Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə59/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   55   56   57   58   59   60   61   62   ...   78

 
340 
Təkəbbür verər canını, bil, bada, 
Sən Ərjəng ilə Ağ divi sal yada! 
Xitam verdi məktuba şahın adı, 
Çağırdı qılınc oynadan Fərhadı. 
Ləyaqətli sərkərdələrdəndi o, 
Qırardı öz ağlıyla hər bəndi o. 
Dedi: – Al bu məktubu, sən get çapar, 
O bəndi qırılmış divə tez apar! 
Şahın əmrinə verdi Fərhad qulaq, 
Öpüb torpağı ehtiramla qoçaq, 
Çalışdı ki, namə divə tez çata, 
Səvar olçağın vurdu məhmiz ata. 
Gəlib çatdı, gördü böyük bir şəhər, 
Qəribə şəhərdi bu nadir şəhər. 
Əhalisi şildi ayaqdan deyən, 
At üstə gəzəndi, polad çeynəyən. 
Adamlıqla onlar deyildi tanış, 
Ləqəb gəzdirirlərdi: «baldırqayış». 
Oradaydı Mazəndaranın şahı, 
Haman atlılarla dolu dərgahı. 
Eşitdi ağıllı bir elçi gəlib, 
Onu şah Kavus özü göndərib. 
Seçib çoxlu şirpəncəli pəhləvan, 
Kobudluqda mahir, ədəb qanmayan, 
Dedi:–Elçini pişvaza siz gedin, 
Hünər göstərin, elçini xar edin! 
Bilin ki, bu gün düşmənə biz gərək 
Hünər, həm də divanəlik göstərək. 
Onun qarşısında pələngə dönün, 
Ağıllı başını itirsin bu gün! 
Çatıb elçiyə tökdülər qaşqabaq, 
Buna yumdu Fərhad göz bir sayaq. 
Əlini onun aldı bir div ələ, 
Elə sıxdı, gəldi sümüklər dilə. 
 
341 
Əzab yarsa da Fərhadın bağrını, 
Üzə vurmadı qəhrəman ağrını. 
Şahın dərbarına gəlib çatdılar, 
Xəbər tutdu Kavusdan hökmdar, 
Dedi katibə: – Naməni al, oxu! 
İpək namədən saçdı bir xoş qoxu. 
Xəbər tutdu Rüstəmdən, Ağ divdən həm, 
Yaşardı gözü, bağrına çökdü qəm 
Dedi öz-özunə: Günəş batsa da, 
Gecə el-oba dincəlib yatsa da, 
Mənim gözlərimə yuxu qonmadı, 
Salar aləmi dərdə Rüstəm adı. 
Anıb yandı Ağ divlə Ərjəngi şah. 
Pulad, Bid, Qındi üçün çəkdi ah. 
Oxundu o namə, çatınca sona 
Şahın gözləri qərq idi al qana. 
Belə verdi Kavus şaha o cavab: 
Əgər şor su olsun, və ya saf şərab, 
Mənim şövkətim səndən üstün durar, 
Başımda neçə min qoşun, ordu var. 
Belə bir qoşun üz qoya hər yana, 
Daşı, torpağı qərq edər al qana. 
Qoşun göndərim, istəyirsən bu gün, 
Sizi xam xəyaldan ayırsın bütün. 
Döyüş fillərim min iki yüz olar, 
Sənin bir filin yoxdur, ey hökmdar! 
Əl atsam İran mülkünə bir kərə 
Olar dağ düzənlik, düzənlik dərə, 
Basıb kəsdi xeyli özün dartaraq
Ona asdı diqqətlə Fərhad qulaq. 
Cavab aldı çün naməyə, durmadan 
Qərargahına oldu şahın rəvan. 
Gəlib çatdı, hər sirri faş eylədi, 
Eşitdiklərini açıb söylədi. 


 
342 
Dedi:–Onda göylər qədər var qürur, 
Baş endirməyir, qəddini dik tutur. 
Mənim sözlərimə məhəl qoymadı, 
Özündən basıb kəsdi hey, doymadı, 
Çağırtdırdı şah Rüstəmi yanına 
Dedi hər nə Fərhad demişdi, ona 
Görüb padişahı belə mehriban, 
Onu dinləyib, söylədi pəhləvan: 
– Divin yanına yollanım mən özüm, 
Qılınc kimi kəssin onu hər sözüm, 
Qılıncdan iti namə lazım ona 
Ki, şimşək kimi od sala canına. 
Bir elçi kimi namə ilə gedim, 
Sözümlə onun bağrını qan edim. 
Düşündü, cavab verdi Kavus şah: 
– Özünsən bu gün tacü təxtə pənah, 
Həm elçimsən, həm də cəsarətli fil
Döyüşdə hərifin, bil, aslan deyil. 
Dedi katibə: hazır olsun o dəm 
Əlində iti ox kimi bir qələm. 
Buyurdu belə yazsın: – Ey anlamaz! 
Nə pis iş tutursan, düşün sən bir az! 
Çalış, at yekəbaşlığın daşını, 
 Qapımda gəl əy qul kimi başını! 
Qəbul etməsən, hərbə amadə ol! 
Coşan sel kimi ordumu et qəbul! 
Sənin onda, Ağ div kimi, qarğalar 
Yeyər beynini, gözlərini oyar. 
Möhür basdı çün naməyə hökmran 
Alıb, atlanıb Rüstəmi-dasitan, 
Gəlib gürz ilə şah dərgahına, 
Verə namə Mazəndaran şahına. 
Şaha söylədilər ki, Kavusi-Key, 
Nə olmuş, sənə göndərir namə hey? 
 
343 
Bir elçi gəlib sanki şiri –jəyan, 
Kəmənd bağlamış-tərkinə pəhləvan 
Bir at vardır altında ki at, deyil 
Uçar quş kimi, görkəmi sanki fil. 
Eşitcək bunu Şahi-Mazəndaran 
Qoşundan ayırdı neçə pəhləvan, 
Dedi onlara: – Atlanın, tez gedin 
Yenilməz o aslanı pişvaz edin 
Təhəmtən görüb onları, qalxaraq 
Ağacdan qopardı böyük bir budaq. 
Tutub əldə zubin kimi, çapdı at, 
Qoşun, əhli baxdı ona, qaldı mat. 
Çatıb onlara atdı aldı nişan, 
Neçə atlı bu zərbədən verdi can. 
Biri tutdu, sıxdı əlin Rüstəmin 
Dedi qışqırar ağrısından, yəqin 
O sıxdıqca, Rüstəm baxıb güldü şən, 
Donub qaldı bu səhnəni seyr edən; 
Gülüb verdi Rüstəm əlinə təkan, 
Hərifin əli oldu bir parça qan. 
Başından huşu uçdu birdən-birə, 
O güc yoxlayan dəydi atdan yerə 
Şahın yanına tez qaçıb bir nəfər, 
Ona verdi gördüklərindən xəbər, 
Kəlahur adlı  vardı bir pəhlavan, 
Əlindən qan ağlardı Mazəndaran, 
Pələng kimi sevməzdi sakit qala, 
Təlaş eyləyərdi savaş, qan sala. 
Çağırdı onu şah bu dəm yanına, 
Deyib çoxlu təriflər ünvanına, 
Buyurdu ki, get, elçini qarşıla, 
Hünər göstərib, başına ol bəla! 
Utandır onu, sən sevindir bizi, 
Gözü yaşlı olsun, qızarsın üzü, 


 
344 
Kəlahur aslantək atlandı tez, 
Gəlib Rüstəm ilə durub üzbəüz, 
Acıqlı pələng kimi o dalbadal 
Uzatdı əlin, verdi bir çox sual. 
Əlini elə sıxdı ki, Rüstəmin 
Göyərdi, deyən, düşdü gücdən yəqin. 
Üzə vurmadı, daxilən çəkdi dərd, 
Dayandı Günəş kimi parlaq o mərd, 
Kəlahurun aldı əlini ələ, 
Təhəmtən sıxıb əzdi bir zərb ilə, 
Qarışdı  ilik əldə sümüklərə, 
Axıb laxta-laxta töküldü yerə. 
Kəlahur qayıtdı, dedi:–hökmdar, 
Sənə dərdimi söylərəm aşikar. 
Barış düşmən ilə, bacarsa əgər, 
Vuruşsan onunla, çəkərsən zərər 
Ona qarşı,bil, səndə yoxdur davam, 
Xərac istəsə ver, ola bəlkə ram. 
Edək onları xoşluq ilə qəbul, 
Açıb xəzinəni, paylayaq çoxlu pul. 
Çətin bu işi, biz asan həll edək, 
Cana qorxu yetməz yol ilə gedək. 
Bu dəmda Təhəmtən gəlib şir kimi, 
Önündə dayandı şahın tir kimi. 
Ona baxdı Mazəndaran şahı düz, 
Oturtdu özüylə onu üzbəüz. 
Birinci: tutub şah Kavusdan hal, 
Verib ordusu barəsində sual, 
Soruşdu:–Bu yollar səni yordumu? 
Enişdə, yoxuşda atın durdumu? 
Dedi sonra; – Rüstəmmisən, ey cavan? 
Bu boyda, buxunda igid pəhləvan! 
Cavab verdi ki:–Yox, mənəm sadə qul. 
Əgər qulluğa Rüstəm etsə qəbul. 
 
345 
Qələt zənn edirsən ki, mən Rüstəməm, 
Onun qarşısında, inan, bir heçəm. 
Verib naməni, aldı öz kamını, 
Yetirdi ona şah peyğamını. 
Danışdı, qılıncdan itiydi dili 
Yıxardı onun hər sözü bir fili. 
Baxıb naməyə, dinlədi elçini, 
Şah odlandı, coşdu ürəkdə kini. 
Dedi Rüstəmə:–Az danış, sus bir az 
Bu sözdən təmənna səmər bağlamaz, 
O İran şahənşahıdırsa məgər, 
Sanır kn, döyüşdə odur şiri-nər, 
Bu Məzəndaranda mənəm hökmdar, 
Qızıl təxtü tacım da, ordum da var, 
Edirsən məni xidmətinə tələb, 
Nə adət buna yol verir, nə ədəb. 
Böyük şahların təxtinə dikmə göz 
Düşər yüksələn, lovğalıqdan əl üz! 
Yolunla get, İranda ol hökmran, 
Başından vurar nizə yoxsa zaman. 
Yeritsəm qoşun üstünə mən əgər, 
Ayağın başından olar bixəbər. 
Özündən əbəs olmusan bədgüman, 
Yolu düz get, oynatma əldə kaman. 
Gələrsən mənimlə əgər üz-üzə
Qılıncım qoyar son hər artıq sözə. 
Dönüb baxdı diqqətlə Rüstəm şaha, 
Qoşun pəhləvanla dolu dərgaha, 
Xoşu gəlmədi sözlərindən onun, 
Düşündü: cavabı qılıncdır bunun. 
Hazırlaşdı, Rüstəm getmək istədi, 
Şah:–Elçiyə xələt verilsin dedi. 
Qızıl, xələt, at verdilər, almadı, 
Kəmər, tac gəldi nəzər salmadı. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə