406
şəm”. Ancaq yaxşı ki, ədəbi aləmdə o şeiri bir mənalı qarşı-
layıb, uşaq istəyi kimi yozdular.
Övladlarınızdan Sizin yolunuzu davam etdirən varmı?
-Səadət, Rövşən, Şahin ədəbiyyatı çox sevirlər.
Bədii əsərlər
oxuyur və hərdən mənimlə mübahisə də edirlər. Mənə elə gəlir
ki, Rövşən hərdən yazır da... Ancaq mən bir dəfə ona zarafatla
anlatmışam ki, hamımız şair olsaq, ac qalarıq. Ona görə də
övladlarımdan heç biri mənim yolumu davam etdirmirlər. Məni
görürlər də, gözlərinin qabağındayam...
-Siz Füzuli rayonunun Veysəlli kəndindənsiniz. Rayon iş-
ğal olunanda öz ürək ağrılarınızı qəzet səhifələrinə köçürdü-
nüz. Doğrusu həmin məqalə bizim də ürəyimizi ağrıtdı.
- O yerlərin adı gələndə təkcə ürəyim yox,
bədənimin hər
yeri sızıldayır. Danışmalı dərd deyil, qardaş. Adam xırda bir şey
itirəndə onu günlərlə, aylarla, bəzən lap illərlə gəzir, axtarır. Biz
Vətən itirmişik, Vətən!..
Öldü kəndim, arxam-gümanım öldü,
Ey Vətən, torpağın, daşın sağ olsun.
Mənim yaşamağa inamım öldü,
Bir deyən olmadı-başın sağ olsun.
-Torpağımızın itkisində hamını günahlandırırıq. Prezidentdən
tutmuş qundağda olan körpəyə qədər. Görünür nəsə edə bilmə-
mişdik və yaxud etmək istəmirdik. Sizcə əsl günahkar kimdir?
-Qundaqdakı körpənin nə günahı? Bu suala da şeirlə cavab
vermək istəyirəm:
Xəmiri yoğrulub yapılmayınca
Təndirdən inciyib küsmək nahaqdır.
Yaxşı buyuranın tapılmayınca
Yaxşı yüyürənim olmayacaqdır.
407
-Yunan filosoflarından biri deyir ki, pul itəndə çox şey itir,
dost itəndə hər şey itir, inam itəndə isə insan ölümə məhkum
olur. Bu kəlama Sizin fikrinizi bilmək istərdik.
-Əsrlərin sınağından çıxmış çox obrazlı deyilmiş fikirdir.
Azərbaycan yazıçısı Əlibala Hacızadənin də buna oxşar bir
kəlamı var: “Heç kəsin inamını öldürmə oğlum!- inam öldür-
mək insan öldürməyə bərabərdir!”
-Sizi Sumqayıt yazıçılarının atası adlandırırlar. Bunun özü
böyük bir məsuliyyətdir. Bu məsuliyyəti çiyninizdə daşımaq
çətin deyilmi?
-Məni Sumqayıt yazıçılarının atası adlandırırlarsa, bu, çox
böyük məsuliyyətdir. Etiraf edirəm ki, mən heç öz övladlarıma
əməlli-başlı atalıq edə bilməmişəm, o ki qaldı, Sumqayıt ədəbi
qüvvələrinə. Məncə bu ondan irəli gəlir ki, mən qələm dostla-
rımın, xüsusən də, gənclərin uğurlarına sevinir, yeri gələndə on-
ları təqdir etməyi bacarır və ədəbi məclislərdə, mətbuatda on-
ların uğurlarından ürək dolusu danışa bilirəm. İmkanım olanda
qayğılarına da qalmaq istəyirəm. Övladlarım haqqında yazdı-
ğım bir şeirin misraları yadıma düşür:
Xəstəydim, əliniz tutdu əlimdən,
Neçə yol gəldiniz, getdiniz, bala.
Sizə bir atalıq etməsəm də mən,
Siz mənə oğulluq etdiniz, bala.
Kaş məni, Sumqayıtda ədəbi gəncliyin atası hesab edənlərin
arzularına laiq olaydım...
Aygün HACIYEVA
Eyruz MƏMMƏDOV,
“Sumqayıtım mənim” kitabından
408
SAĞ OL, QARDAŞIM ƏŞRƏF
Atdılar zindana Xəlil Rzanı,
Müşfiqi yenidən güllələdilər.
Əşrəf Şəfi
Sağ ol, qardaşım Əşrəf,
Ağlatdı şeirin məni.
Qansız generalların
Ağlamadım önündə.
Dolu avtomatların,
Paqonlu cəlladların ağlamadım önündə.
Ömrün qanlı-qadalı, qasırğalı günündə
Növ-növ istintaqların,
Qan içən, ət çeynəyən
Stajlı alçaqların ağlamadım önündə.
Ağlatdı şeirin məni.
Dibsiz zülmətxanada görünmədi göz yaşım.
Baş daşına bənzəyən divarlar arasında
Paslı, tikan məftilli hasarlar arasında
Biləkləri bağlayan,
Ciyərləri dağlayan qübarlar arasında
Görünmədi göz yaşım,
Şeirin ağlatdı məni..
Təyyarə qanadında gətirmişdi Firəngiz,
Bakıdan Moskvaya- “Azadlıq paytaxtına”!
409
Çıxardı çantasından əlləri əsə-əsə,
Oxudum birnəfəsə, yaş yandırdı gözümü,
Bütün pəhləvanlardan
Güclü sandım özümü.
2000 kilometri birnəfəsə adlayan
Simurq quşudu şeirin.
Su istəsə göz yaşı, ət istəsə can verim
Simurq quşudu şeirin.
Sağ ol qardaşım Əşrəf, çıraq oldun gözümə,
Hərlənən planetin gücü gəldi dizimə.
Oxudum mərd şeirini,
Kirpiyimdə göz yaşı.
Göz yaşı uçdu getdi
Dibsiz qaranlıqları
Darmadağın eyləyən
İldırımla yanaşı!
Oxudum hər sətrini, kirpiyimdə göz yaşı.
***
Xəlil Rza Ulutürk
Moskva, Lefertova zindanı, 5 nisan 1990.