə azad olur. Hüquq isə əvvəllər olduğu kimi
əsasən hakim təbəqənin mənafeyini yox, hər bir şəxsin mə-
nafeyini qoruyur və ədalətə söykənir. Hüquqi dövlətin əsas
əlamətləri aşağıdakılardaır:
1.
Hakimiyyətlərin bölünməsi;
2.
Qanunun aliliyi;
3.
Dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti;
4.
Şəxsiyyət hüquqlarının reallığı, azad inkişafının təmin
edilməsi;
Demokratiya (yunanca “demos + ”kratia” – “xalq haki-
miyyəti” mənasını verir) dövlət hakimiyyətinin müəyyən
xarakterini ifadə edir. Belə ki, demokratiya –
vətəndaşların
dövlət idarəçiliyində bərabərhüquqlu iştirakının təmin
edildiyi hakimiyyət formasıdır. Demokratiya məhz hüquqi
dövlət bazasında formalaşır. Yəni, hüquqi dövlət olmadan
demokratiya formalaşa bilməz. Demokratiya anlayışı yalnız
dövlətə yox, hətta ayrı-ayrı idarə və təşkilatların idarəçiliyinə
də aid edilir.
Demokratik ideyaların və demokratiyanın ünsürlərinin
tarixi də qədim dövrlərə dayanır. Demokratiyanın bəzi ün-
sürlərinə hətta İbtidai İcma Quruluşunda da rast gəlinir. (1.16.).
Antik dövrdə Yunanıstan (Afina) və Roma dövlətlərində
quldarlıq demokratiyası mövcud olmuşdur. Həmçinin, qədim
Azərbaycan dövlətlərində (Quti, Manna və s.) demokratiyanın
197
bəzi ünsürlərinin (seçkilər, ağsaqqallar şurası və s.) mövcud
olduğu müəyyən edilmişdir.
Demokratiya qədim dövrlərdən bu günümüzə qədər uzun
bir inkişaf yolu keçmişdir. Qədim dövrdə demokratiya və
demokratik ideyalar məhdud xarakter daşımışdır. Belə ki,
məsələn, seçki hüququ əhalinin aşağı təbəqələrinə (qullara və
s.), gəlmələrə və qadınlara şamil edilməmiş, yalnız yuxarı
təbəqələrə aid edilmişdir.
Orta əsrlərdə də bir çox Qərb və Şərq ölkələrində
demokratiyanın müəyyən ünsürləri (respublika forması, seç-
kilər, şura, məclis, parlament və s.) mövcud olmuşdur. Lakin
bu dövrdə də demokratiya məhdud xarakterdə olmuş, seçki
hüququ bütün əhaliyə şamil edilməmiş, bu hüquq yalnız
müəyyən yuxarı təbəqəyə aid edilmişdir. Vergi ödəməyənlər,
qadınlar və müstəmləkə əhalisi seçki hüququna malik
olmamışdır. Parlament xarakterli qurumlar (şuralar, məclislər,
yığıncaqlar və s.) isə əsasən hakimiyyətin və hakim təbəqənin
mənafeyini qorumuşdur.
Müasir demokratiya prinsipləri yalnız XVII-XIX əsrlərdə
bir çox Qərb ölkələrində liberalizm ideyalarının inkişafı (bax,
səh. 14-15) və burjua-demokratik inqilabları nəticəsində forma-
laşmağa və tətbiq edilməyə başlamış və Şərqə də yayılmışdır.
İlk yazılı konstitusiya 1789-cu ildə ABŞ-da qəbul olunmuşdur.
1860-cı ildə isə ABŞ-da qullara azadlıq verilmişdir. Bütün
vətəndaşlara seçki hüququnun verilməsi yalnız XX əsrdən
tətbiq edilməyə başlamışdır. Qadınlara seçki hüququ ilk dəfə
1893-cü ildə Yeni Zelandiyada verilmişdir. Müsəlman Şər-
qində isə qadınlara seçki hüququ ilk dəfə Azərbaycan Xalq
Cümhuriyyətində (1918-20) verilmişdir.
Cəmiyyətin tarixi inkişafı prosesində demokratiyanın tarixi
formaları (quldarlıq, feodalizm, burjua və sosialist de-
mokratiyası) meydana çıxdığı kimi müasir dövrdə də
demokratiya haqqında müxtəlif nəzəriyyələr mövcuddur.
Hazırkı dövrdə fərdiyyətçi və kollektivçi, elitar və
ümumxalq, rəqabətli (plüralist) və rəqabətsiz, nümayən-
Dostları ilə paylaş: |