Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə55/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   51   52   53   54   55   56   57   58   ...   78

 
316 
Əsir şir kimi çəkdirib zəncirə
Yemək verdi bir az, o da nə yemək? 
Çətin işdi ondan yeyib ölməmək. 
Daha sonra, şah xəznəsində nə var. 
Ağır gürz, yaqut tac, guşvar, 
Saya gəlməyən sərvəti cəmlədi, 
Verib təhvil Ərjəngə sonra dedi: 
– Dilimdən mənim söylə sən padşaha, 
Eyib tutma Əhrimənə bir daha, 
İran pəhləvanları Kavus ilə 
Günəş nuru görməz bu gündən belə. 
Bəli, qəsdən öldürmədim şahı mən. 
O bilsin neçə alçalar yüksələn? 
Kələ əqlə zillətdə, zəbt etməyə, 
Belə yolla bir başqası getməyə. 
Onu dinləyib dəydi,Ərjəng ata 
Ki, Mazəndaran şahına tez çata. 
Gedirdi qoşun, varla, dövlətlə o, 
Əsirlərlə, atlarla, ziynətlə o. 
Verib onları şaha, döndü geri, 
Geniş çöl, uca dağlar idi yeri. 
Ciyər xəstə, Kavus şah birtəhər 
Çıxardıb uçan quş kimi bir nəfər
Onu Zabilistana saldı yola, 
Salam yolladı Rüstəm ilə Zala. 
Dedi: – Gözlərim kordu, bəxtim qara, 
Düşüb təxt ilə tac torpaqlara. 
Özüm Əhrimən pəncəsində əsir, 
Həyatım bağında səmumlar əsir. 
Düşəndə sənin sözlərin yada, 
Öz ahım çatır təkcə fəryadıma. 
Ağıllı sözü tutmadım mən dəlil, 
Ağılsız bir iş tutdum, oldum zəlil, 
Bu gün dadıma yetməsən sən əgər, 
 
317 
İran mülkünə çox ziyanlar dəyər. 
Gəlib çatdı qasid Zalın yanına, 
Görüb bildiyindən danışdı ona. 
O sərvət, o ordu ki, hər namidar, 
Deyərdin: çiçəklərdir, açmış bahar. 
Necə verdi divlər əlinə fələk
Nə ki, vardı sildi, süpürdü külək. 
Bu sözdən Zalın əndamı titrədi, 
Nə düşmən, nə də dosta bir söz dedi. 
Onun qəlbi agahdı əvvəlcədən, 
Qoyar başını əyri yolla gedən. 
Dedi Rüstəmə: – Ey oğul, nə edək? 
Qılınclar qınında olubdur gödək. 
Bizə təxt candan əzizsə əgər. 
Yeyib, gəzmək artıq bizimçin yetər. 
Düşüb əjdəha kamına hökmdar, 
Bəlaya düçar olmuş iranlılar. 
Dayanma, oğul, Rəxşinə qoy yəhər, 
Qılıncınla sal aləmə şurü şər. 
Bu günçün səni, bil, doğubdur anan, 
Bu günçün səni bəsləmişdir zaman, 
Bizə gör necə toy tutub Əhrimən? 
Haramdır nəfəs alsan asudə sən, 
Geyin əyninə indi bəbri-bəyan,
65 
Yuxun gəlsə, yatma, mətin ol, dayan! 
Sənin nizənin zərbini hər görən, 
Deməz, ruhən asudə bir gəncsən, 
Dənizlə vuruşsan, dönüb qan olar, 
Dağa nərə vursan, bir orman olar. 
Çalış, zərbi-dəstindən, ey qəhrəman
Nə Ağ div, nə Ərjəng tapsın aman! 
Aman vermə Mazəndaran şahına, 
Ağır gürzü endir onun başına. 
Cavab verdi Rüstəm: – Səni anladım, 


 
318 
Fəqət yol uzaqdır, necə tez çatım? 
Dedi Zal: – İrandan o şəhrə qədər 
İki yol gedir bir-birindən bətər. 
Biri Kavusun getdiyi yol durar, 
İki həftəlik kəsmə bir yol da var. 
Əzab ilə, aslanla, divlə dolu, 
Çaşar ağlını kim görə bu yolu. 
Yaxın yolla getsən, maraqlı olar, 
Sənə arxadır pak pərvərdigar; 
Yetər tez başa, olsa da zəhmətin, 
Bu yol Rəxş üçün də deyildir çətin. 
Mən isə qaranlıq gecə sübhədək 
Açam həqq dərgahına əl gərək. 
Görüm bir daha ay camalın sənin, 
Verə cismimə can vüsalın sənin. 
Əgər sən də düşsən divin çənginə, 
Bu, həqq əmridir, tabeyik biz yenə
Böyük tanrıdır həm yazan, həm pozan, 
Çıxan qan damarda dayanmaz bir an. 
Hamı istəyir daimi ömr edə, 
Fəqət, qaydadır ki, gələnlər gedə. 
O kəs ki, böyük adla, sanla gedər, 
Cahanı açıq qəlb ilə tərk edər.  
Cavab verdi Rüstəm: –Atacan, inan! 
Sənin əmrinə tabeyəm hər zaman. 
Belə bir iş heç kəs hələ etməmiş, 
Cəhənnəm yolunu tutub getməmiş. 
Canından əgər bezməmiş bir nəfər 
Gedər üz-üzə aslan ilə məgər? 
Budur, hazıram, yollanam mən gərək. 
Mənə təkcə öz xaliqimdir kömək. 
Edib canımı xalq yolunda fəda, 
Yaxım cadular bağrını mən oda. 
Hər iranlı ki, sağ qalır, qurtaram, 
 
319 
Sağ olduqca canım, bu yolla varam. 
Nə Ağ div, nə Ərjəng, nə Səncə qala
Gərək Bid, Qəndi, Pulad məhv ola! 
O tək xaliqə içmişəm mən qəsəm, 
Yerə enməyim Rəxşdən bir qədəm. 
Gərək orda Ərjəng əlin bağlayım. 
Salım boynuna kündəni qapqayım. 
Puladın başını vurub bir kərə, 
Salım Rəxş dırnağı altda yerə. 
O, Bəbri-bəyana tutub peykərin, 
Baxıb Zal ona söylədi: – Afərin! 
Qoyanda üzəngiyə Rüstəm ayaq, 
Nə qəlbi döyündü, nə soldu yanaq. 
Gözüyaşlı Rudabə gəldi bu an, 
O, oğlu önündə qopardı fəqan. 
Dedi Rüstəm: – Ey mehribanım ana! 
Öz arzumla mən getmirəm meydana. 
Məni öz qəmimlə burax, ağlama! 
Əl aç tanrıya, canıma qıl dua! 
Nə etmək, bu imiş mənim qismətim, 
Di sağlıqla qal, ey şanım, şöhrətim! 
Ata, həm ana qucdular boynunu, 
Yola saldılar həsrət ilə onu. 
Budur daima ruzigarın işi, 
Verər vaxta qiymət ağıllı kişi. 
Olursan yaman gün ötən dəmdə şad, 
Sanırsan ki, dünya olubdur abad. 
Ata xidmətindən Cahanpəhləvan 
Çıxıb, məqsədə doğru oldu rəvan. 
İki mənzil bir günə qət edir, 
Geçəni qatıb gündüzə yol gedir
İşıqlı gün olsun, qaranlıq gecə, 
Bilirdi özü Rəxş getsin necə. 
Təamsız, çörəksiz gedirdi belə, 


 
320 
Gəlib çatdı gurla dolu bir çölə. 
Görüncə bunu Rəxşi məhmizlədi, 
Yaxında olan bir guru izlədi. 
Kəmənd əldə, Rüstəm ola, Rəxş ola, 
Qoyarmı dönə ov sağa ya sola? 
Kəyani kəməndi atıb, sanki şir, 
Kəməndə salıb guru etdi əsir. 
Çəkib guru, yıxdı yerə durmadan, 
Adıb üstünü sanki şiri-jəyan, 
Ox ilə kamandan od aldı qoçaq, 
Alışdırdı çör-çöplə, qurdu ocaq. 
Kəsib guru, soydu onu tərtəmiz, 
İti gözdə büryan hazır oldu tez. 
Yedi guru, qaldı sümüklər fəqət, 
Qazan oddu, süfrə ona cılxa ət. 
Bir az otlasın göy çəməndə, deyən, 
Durub açdı Rəxşin başından yüyən 
Qamışlıq kənarında qurdu yataq, 
O qorxunc yeri sandı xəlvət otaq. 
Demə orda şir məskəni var imiş, 
Əlindən şirin fil də bizar imiş. 
Bir az keçdi, aslan dönərkən geri, 
Onun nərəsi titrədirdi yeri. 
Nə gördü qamışlıqda bir fil yatıb, 
Başı üstə bir at qulağın çatıb. 
Dedi: əvvəl-əvvəl atı öldürüm, 
Süvariylə sonra hesabı görüm. 
Hücum etdi ki, Rəxşi sərsin yerə, 
Coşub od kimi Rəxş də bir kərə 
Başından onun vurdu bir cüt təpik, 
İti dişlə tutdu belindən çevik. 
Yerə çırpdı, axdı bulaqtək qanı, 
Həlak etdi o yırtıcı heyvanı. 
Oyandıqda Rüstəm baxıb dörd yana, 
 
321 
Sataşdı gözü birdən o aslana. 
Dedi Rəxşə ki: – Ey sayıqlıqda baş, 
Sənə kim demişdi şir ilə tutaş? 
Öləydin əgər şir cəngində sən, 
Bu şəmşir, dəbilqə, bu covşənlə mən, 
Kəməndlə, ağır gürzlə bir nəfər 
Edərdimmi Mazəndarana səfər? 
Yanımda gəlib kişnəyəydin gərək, 
Eşitcək ki, sən istəyirsən kömək, 
Qaçardı gözümdən yuxum da, inan! 
Tutardım özüm mən o şirə divan. 
Günəş dağ dalından ki, qaldırdı baş, 
Təhəmtən oyandı, geyindi yavaş
Yəhər qoydu Rəxşə, onu oxşadı, 
Dilindəydi pərvərdigarın adı. 
Gəlib çatdı Rüstəm çətin bir yola, 
Fəqət getməliydi, ölə, ya qala. 
Su yox, istidir, od tutub çöl yanır, 
Atın, atlının varlığı odlanır. 
Enib əldə zubin atından yerə, 
Təhəmtən piyada düşüb çöllərə, 
Ağır dərdinə axtarırdı çara, 
Əl açdı göyə, tanrıya yalvara. 
Dedi: – Ey ədalətli xaliq ki sən, 
Bu dərdi, əzabı mənə vermisən, 
Xoşun varsa, canım yaxılsın oda, 
O dünyaya saxla bunu, ey xuda! 
Kömək et mənə, bu yolu tez gedim, 
Gedib, şah Kavusu azad edim. 
Divin cənginə düşmüş iranlılar, 
Nicat ver özün, həqq parvərdigar! 
Günah işləmiş qullarındır sənin 
Əsiri olublar bir Əhrimənin. 
Yanırdı o fil cüssəli pəhləvan, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə