Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə27/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   23   24   25   26   27   28   29   30   ...   78

 
148 
Necə söyləmişdi böyük hökmdar 
Saray səmtinə çapdı at bəxtiyar. 
Mənuçehr bayrağını gördü Sam, 
Atından düşüb şaha verdi salam. 
Dedi şah: – Atlan! – O mindi haman 
O pak qəlbli şahpərəst pəhləvan. 
Saray səmtinə birgə yollandılar, 
Biri tac alandı, biri tacidar. 
Mənuçehr taxta çıxıb şadiman, 
Qoyub tacını başına hökmran, 
Qaren sağ yanındaydı, sol yanda Sam, 
Oturmuşdular hər üçü şadkam.  
Gətirdi Zalı məclisə pərdədar, 
Görənlər onu mat olub qaldılar. 
Əli gürzdə, başda altun papaq 
Cavan, barigaha basanda ayaq, 
Mənuçehr diqqətlə süzdü onu, 
Bəyəndi Samın pəhləvan oğlunu. 
Sama üz tutub söylədi şəhriyar: 
Bunu məndən indi əmanət apar! 
Toxunma onun könlünə heç zaman, 
Onunla çalış, dur, otur mehriban! 
Görüb təkcə quş, dağ və bir də yuva, 
Bizim işlər ilə deyil aşina. 
Ona yaxşı öyrət döyüş rəsmini, 
Həm əylənməyi, həm görüş rəsmini
Bu dəm söhbət açdı Mənuçehrə Sam,  
Açıq, gizli, nə var, danışdı tamam. 
Niyə Zalı rədd eyləmişdir, – dedi, 
Fələk nə oyun işləmişdir, – dedi. 
Nə oldu səbəb, atdı öz oğlunu, 
Beşik seçdi qəlbi dağın qoynunu. 
Necə Zal üçün oldu Simurğ ana, 
Adı bir çox illər düşüb dastana. 
 
149 
Gedib allah əmrilə Əlborza mən,  
O yer çox yamandır, bilir hər görən, 
Nə gördüm ki: bir dağ dikəlmiş aya, 
Sudan yüksəlir göylərə bir qaya. 
Uca qəsrtək bir yuva onda var, 
Ona tapsa, ancaq bulud yol tapar. 
Həman yerdə Simurğ cavan Zal ilə 
Yaratmışdı bir mehriban ailə. 
Nəsimi məhəbbət yayardı dağın, 
Fərəhləndi könlüm gedincə yaxın. 
Dedim tanrıya: – Ey xudavənd, sən, 
Təmənnasız aləmləri xəlq edən
Olub qüdrətin hər tərəfdə əyan, 
Dolanmaz fələk, əmr qılsan: «Dayan!» 
Sənə bir qulam, işlədimsə günah, 
Günahkar qula ver qapında pənah! 
Sənin lütfünə təkcə bel bağladım, 
Yoxumdur mənim başqa bir imdadım, 
Bu quş bəsləmiş bəndəni, ey xuda, 
Əziyyətli ömr eyləyib dünyada. 
İpək, xəz yerinə geyinmiş lələk, 
Yeyər sud yerinə çiy ət vəhşitək. 
Mən insafsızı yaxma artıq oda, 
Onu ver mənə eybəcər olsa da. 
Qəbul oldu allah yanında duam, 
O, əmr etdi ki, qəmdən azad olam. 
Qanadlandı Simurğ uçub göylərə, 
Başım üstə dövrə vurub bir kərə, 
Enib gəldi dağdan buluddur deyən, 
Qucağında gördüm cavan Zalı mən. 
Sanardım saçır müşkü ənbər cahan, 
Sevincdəndimi, yoxsa ki, qorxudan. 
Döyündü mənim sinəm içrə ürək, 
Yerə qoydu Zalı, sevən dayətək. 


 
150 
Odur, xidmətində durub, hökmdar, 
Bütün sirri etdim sənə aşikar. 
Hüzura çağırdı cahan sərvəri 
Münəccimləri, həm də möbidləri. 
Dedi: – Axtarın, sizdə varsa hünər
Zalın taleyindən verin bir xəbər 
Deyin, yuksələrsə məqamı, nədir? 
Sözü, söhbəti nə, məramı nədir? 
Bu əmri verincə Mənuçehr şah, 
Dil açdı, danışdı neçə xeyrxah. 
Dedilər Mənuçehrə: – Ey tacidar, 
Uzun ömr elə, şadman, bəxtiyar. 
Bu oğlan olar bir igid pəhləvan, 
Ağıllı, şücaətli, mərd, qəhrəman. 
Həmin sözdən oldu şahın qəlbi şad, 
Samın könlü də oldu qəmdən azad. 
Şah əmr eylədi: – Zala xələt verin 
Böyüklər ona söylədi: «Afərin!» 
Ərəb atları verdi zər vəznəli, 
Bir hindi qılınc da qızıl qəbzəli. 
Qızıl sikkə, yaqut, xəz, xalçalar, 
Verildi Zala xəzinədə nə var. 
Tabaqlarda kafur, müşk, zəfəran, 
Zala etdi təqdim qullar haman. 
Zirehli geyimlər, polad taskülah
Ağır gürz, nizə, kaman verdi şah. 
Mənuçehr alıb yazdı bir namə də, 
O başdan-başa mədh olan namədə 
Zala yer üzündən ayırmışdı pay, 
Bütün Kabilü Zabilü Hindü May. 
Bu yanda dəniz vardı–dəryayi-Hind, 
O yanda dəniz, adı – Dəryayi-Sind, 
Bütün Zabilistanı Bosta qədər
28 
Yazıb əhdnamə, Zala verdilər. 
 
151 
Durub söylədi Sam: – Ey hökmran, 
Ədalətli, insaflısan, mehriban. 
Ucalsın cəlalın Günəşlə Aya, 
Sənin kimi şah gəlməmiş dünyaya. 
Səxavət, ədalət, ağıl kanısan, 
Adınla sənin fəxr edir bu cahan, 
Gözündə cahan sərvəti oldu xar, 
Adın yox, özün qal bizə yadigar. 
Əyildi, öpüb təxti, qalxdı yenə, 
Səfər təbli bağlandı fil üstünə. 
O gün Zabilistana yollandılar, 
Dayandı tamaşaya gənc, ixtiyar. 
Gəlib toxtadı Nimruza qafilə,
29 
Xəbər verdi salar o yerdən elə. 
Bəzəndi behişt bağıtək Sistan, 
Gili müşk, torpağı zər, bustan. 
Yol üstə səpildi qızıl sikkələr, 
Ətirləndi müşk-ənbər ilə şəhər
Geyinmişdi bayram libası cahan, 
Gülüb şənlənirdi qoca, həm cavan, 
Bütün adlı-sanlı cavanlar o gün 
Axıb gəldilər Samı təbrik üçün, 
Dedilər ki, ey pak ürək pəhləvan, 
Səadət gətirsin sənə bu cavan. 
Sama «afərin» söyləyib başçılar, 
Zala qıldılar dürrü gövhər nisar. 
Rahatlandı, əyləndi Sam əldə cam, 
Sevindirdi bəxşişlə xalqı tamam 
Xələt layiqi gördüyü şəxslər 
Ağıllıydı, mərd idi, sahibhünər. 
Xələtlə qılıb onları şad Sam, 
Verib çoxlarına uca bir məqam, 
Yığıb başına dünya görmüşləri, 
Açıb söylədi lazımi işləri. 


 
152 
Dedi: - Siz ağıllı və möbidsiniz, 
Sizin qəlbinizdir günəşdən təmiz. 
Belə hökm vermiş mənə padişah, 
Qoşunla səfər başlayım bu sabah. 
Gərək Qorqsaranla Mazəndaran 
Böyük bir qoşunla tutulsun haman. 
Sizinlə qalır–söylədi–tək balam, 
Canımdan əziz, qəlbi kövrək balam, 
Edir tərk cismim ürəklə canı, 
Gözümdən axır qəlbimin al qanı. 
Cavan çağlarımda varımdı həvəs, 
Ağılsız bir iş tutdum, onda əbəs, 
Oğul verdi tanrı, mən atdım onu, 
Peşimanlıq oldu bu əmrin sonu. 
Onun canına tanrımız qıymadı, 
Alıb getdi Simurğ, tək qoymadı. 
Sevib bəslədi bir uca sərvtək, 
Mən atdım, ona bir quş oldu kömək, 
Gəlib çatdı bir vaxt ki, xaliq yenə? 
Qılıb lütf, qaytardı Zalı mənə. 
Tutar can bədəndə onunla qarar, 
O, məndən qalır sizlərə yadigar, 
Əziz saxlayın, həm nəsihət verin, 
Ona yüksəliş yolları göstərin! 
Belə söylədi ayrılarkən Zala, 
Səxavətli, fərli, mətin ol, bala! 
Bütün Zabilistanı bil xaniman, 
İtaət edər əmrinə bu cahan. 
Budur istəyim–yurdun abad ola, 
Bütün dostların xatiri şad ola. 
Sənin ixtiyarındadır xəznələr, 
Sən asudə olsan, ürək şənlənər. 
Sama üz tutub söylədi gənc Zal: 
– Gedirsən, tutar könlümü qəm, məlal. 
 
153 
Ayırdın sözündən məni bir zaman, 
Daha tərk qılma, amandır, aman! 
O bədbəxt mənəm ki, anam doğdu xar, 
Rəvadır əgər ağlasam zar-zar. 
Quşun çəngəli oldu bir vaxt yerim, 
Quru torpaq üstə yatıb, qan yedim. 
O quşdan da mən indi düşdüm kənar, 
Belə bəsləyirmiş məni ruzigar. 
Mənə gül deyil, qismət oldu tikən, 
 Yamanlıqmı etdim xudavəndə mən? 
Dedi Sam – Könlündə nə var, danış 
Boşalt qəlbini sözdən, aşkar danış 
Münəccim verib ulduzundan xəbər, 
Böyük bir səadət səni gözləyir. 
Olarsan saray sahibi, bil yəqin, 
Yanında qoşun, başda tacın sənin. 
Fələk hökmünə çarə yoxdur, inan, 
Unut qəmləri, ol daha mehriban. 
Çalış,topla ətrafına indidən 
Ağıllı, igid qəhrəmanları sən. 
Çalış, dinlə, hər elmi öyrən, fəqət 
Bilikdən yetər, bil, sənə mənfəət. 
hamişə yedirt xalqı, ver bəxşişi, 
Biliklə, ədalətlə tut hər işi. 
Bu dəmdə sarayda çalındı təbil,  
Yerindən qoşun oynadı sanki sel. 
Döyüş əzmi ilə yola çıxdı Sam, 
Qoşun əhli cangəvər idi tamam, 
Götürdü yanınca cavan oğlunu 
Ki, görsün yürüşdə Samı, ordunu. 
Davam etdi onlar iki gün yola
Sanardın iki sərv gedir qol-qola. 
Dayandı ata, bağrı döndü qana, 
Basıb oğlunu can kimi bağrına. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə