Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə51/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   47   48   49   50   51   52   53   54   ...   78

 
292 
O meydan gəzən mərd, o, qorxmaz dəlir, 
O həmlə edir gah sola, gah sağa, 
Hara çatdı, istər qisas almağa. 
Qılınc, nizə, gürz ilə o, sanki şir 
Turan ordusundan qırır, hey qırır, 
Qalanmış o meydanda leş dağ qədər, 
Gəlib təngə turanlı sərkərdələr. 
Şəmasası gördü, bu dəm pəhləvan 
Yara almış aslantək eylər fəqan... 
Başından vurub biçdi sanki xiyar. 
Dedi: – Al, Qarendən payındır, apar! 
Uçundu Şəmasas haman zərbədən, 
Yerə dağ kimi aşdı atdan bədən. 
Belə iş tutubdur fələk hər zaman, 
Qoca çərx gah ox olur, gah kaman. 
Durub baxdı Rüstəm igid Qarenə 
Ki, görsün vuruşmaq nədir, zərbə nə? 
Soruşdu atasından o nagahan: 
– Mənə söylə sən, ey cahanpəhləvan! 
Şah Əfrasiyab, o rəzil hökmdar 
Döyüş vaxtı hansı tərəfdə durar? 
Nə geymiş, onun bayrağı hardadır? 
O bayraq ki, parlar, məgər ordadır! 
Mən ondan bugün istərəm kam alam, 
O namərdi dartıb, üz üstə salam. 
Dedi Zal: – Oğlum, mənə as qulaq, 
Özündən çıxıb, coşma sən bu sayaq? 
Döyüşdə o türk əjdəhadır, oğul, 
Hücum eyləsə bir bəladır, oğul! 
Qara xoftanı var, qara bayrağı, 
Dəmirdən dəbilqə, dəmir qolçağı... 
Qorun ondan, oğlum, amandır, aman! 
O həm bəxtiyardır, həmi qəhrəman. 
Düşündü, ona verdi Rüstəm cavab, 
 
293 
Dedi: – Çəkmə məndən yana iztirab, 
Mənə arxadır haqq pərvərdigar, 
Ürək, qol, qılıncım məni saxlayar. 
Qəzəblə salıb Rəxşini cövlana, 
Haray saldı şeypur səsi hər yana
Görüncə ki, meydan gəzir bir uşaq, 
Aşıb daşdı Əfrasiyabda maraq. 
Dedi türklərə: – Kimdir o əjdəha? 
Qırıb bəndini, həmlə eylər şaha? 
Nədir, söyləyin, bu cavanın adı? 
Dedi bir nəfər: – Bu Zalın övladı, 
Samın gürzü ilə girib meydana, 
Gəlib ad qazansın, ona baxsana! 
Əsər etdi Əfrasiyaba bu söz, 
Yarıb səfləri, qoydu meydana üz. 
Deyərdin: dəniz çuğlayıb aləmi, 
Vurub dalğa, saldı çölə bir gəmi. 
Onu gördü Rüstəm, səyirtdi atı,. 
Ağır gürzünü boynuna qovzadı. 
Ona lap yaxınlaşdı, aldırmadan 
Yəhər qaşına qoydu gürzü haman, 
Əl atdı, kəmərbəndini tutdu bərk, 
Yəhərdən onu qaldırıb sərçətək 
Qubada hədiyyə aparsın deyə 
Birinci döyüşdən götürdü göyə. 
Ağırdı bədəncə çox Əfrasiyab, 
Belə siqlətə toqqada yoxdu-tab, 
Qırıldı, yerə düşdü şahzadə xar
Onu dövrəyə aldılar atlılar. 
Təhəmtən əlindən xilas oldu şah, 
Təəssüflə Rüstəm ötürdü bir ah. 
Dedi: – Toqqa namərdə etdi kömək, 
Döşündən onu mən tutaydım gərək. 
Şaha müjdə çatdı ki, Rüstəm gedib, 


 
294 
Qoşun mərkəzində nə bidad edib, 
Çatıb türklərin şahına pəhləvan, 
Çıxıbdır Turan bayrağı ortadan. 
Kəmərdən tutub, şahı çırpmış yerə, 
Çatıb türklərin naləsi göylərə. 
Yerindən Qubad yel kimi qalxdı tez, 
Qoşun coşdu, sanki qabardı dəniz. 
«Tutun! Qoymayın!» səsləri gurladı, 
Qılınc, nizə qından çıxıb parladı, 
Deyərdin: bulud gəldi, qan yağdırar, 
Narınca o şəngərf ilə rəng vurar
60 
Qopub atlılardan elə toz, duman 
Yer altı qat olmuş, səkkiz asiman
61 
Ölən var idi min yüz altmış nəfər, 
O bir həmlədə hər biri şiri-nər. 
Qırıb çatdı iranlılar türkləri, 
Tutub Damğana üz, çəkildi geri 
Qaçıb Ceyhunu keçdi turanlılar, 
Təcavüz edən ordu məğlub olar... 
Sözü çox, əli boş, nə taqət, nə tab, 
Pəşəngin huzurunda Əfrasiyab 
Dayandı, dedi: – Ey ulu padişah, 
Bu vurhavura səndə oldu günah. 
Qırıb şah ikən əhdi, peymanı sən, 
Sələflər belə etməmişlər nədən? 
Dedin İyərcin övladı qalmamış, 
Yalandır, zəhər padizəhr olmamış,
62
 
Biri əksilər, digəri yüksələr, 
Cahan padişahsız qalarmı məgər? 
Qubad gəldi, qoydu tacı başına, 
Ədavət də çıxdı sənin qarşına. 
Doğub Sam nəsli yeni şiri-nər, 
Ona Rüstəm adı verib Zali-zər. 
Nəhəng idi meydanda o namidar, 
 
295 
Deyərdin: nəfəs versə, aləm yanar. 
Çapıb etdi yeksan dağ ilə düzü, 
Qılıncla, əmudla qırırdı bizi. 
Bizim orduya saldı bir vəlvələ, 
Ona tay görən olmamışdır hələ. 
Görüb bayrağımı, çapıb qarşıma, 
Ağır gürzü basdı yəhər qaşına, 
At üstündən aldı məni şiri-nər, 
Deyərdin: çəkim yoxdu milçək qədər
Qırıldı qayış, toqqa birdən-birə, 
Əlindən üzü üstə dəydim yerə. 
Elə güclü aslan tapılmaz, inan, 
Ayaq yerdə, baş göydə bir pəhləvan, 
Nə yaxşı alıb dövrəmi atlılar, 
O dağ qarşısından məni dartdılar. 
Bilirsən ki, var məndə güc, həm ürək, 
Döyüşdə əlimdən qan ağlar fələk. 
Əlində onun bir zəif milçəyəm, 
Elə qorxuram, az qalır qəşş edəm. 
Gücü fil gücüydü, o şirpəncəli 
Ağılsız, biliksizdi, qorxmaz dəli... 
At üstündə dönmüşdü qızmış filə, 
Öküzbaşlı bir gürzü almış ələ. 
Neçə min əmudla bizim ordular 
Onun başına dalbadal vurdular. 
Sanardın, dəmirdəndir, etməz əsər
O daşdan, poladdan yaranmış məgər? 
Önündə pələngmi, dənizmi, deməz, 
Fil olsun, şir olsun, həzər eyləməz. 
Çapıb sağ-sola, axtarırdı şikar, 
Oyuncaq bilir hərbi o, aşikar. 
Əgər Samda olsaydı bu güc, inan, 
Yəqin bizdə qoymazdı bir pəhləvan, 
Əlacın sənin sülhə qalmış fəqət 


 
296 
Vuruşmaq, ədavət deyil məsləhət. 
O yer ki, Fəridun bölüb bir zaman, 
Babam Tura vermişdi, onlar haman 
O torpaqları verdilər də mənə, 
Nə lazımdı bu kin, küdurət sənə? 
Bilirsən, eşitmək nə, görmək nədir? 
Eşitdiklərin sanma əfsanədir. 
Bugün gül açıbsa gülüstanda, dər! 
Sabah onda güllükdən olmaz əsər. 
Bugünkü işi sən bu gün gör, bitir! 
Bu gün nəqd olan iş sabah nisyədir. 
İran hərbini sən sanırdın oyun, 
Uduzdu yaman bu oyunda qoşun. 
O zərlə bəzənmiş yəhərlər hanı? 
Hanı zər dəbilqə, o zər qalxanı? 
Hanı zər cilovlu ərəb atları? 
Qını zər qılınclar qalaydı, barı! 
Deyil təkcə bunlar, neçə pəhləvan 
Qubadın önündə düşüb verdi can. 
Ölüb getdi Kolbad ilə Bariman 
Ki, tapmazdı şir əllərindən aman. 
Xəzərvanə bir gürz elə çaldı Zal, 
Əzib cismini, torpağa saldı Zal. 
Şəmasas idi orduya bir pənah, 
Onu Qaren öldürdü meydanda, ah! 
Necə mən sayım? Bəlkə yüz min nəfər, 
Daha çox bu davada ölmüş hədər. 
Basıldıq, bu oldu hər işdən yaman, 
Sağalmaz bu rüsvayçılıq heç zaman. 
Mənim də əlimdən çıxıbdır xəta, 
Mən İğrirəsi öldürərkən, ata, 
Cavanlıqdı, kamımca idi zaman, 
Bugünkü günü gözləməzdim, inan! 
Budur qarşıma çıxdı dönməz yağı, 
 
297 
Hər iranlının ayrıca bayrağı. 
Mənə yaxşı dərs verdi iranlılar, 
Salıb at döşündə qovub etdi xar. 
Unut keçmişi, indi ancaq çalış. 
Hələ gec deyil, Keyqubadla barış! 
Yenə başqa bir fikrə düşsən əgər
Qoşun toplayıb dörd tərəfdən gələr, 
Günəş kimi Rüstəm bu yandan durar, 
Onunla vuruşmaq gücü kimdə var? 
Gələr başqa bir yanda Qaren özü, 
O bilməz nədir məğlub olmaq sözü. 
Üçüncü: qızıl taclı Kəşvad hələ 
O vaxt gəldi, etdi hücum Amülə. 
Görərsən ki, dördüncü Mehrab gələr, 
Qubada, Zala məsləhətlər verər. 
Qulaq verdi Əfrasiyaba yavaş, 
Turan şahı mat qaldı, gözlərdə yaş. 
Ağıllı adam seçdilər bir nəfər, 
Nəzakətli, hörmətli, sahibhünər. 
Dedi: yaxşı bir namə yazdı dəbir, 
Vuruldu bəzək naməyə cürbəcür, 
Günəşlə ayın tanrısı namına 
Odur xəlq edən, bəndəyik biz ona, 
Fəriduna rəhmət böyük tanrıdan, 
Onun nütfəsi bizlərə verdi çan. 
Əkər təxt ilə tac üçün İrəcə 
Yamanlıq edib Tur, indi neçə 
Gərək biz haman barədə söz açaq? 
Qohumluqda düşmənçilikdən qaçaq 
Tutub İyrəcin qanını bir əsas 
Mənuçehr aldı doyunca qisas. 
Fəridun verib düzlüyə hümməti, 
Ədalətlə bölmüşdü hər qisməti, 
Gəlin, biz o əmrə itaət edək, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə