Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə56/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   52   53   54   55   56   57   58   59   ...   78

 
322 
Susuzluqdan olmuşdu bir natəvan. 
Dil ağzında çat-çatdı bərk istidən, 
Düşüb qaldı qızmar qum üstə həmən
Nə gördü, yanından ötür dağ qoçu, 
Görüncə şümal sağrılı ağ qoçu, 
Fikirləşdi Rüstəm: bu heyvan gərək 
Su içsin, susuz neyləyir çöldə tək? 
Məgər həqq mənə lütfünü göstərib? 
Bu gündə onu yardıma göndərib? 
Qılıncı edib sağ əlində dayaq, 
Güc ilə ayaq üstə tez qalxaraq, 
Bir əldə qılınc, bir əlində kəmənd 
Gedirdi, kəməndə edib Rəxşi bənd. 
Çatıb bir yerə saxladı qoç ayaq, 
Baxıb gördü Rüstəm: axır bir bulaq, 
Göyə əl açıb söylədi: – Ey xuda 
Sənin lütfünə bir dəlildir bu əa. 
Qapından o kəslər ki üz döndərər, 
Ağılsızlığından çəkərlər zərər. 
Qoç olmuş məgər sahibi bu suyun? 
Nə vaxtdan mənə dostdu vəhşi qoyun? 
İşin bu cahanda düşərsə dara, 
Əl üz bəndədən, həqdən imdad ara! 
Sağ ol, qoç, mənə yaxşı etdin kömək! 
Səni hifz eləsin bəladan fələk. 
Görüm, otlağında xəzan olmasın, 
Bərəndən səni qalxızan olmasın. 
Kim oxla, kamanla alar üstünü
Qırılsın kamanı, qaralsın günü. 
Kəfən barəsində düşündükdə mən 
Bu fil cüssəmə sən həyat vermisən. 
Böyük əjdəha kamına sığmayan 
Canım qurda qismət olardı, inan! 
Yetən vəhşi heyvan didərdi məni, 
 
323 
Tutardı xəbər Rüstəmin düşməni. 
Duası sona çatdı, o şiri-nər 
Açıb aldı Rəxşin belindən yəhər, 
Yudu çeşmənin saf suyunda atı, 
Günəşdir deyən, tükləri parladı. 
Özü, Rəxşi içdi doyunca sudan, 
Götürdü ələ ov üçün ox, kaman. 
Atıb, fil böyüklükdə gur ovladı, 
Soyub, qıçların, qarnını tulladı, 
Bir od yaxdı, şölə yayıldı düzə, 
Çıxardı sudan guru, atdı közə, 
Bişirdi, yedi büsbütün bir guru, 
Sümüklər atıldı yerə qupquru. 
Bulaq başına döndü o bir daha, 
Sudan içdi, meyl eylədi yatmağa. 
Dedi Rəxşə: – Biz yoldayıq, anla sən, 
Nə dostlaş, nə çarlış bir heyvanlar san! 
Əgər gəlsə düşmən, məni tez oyat
Nə divlə, nə aslanla qovğa yarat! 
Yuxu tutdu, ağzında qaldı sözü, 
Gəzib, otladı Rəxş, ayıqdı gözü.., 
Göründü gecə vaxtı bir əjdəha 
Ki, fil qurtara bilməz ondan yaxa. 
O gündən ki, salmışdı məskən çölə. 
Qədəm qoymaz idi ora div belə. 
Kəlib gördü yatmış cəngavəri, 
Yanında bir at var–onun yavəri 
Düşündü: nə olmuş ki, bu pəhləvan 
Yatır məskənimdə mənim qorxmadan? 
Bu yerdən ötüb keçməmiş bir nəfər, 
Nə fillər, nə divlər, nə də şiri-nər. 
Gələn olsa da, yetməmiş kamına, 
Gedibdir hamı əjdəha kamına. 
Tutub Rəxşə sarı üz açdı qanad, 


 
324 
Qaçıb Rüstəmin yanına gəldi at. 
Polad dırnağıyla döyürdu yeri, 
Səsi titrədirdi onun göyləri. 
Təhəmtən oyandı səsə, həycana, 
Ağıl hakm elədi: girə meydana. 
Nəzərdən keçirdi çölü bir daha, 
Qaçıb gözdən itdi bu dəm əjdəha. 
Acıqlandı Rəxşə ki, vurram səni, 
Niyə sən səbəbsiz oyatdın məni? 
Uzandı yenə, yatdı o namidar, 
Göründü yenə əjdəha aşikar. 
Yanında kəlib Rüstəmin durdu Rəxş
Bağırdı, yerə hey təpik vurdu Rəxş. 
Oyandı, yerindən atıldı yenə, 
Boyandı üzü zəfəran rənginə. 
Nəzər saldı başdan-başa ol düzə, 
Qaranlıqda dəymirdi bir şey gözə. 
Dedi mehriban Rəxşə ki, ey dəcəl, 
Yaxamdan nə olmuş ki, çəkməzsən əl? 
Yatıb dincəlirdim, aman vermədin, 
Tutaq tez oyandım, nədir məqsədin? 
Əgər bir də hay-küy salıb kişnəsən, 
Kəsib başını öz qılıncımla mən, 
Piyada gedim bu yolu mən gərək, 
Ağır gürz, bəbri-bəyanımla tək. 
Uzandı üçüncü kərə pəhləvan, 
Yenə yatdı, əynində Vəbri-bəyan. 
Çıxıb ortaya əjdəha gurladı, 
Nəfəs saldı, ağzından od parladı. 
Edib otlağı tərk, şəkləndi at, 
O qorxurdu Rüstəm ola narahat; 
Onun bağrını çulğadı səksəkə 
Ki, Rüstəmdi, həm əjdəha təhlükə. 
Anıb Rüstəmi, qıydı öz canına, 
 
325 
Yetirdi özün Rüstəmin yanına. 
Coşub gurladı, tapdadı torpağı, 
Yeri çat-çat etdi onun dırnağı. 
Oyandı, acıqlandı Rüstəm ata, 
Hazırlaşdı ki, qılınca əl ata, 
İşıqlandı həqq əmri ilə hava
Daha gizlənə bilmədi əjdəha, 
Toranlıqda Rüstəm onu görcəyin, 
Əl atdı qılıncın tutub dəstəyin, 
Elə gurladı sanki yazda bulud, 
Qılıncıyla yandırdı meydanda od 
Dedi: – Adını söylə, ey əjdəha! 
Əlimlə cahandan gedirsən daha. 
Fəqət istəməzdim adın bilmədən 
Alım canını bu qılıncımla mən. 
Ona əjdəha söylədi: – Ey cavan! 
Əlimdən hələ olmamış qurtaran. 
Mənim məskənimdir bu səhra tamam, 
Gəlib keçməmişdir bu yerdən adam. 
Fəzasında şahin qanad açmamış, 
Bir ulduz bu yerdə işıq saçmamış, 
De kimsən, adın nə, tanıtdır mənə, 
Səni kim doğub–saxlasın yas sənə 
Cavab verdi:–Mən Rüstəməm, indi bil, 
Atam Zal, babam Sami-Neyrəmdi, bil, 
Mənəm tək–qoşunla girən meydana, 
Cahanda sürən Rəxşini hər yana. 
Tutaşdı onunla bu dəm əjdəha, 
Macal vermədi söz desin bir daha. 
Fikir verdi Rəxş əjdəhada güçə, 
Salıb cənkinə Tacbəxşi necə? 
Qulaqlarını cütlədi durmadan, 
Dişiylə tutub əjdəhanı haman, 
Dağıtdı bir anda onun çiynini, 


 
326 
Baxıb gördü Rüstəm nədir at kini. 
Qılınc endirib əjdəha başına, 
Axıtdı qanını çölün daşına. 
Təhəmtən salıb əjdəhaya nəzər, 
Dərindən nəfəs dərdi o şiri-nər. 
Görüncə: tutub cəmdəyiylə çöy, 
Yaranmış o səhra boyu qan gölü, 
Təəccüblənib, qərq olub heyrətə, 
Dedi: – Şükr xaliqdəki qüdrətə. 
Gəlib çimdi bir də təmiz saf suda, 
Dedi: – Tanrı tək qüvvədir dünyada! 
Göyə əl açıb söylədi: – Tanrı, sən, 
Mənə güc, fərasət, bilik vermisən. 
Olur, div nədir, şir nədir, fil nədir? 
Susuz çöl nədir, dalğalı Nil nədir? 
Az olsun və ya çox mənim düşmənim, 
Bilirsən önümdə dayanmaz mənim. 
Pərəstiş, dua qurtarınca həmən, 
Yəhər qoydu Gülrəngə, taxdı yüyən. 
Qürur ilə, qalxdı yəhər üstünə, 
Sehirli yol ilə gedirdi yenə. 
Uzun bir yolu getdi altında Rəxş, 
Günorta yerindən dönəndə Günəş, 
O bir mənzilə çatdı, qıldı nəzər, 
Ağaclar, yaşıl ot, axar çeşmələr, 
O gördü ki, bir çeşmə var saf sulu, 
Yanında qızıl cam şərabla dolu. 
Çörək üstə büryan edilmiş quzu, 
Yanında onun bəkməzi, həm duzu. 
Yeyirmiş, içirmiş, demə cadular, 
Görüb Rüstəmi-Zalı qeyb oldular. 
Atından enib baxdı dörd bir yana
Təəccüblə həm əppəyə, büryana, 
Oturdu, yetirdi nəzər hər şeyə, 
 
327 
Qızıl cam içində olan saf meyə, 
Yanında meyin gördü tənbur da var, 
Demək, kimsə bu çöldə işrət qurar. 
Təhəmtən basıb tənburu sinəyə, 
Çalıb çağladı, dərdi coşmuş deyə 
Bu Rüstəm bir avarədir, yox tayı, 
Müsibət, kədərdir cahanda payı. 
O hey əjdəha, şir ilə çarpışar, 
Qılar aslanı, əjdəhanı şikar. 
Nə mey camı tutmuş, nə gül iyləmiş, 
Ona bunları həqq haram eyləmiş. 
Həmişə tutaşmış nəhəng ilə tək, 
Dayansın önündə pələnglər gərək...» 
Eşitdi saz-avazı Cadu qarı, 
Dedi: – Var bunun Rüstəmə oxşarı. 
Bəzək verdi ruxsarına tərtəmiz, 
Gülə oxşadı ondakı çirkin üz. 
Gəlib Rüstəmin yanına naz ilə, 
Salam verdi ona xoş avaz ilə. 
Təhəmtən bunu görcəyin oldu şad
Düşündü məni eyləmiş tanrı yad. 
Bu səhrada bir  beylə süfrə sərib, 
Qızıl camda mey, şux sənəm göndərib, 
Nə bilsin: sənəm sandığı cadudur? 
Dona girsə də, Əhriməndir durur. 
Şərabla dolu camı aldı ələ, 
Xuda namını tez gətirdi dilə, 
Alınca dilə tanrının qüdrəti, 
Dəyişdi haman cadunun surəti. 
Qaraldı üzü, girdi başqa dona, 
Təhəmtən çevik döndü, baxdı ona. 
Kəməndi açıb atdı tez pəhləvan, 
Başından tora düşdü cadu haman. 
Dedi: – Doğru söylə görüm, sən nəsən? 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə