Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə54/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   50   51   52   53   54   55   56   57   ...   78

 
310 
Yaraşmaz belə bir əməl şahlara. 
Dedi şah Kavus ona: – Yaxşı bil, 
Sənin sözlərin heç gərəksiz deyil. 
Fəqət artığam gücdə, sərvətdə mən 
Ağılda Fəridunla Cəmşiddən, 
Mənuçehr də Keyqubad da belə 
Alammazdı Mazəndaranı dilə. 
Çox üstündür ordum, gücüm, sərvətim, 
Qılıncla cahanı tutub, şöhrətim. 
Bilklə cahan fəth olunmuş bütün, 
Dəmirdən niyə əl çəkək biz bu gün? 
Gərək onları mən salım düz yola, 
Qılıncımla təxtimə tabe ola. 
Gərək bir nəfər orda sağ qoymayam, 
Ağır vergilər, cizyələrlə soyam. 
Nə cadu, nə divlər məni qorxudar, 
Önümdə hamı görsənir xar, zar. 
Yəqin ki, sənə tez çatar bu xəbər 
Ki, dünyada div qalmamış bir nəfər. 
Qal İranda, hökm eylə Rüstəmlə sən
Sayıq ol, gözün çəkmə bu ölkədən! 
Köməkdir mənə haqq pərvərdigar, 
Olar bil ki, divlər əlimdə şikar. 
Döyüşdə kömək etməsən də əgər, 
Çalışma ki, baş tutmasın bu səfər. 
Zala bərk toxundu şahın sözləri, 
Acıqdan qızardı onun gözləri, 
Dedi: – Padşahsan, biz isə quluq, 
Yanırsa ürək, açmağa borcluyuq, 
Ədalət və ya zülm görsən rəva, 
Sənin öz işindir əta, həm xəta. 
Mən öz fikrimi söylədim aşikar, 
Daha bir sözüm yoxdur, ey hökmdar! 
Əcəl çatdımı, bil, deyil əl çəkən. 
 
311 
Fələk yıxdığın olmamışdır tikən. 
Həmişə bu aləmdə xoşbəxt yaşa, 
Mənim sözlərim kaş çıxaydı boşa. 
İşində peşimançılıq çəkmə, şah, 
Sənə məzhəbin, dinin olsun pənah! 
Şah ilə görüşdü, bir ah çəkdi Zal, 
Onun könlünü çulğamışdı məlal. 


 
312 
Qoyub şah Kavusu çıxdı çölə, 
Gözündə qaraldı Günəş, Ay belə. 
Qoşuldu Zala Tus, Röhham, Giv, 
Böyük ehtiram ilə Gudərz, Niv. 
Dedi Giv: – Mən istərəm tanrıdan, 
Daşınsın bu işdən özü hökmran. 
Sənin sözünü saldı Kavus yerə, 
Adam saymaram mən onu bir kərə. 
Paxıllarla acgözlülərdən saqın, 
Sənə gəlməsin kinli düşmən yaxın. 
Hara getsək, hər yerdə söz söyləsək, 
Səni xeyrlə yad edək biz gərək. 
Böyük tanrıdan sonra, bil, təkcə sən 
Bu İranın ümmidisən, fəxrisən. 
Bizimçin ağır zəhmət etdin qəbul
Uzaq bu yolu kəldin, əhsən! Sağ ol! 
Bütün pəhləvanlar Zalı qucdular, 
Yola düşdü Sistana o namidar. 
Şahı tərk edib, getdi Zal pəhləvan, 
Qoşun hey gəlib, toxtadı anbaan. 
Şah əmr etdi Gudərz ilə Tus üçün, 
Qoşunla səfər başlasınlar o gün. 
Səhər–şah qabaqda, qoşun çəkdi səf, 
Yola düşdü Mazəndarana tərəf. 
İran mülkünü tapşırıb Miylada, 
Nə var xəznədə, tacü təxt olsa da, 
Ona söylədi, gəlsə düşmən əgər, 
Qılınc əldə çarpış, sənindir zəfər! 
Həmişə Zala, Rüstəmə arxalan, 
Bu təxtə dayaqdır iki pəhləvan. 
Haman gün çalındı təbil, nay, kus, 
Alıb ordunu getdi Gudərz, Tus. 
Gedirdi qoşun içrə Kavus şah, 
Çatıb İspruza, qurub xeyməgah,
64 
 
313 
Doluydu o yer yırtıcı div ilə, 
Ayaq basmaz idi ora fil belə. 
Döşətdi çadır üstünə zər, ziba, 
Şərabın xoş ətriylə doldu hava. 
Qoşunda olan hər igid pəhləvan . 
Oturmuşdu Kavus ilə yanbayan. 
Gecə mey içib, şən busat qurdular, 
Yataqdan səhər olcağın durdular. 
Dəbilqə başında, belində kəmər 
Gəlib şah hüzurunda səf çəkdilər. 
Tutub Givə üz, söylədi hökmdar: 
-Ağır gürz əlində sən onlarla get, 
O Mazəndaran şəhrini əldə et! 
Qoca, ya cavan, kim kəsərsə yolun,  
Tutub bağla zəncir ilə əl-qolun! 
Yaxıb yandır oldu şəhər, ya ki, kənd. 
Gecə-gündüz atdan düşüb, olma bənd. 
Gedib divlərə çatdırınca xəbər, 
Çalış, qoyma divdən cahanda əsər  
Şaha baş əyib Giv, oldu rəvan, 
Seçib ordudan min igid pəhləvan, 
Gəlib çatdı Mazəndaran şəhrinə, 
Əl atdı ağır gürzə, şəmşirinə, 
Nə arvad-uşaq, nə qoca, nə cavan 
Tapa bildi qanlı qılıncdan aman. 
Qalandı oda, qarət oldu şəhər, 
Qılınclardan od yağdı, bir də zəhər. 
Şəhər bir behişt idi, bir laləzar
Bağı, bağçası bir bəzəkli bahar. 
Kəniz gördü hər məhlədə min nəfər, 
Qulaqlarda sırğa, belində kəmər, 
Elə çoxlu qullar ki, gəlməz saya, 
Papaq başda, oxşardı üzlər aya. 
Hər evdə qızıl dolu xəzinələr, 


 
314 
Qalanmışdı üst-üstə dürrlə-göhər, 
Hesabsızdı orda qoyun, mal-qara 
Deyərdin ki, cənnət çıxıb aşkara. 
Gedib elçi Kavusa verdi xəbər: 
Çiçəklə gülə qərq olubdur şəhər.  
O kəs doğrudan söyləmiş bu sözü: 
Behiştdir bu, Mazəndaranın özü. 
Məgər bir sənəmxanədir bu şəhər 
Ki, Çin atlasıtək çiçəklər bəzər. 
Gözəllər bu yerdə birər huridir, 
O gül üzlərində behişt nuridir. 
Bir həftə belə keçdi, iranlılar 
Qırıb tökdülər, çaldılar, hər nə var, 
Xəbər çatdı Mazəndaran şahına, 
Yanıb bağrı, saçdı şərər ahına. 
Yanındaydı şahın bu dəm Səncədiv, 
Xəbərdən canında min işkəncə, div 
Dedi: – Durma, get, Ağ divə ver xəbər. 
Elə get, necə ki, Günəş yol gedər. 
De, Mazəndaranı gəlib çapdılar 
İrandan gələn vəhşi soyğunçular. 
Qabağında Kavus şah ordunun, 
Dalınca gedir sel kimi bir qoşun. 
Bu gün dadıma çatmasan sən əgər, 
Tapılmaz diri ölkədə bir nəfər. 
Bu peyqamı Səncə eşitcək haman 
Gedib Ağ divə söylədi durmadan. 
Dedi Səncəyə: – Olma əsla məlul, 
Ümidlə yaşa, bir qədər sakit ol! 
Böyük bir qoşunla gəlib indi mən, 
Görüm kimdi Mazəndarana gələn? 
Gecə bir bulud oldu Ağ div haman, 
Qara zənciyə döndu ondan cahan. 
Cahan sanki qırdan bir ümman idi
 
315 
İşıqlı nə vardısa, pünhan idi. 
Büründü qara çadıra göy üzü, 
Qara tüstüdən görmədi göz-gözü. 
Gecə keçdi tez, banlayanda xoruz, 
Gözü kor oyandı o gün Keykavus. 
Kor oldu böyük hissəsi ordunun, 
Şaşırdı hamı dəhşətindən bunun. 
Həlak oldu bir çox igid pəhləvan, 
O bədbəxt qoşundan az oldu qalan. 
Cahan oldu Kavus gözündə qara. 
O idi salan ordunu odlara. 
Xəzinə gedib, ordu düşdü əsir, 
Dönüb taleyi, oldular dəstgir. 
Bu dastan gərək dildə əzbər ola, 
Bütün şahlar ondan bir ibrət ala! 
Bəlaya düşən şah dedi: – Mən bilən, 
Ağıllı vəzir yaxşıdır xəzinədən. 
O, bir həftə çəkdi müsibət, kədər, 
Onun kor gözü görmədi bir nəfər. 
Çəkib nərə, Ağ div dedi: – hökmdar! 
Söyüdsənmi, yoxdur budağında bar? 
İran, olmaya, dar gəlirdi sənə, 
Düşübsən bu Mazəndaran qəsdinə? 
Qızıb fil kimi, arxalandın gücə, 
Gözündə göründü hamı bir cücə. 
Danış, təxtü tacınmı azdı sənin? 
Puç ağlın belə yoldan azdı sənin? 
O daş başını yardı ki, atmısan, 
Demək, indi öz arzuna çatmısan. 
Seçib sonra tam on iki min nəfər, 
Qılınc əldə, qan təşnəsi divi-nər, 
Gözətçi kimi qoydu, iranlılar 
Əsarətdə qaldı, hamı oldu xar. 
Yığıb pəhləvanlarını bir yerə, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə