186
dünya dövlətlərini də geridə qoymaq olar. Həmçinin Azər-
baycan iqtisadiyyatında əsaslı dönüş yarana bilər.
3. Siyasi-hüquqi məsələlər
Dövlət anlayışı
Dövlət anlayışına baxış və dövlətə verilən təriflər müx-
təlifdir. Dövlət anlayışına baxış dövlətin mənşəyinə dair nə-
zəriyyələrlə sıx bağlıdır. Bu nəzəriyyələrdən geniş yayılmışları
marksist, zorakılıq, “ictimai müqavilə”, psixoloji, üzvi,
patriarxal və teoloji nəzəriyyələridir.
Marksist nəzəriyyəyə (K.Marks, F.Engels) görə tarixən
dövlətlərin meydana çıxması xüsusi mülkiyyətin meydana
çıxması, cəmiyyətin siniflərə bölünməsi və onlar arasındakı
mübarizə ilə şərtlənmişdir. Siniflərə ayrılma isə I və II ictimai
əmək bölgüsü və əmtəə təsərrüfatının meydana çıxması ilə baş
vermişdir. Dövlətin bu nəzəriyyəyə əsaslanan tərifində dövlət
bir sinfin digəri üzərində hökmranlığını mühafizə edən vasitə
kimi qiymətləndirilir.
Zorakılıq nəzəriyyəsinə (L.Qumploviç, K.Kautski, Y.Dü-
rinq və b.) görə dövlət daxilıi (Dürinq) və xarici (Kautski)
zorakılığın nəticəsi kimi meydana çıxmışdır.
Daxili zorakılıq
dedikdə fiziki üstünlüyə malik olanların digərlərini özünə tabe
etməsi, xarici zorakılıq dedikdə isə tayfalararası müharibələrdə
qalib tayfanın məğlub tayfanı özünə tabe etməsi başa düşülür.
Bir sözlə, tabeçilik və dövlət fiziki mübarizənin nəticəsidir.
Fiziki mübarizədə qalib tərəf maddi
nemətləri və istehsal
vasitələrini mənimsəmiş və bərqərar olunmuş qaydanın mü-
hafizəsi üçün də güc tətbiqi – zorakılıq tələb olunmuşdur
.
Bununla da nemətləri ələ keçirmişləri nemətləri itirilmişlərdən
müdafiə edən “mühafizəedici aparat”ın – dövlətin yaradılması
bir zərurətə çevrilmişdir.
187
“İctimai müqavilə” nəzəriyyəsinə
(N.Tusi, H.Qrotsi, Did-
ro, Russo və b.)
görə insanlar sülh və rifah naminə hüquq və
azadlıqlarının bir hissəsindən keçməli olduqlarını başa düşmüş
və həmin hüquq və azadlıqları “ümümi iradə”yə – dövlət ha-
kimiyyətinə tabe etməyə razılaşmışdır. Dövlət isə insanların
toxunulmaz (təbii) hüquqlarını, yəni, mülkiyyət, azadlıq,
təhlükəsizlik hüququnu mühafizə etmək vəzifəsini öz üzərinə
götürmüşdür.
Psixoloji nəzəriyyəyə görə dövlət insanların qarşılıqlı
psixoloji münasibətlərinin qanunauyğunluqlarının nəticəsidir.
Belə ki, insanlar birgə yaşayışa, qarşılıqlı ünsiyyət və
fəaliyyətə daimi psixoloji ehtiyac duyduğundan bu ehtiyacları
təmin edəcək bir qurumun – dövlətin yaranması bir zərurətə
çevrilmişdir.
Üzvi nəzəriyyəyə görə insanlardan ibarət olan cəmiyyətdə
insan orqanizminə analoji bir təşkilatın – dövlətin formalaş-
ması bir qanunauyğunluqdur. Yəni dövlət cəmiyyət qanunla-
rının təbiət qanunlarına uyğunluğunun göstəricisidir
Patriarxal nəzəriyyəyə (Aristotel və b.)
görə dövlət
hakimiyyəti ailədə (qəbilədə, tayfada) ata hakimiyyətinin təbii
davamıdır.
Teoloji nəzəriyyəyə (F.Akvinalı və b.)
görə dövlət Allahın
iradəsi ilə yaranan, əbədi və dəyişməz qurumdur. O, praktiki
olaraq Allahın hakimiyyətinin yer üzərində təcəssümüdür. Hər
bir dünyəvi hakimiyyət biri-birinin təkrarı olmaqla ilahi
hakimiyyətin törəməsidir. İnsanlar ilahidən gələn qayda-
qanuna sözsüz tabe olmalıdır.
Qədim və orta çağlarda dövlət
haqqında olan nəzəriyyələrin əksəriyyəti bu və ya digər
dərəcədə teoloji xarakter daşımışdır.
Lakin, o da məlumdur ki, dövlətin əmələ gəlməsi prosesi
dünyanın ayrı-ayrı ərazilərdə fərqli formalarda getmişdir. Bu
baxımdan dövlətin əmələ gəlməsinin Afina, qədim Roma,
qədim german və qədim Şərq formaları fərqləndirilir.
Dövlətin mənşəyinə dair bu nəzəriyyələrin hər biri
özlüyündə müəyyən həqiqəti əks etdirir. Yəni, tarixən dövlətin
188
formalaşmasında iqtisadi, zorakı, təbii-hüquqi, psixoloji, dini
və s. amillərin rolu olmuşdur. Ona görə də dövlətə tərif ve-
rərkən bu amillərin hansısa birinə əsaslanmaq yox, dövlətin
ümumi əlamətlərinə əsaslanıb ümumi tərif vermək daha məq-
sədəuyğundur. Bu həm də ona görə lazımdır ki, son yüzil-
liklərdə dövlət artıq sinfi və zorakı xarakterindən daha çox
vətəndaşların hüquq və azadlıqlarını, rifahını, təhlükəsizliyini
və ədaləti təmin edən xarakteri ön plana keçmişdir.
Dövləti digər təşkilatlardan fərqləndirən özünəməxsus
əlamətləri aşağıdakılardar:
-
Xüsusi idarəetmə aparatına malik olması;
-
Müəyyən sərhədlər daxilində əraziyə malik olması;
-
Müəyyən sayda əhali üçün vətəndaşlıq müəyyən etməsi
(Vətəndaşlıq fərdlərlə dövlət arasında hüquqi əlaqənin
xüsusi forması olub şəxsin müəyyən dövlətə mənsu-
biyyətini, onun suveren hakimiyyətinin təsiri altında
olmasını ifadə edir).
-
Suverenliyə, yəni, müəyyən ərazidə dövlət hakimiy-
yətinin aliliyinə və müstəqilliyinə malik olması;
-
Ümumi-məcburi davranış qaydalarını müəyyən etməsi;
-
Hüquq-mühafizə orqanlarına, silahlı qüvvələrə və güc
tətbiq etmək imkanına malik olması;
-
Əhalidən vergi və b. ödənişlər toplaması.
Bütün bunları ümumiləşdirərək dövlətə aşağıdakı kimi tə-
rif vermək olar:
Dövlət – müəyyən ərazidə insanlar üzərində ümumi ha-
kimiyyəti həyata keçirən, cəmiyyətin bütövlüyünü təmin edən,
ümumi-məcburi davranış qaydaları müəyyən edən, bu qay-
daları güc strukturları vasitəsiylə təmin etmək imkanına malik
olan, vətəndaşların hüquq və azadlıqlarını qoruyan siyasi
təşkilatdır.
Dövlət müxtəlif yanaşmalarla tiplərə ayrılır. İctimai-
iqtisadi formasiyasına görə quldarlıq, feodal, burjua
(kapitalist) və sosialist dövlət tipləri, iqtisadi inkişaf səviy-
yəsinə görə ənənəvi, keçid, inkişafda olan, yetkinləşmiş və
Dostları ilə paylaş: |