Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə43/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   39   40   41   42   43   44   45   46   ...   78

 
244 
Ölüb getdi, qaldı sözü yadigar. 
 
NUZƏRİN PADŞAHLIĞI 
 
Ata yasını verdi Nuzər yola, 
Ucaldı tacı göylərə az qala. 
Mənuçehr qəsrində qurdu qəbul. 
Hörmətlə atanı yad etdi oğul. 
Dedi: – Tanrının kölgəsi – şah gərək 
Kimin ehtiyacı var, etsin kömək. 
Bir az keçdi, şah azdı yoldan təmiz, 
Açıb zülm əli, oldu bir rəhmsiz. 
Bütün ölkədə başladı ah-fəqan, 
Yeni şah dünyaya ağlatdı qan. 
Ata rəsminə çəkdi birdən qələm, 
Qılıb alimə, möbidə min sitəm, 
Şah ikən qul oldu pula, sərvətə, 
Salıb mərd insanları zillətə, 
Rəiyyət cana doydu axır, tamam, 
Şaha qarşı hər yanda qopdu qiyam. 
Düşub qorxuya naxələf hökmdar, 
Dedi: – Sam bəladan məni qurtarar, 
Bu vaxtlarda Mazəndarandaydı Sam, 
Ona yazdı Nuzər belə bir pəyam: 
Günəşlə Zühəl, Marsı xəlq eyləyən, 
Qarışqa, balıq həm filə can verən, 
O xaliq ki, bilməz çətinlik nədir
Onun qüdrəti müşkülü həll edir. 
Bu aləmdə nə varsa, az, ya ki, çox, 
Onun qüdrətində bunun fərqi yox. 
Günəşlə Ayın xaliqindən səna 
Mənuçehr şahın əziz ruhuna 
O şanlı, şərəfli böyük hökmdar, 
Ölüb getdi, qaldı sözü yadigar. 
 
245 
Yenilməz Sama afərin ol qədər 
Ki, göydən düşər torpağa qətrələr, 
Cahan görmüş o pəhləvana salam, 
O baş qaldırıb asimana, salam. 
Sağ olsun canı daima, könlü şad, 
Qəmü qüssədən, hər bəladan azad. 
Cahanpəhləvanın açıqdır gözü, 
Bilir gizli, aşkar gedən hər sözü, 
O dəmdə ki, şah gözlərin bağladı, 
Dilindəydi Sami-Nəriman adı. 
Dedi: – hər işində ona arxalan
O həm şahpərəstdir, həmi pəhləvan, 
Sevib ölkəni saxlayan da odur, 
Şah öz şahlığıyla ona borcludur 
Düşübdür bu gün ölkəyə vəlvələ, 
Olub-olmazı xəlq alıbdır ələ, 
Əkər gürz ilə çatmasan dadıma, 
Dönər səltənət təxti tabutuma. 
Alıb naməni Sami-Neyrəm həmən, 
Ötürdü yanıqlı bir ah sinədən, 
Səhər dan sökəndə xoruz açdı dil, 
Samın əmri ilə çalındı təbil. 
Qoşunla yola çıxdı o pəhləvan, 
İran mülkünə doğru oldu rəvan. 
Böyüklər Samın yanına getdilər, 
Ona dərdlərini bəyan etdilər. 
Dedilər ki, Nuzər – cavan tacidar
Ata rəsmini pozdu o zülmkar. 
Əlindən onun ölkə viran olub, 
Dönüb taleyi, bəxti qətran olub. 
Azıb ağlını, çıxdı yoldan tamam, 
Kəsib lütfünü xaliq ondan tamam. 
Budur arzumuz, Sam – ikid pəhləvan 
Çıxıb təxtə, olsun bizə hökmran. 


 
246 
Sam İranı düşməndən etmiş azad, 
Əlalətlə dunyanı qılsın abad. 
Ona qul olub, əhdü peyman edək, 
Yolunda əziz canı qurban edək. 
Dedi onlara Sam: – Düşünsək bir az, 
Belə bir işi tanrı da xoşlamaz! 
Bu Nuzər kimi bir kəyani nəjad
50 
Oqurmuş kəmər beldə, təxt üstə şad. 
Qoyub tac, mən şah olum ölkədə, 
Bunu Sam qəbul eyləməz, ölsə də. 
Elə bir adam yox cahanda yəqin
Ürəkdə bu cür arzunu bəsləsin. 
Mənuçehr şahdan olan qız belə 
Otursaydı bu təxtdə tac ilə, 
Bilin, torpağında olardı üzüm, 
Onun xidmətində durardım özüm, 
Atası yolundan dönübdürsə şah, 
Yaxınlarda o işləmişsə günah, 
Dəmir elə paslanmamışdır hələ 
Cilalanmasında düşək müşkülə. 
Onu mən gərək qaytarım düz yola, 
Sevə xalqını, mehriban şah ola. 
Siz öz keçmişinizdən dönün, bir daha, 
İtaət edin, baş əyin padşaha. 
Sizi yoxsa əfv etməz allahınız, 
Nə də mərhəmətli olar şahınız. 
Bu dünyada zülmü alovlandırar, 
O dünyada da od sizi yandırar 
Böyüklər peşiman olub birbəbir, 
Dedilər ki, şah əmri həqq əmridir. 
Gəlib dərbara çatdı Sami-səvar,
51 
Qəbul eylədikdə onu şəhriyar, 
Oturtdu özüylə Samı yan-yana. 
Dil açdı, dedi afərinlər ona. 
 
247 
Edib Nuzər hər mətləbi aşikar, 
Dedi ordu, kütlə nə iş tutdular. 
Belə söylədi Sam: – Ey padişah! 
Sənə daima şadlıq olsun pənah! 
Qoşundan əgər incimiş hökmüdar, 
Bu məlumdu ki, qulda təqsir olar. 
Edib xeyrxahlıq cahanpəhləvan, 
Qocalmış cahan oldu bir də cavan
Böyüklər gəlib üzr üçün dərgaha, 
Müti oldular başla, canla şaha, 
Cəlal ilə Nuzar çıxıb təxtinə, 
Ömür sürdü asudə, xoşbəxt yenə. 
Onun xidmətində belə qaldı Sam 
Şaha doğru yol göstərirdi müdam. 
Sözü yaxşılıqdan salıb hər zaman, 
Nəsihət verirdi şaha pəhləvan. 
Fəridunu, Huşəngi yad eylədi, 
Mənuçehrdən çox misal söylədi. 
O hər nə dedi, şah etdi qəbul, 
Atıb zülmü, tutdu yenə doğru yol. 
Ədalət olub ölkədə bərqərar, 
Rəiyyətlə şah mehriban oldular. 
Fəlakətli yoldan qayıtmış şaha 
Nəsihət yeri qalmamışdı daha. 
Şahın xələtiylə yola çıxdı Sam, 
Ona təxt ilə tac verildi ənam. 
Ötüb keçdi günlər, fəqət heç zaman 
Fələk Nuzərə olmadı mehriban. 
Gəlib çatdı Turana bir gün xəbər: 
Mənuçehr şah öldü, dəfn etdilər. 
Onun oğlu Nuzar olub hökmdar, 
Edibdir bütün ölkəni tarümar. 
Eşitcək bunu türk şahı Pəşəng, 
Dedi: – Vaxtıdır etsəm İranda cəng. 


 
248 
Gətirdi babası Turu yadına, 
Bir ah çəkdi ki, düşdu od canına. 
Yığıb başına neçə sərkərdəni, 
Mənuçehr şah olduğu ölkəni 
Ələ almaq üçün Pəşəng hökmdar 
Xəbər verdi, gəldi bütün başçılar. 
Gəlib çatdı Gərsivəzü Bariman, 
Həm Ərcasbü Gülbad kimi qəhrəman. 
İti pəncəli Niysə də var idi, 
Pəşənk ordusunda o, salar idi. 
Cahanpəhləvan, oğlu Əfrasiyab, 
Xəbərdar olunca o verdi cavab
Dedi: – Səlm ilə Turu bir yad edin! 
Gərək qalmaya pərdə altında kin. 
Kimin qızmamış beyni, idrakı var, 
Həqiqət ona görsənər aşikar. 
Bilərlər ki, iranlılar bərməla 
Bizim başımıza olublar bəla. 
Qisas vaxtı çatmışdır artıq, bilin, 
Gözünüdən axan qanı üzdən silin! 
Bu sözdən elə coşdu Əfrasiyab, 
Yeyib yatmadı, qalmadı onda tab. 
Hazırlaşdı, qəlbi dolu kin ilə, 
Pəşəngin önündə danışdı belə: 
- Mənəm şirlər iləg irən meydança, 
Rəqibəm mən İran salarına 
Qılınc qaldıraydı əgər Zadişəm, 
Çatardımı Gərşasipə təxti-Cəm? 
Qoyardı qədəm əzm ilə meydana, 
Yəqin şah olardı bütün İrana. 
O şey ki, əmanət qoyubdur babam, 
Gərək düşmənindən alam intiqam. 
Gərək mən qılıncı qınından çəkəm, 
Qiyam eyləyəm, çarpışam, qan tökəm. 
 
249 
Nəzər saldı Əfrasiyaba Pəşəng, 
Düşündü: durur qarşısında pələng. 
Biləkdən, döşündən şirə oxşayar, 
Qolunda onun fil qədər qüvvə var. 
Qılıncdan itidir kəsərli dili, 
Dəniztək səxavətlidir ver əli. 
Dedi: – Çək qılıncı, götür ordunu, 
Gedib viran eylə İran yurdunu! 
O şahın ki, layiqli bir oğlu var, 
                  Qürurla o şah ərşə baş qaldırar. 
Ata ölsə də, ömrü yetməz sona
Odur ki, oğul ad veriblər ona. 
Bu sözdən hamı meydana atdı can, 
Xəbər çatdı İğrirəsə nagahan. 
Böyük qorxu çökdü onun canına, 
Fikirli yönəldi şahın yanına, 
Dedi: –- Ey ağıllı, hünərli ata, 
Bütün türklər içrə dəyərli ata. 
Mənuçehr ölübdürsə, iranlılar 
Deyil binəva, Sami-Neyrəm ki, var, 
Unutma ki, Gərşasb, Qaren kimi 
Nə çox pəhləvanları var mən kimi. 
Bilirsən, qoca qurd necə bir zaman 
Nə Səlmə, nə də Tura verdi aman. 
Turan padişahı – babam Zadişəm, 
Başı çərxə yüksəldi, öyrənmişəm. 
Olub keçmiş salmamışdır yada, 
Ədavət nədir, bilməmiş dünyada. 
Hücum eyləsək biz, xətadır, xəta! 
Düşər ölkə çaxnaşmaya, bil, ata! 
Pəşəng, oğluna baxdı, verdi cavab: 
– Yenilməz nəhəngdir, bil, Əfrasiyab, 
Döyüşlərdə bir erkək aslandır o, 
Gücü fil gücü, mərdi-meydandır o. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə