Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə40/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   36   37   38   39   40   41   42   43   ...   88

 

 

235



Ayaqqabılarımı,  əyin paltarımı da unutmuşdum. Aqil qardaş 

məni yük maşınının üstünə mindirdi. Neçə gün idi ki, gözlərim 

yollarda qalmışdı, səni gözləyirdim. Bəs belə gələrlər, ay oğul! 

Maşınımızı güllə-boran elədilər, təkərlərini sıradan çıxartdılar, 

Allahdan olan kimi güllələr bizə  dəymədi. Maşının sürücüsü 

Rizvan bizi böyük çətinliklə yağılardan xilas edə bildi. 

Kəndimiz od tutub yanırdı. Qorxa-qorxa arxaya baxdıq, qızıl 

güllələrin, odlu mərmilərin və qara tüstülərin içində boğulurdu 

kəndimiz. Gözlərimi yumdum ki, bu dəhşətləri görməyim..” 

Kəndimizin mehriban, qayğıkeş, evcanlı, ailəcanlı ağsaqqal-

larından biri olan Tohid kişini evindən çıxıb qaçmaq istədiyi 

yerdə, Əliqulunu öz isti ocağında, Valehi kəndin müdafiəsində 

dayandığı vaxt, Fəridə xanımı öz ciyərparasını bağrına basmış 

vəziyyətdə avtobusda gələrkən vurublar. Daşdəmiri tank mər-

misi ilə parça-parça ediblər o qansızlar, o alçaqlar, sinələrində 

insan ürəyi olmayan o vəhşilər..” 

Kənd camaatının dediklərinə görə hadisədən bir neçə gün 

əvvəl beş nəfər rus əsgəri peyda olub. Güman ki, kəşfiyyat işləri 

aparırmışlar. Qafar kişinin çəpərinə düşmüş soba borusunu da 

top lüləsinə oxşadıb tankdan atəşə tutublar.. 

Dəfələrlə Yuxarı Veysəlli kəndinin igid cavanları erməni 

qarətçilərini döşlərinə qatıb, qovub kənddən uzaqlaşdırıblar. 

Hər dəfə də ermənilər böyük itkilərə məruz qalmışlar... 

Dörd uşaq atası olan Şakiri kəndimizin ortasında ermənilər 

maşınla vurub qətlə yetirdilər, dözdük, Pənahın maşınını 

güllələdilər, dörd nəfəri də maşının içərisində yaraladılar. O 

hadisədən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Pənah hələ 

də ayaq üstə qalxa bilmir. Aşağı Veysəlli kəndindən 6 nəfəri 

tarlada işlədikləri yerdə girov götürdülər, iyirmi gündən çox 

saxlayıb ermənilər onlara olmazın işgəncələrini verdilər. Nəha-

yət, veysəllilər girova girovla cavab verib onları  dəyişdirə bil-

dilər, dözdük. Əhəd kimi, Bakir kimi oğlanlarımız getdi, yenə 

dözdük. Ancaq ayılmadıq. Kəndlərimizin müdafiəsini lazımınca 



 

 

236



təşkil edə bilmədik. Bağanis Ayrım, Tuğ, Kərkicahan, 

Xocavənd, Malıbəyli, Qaradağlı yandırılıb yerlə yeksan edildi. 

Bu da Yuxarı Veysəlli kəndinin acanacaqlı, faciəli taleyi.. 

Görəsən biz bu dərdlərə dözəcəyikmi?.. 

Çətin! 

Vətənin bir tərəfində qanlı döyüşlər, o biri tərəfində isə şıdır-



ğı alver gedir. Bir tərəfdə qeyrətli, Vətən təəssübü çəkən oğlan-

larımız qanlarına qəltan edilir, digər tərəfdən isə rüşvətxorluq, 

qohumbazlıq, yerliçilik namuslu adamlarımızı təngə gətirir. 

Eh, nə isə. Dərdlər o qədərdir ki, hansı birini deyəsən!... 

 

QAÇQINLAR KÖVRƏK OLUR 

 

Mən siyasət adamı deyiləm. Ancaq açıqca görürəm ki, vaxtı 

ilə  əyri yollarla, min bir fırıldaqla hakimiyyətə  gəlmiş 

M.S.Qorbaçovun yenidənqurma siyasəti yenidənqırmaya çev-

rilib. Demokratiya, insan hüqüqlarının kobud şəkildə pozulması 

hallarına gətirib çıxarıb və 20-ci əsri qaçqınlar əsrinə döndərib. 

İlin-günün ağır vaxtında hər  şeyin bahalaşdığı, maddi nemət-

lərin, paltar-palazın, tikinti materiallarının göyə  çəkildiyi bir 

vaxtda doğma yurd-yuvadan didərgin düşüb, evsiz-eşiksiz qal-

maq adi hala çevrilib. Bütün bunlar hər tərəfə rahat at çapmaq 

imkanı əldə edən erməni millətçilərinin, rus şovinistlərinin, yəni 

erməni neofaşizminin qara əməllərinin acı nəticəsidir. 

Gör nə günlərə qalmışıq ki, taleyimiz Yeltsinlərin, 

Şapoşnikovların və Ter-Petrosyanların bağlı qapılar arxasında 

keçirdikləri müşavirələrdə həll olunur. Gör nə günlərə qalmışıq 

ki, aylarla ətə-yağa, südə həsrət yaşayırıq, ancaq min bir əziy-

yətlə saxladığımız, kökəltdiyimiz mal-qaranı, qoyun-quzunu 

erməni talançıları  və onların quldur havadarları aparıb yeyib 

içir, sonra da yenidən kəndlərimizə basqın edirlər. 

22 fevral- kəndimizin tarixində əbədilik qalacaq. O qanlı, o 

müdhiş gecə. Yuxusu ərşə  çəkilən körpələr, uşaqlar, gəlinlər, 



 

 

237



qızlar, ürəklərinə çalın-çarpaz dağlar çəkilən ağsaçlı analar əsir 

olublar o gecə.. 

Vaxtilə Azərbaycan kəndlərini talan edən stepan razinlərin 

yeni davamçıları peyda olub. Neçə-neçə insan ömründə yığılıb 

nəsillərdən-nəsillərə keçən yerüstü və yeraltı  sərvətlərimizin 

talançıları yenidən meydana çıxıblar. Bizimkilər isə acınacaqlı 

vəziyyətdə, harda gəldi orada gecələməyə, daldalanmağa yer 

axtarırlar. Bu da illərdən bəri dostluq etdiyimiz, igid-igid oğlan-

larımızı dar vaxtında yolunda qurban verdiyimiz rus imperi-

yasının bizlərə olan sədaqəti, səxavəti... 

 Şəhərimizə axın-axın qaçqınlar gəlir, özlərinə simsar axta-

rırlar, Yuxarı Veysəlli camaatı da bir ucu Beyləqan, Ağcabədi

Ağdam, bir ucu da Bakı, Sumqayıt şəhərlərinə axışır. Gəl indi 

topla bu adamları bir yerə... 

Yuxarı Veysəlli camaatının bir qrupu da Füzuli rayonunun-

dakı uşaq bağçalarında və internat məktəbində gecələyir. Hamı-

sının da ürəkləri dağlı, gözləri yaşlıdır. Bir tanış, bir qohum 

görən kimi kövrəlirlər. Öz isti ocaqlarını, rahat dolanışıqlarını 

və gül-çiçək  ətri qoxuyan yorğan-döşəklərini məcburiyyət 

qarşısında tərk edən bu adamlar darısqal sığınacaqlarından, 

imkansızlıqlarından, gələn qonaqlara yer göstərə bilmədiklə-

rindən, uşaqlarının, özlərinin nimdaş üst-başlarından xəcalət 

çəkirlər sanki.... Elə bil həmin adamlar deyillər, neçə gün 

onlarla bir yerdə oldum, bir yerdə gecələdim. Mən də didərgin 

idim. Doğma Vətənimdə qərib bilirdim özümü: 

 

Torpagım od, suyum qordu, 



Od üstündə yuva qurdum. 

Kaş hec kəsə ana yurdu 

Çevrilib qürbət olmasın. 

 

Gecələrim qara tüldür, 

Hər günüm bir uzun ildir. 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə