217
mışdır) 1937-ci ilə qədər “türklər” və “türk dili” ifadələri
saxlanılmış, 1937-ci ildə Stalinin iradəsi ilə etnik ad kimi yer
adı götürülmüş, “Azərbaycanlılar” və “Azərbaycan dili” kimi
saxta anlayışlar yaradılmışdır. Xalq və dil adı kimi “türk”
ifadəsi yalnız Türkiyədə və Güney Azərbaycanda qalmışdır. Bu
da SSRİ-də yaşayan türk xalqlarının milli şüuruna böyük zərbə
olmuşdur.
Sxem-2
218
Türk dilinin bəzi fonetik, qrammatik və
leksik özəllikləri.
Türk dilinin əsas fonetik xüsusiyyəti onun ahəng qa-
nunudur. Bu qanuna görə sözlərdə qalın və incə saitlər biri-
birini izləyir. Həmçinin, şəkilçi qəbul etməmiş variantda vurğu
sözün sonuncu hecasına düşür. Hətta əksər şəkilçilər də
vurğunun sonuncu hecaya düşmə qaydasını dəyişmir.
Türk dilində digər mühüm fonetik xüsusiyyət sait səslərin
uzanmamasıdır. Hətta vurğulu açıq hecalarda da sait səslər
uzadılmır. Sait səslərin uzanması yalnız xüsusi hallarda (sual,
vergül, nida kimi durğu işarələrindən əvvəl) sözün sonuncu
hecasında baş verə bilər (nədənsə elmdə bu xüsusi hal nəzərə
alınmır).
Qrammatikaya gəldikdə, türk dili iltisaqi dildir və şəkil-
çilərlə kifayət qədər zəngindir. Burada əsas özəllik istisna
halların (sözlərin şəkilçi qəbul etmə qaydalarında və s.) çox az,
hətta yox dərəcəsində olmasıdır. Yəni, dilimizin qrammati-
kasını öyrənmək üçün ümumi, vahid qaydaları öyrənmək
demək olar ki, kifayətdir, başqa dillərdə olduğu kimi ümumi
qaydalara tabe olmayan, yalnız yadda saxlanılmalı çoxsaylı
xüsusi hallar yoxdur. Bu da dilimizi öyrənməyi xeylı
asanlaşdırır. Türk dilinin bu xüsusiyyəti bu dili “ulu (kök) dil”
kimi qəbul etməyə əsas yaradan amillərdəndir.
Türk dilində ən mürəkkəb nitq hissəsi feildir. Daha
doğrusu feilə əlavə olunan şəkilçilər çox zəngindir. Xüsusən,
feilin keçmiş zamanla bağlı halları xeylı diferensasiyaya
uğramışdır. Əcnəbilərin dilimizi öyrənməkdə ən çox zorlandığı
məsələ də məhz keçmiş zamanla bağlı şəkilçilərin öz yerində
düzgün işlətməkdir. Bu məsələyə “Azərbaycan türkcəsində
rusdillilik xəstəliyi” məqaləsində geniş toxunmuşuq. Həmin
məqalədə həmçinin dilimizin digər dillərdən fərqli bir neçə
başqa xüsusiyyəti də qeyd olunmuşdur.
Dilimizdə feilin mühüm özəlliklərindən biri də onun
məsdər formasının ismin demək olar ki, bütün xüsusiyyətlərinə
219
malik olmasıdır. Məsdər isim kimi hallana, hətta qoşmalarla da
işlənə bilər. Feilin bu xüsusiyyətinə digər dillərdə rast gəlinmir.
Məsdərin isim xüsusiyyətinə malik olması fikri ifadə etməyi
asanlaşdırmaqla bərabər, yazılan və ya deyilən cümlənin daha
asan başa düşülməsinə şərait yaradır.
Türk dilində cins kateqoriyası əsasən yoxdur (bəzi heyvan
adları istisna olmaqla). Bu xüsusiyyət də dilimizin daha asan
öyrənilməsinə şərait yaradır.
Dilimizin leksik xüsusiyyətlərinə gəldikdə onu qeyd edə
bilərik ki, dilimizdə sözlərin çoxmənalılığı orta səviyyədədir.
Məsələn, ingilis dilində sözlərin çoxmənalılığı xeylı inkişaf
etmişdir. Rus dilində isə əksinə, yaxın mənalı, hətta eyni
kökdən gələn çoxsaylı düzəltmə sözlər vardır ki, onların hər
birinin öz işlənmə yeri var və birini digərinin yerində işlətmək
olmaz. Hər iki xüsusiyyət bu dillərin öyrənilməsini
çətinləşdirən amillərdir. Türk dilinin isə bu məsələdə orta
mövqedə dayanması bu dilin leksikasının öyrənilməsini ingilis
və rus dillərinə nisbətən daha asan edir.
Azərbaycan türkcəsində
“rusdillilik xəstəliyi”
Rus imperiyası dönəmində, xüsusən sovet dövründə orta
və ali təhsilini rus dilində almış, ədəbi türkcəmizi yaxşı
bilməyən (hətta bəzən heç bilməyən) Azərbaycanlı ziyalılar
nəsli yetişmişdir. Qeyri-rus xalqlarını rus məktəblərində
oxumağa cəlb etmək və öz dillərini tədricən onlara unutdurmaq
imperiyanın assimilyasiya siyasətinin tərkib hissəsi olmuşdur.
Eyni zamanda elmi ədəbiyyatlar rus dilinin inhisarında
saxlanılmış, elm və tədris mərkəzləri, elm tutumlu sənaye
sahələri əsasən mərkəzdə yerləşdirilmiş və qeyri-rus xalqlarının
ziyalıları daha çox bura cəlb edilərək onların zehni əməkləri
istismar olunmuşdur. Şərait elə olmuşdur ki, qeyri-rus
xalqlarının ziyalıları maddi maraq və karyera naminə mərkəzdə
220
ali təhsil və elmi dərəcə almağa, orada işləməyə meylli
olmuşlar. Nəticədə müstəmləkə respublikalarda, o cümlədən
Azərbaycanda ETT, elm tutumlu sənaye sahələri, iqtisadi və
mədəni inkişaf səviyyəsi mərkəzdən xeyli geri qalmışdır.
Bunun nəticəsində də, xalqımız müstəqillik qazandıqdan sonra
iqtisadiyyatda və bir çox digər sahələrdə inkişaf üçün demək
olar ki, “sıfır”dan başlamalı oldu.
Nə qədər qəribə olsa da, müstəqillik əldə etdiyimizdən
sonra yeni yazılan kitablarda, rəsmi yazılarda, müsahibələrdə
və s. ciddi dil xətalarına daha çox rast gəlinir. Sovet imperiyası
dövründə isə, ədəbi dilimizin daha az işlənməsinə baxmayaraq,
dilimizdə leksik və qrammatik səhvlərə demək olar ki, yol
verilmirdi. Bunu onunla izah etmək olar ki, sovet dövründə
yazılı və şifahi nitqdə ədəbi dilimizdən yalnız bu dili təmiz
bilən insanlar istifadə edirdilər və səhvə yol vermirdilər.
Dilimizi yaxşı bilməyənlər isə bir qayda olaraq rus dilində
yazır və danışırdılar. Çünki, rus dili həmişə hər yerdə keçərli
olduğundan türk dilində yazmaq və danışmaq zərurəti yox idi.
Müstəqilliyimizdən sonra bu zərurət meydana çıxdığından
rusdilli insanlar türkcəmizdə yazmağa və danışmağa məcbur
oldular. Lakin təəssüflər olsun ki, bu insanlar türkcəmizdə
leksik, fonetik və qrammatik səhvlərə çox tez-tez yol verərək
müqəddəs milli dəyərimizi korlayırlar. Bu isə millətimizi
alçaldan, milli qürurumuza toxunan bir haldır. Qəribədir ki,
müstəqilliyimizdən 22 il keçməsinə baxmayaraq, bu insanların
böyük əksəriyyəti hələ də doğma türkcəmizi öyrənmək
məsuliyyətini hiss etmirlər. Sanki, elə belə də olmalıdır. Bəzən
elə alimlər, bir neçə xarici dil bilən ziyalılar, dövlət
məmurlarına rast gəlirik ki, bu qədər titulu qazana bildikləri
halda öz ana dillərini bilmək qarşısında sanki aciz qalıblar.
Halbuki onlar istəsələr qısa müddətdə, asanlıqla bu qüsurlarını
aradan qaldıra bilərlər.
Ən qorxulusu odur ki, rusdillilərin dilimizə gətirdikləri bu
“yeni qaydalar”, tədricən kütləvi xarakter alaraq normal hal
kimi qəbul oluna bilər. Halbuki, bu “yeni qaydalar” minilliklər
Dostları ilə paylaş: |