403
qələm sahibləri yazılarıma diqqət
yetirmiş, müsbət fikir söylə-
mişlər..
-Biz bilirik ki, Siz uzun müddət mərhum şairimiz Vaqif
İbrahimlə dostluq etmisiniz. Vaqif haqqında xatirələri çözələ-
mək pis olmazdı.
-Sumqayıta düşdüyüm gündən mərhum şairimiz Vaqif
İbrahim, yazıçı-publisist Feyzi Mustafayev və başqaları ilə
dostluq edirəm.
Vaqif İbrahim haqqında xatirələrimi bir neçə kəlmə ilə izah edə
bilmərəm. Sumqayıtda ədəbi nəslin yetişməsində, formalaşmasın-
da onun böyük əməyi olmuşdur. O vaxt Respublikamızda çox
yaxşı tanınan və sevilə-sevilə oxunan şairlərimizdən biri- Əli
Kərim şəhərimizə tez-tez gələrdi. Səbəbsiz deyildir ki, onun səsi
yazılan yeganə maqnitafon lentini də Feyzi Mustafayev təqdim
etmişdir. Bir dəfə görüşlərin birində Əli Kərim dedi ki, “Sumqa-
yıtda bir poeziya klubu yaratmağın vaxtı çatıb”, biz onun bu arzu-
sunu təəssüflər olsun ki, ölümündən sonra həyata keçirdik.
Biz üç nəfər Vaqiflə möhkəm mübahisə etmişdik. Hətta bir-
birimizi danışdırmırdıq. Mən gözləyirdim ki, o gəlib öz səhvlə-
rini etiraf etsin, o isə gözləyirdi ki, mən... Nə isə, onun toy
günündə barışdıq. Bizim aramızda xeyli yaş fərqi var idi. (Mən
Vaqifdən 7 yaş böyüyəm). Buna görə də özümü haqlı sanırdım.
Ancaq onun çox vaxtsız və faciəli ölümü məni mühakimə etdi:
De, niyə susursan günahkar kimi,
Dinlə, heç olmasa sözümü dinlə.
Məhşər ayağına çəkdin qəlbimi
Sən öz sükutunla, öz ölümünlə.
Barı duyursanmı məzarın üstə
Əsən külək mənəm, yağan qar mənəm.
Sən bagi dünyada haqlısan indi,
Bu fani dünyada günahkar mənəm.
404
60-70-ci illərlə 80-90-cı illərin ədəbi mühitində oxşarlıq və
fərqli cəhətləri nədə görürsünüz?
-60-70-ci illərdə ədəbiyyata güclü axın idi. Çap olunmaq,
kitab nəşr etdirmək isə o qədər də asan deyildi. Ancaq bununla
belə, ədəbi-bədii görüşlər, kitab müzakirələri, poeziya bayram-
ları tez-tez keçirilərdi. İndi əsərlərini sevə-sevə oxuduğumuz
böyük bir sənət ordusu öz imzalarını həmin illərdə təsdiq edib-
lər. Sevimli xalq şairimiz Məmməd Arazdan tutmuş Ramiz
Rövşənəcən... 60-70-ci illərdə ədəbi əsərlərdə sətiraltı mənalar,
rəmzçilik, psixoloji ovqat, xarakter, lövhə yaratmaq meylləri
güclü idi. Bu da təbiidir, dövr belə tələb edirdi.
80-90-cı illərin ədəbi gəncliyi isə sərt və amansız müharibə
ilə üzləşməli oldu. İmperiya buxovlarının laxlaması və qırılması
vaxtına təsadüf etdi. İnformasiya bolluğu, söz azadlığı dövründə
isə qəzet və jurnalların da sayı durmadan artdı. İndi çap olun-
maq asan, imzanı tanıtdırmaq, ümumxalq məhəbbəti qazanmaq
isə çox müşkül məsələdir. Bütün dəyərlərin pulla ölçüldüyü bir
vaxtda əsl istedad sahiblərinin kənarda qalmaq təhlükəsi bir az
da çoxaldı. Yəni, “Pulun var, buyur gəl”.
-Əsr sona yetir. XXI əsrə gedirik. Özünüzlə yeni əsrə hansı
ədəbi əsərləri aparardınız?
-Bu siyahı çox uzundur və deyim ki, onları konkret şəkildə
göstərmək də çətindir. Axı, XXİ əsrə nə qalıb ki? Ancaq M.S
Ordubadinin “Qılınc və qələm” əsərini həmişə stolumun üstün-
də görmək istərəm.
-İstedad və vergi! Bu anlayışlara münasibətiniz?
-İstedad və vergi! Bu anlayışların hər ikisinə müsbət münasi-
bətdəyəm və hər ikisini qəbul edirəm. Onları inkişaf etdirmək,
doğru-düzgün məcraya yönəltmək üçün tər tökmək, zəhmət
çəkmək lazımdır. Zəhmətsiz istedad və ya ilahi vergi külçə
halında olan qızıldır. Zəhmət isə zərgərdir.
-Sumqayıtda ədəbi mühit necə, formalaşa bilibmi? Son illər
kimin əsərləri Sizdə maraq oyadıb?
405
-Sumqayıtda çox güclü ədəbi mühit formalaşmaqdadır. İndi
şəhərimizdə Azərbaycan Yazıçılar Birliyinin şöbəsi fəaliyyət
göstərir. Təkcə 1998-ci ildə 20-yə qədər yaradıcı ziyalı Azər-
baycan Yazıçılar Birliyinə üzv olublar. Yaradıcılığını heyran-
lıqla izlədiyim Məmməd İlqarın, Zirəddin Qafarlının, Gülbala
Mehdinin, Sabir Yusifoğlunun, İbrahim İlyaslının, Sabir
Sarvanın, Əyyub Qiyasın, Elçin Elgünün, Mehdi Cəlalın, Füzuli
Sabiroğlunun, Nadir Azayoğlunun, nasirlərdən Almaz
Sahilənin, Hafiz Nəzərlinin, Gülnarə Cəmaləddinin, Mənsurə
Göyxəzərin və onlarla başqalarının adlarını çəkmək istərdim..
-70-ci illərdə Siz şeirlərinizin birində yazırdınız ki, övladım
olsa idi adını Səadət qoyardım. Arzunuza çatmısınız. Şeirin
yaranma tarixindən danışsanız pis olmazdı.
-O şeirin adı da “Səadət”dir. Həmin yazı 1966-cı ildə yaranıb
və səhv etmirəmsə, elə həmin illərdə “Ulduz” jurnalında çap
olunub. Mən ilk övladımın yolunu düz on iki il gözləməli
olmuşam:
On iki ildir ki, çıxmısan yola,
Çatmısan mənzilə fəqət bu gün sən.
Bir məsum, bir körpə qız ola-ola,
“Yox-yox”, “olmaz-olmaz” hasarı üstdən,
Ölmüş arzuların məzarı üstdən
Necə sıçramısan, necə gəlmisən?!
Yat, qızım, yorğunsan, gərək yatasan,
Səni oyadaram mən öpə-öpə.
Yalanmış-bir dəfə doğulur insan,
İnsan doğularmış ikinci dəfə....
Bəs nə üçün Səadət? Bir gözəl türk adı tapa bilmirdimmi?
Bu ad xalqımızın azadlıq, xoşbəxtlik, müstəqillik arzularını
ifadə etdiyindən onu da öz doğma hisslərimə- övlad arzularına
qoşmuşam. Necə deyərlər. “Bir gülləyə iki ov vurmaq istəmi-