Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə52/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   48   49   50   51   52   53   54   55   ...   78

 
298 
Böyüklər yolundan geri dönməyək. 
O vaxtlarda Ceyhun sərhədd idi
Bütün Mavəra-Nəhrə bir sədd idi. 
Bizim yurdumuzdu, hələ sağdı şah, 
Bu sərhəddə salmazdı İyrəc tamah. 
Verib İyrəcə şah İran mülkünü, 
Dedi: saxla asudə can mülkünü. 
Bu yoldan dönüb, hərbə girsək, inan, 
Bizimçin dönər dar məzara cahan. 
Kəsər lütfünü, qan tökülsə, xuda, 
Bəhər körmərik hər iki dünyada. 
Fəridun bu dünyanı bir vaxt necə 
Bölüb verdi Səlmə, Tura, İyrəcə, 
Bölək eyləcə, qəm nədir, bilməyək, 
Dəyərmi, bu dünya üçün qəm yeyək? 
Qocaldıq tutaq, saç dönüb, oldu qar. 
Qan etdi daşı, torpağı laləzar, 
Nəhayət, bunun varmı bir bəhrəsi? 
Ölüm gözləyir aqibət hər kəsi. 
Qara torpaq altında yatdıqda biz 
Libası olar hər kəsin sadə bez. 
Ağıllı olan ömrü bu dünyada 
Tamah, dərdü qəmlə verərmi bada? 
Əgər Keyqubad razı olsa buna, 
Ədalətdən o etməsə imtina, 
Daha salmarıq Ceyhunu biz yada, 
Çayı adlamaz heç bir iranlı da. 
Gələn dostluq ilə, salamla gələr 
Olar xalq şad, yüksələr ölkələr.., 
Şahın möhrünü naməyə vurdular, 
İran mülkünə getdi qasid, çapar. 
Alıb naməni, tez şaha verdilər, 
Açıb söz, misallar da göstərdilər. 
Düşündu, belə söylədi padişah: 
 
299 
– Məgər baş verib bizdən əvvəl günah? 
Birinci: Turandan xəta baş verib, 
Tur, İyrəc kimi bir şahı öldürüb, 
O Əfrasiyabdı, neçə il qabaq 
Çayı adlayıb gəldi əldə yaraq, 
Eşitdinmi o, neylədi Nuzərə, 
Qəmi sığmaz oldu göy ilə yerə. 
Zəka kanı İğrirəsi kin ilə 
O öldürdü, vəhşilər etməz belə. 
Peşimansınız pis əməldən əgər 
Yeni əhdü peyman verməz zərər. 
Mənə kin, tamah hissi biganədir
Bəsimdir, cahanda payım hər nədir. 
Qoy olsun sizin Ceyhunun o üzü, 
Doya bəlkə Əfrasiyabın gözü. 
Yeni əhdü peymana qol çəkdi şah, 
Ədalət bağında ağac əkdi şah. 
Çapıb gəldi elçi necə bir pələng, 
Alıb Keyqubad naməsini Pəşəng, 
Şah əmr etdi, ordu çəkildi dala, 
Tozun içrə itdi günəş az qala. 
Gəlib keçdilər yel kimi Ceyhunu, 
Xəbər verdilər Keyqubada bunu. 
Dedilər ki, düşmən çəkildi geri, 
Sevinçlə açıldı şahın ləbləri. 
Şaha söylədi Rüstəm – o namidar 

 
Barışma döyüş vaxtı, ey şəhriyar 
Qabaqlar yox idi barışdan əsər, 
Əmudum edib onları sülhsevər. 
Belə söylədi Rüstəmə hökmdar: 

 
Barışdan gözəl bu cahanda nə var? 
Fəridun nəvəsi Pəşəng pəhləvan 
Gəlib hərbdən təngə, istər aman... 
Kimin ağlı vardır başında gərək 


 
300 
Atıb kəcliyi, düzlüyə yol verək. 
Bütün Zabilistanı Sində qədər 
Sənin adına yazdıq, ey namivər, 
Otur Nimruz təxtinə başda tac
Yaşa bəxtiyar, aləmə şölə saç! 
Yenə Kabilistanı ver Mehraba, 
Batır nizəni büsbütün zəhraba, 
Deyil yer üzü xalq üçün heç də dar, 
O yerdə ki şah var, demək, hərb var. 
Qoyub Rüstəmin başına taci-zər 
Belinə bəzək verdi altun kəmər. 
Onu etdi bir ölkəyə hökmran, 
Baş əydi, öpüb torpağı pəhləvan. 
Daha sonra qəti dedi Keyqubad: 
– Zal olmazsa, mən çıxmaram təxtə şad 
Onun bir tükün vermərəm aləmə, 
Əziz yadigardır bəni-Adəmə. 
Hazırlatdı şahanə bir dəst libas, 
Dedi: – qiyməti yoxdu, gövhərşünas, 
Kəmər verdi, tac verdi, firuzə cam, 
Görən olmamışdı belə bir ənam. 
Kəcavə filə çatdı firuzədən, 
Elə parlayırdı ki, Nildir, deyən. 
Ona asdı zərduz, ipək pərdələr, 
Saya, vəznə gəlməz göhər, simü zər. 
Zala göndərib şah, utandı yenə. 
Dedi: yüz belə bəxşiş azdır sənə. 
Əcəl versə möhlət mənə, bir zaman 
Səni eylərəm sərvətə qərq, inan 
Alıb Qarenə, Kivə, həm Kəşvada, 
İgid Bərzin ilə polad Xərrada 
Ləyaqətli xələtlər etdi əta, 
Kimi gördü layiq, necə bir ata 
Qılınc verdi, qalxan və ya simü zər
 
301 
Kimin xidməti çoxdu – tacü kəmər. 
O dəm Parsa tutdu üzün şəhriyar 
Çox xəzinəyə vardır orda açar. 
O vaxtlarda İstəxr paytəxt idi, 
O paytəxtdə şah xoşbəxt idi. 
Ona üz tutub etdi xalq iftixar, 
O idi ləyaqətli bir tacidar. 
Kəyan təxtinə şah qoydu ayaq, 
Ədalətlə insafı etdi dayaq, 
Bu oldu böyüklər yanında sözü: 
– Mənimdir sərasər bugün yer üzü. 
Əgər milçəyə fil edirsə cəfa, 
Dinə, ölkəyə umma ondan vəfa! 
Fəqət doğruluq istərəm dünyada, 
Kəsər əyridən lütfünü tanrı da. 
Elin dərdidir dərdim ancaq mənim, 
Xəzinəm sudur, bir də torpaq mənim. 
Qoşun, ya rəiyyət, mənə fərqi yox, 
Bütün ölkənin xalqı–bir orduyuq. 
Sizə tanrı olsun həmişə pənah, 
Ağıllı olun, dinc olun, xeyrxah. 
Kimin sərvəti var, yeyin, paylayın, 
Məni nazü nemətdə xatırlayın! 
Kimin süfrəsində tapılmaz çörək, 
Kömək gözləsin padşahdan gərək. 
Mənim barigahımda, gəlsin, yesin, 
Şahın ordusunda «yerim var» desin 
Keçən şahları yaxşı yad eylədi, 
Ver əllə cahanı abad eylədi, 
Yüz il dünyada şadiman gün sürüb, 
Cahanda belə padşah kim körüb? 
Onun vardı dörd oğlu, dörd namidar, 
Qubaddan idi dünyada yadigar. 
Birinciydi Kavus – ağıllı, mətin, 


 
302 
İkinci – Keyarəş, biri – Keypəşin, 
Adı Arəş idi kiçik oğlunun 
Yaşarlardı şən sayəsində onun, 
Yüz il təxtü tac sahibi oldu düz 
O gün gəldi ki, bəxti döndərdi üz 
O bildi ki, çatmışdır ölmək çağı, 
Xəzandır, solur ömrünün yarpağı. 
Tələb etdi Keykavusu yanına, 
Ədalətdən, haqdan danışdı ona. 
Dedi: – Köçməyə hazıram indi mən, 
Məni yüklə tabuta, çıx təxtə sən! 
Deyən, indi Əlbürzdən gəlmişəm
Bu gün şadman, təxtə yüksəlmişəm, 
Biri bəhrəsiz ömr edibsə əgər, 
Ağılsızlığından çəkibdir zərər. 
Təmiz qəlbli ol, ədalətli sən 
Ki, etsin dua canına hər yetən. 
Məbada tamah ağlına güc gələ, 
Coşub da qılıncı alasan ələ.  
Qılınc oynadan şah evlər yıxar. 
Tamahkar əlindən xətalar çıxar. 
Dedi, aləmi tərk qıldı, qərəz, 
Saray oldu bir dar məzarla əvəz. 
Qubad dastanı bitdi, versən qulaq, 
Sözü şah Kavusdan indi salaq. 
 
KEYKAVUSUN PADŞAHLIĞI VƏ ONUN 
MAZƏNDARANA SƏFƏRİ 
 
Cavan bir ağac boy atıb yüksələr, 
Fələkdən yetəndə ona bir zərər, 
Kökü sustalar, yarpağı tez solar, 
Düşər qol-budağı yerə, xar olar. 
Qopar rişəsindən qocalmış deyə, 
 
303 
Verər ömrünü bir cavan tingəyə, 
Ona bəxş edər hər gülü, yarpağı, 
Çıraq kimi nurlar saçan bir bağı. 
Əgər yaxşı kökdən bitə pis budaq
Qəzəblənmə, ondan uzaq gəz, uzaq! 
Qoyanda cahanı ata oğluna, 
Açar sirrini bircə-bircə ona. 
Batırsa ata adını bir oğul, 
O, biganədir, bil, deyildir oğul! 
Kim ustadına kəc baxar, kor qalar, 
Üz üstə salar nankoru ruzigar. 
Bu köhnə evin rəsmi var ki, onun 
Tapan olmamış əvvəliylə sonun. 
Bu rəsmi yalan bilsə bir kəs əgər, 
Dayanmaz bu mənzildə, çox tez köçər 
Ata təxti Keykavusa çatdı çün, 
Baş əydi ona yer üzü büsbütün. 
Baxıb gördü: dolmuş, daşır xəznələr, 
– Qulumdur bu aləm–dedi–sərbəsər, 
Bəzəkli gülüstanda Kavusi-key 
Əlində qədəh nuş edir dadlı mey. 
Qızıl təxtin üstə büllurdan paya, 
Oturmuşdu, hökmü rəvan dünyaya. 
Həmişə yanında neçə pəhləvan, 
Deyib dinləyirdi cavan hökmran. 
Bu dəm pərdədara gəlib bir nəfər
Dedi:–Şahım əylənmək istər əgər, 
De, Mazəndarandan bura gəlmişəm, 
Mənim musiqi çalmaq olmuş peşəm. 
Əgər layiq olsa şaha xidmətim, 
İcazə verin, xidmətinə yetim. 
Eşitcək bunu, yollanıb pərdədar, 
Gəlib söylədi:– Ey böyük hökmdar! 
Qapında durub xoş sifət bir canan, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə