Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə49/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   45   46   47   48   49   50   51   52   ...   78

 
280 
Deyərdin: olub asiman yer üzü
Qılınclar olubdur onun ulduzu. 
Xəbər tutdu bundan İran elləri, 
Gəlir şahlığın təxtinə müştəri. 
Dedilər Zala: – Nə yatıb qalmısan 
Cahanı asanca ələ almısan? 
O gündən ki, qoydu səni, getdi Sam, 
Hələ olmadıq bircə gün şadkam. 
Keçib Ceyhunu bir qoşun ki, inan, 
Tozundan Günəş də olubdur nihan. 
Əlindən gəlirsə duşün bir çara 
Ki, düşmən yaxındır, düşub iş dara. 
Belə söylədi onlara Zali-zər: 
– O gün ki, belə bağladım mən kəmər, 
Vuruşda mənə olmayıb tay hələ, 
O gürzü, qılıncı ki, aldım ələ, 
Qədəm basdım hər hansı bir meydana, 
Hamı pəhləvanlar bələndi qana. 
Vuruşdum gecə-gündüz hər yerdə mən, 
Qocaldım da, düşdüm yaman dərdə mən. 
Kamana dönüb pəhləvan peykərim
Daha parlamaz kabili xəncərim. 
Olub Rüstəmim indi sərvi-rəvan, 
Rəvadır qoya tac, ola pəhləvan. 
Gedin cəngi bir at tapın siz barı, 
Ona tab gətirməz ərəb atları. 
Özüm fil kimi bir at axtarmışam, 
Soraqlaşmışam, hər yerə varmışam, 
Tapılsa çağırram onu yanıma, 
Şərik eylərəm qəmli dastanıma. 
Hərif istəyir Zadişəm anını, 
Hünərlə ala düşmənin canını. 
Eşitdi İran xalqı bu sözləri, 
Ürəklər açıldı, gülüb üzləri, 
 
281 
Bilib Rüstəmi ölkəyə bir pənah, 
Kimi at gəzirdi, kimisi silah. 
Dedi Rüstəmə Zal: – Ey filbələn, 
Başı iftixarla göyə yüksələn. 
Önündə sənin çox çətin iş durar, 
Bu gündən yuxun, işrətin sarsınar. 
Döyüşmək sənə tezdir, oğlum, hələ, 
Nə etmək ki, işlər düşüb əngələ? 
Dodağın qoxar süd, uşaqsan, demək, 
Bu yaşda fərəh, naz istər ürək. 
Necə göndərim mən səni meydana, 
O türklərlə ki, təşnədirlər qana? 
Cavabın nədir? Ey oğul, de mənə! 
Səadət, şücaət yar olsun sənə! 
Dedi Zala Rüstəm: – Qulaq as, atam! 
Eyibdir mənə işrətə baş qatam 
Bu cüssə, bu pəncə, bu qollarla mən 
Olum nazpərvərdə? Yol vermə sən! 
Döyüş vaxtı olsa mənə dünya dar. 
Mənə yar olar bəxt, pərvərdigar. 
Döyüşdə əgər istəsəm qan tökəm. 
Görərsən, tayım yox, hünərdə təkəm 
Əlimdə qılınc, bir buluddur ki, var 
Su rəngindədir, coşsa, qan yağdırar. 
Salar aləmə od onun cövhəri
Əzər, doğrayar, məhv edər filləri. 
Mənə bir uca dağ kimi at gərək. 
Düşərmi belə at kəməndə görək? 
Əmud istərəm mən ağırlıqda dağ, 
Turandan bura kim basarsa ayaq 
Əzəm başını gürz ilə, xar edəm. 
İran mülkünə basmasınlar qədəm. 
Qoşun qoymayıb yer üzündə qıram. 
Döyüş meydanında mən od yağdıram. 


 
282 
Onun söhbtindən fərəhləndi Zal, 
Sevincdən qanadlandı, şənləndi Zal. 
Dedi: – Zabilistandakı ilxılar 
Gərək Kabilistanda tutsun qərar. 
Hər at Rüstəmin qarşısından keçib, 
Dağından, dedilər, filan şah seçib. 
Hər hansı atı saxlayıb pəhləvan, 
Əlini belinə basınca haman, 
Gücündən qırıldı beli təm yarı, 
Təhəmtən belə yoxladı atları, 
Nə gördü ki: bir yorğa madyan gedir, 
Geniş sağrılı, sinədən sanki şir, 
Qulaqlar iti xəncərə oxşayar, 
Döşü, sağrısı kök, bel incə, hamar 
Dalınca özü boyda dayça gedər, 
Döşü, sağrısı diqqəti cəlb edər. 
Qara göz kəhər, quyruğu bir cida, 
Dönər dırnağı dəydiyi yer oda 
Gözəl xalları var, deyər hər baxan 
Qızıl güllə zinət tapıb zəfəran. 
Nəzər saldı Rüstəm həmin madyana, 
O dayça, deyən, fil göründü ona. 
Ayırsın deyə dayçanı ilxıdan, 
Kəməndə əl atdı o dəm pəhləvan. 
Qoca ilxıçı söylədi: – Ey ağa, 
Təlaş etmə özgə atın tutmağa! 
Kimindir bu at? – Döndü Rüstəm geri 
Ki, yox sağrısında hələ dağ yeri? 
Cavab verdi: – Rəxş adlanır bu kəhər, 
«Bir od parçasıdır» – görənlər deyər, 
Həmişə sahibsiz onu görmüşük, 
Ona Rüstəmin Rəxşi ad vermişik. 
Yəhərlənməli vaxtıdır–üçyaşar, 
Böyüklər onun arxasınca qoşar. 
 
283 
Anası görüncə kəmənd gəzdirən, 
Bir aslan kimi həmlə eylər həmən. 
Ona atdı Rüstəm kəyani kəmənd, 
Başında kəhər dayçanın oldu bənd. 
Anası hücum etdi bir şir kimin
Dişiylə qoparsın başın Rüstəmin, 
Çəkib nərə Rüstəm – o gənc qəhrəman, 
Çaşıb qaldı madyan yerində haman. 
Vurub yumruğu madyanın boynuna, 
Bu yumruq elə təsir etdi ona, 
Düşüb qalxdı, döndərdi Rüstəmdən üz, 
Dönüb ilxıya sarı yollandı düz. 
Kəməndə verib güclə Rüstəm təkan, 
Önündə atı ram gördü haman. 
Qolunda bütün qüvvəsin topladı, 
Belindən basıb, yoxlayanda atı. 
Nə gördü? Beli heç də qatlanmayır, 
Ağırlıq nədir, sanki heç qanmayır. 
Sevindi ürəkdən, dedi: – Afərin, 
Sən oldun sevimli atı Rüstəmin. 
Qocadan soruşdu: – Atı kim satır? 
Nədir qiyməti, de, kimə pul çatır? 
Dedi ilxıçı: – Rüstəm isən əgər, 
Apar, gəz İran mülkünü sərbəsər, 
İran mülküdür qiyməti dayçanın, 
Onu min, havadarı ol İranın! 
Bu sözdən dodağı qaçıb Rüstəmin, 
Dedi: – Çox şükür, tanrı, oldum əmin. 
Yəhər qoydu gülrəngə min zövq ilə
Döyüş əzmi qıldı böyük şövq ilə. 
Nə gördü: atın var gücü, qeyrəti, 
Ürəkli, dözümlü, ayaqdan iti. 
Ata bəd nəzər dəyməsin, gizlicə 
Üzərlik salardı oda hər gecə. 


 
284 
Bilirdi: gücü ölçülərsə əgər, 
Belində gücü var iki fil qədər. 
Çapanda sanarsan ki, ceyran qaçar, 
Bu atdır ki, yerdən onu qaldırar. 
Zalın könlü gülşən kimi oldu şad 
Ki, Rüstəm tapıb Rəxş adında bir at. 
Bugündən sabah dərdini çəkmədən 
O, simü zəri payladı xəznədən. 
Qoşun hər tərəfdən gəlib dalbadal, 
Tədarük başa çatdı, əmr etdi Zal, 
Çalındı təbil, gurladı kərrənay, 
Filə bağlı zənglər qopardı haray. 
Məgər Zabilistanda məhşər olub? 
Dərə, dağ, düzənlik qoşunla dolub. 
Durub Rüstəm öndə üzündə vüqar
Dalında çəkib pəhləvanlar hasar, 
Döyürlər yürüş təblini gurhagur, 
Dəniztək coşur ordu, dünya qopur. 
Baharda gülə qərq olanda cahan 
Qoşun Zabilistandan oldu rəvan.  
Çatıb Zaldan Əfrasiyaba xəbər, 
Yeyib yatmadı, çəkdi möhnət, kədər. 
Gətirdi Rey ətrafına ordunu, 
Suyu, otlağı valeh etdi onu. 
İran ordusu gəlməz idi sana, 
Gəlirdi ötüb çölləri meydana, 
İki ordu artıq yaxınlaşdılar, 
Çağırdı Zali-zər gələ başçılar 
Dedi: – Sizdə vardır ağıl, həm hünər, 
Həyatı bilən, yaşlı sərkərdələr! 
Böyüklük, səadət yolunda bütün 
Belə bir qoşun hazır etdim bugün. 
Şahın təxti boşdur ki, iş axsayır, 
Bu ordu məgər orduya oxşayır? 
 
285 
Zəv əyləşdi şah təxtinə bir zaman
Deyərdin: təzə don geyindi cahan. 
Bizə indi bir şahnəsəb şah gərək, 
Ona tac verib, təxtə əyləşdirək. 
Gərək şah ola ölkədə hökm edən, 
Nədir qiyməti, olsa başsız bədən? 
Mənə verdi möbid nişan bir zaman 
Ləyaqətli bir şah, bəxti cavan. 
Fəridun nəsəbli, adı Keyqubad, 
Ağıllı, fərasətli, qüvvəli, şad. 
Tutub üz, dedi Zali-zər Rüstəmə: 
–Götür gürzü, atlan, daha gözləmə 
Qoşundan ayır bir bölük atlı sən, 
Get Əlbürzə yolda nəfəs dərmədən. 
Çatıb Keyqubada salam ərz elə, 
Yubanma ki, işlər düşər müşkülə! 
Gecə-gündüz at çap, uzaqdırsa yol, 
İki həftə ötcək, çalış, burda ol! 
De: – Ordu səni şahlığa istəyir, 
Verib təxtə ziynət, səni gözləyir. 
Kəyan tacı layiqdir ancaq sənə
Şahım, çat dada, sahib ol ölkənə. 
Təhəmtən ədəblə baş əydi Zala, 
Külək sürətiylə düzəldi yola. 
Yol üstə var idi keşikdə duran 
Turan ordusu, çatcağın pəhləvan 
Öküz kəlləli gürzü aldı ələ, 
Qopardı o meydanda bir vəlvələ. 
O pusqu quranlar olub tarümar, 
Əzilmiş, döyülmüş qoyub qaçdılar. 
Gözü yaşlı, bağrı dolu qan, kədər, 
Apardılar Əfrasiyaba xəbər. 
Nə olmuşdu nəql etdilər birbəbir, 
Acıqlandı Əfrasiyab sanki şir. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə