210
3. “İslam” prinsipinin “müasirlik”
prinsipinə zidd hesab
olunması. Türkçülükdə “islam” prinsipi dini təmayüllü dövlət
qurmağı, yəni dini ehkamların dövlət qanunları ilə məcburi-
ləşdirilməsini nəzərdə tutmur. Bu dinin öz mahiyyətinə də zidd
hesab olunur. Belə ki, insanların dövlət cəzasından qorxduğuna
görə dini ehkamlara məcburi riayət etməsi həqiqi möminlik
sayıla bilməz. Dini ehkamlara riayət etməyin əsasında dövlət
cəzasından qorxmaq yox, yalnız və yalnız iman dayanmalıdır.
Ona görə də milli ideologiyamızda
islam dininin elmi əsaslarla,
xurafatdan və təriqətçilikdən kənar öyrənilməsi və təbliği
nəzərdə tutulur.
Cəmiyyətin və dövlətin inkişafında ən mühüm məsə-
lələrdən biri də mürtəce dini təriqətlərdən qorunmaqdır. Dini
ehkamlar həddən artıq “sürüşkən”dir. Yəni, bu ehkamlar ən
müxtəlif mənalarda yozula – təfsir oluna bilər. Bu xüsusiyyət
bəlkə də dinlərin ən zəif cəhətidir. Dini ehkamlar “sürüşkən”
olduğundan və dini ideyaların cəmiyyətdə təsir gücü yüksək
olduğundan imperialist qüvvələr tarixən dinlərdən öz imperia-
list siyasətlərində istifadə etmişlər və bu gün də etməkdədirlər.
Belə ki, imperialist qüvvələr tərəfindən
müxtəlif mürtəce dini
təriqətlər uydurulmuşdur ki, bu təriqətlərin fəaliyyəti dövlət-
lərin inkişafdan qalmasına, təsir altına düşməsinə və hətta
parçalanmasına xidmət edir. Ona görə də dinin öyrənilməsində
və təbliğində ilk növbədə elmi yanaşma olmalıdır.
211
I I I BÖLMƏ. Türk milli varlığının
ünsürləri
Öncə qeyd etdiyimiz kimi, hər bir millətin varlığını onun
MMD-i (dili, folkloru və tarixi) müəyyən edir.
MMD-i qoru-
yub-yaşatmaq və yüksəltmək isə milli şüuru yüksək səviyyədə
inkişaf etdirir, güclü millətin formalaşmasına səbəb olur, bun-
lar isə cəmiyyətin inkişafına və rifahın yüksəlməsinə böyük sti-
mul verir. Türk milləti dünyada MMD-i ən zəngin və çoxşaxəli
olan millətlərdən biridir. Bu qədim kültürü daha çox mühafizə
etmiş və bu gün də yaşadan türk xalqlarından biri də məhz
Azərbaycan türkləridir. Bu da Azərbaycanın ən
qədim türk
məskənlərindən biri olması ilə əlaqədardır.
Türk milli varlığının ünsürlərinin ümumi strukturu Sxem–
1-də göstərilmişdir. Burada olan hər bir element ayrıca tədqiqat
mövzusudur. Bu sahədə indiyədək müəyyən toplama işləri və
tədqiqatlar aparılmışdır. Millət üçün bu müqəddəs işi görmüş
mərhum və bu gün aramızda olan dəyərli ziyalılarımız, böyük
şəxsiyyətlərimiz qarşısında baş əyirik. Lakin bu hələ çox zən-
gin kültürümüz qarşısında kifayət deyil, bu sahədə görüləsi iş-
lər çoxdur. Bu gün inkişaf etmiş qüdrətli
dövlətləri olan millət-
lər (ingilis, fransız, alman, yapon və s.) bu milli problemlərini
artıq həll ediblər. Onlar öz milli kültürlərini mədəni səviyyəyə
yüksəldərək həmişəyaşar ediblər, ölməzliyə qovuşdurublar.
Ana dillərini xeyli inkişaf etdiriblər, xalq yaradıcılığı nümunə-
lərini yazıya köçürüblər, dərindən tədqiq ediblər,
xalq musiqi-
lərini notlaşdırıblar, öz tarixlərini özlərinə qürur verəcək şəkil-
də yazıblar.
Bu bölmədə türk milli varlığının ünsürlərini (Azərbaycan
türk kültürü əsasında) qoruyub-yaşatmaq və yüksəltmək prob-
lemləri, o cümlədən onların tədqiqi və təbliğinin mövcud duru-
mu, həmçinin MMD-imizin cəmiyyətin həyatında və inkişafın-
dakı rolu haqqında danışacağıq.
213
1. Türk dili
Türk dilinin yaranması və inkişafı
tarixi haqqında.
Hər hansı bir dilin yaranma tarixi araşdırıldıqda istər-istə-
məz bəşər tarixində nitqin meydana çıxması və inkişafı məsə-
lələri qarşıya çıxır. Bəşər tarixində nitqin “ağıllı insan”ın for-
malaşdığı üst paleolit dövrünün (m.ö. ≈40-12-ci minilliklər) əv-
vəllərində meydana çıxdığı ehtimal edilir. Eyni zamanda bu
gün dünyada mövcud olan bütün dil ailələri arasında leksik, fo-
netik və qrammatik müqayisələr əsasında onların
məhz eyni bir
“ulu” (kök) dildən təşəkkül tapdığı sübut edilir. Lakin artıq üst
paleolit dövrünə qədər insan dəstələrinin biri-birindən kifayət
qədər uzaq məsafələrdə (qitələrdə) yayıldığı da məlumdur. Be-
lə olan halda vahid “ulu dil” necə formalaşa bilərdi? Burada
ehtimal edilir ki, uzaq ərazilərə yayılmış insan nəsilləri məhv
olmuş və yalnız “ulu dil”i formalaşdıran insan nəsilləri öz var-
lığını sürdürmüşdür (3.56).
İnsanların irqlərə ayrılmasının da üst paleolit dövründə baş
verdiyi ehtimal edilir. Tarixi məntiqlə yanaşsaq
ulu dil mütləq
irqlərdən öncə yaranmış olmalı idi. Çünki, irqlər insan dəstələ-
rinin xeyli uzaq ərazilərə yayılmalarından sonra fərqli iqlim-
lərin təsirindən yaranmışdır. Bu hadisədən sonra isə xeyli uzaq
ərazilərdə yaşayan biri-birlərindən xəbərsiz insan dəstələrində
vahid ulu dil yarana bilməzdi.
“Ulu dil” nəzəriyyəsi müasir dilçilikdə əsasən qəbul olu-
nur. Burada əsas dəlil kimi dünyadakı bütün dil ailələrində ən
ümumi ortaq xüsusiyyətlərin aşkara çıxarılmasıdir.
Özü də son
tədqiqatlarda “Ulu dil”in məhz ilkin türk dili olduğu əsaslan-
dırılır. Burada isə əsas dəlillərdən biri əşyaların çıxardığı səsin
və ya formasının həmın əşyanın türkcə adlandırılmasında işlə-
nən səslərə və yaranan ağız formasına uyğun olmasıdır. Türk
dilinin bu xüsusiyyəti hələ XX əsrin əvvəllərində üzə çıxarıl-
mışdır (1.9, s. 47).