Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə46/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   42   43   44   45   46   47   48   49   ...   78

 
262 
Xəbər tutdu Nuzər ki, Qaren gedib
Dalınca hasarı o da tərk edib, 
Çapıb getdi bəlkə yaman gün ötə, 
Fələk salmaya başını zillətə. 
Gəlib çatdı Əfrasiyaba xəbər 
Ki, Nuzər düşübdür daha dərbədər. 
Qoşun toplayıb getdi bəlkə çata, 
Bir aslan kimi çəkdi məhmiz ata. 
Gəlib haqladı çün İran şahını, 
Qaçan düşmənin aldı meydanını. 
Çalışdı ki, şahla gələ üz-üzə, 
Başın tacidarın bədəndən üzə. 
Qaçıb qovdular, sübh olunca gecə, 
Bilən olmadı sübh açıldı necə? 
Asıldı fəzadan gunəş telləri, 
Çapıb gəzdi Əfrasiyab Nuzəri. 
Cahan toz içində qaraldı bütün, 
Ələ keçdi axırda Nuzər o gün. 
Yanınca qoşun min iki yüz nəfər,  
Pənahmı gəzirdi şah, amma hədər. 
Hey at çapdılar, hey yol axtardılar, 
Yenə oldular min bəlaya düçar. 
Nəzər sal, fələk, gör, nə işlər edir? 
Elə bir qoşun oldu şahla əsir. 
Fələk işlərini düşünsən bir az, 
Olan yox qəzanın əlindən xilas. 
O gah qaldırar, təxt verər, tac verər
Ö gah da səni torpağa endirər. 
O, dostdurmu, düşmənmidir, tapmadıq, 
Verər gah sənə xalis iç, gah qabıq. 
Ucaldarsa da başını göylərə, 
Yəqin bil, səni çırpacaqdır yerə. 
Dedi sonra Əfrasiyab orduya 
– Gedin, baş çəkin dağda hər pusquya, 
 
263 
Görün, hardadır Qaren, o pəhləvan! 
Aman verməyin ki, çıxa ortadan. 
Ona söylədidar ki, o filbədən 
Gedibdir dehistana  axşam ikən. 
Bu işdən kədərləndi Əfrasiyab, 
Yeyib yatmadı, çəkdi çox iztirab 
Ki, Qaren səlamət çıxıb ortadan, 
Fikirdən qaraldı gözündə cahan. 
Dedi: – Viysəyə şanlı sərkərdəsən, 
Oğul qanını qoyma gəl yerdə sən
Qaren qurtarıb, başlasa bir də cəng, 
Önündə onun tab gətirməz pələng. 
Döyüşkən bir ordu götür, durmadan 
Onu izlə, çat, zərbə vur arxadan! 
Turan ordusundan seçib dəstələr, 
Yola düşdü Viysə açılcaq səhər. 
Hələ Qarenə çatmadan qəlbi çak 
Əziz oğlu gördü olubdur həlak. 
Turan ordusundan neçə pəhləvan 
Ölübdür, onunla düşüb yanbayan. 
Yatıb bayrağı, parçalanmışdı kus, 
Kəfən lalə rəngində, üz səndərus.
52 
Xəbər çatdı çün Qarenə Viysədən,  
Onu izləyən kinli sərkərdədən. 
Neçə atlı qıldı rəvan Zabıla, 
Özü günçıxan səmtə düşdü yola. 
Oğul dərdi ilə olub bağrı qan, 
İgid Viysə də Parsa oldu rəvan. 
Qaren Parsdan çıxdı, dönsun geri, 
Göründü solunda Turan ləşkəri. 
Toz içrə qara bayraq oldu əyan, 
Qabaqda qoşun başçısı pəhləvan
Döyüş axtarırmış hər iki tərəf
İgidlər durub döş-döşə, çəkdi səf 


 
264 
Ucaldı qoşundan səsi Viysənin. 
Ki, getmiş bada taxtu tacın sənin 
Bütün ölkəni biz keçirdik ələ, 
Salıb ordumuz aləmə vəlvələ. 
Hara sən qaçırsan, mənə söylə bir, 
O dəmdə ki, şahın olubdur əsir? 
Dedi: – Qarenəm mən, bunu yaxşı bil, 
Bu tufan, bu sel heç dizimdən deyil! 
Dehistanı tərk etmədim qorxudan, 
Hanı pəhləvan oğlun, o Bariman? 
                   Qisas aldım ondan, vurub nizəni 
Dalınca gərək göndərim mən səni, 
Qopardı hər iki qoşun toz-duman, 
Nə Ay görsənirdi, nə də asiman. 
Savaş qopdu, dəydi ləşkər ləşkərə 
Axar çay kimi qan töküldü yerə. 
Qaren Viysənin üstünə sürdü at, 
Deyərdin qaçan  Viysə açmış qanad, 
Edib Viysə can qorxusundan fərar 
Qırıldı o meydanda çox namidar. 
O gün Viysənin bəxti oldu qara, 
Qarendən qaçıb axtarırdı çara, 
Gəlib verdi Əfrasiyaba xəbər, 
Ürəkdə oğul dərdi, üzdə kədər. 
Qoşunlar ki, Ərmandan oldu rəvan
53 
Axıtmaq üçün Zabilistanda qan, 
Şəmasas Ceyhun çayın adladı, 
Üzü Sistana doğru çapdı atı. 
Xəzərvan, başında otuz min nəfər, 
Hamı adlı-sanlı igid türklər 
Qılınc beldə, gürz əldə, şən, bəxtiyar
Gəlib Hiyrmənd şəhrinə çatdılar 
Gurabdaydı Zal, Sam üçün bağrı qan, 
Qəbir tikdirirdi ona pəhləvan. 
 
265 
Şəhər içrə Mehrab qalmışdı tək, 
Açıq gözlü idi o, parlaq ürək. 
Bir elçi çağırdı igid, qəhrəman, 
Şəmasas hüzuruna oldu rəvan. 
Gedib elçi çatdıqda verdi səlam, 
Dedi: – Göndərib şah Mehrab pəyam. 
Deyir ki, Turanşah uca bəxt ilə, 
Sağ olsun görüm, tac ilə, təxt ilə! 
Ərəb şahı Zöhhak olubdur babam, 
Elə zənn etmə bugün mən şadam. 
Qohumluqla mən can satın almışam, 
 Əlacsız qalıb, bunca alçalmışam. 
Mənəm Zabilistanda bir hökmdar, 
Əlimdə varımdır böyük ixtiyar, 
Ölüb Sam, matəmdədir Zali-zər, 
Gah ağlar ona, gah da tərif edər! 
Olur şad könlüm o tökdükcə yaş, 
Üzün görməyəydim onun bir də kaş. 
Böyük pəhləvan, bir sözüm var sənə, 
Qəbul eyləyib, ver də möhlət mənə, 
Qoy Əfrasiyab yanına bir nəfər 
Adam göndərim – başlı, sahibhünər, 
Ona sirrimi bir-bir etsin bəyan, 
Çıxar onda sözgəzdirən ortadan. 
Hədiyyə ona göndərim simü zər, 
Əlavə görüm, şah nələr istəyər? 
Desə: gəl mənim yanıma, bil yəqin, 
Qul ollam önündə uca təxtinin. 
Verərdim ona şahlığı, ölkəni, 
Bu sonsuz kədər tərk edərdi məni. 
Sənə pisliyim yetməz, ey pəhləvan, 
Varım, dövlətim də sənindir, inan! 
Şəmasası tutdu belə al dilə, 
Girişdi işə başqa tədbir ilə. 


 
266 
Zalın yanına göndərib bir çapar, 
Dedi: – Quş kimi, uç xəbər tez apar! 
Zala söylə: işlər yamandır, yaman, 
Bir an da gecikmə, amandır, aman! 
İki pəhləvan çəngə hazır gəlir, 
Bu türk ordusu sanki qızmış bəbir 
İki yolla nirməndə çatmış səhər, 
Pul ilə dayandırmışam birtəhər. 
Kələrkən keciksən əgər bircə an, 
Çatar kamına düşmən, ey pəhləvan! 
Çapar çatdı, Dəstanə verdi xəbər, 
Olub bağrı atəş kimi şöləvər, 
Döyüşkən bir ordu alıb durmadan, 
Qoçaq Mehraba sarı oldu rəvan. 
Gəlib gördü: Mehrab möhkəm durur, 
Başında ağıl, görkəmində qürur. 
Düşündü: – Nə mənası var qorxmağın? 
Xəzərvan ilə bir ovuc torpağın 
Yanımda mənim fərqi yoxdur dedi, 
Bir az dincəlib, yaxşı içdi, yedi. 
Dedi Mehraba: – Ey ağıllı kişi, 
Gözəl sahmana salmısan hər işi. 
Gecə vaxtıdır, indi qoy mən gedim, 
Bir əl gəzdirim onlara, qan edim. 
Verim düşmənə gəlməyimdən xəbər, 
Qəzəb yoxsa, bağrımda tüğyan edər. 
Qoluna keçirdi ağır bir kaman, 
Cida boyda bir ox götürdü haman. 
Baxıb, pəhləvanın yerin bəllədi
Atınca, fələk «afərin» söylədi. 
Nişan aldı, üç ox  atıb üç yerl 
Ucaldı ünü düşmənin göylərə. 
Yığıldı qoşun əhli olcaq səhar, 
Gəlib oxlara saldı hər kəs nəzər, 
 
267 
Dedilər: – Bu oxlar onundur, onun  
Belə qüdrəti yoxdur özgə qolun 
Günəş boylanıb, aləmə səpdi nur, 
Qopardı təbil nərəsi gurhagur. 
Kərənay, nağara, iri zənglər 
Çalındı, səs ilə ayıldı şəhər. 
Sərapərdəni Zal çatdı filə, 
Şəhərdən bir ordu çıxardı çölə 
Qoşunlar gəlib durdular üz-üzə 
Toza döndü dağlar, yayıldı düzə. 
Xəzərvan əl atdı əmud-qalxana, 
Çilovtökmə çapdı atın meydana. 
Zalın sinəsindən elə vurdu ki, 
3ireh xırçalandı, bölündü iki. 
Geri döndü meydandan o namidar
Dalınca onun kabilistanlılar, 
Zireh əyninə geydi Zali-delir.
54 
Deyərdin, dönüb meydana gəldi şir, 
Əlində Samın gürzü o pəhləvan, 
Başında qəzəb atəşi, bağrı qan. 
Xəzərvan əyildi yəhər qaşına, 
Zalın gürzü endi onun başına, 
Olub zərbəsindən dəbilqə xəmir, 
Axıb qan, pələng cildinə döndü yer, 
Yıxıldı Xəzərvan yerə tir kimi, 
Səyirtdi atı Zali-zər şir kimi, 
Bağırdı ki: – Gəlsin, Şəmasas hanı? 
O gizləndi, dondu damarda qanı. 
Toz içrə şikar axtaran Zali-zər 
 Qılınc əldə, Gülbada saldı nəzər, 
Zalın gürzünə çün sataşdı gözü, 
Çalışdı ki, qaçsın, itirsin izi, 
Kamanda bir ox çilləyə qoydu Zal. 
Atıb, söylədi: – Gəldi, Gülbad, al! 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə