Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə35/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   31   32   33   34   35   36   37   38   ...   78

 
196 
Belə oldu aydan, günəşdən tacım. 
Sənə xidmət üçun kəmər bağladım,  
Döyüşlərdə yüksəldi şənim, adım, 
Cilovtökmə, gürz əldə atsaldıran, 
Cahanda hanı mən kimi pəhləvan? 
Salıb gürzümün zərbəsi qorxuya, 
Dönüb qəlbi nər divlərin də suya
Əgər gəlməsəydim bu dünyaya mən, 
Olardımı yağıları məhv edən? 
Kəşəfruddan qalxan o əjdəha 
Ki, dünyanı döndərdi matəmgaha, 
Bütün ölkəyə odlu qurşaq kimi, 
Sarınmışdı bir silsilə dağ kimi, 
Onun qorxusundan əsərdi cahan, 
Gəlib dəhşətə xəlq ağlardı qan, 
Nə quşdan olardı fəzada əsər, 
Nə də yer üzündə gəzən vəhşilər. 
Salınca nəfəs quzğuna bir kərə, 
Gələrdi başı üstə göydən yerə. 
Axıtdıqda ağzından hər an zəhər, 
Dönərdi külə yer üzü sərbəsər. 
Nəhəngi dənizdən çəkərdi kənar, 
Fəzada üqabı edərdi şikar. 
Nə insan, nə aslan, nə quş, nə kədi 
Onun pəncəsindən aman görmədi. 
Onun şərrini sovmağa ölkədən 
Hədərdi ümid gözləmək özgədən. 
Ulu tanrının qüdrəti oldu yar, 
Edib qorxunu xatirimdən kənar. 
Yaraşmazdı qorxmaq mənim adıma, 
Oturdum nəhəng cüssəli atıma, 
Ağır gürzü qoydum yəhər qaşına, 
Kaman əldə, qalxan çəkib başıma, 
İnamla gedirdim elə bil nəhəng, 
 
197 
O, bir od nəfəsliydi, mən odlu çəng, 
Hücum əjdəhaya edən gündə mən 
Uğurlar dilərdi mənə hər yetən. 
Çatanda nə gördüm: başı dağ təki. 
Kəmənddən uzundu başında tükü. 
Dili bir kərəndi, deyən qapqara, 
Açıb ağzını, saldı od yollara. 
İki göz–iki göldü qanla dolu, 
Məni gördü, hiddətlə kəsdi yolu. 
Gözümdə geniş bir dənizdi cahan, 
Qara tüstüyə çulğanıb asiman. 
Səsindən düşüb aləmə vəlvələ, 
Dəniz kimi doldu o çöl zəhr ilə. 
Bu an nərə vurdum bir aslan kimi
Qəzəb coşdu qəlbimdə ümman kimi, 
Hazırdı əlimdə ox ilə kaman, 
Qoyub çilləyə, ağzın aldım nişan. 
Tikildikdə ağzındakı bir cəhəng, 
Dili sallana qaldı xortumtək. 
Alınca nkinci oxumla hədəf, 
Tikildi cəhglərdə digər tərəf. 
Üçüncü oxu ağzına ortadan 
Vuranda axıb sel kimi-gəldi qan. 
Cumanda mənim üstümə əjdəha, 
Ağır gürzümü qaldırıb bir daha, 
Dilimdə böyük tanrının pak adı, 
Sürüb üstünə filbiçimli atı, 
Başından elə gürz vurdum ki, mən, 
Səmadan yerə dağ düşürdü, deyən. 
Əzildi başı bir nəhəng fil kimi, 
Zəhər axdı, getdi coşan Nil kimi. 
O bir zərbəm ilə düşüb verdi can, 
Qalandı yerə beyin dağtək, inan. 
Kəşəfrud boyandı sarı qırmızı, 


 
198 
Nəfəs aldı,rahat bütün yer üzü. 
O dağ başlarında kişi, həm qadın 
Təşəkkürlə yad etdilər Sam adın. 
Vöyük bir bəla idi o əjdəha
Tamaşaya gəldi bütün el-oba. 
Mənə Sami-Yekzəxm ləqəb verdilər,
39 
Nisar etdilər başıma zər, göhər. 
Külə döndü əynimdəki covşənim, 
Səpildi yerə, qaldı üryan tənim, 
Atım üstə yandı zirehli yəhər, 
Hələ indi də yançağım inciyər. 
O yerlər neçə il bəhər vermədi, 
Şorandan savay bitki də görmədi. 
Sənə qarşı olduqda baş qaldıran, 
Salardım ayaq altına hər zaman. 
Atım hansı meydanda dönsə yelə, 
Qaçardı o meydandan aslan belə. 
Neçə il ötüb keçdi, ey padşah, 
Mənə atdır eyvan, yəhər–təxt, ah! 
Bütün Qorqsaranla Mazəndaran 
Əlimlə sənə tabe oldu, inan! 
Yuva-yurdumu salmadım mən yada, 
Səni bəxtiyar istədim dünyada. 
Budur, indi mən qarşına gəlmişəm. 
Bu gürzümlə qarşında baş əymişəm, 
Cavanlıq keçib getdi, ey hökmdar
                   Əyir qəddimi get-gedə ruzigar. 
Mənə bir kəmənd atdı altmış yaşım, 
Zaman qarşısında əyildi başım. 
Çatıbdır Zala növbə, gürzü kəmər 
Ona tapşırılsa, məni şad edər. 
Onu bircə arzu salıb təşvişə, 
Gəlir aləmin şahına xahişə, 
O bir arzudur ki, onu haqq sevər, 
 
199 
Xeyir işlərə tanrı fərman verər. 
Bir iş tutmadıq sənsiz, ey padşah 
Qula üzlü olmaq günahdır, günah. 
Yəqin ki, eşitmiş böyük hökmdar, 
Mənimlə Zalın əhdü peymanı var 
Ki, rədd etməyim, olsa hər arzusu, 
Bu günlərdə ancaq, sözün doğrusu, 
Gözü yaşlı gəldi mənim yanıma, 
Onun halı saldı şərər canıma. 
Dedi: – Öz əlinlə məni çək dara 
Gedib yaxma sən Kabili odlara. 
Onu dağda quş bəsləmişdir deyə 
Yayılmış adı hər elə, ölkəyə. 
O, Kabildə ayüzlü canan görüb, 
Boyu sərv, hüsnü gülüstan görüb, 
Edibdir onu eşq divanə, ah! 
Qəzəblənmə bu işdən, ey padşah! 
Məhəbbət salıbdır onu bir hala, 
Görən ağlayır halına az qala. 
Künahsız yerə verdiyimçin əzab, 
Ona əhdü peymanım olmuş cavab, 
Könül arzusuyla gəlir yanına, 
Boyun əyməyə şah fərmanına. 
Kiçik bir quluntək onu dinlə sən, 
Xətadır–ağıl öyrədəm şaha mən. 
Bu minval ilə namə oldu tamam, 
Alıb Zali-Dəstan onu şadkam, 
Günəştək tutub Şərqə üz, ketdi tək, 
Rahatlanmadı, yatmadı sübhədək. 
Soyundu gecə zil qara paltarı, 
Üfüq güldü, saçdı şəfəq ağ, sorı. 
Atından enib Zal addımladı 
Sarayda təbil, kərrənay gurladı. 
Əlində Samın naməsi, pəhləvan 


 
200 
Mənuçehr qəsrinə oldu rəvan. 
Gedib Kabilə çatdı bu dasitan, 
Acıqlandı Mehrab, başında duman, 
Tələb etdi Sindoxtu, gəlcək həmən 
Qəzəblə gileyləndi Rudabədən. 
Dedi: – Məndə yoxdur o taqət, o tab, 
Mənuçehr meydanda alsın cavab. 
Əlacım budur ki, qızımla səni 
Çəkib öldürəm, görmədən düşməni 
Ki, bəlkə İran şahı razı qala, 
O rahat ola, el-oba kam ala. 
Əgər Kabilə Sam bassa ayaq, 
Durar gürzünə qarşı hansı qoçaq: 
Qulaq verdi Sindoxt bu sözlərə, 
Çəkildi yazıq xəlvəti bir yerə, 
Ağıllı, zəkalı qadın bir ara, 
Oturdu, duşündü: tapılsın çara. 
Çara tapdı, əl sinədə gəldi tez
Cəsarətlə şaha tərəf tutdu üz, 
Dedi: – Bir sözüm var, deyim, sən eşit, 
Eşit, sonra öz bildiyin yolla get! 
Canınçın gərəkdir bu sərvət, bu mal, 
Verib malını, canına möhlət al. 
Gecə, bil, uzun olsa da hər qədər, 
Cahanı qaranlıq yenə tərk edər. 
Günəş çeşməsi aləmə nur yayar, 
Bədəxşan ləli kimi parlayar. 
Cavab verdi Mehrab: – Nağıl söyləmə, 
Məni boş məsəllərlə ram eyləmə! 
Sözün var, de, qurtar, qoru canını, 
Yoxunsa, kəfən gey, töküm qanını 
Dedi: – Tapmışam, mən bilən, bir əlac 
Ki, qan tökməyə qalmasın ehtiyac. 
Samın yanına yollanım mən gərək, 
 
201 
Ona dil töküm, bəlkə etdi kömək. 
Nə lazımsa, şərh eyləyim üz-üzə
Ağılla nahayət verim çiy sözə. 
Əziyyət mənim, varla dövlət sənin, 
Kilidini tapşır mənə xəznənin! 
Cavab verdi Mehrab: – Al, bu açar, 
Nə qəm, getsə sərvət, bizə can qalar. 
Götür qul, kəniz, at, qatır, təxtü tac, 
Özünlə apar, müşkülə et əlac! 
Xilas eylə oddan gözəl Kabili, 
Gərək solmasın gülşənində gülü,- 
Dilə gəldi Sindoxt: – Ey Şəhriyar, 
Tutursan varı, dövləti beylə xar, 
Çara tapmağa göndərirsən məni, 
Söyüb-incidərsənmi Rudabəni? 
Məni sarsıdan da onun fikridir, 
Onun barəsində mənə əhd ver! 
Mən öz qeydimə qalmıram, sən inan, 
Onun dərdidir canıma od vuran. 
Verib əhdü peyman Mehrab ona, 
Hazırlaşdı Sindoxt yola mərdana. 
Gül əndamına geydi diba və zər, 
Ağıllı başa düzdü yaqut, göhər, 
Xəzinəni açdı ki, etsin nisar, 
Qızıl pul götürdü otuz min dinar, 
Qızıl tovq boynunda altmış pəri, 
Əlində qızıl cam tutub hər biri, 
Töküb camlara mişk, kafur, zər, 
Zəbərcədlə yaqut, inci, göhər, 
Alıb qoydu qırx dəst faxir libas 
Ki, sərraf edərdi göhərlə qiyas
40 
İki yüz qılınc, qınları simü zər, 
Zəhərlə sulanmış iti dəşnələr. 
Tükü qırmızı yüz dəvə aldılar, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə