Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə47/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   43   44   45   46   47   48   49   50   ...   78

 
268 
Gedib ox dağıtdı kəmərbəndini, 
Polad zəncirin qırdı hər bəndini. 
Tikildi belindən yəhər qaşına, 
Oturdu qoşun Gülbadın yasına. 
Sərildi yerə çün igid pəhləvan
Saraldı Şəmasas üzü qorxudan. 
Ürək qalmadı onda çarpışmağa, 
Çevirdi atın başını qaçmağa. 
Qovur düşməni zabilistanlılar, 
Gedirdi qabaq səfdə Zali-səvar. 
Döyüş meydanında qoyub leşləri, 
Hücuma gələnlər qaçırdı geri. 
Şəmasas o dəmdə ki, çıxdı düzə, 
Nə gördü ki: Qaren gəlir üz-üzə. 
O ki, öldürüb Viysənin oğlunu, 
Dağıtmışdı, qırmışdı bir ordunu. 
Qoşun qarşısı da qoşun çəkdi səf, 
Şəmasasla Qaren–həra bir tərəf. 
Qaren bildi, kimlərdir onlar belə, 
Yenə Zabilistanda düşmüş çölə 
Döyüş təbli çaldırdı, kəsdi yolu, 
İşə düşdü nər pəhləvanlar qolu. 
O yorğun, o əzgin düşən ordudan 
Göyə qalxdı bir həmlədə toz, duman, 
Şəmasas gördü xarabdır işi, 
Əkildi, yanınca beş-altı kişi. 
Turan mülkünə üz tutub çapdı at, 
Ölümdən çətinliklə tapdı nəcat, 
Turan şahına gəldi, çatdı xəbər 
Ki, başsız qalıb yerdə sərkərdələr. 
Tutaşdı oda qəlbi, çəkdi fəqan
Gözündən yanaqlarına axdı qan. 
Qəzəblə bağırdı: – O Nuzər hanı? 
Verin Viysəyə, tam halaldır qanı. 
 
269 
Gərək öldürəm şahı, yoxdur çaram. 
Yeni bir ədavət odu yandıram. 
Dedi cəllada: – Çək onu meydana, 
Kəsib başını qərq elə al qana! 
Bu fərmanı Nuzər bilib, çəkdi ah, 
Həyatından əl üzdü o padşah. 
Çığırla-bağırla böyük izdiham, 
Bir ordu gedib Nuzər üstə tamam, 
Tutub, bağlayıb nazənin qolları, 
Şahı çəkdilər əjdəhaya sarı. 
Çıxardıb onu zülm ilə xeymədən, 
Ayağı yalın, xar, çılpaqbədən. 
Onu görçək Əfrasiyab, açdı dil, 
Gətirdi babası kinindən dəlil. 
Açıb Səlm ilə Turdan dasitan, 
Nə şahdan utandı, nə də tanrıdan. 
– Sənə bu cəzalar da azdır hələ  
Dedi, bir qılınc aldı kinlə ələ, 
Qəzəblə elə zarbə vurdu ona, 
Bədən bir yana düşdü, baş bir yana, 
Mənuçehr şahın ümidi olan 
Oğul öldü, həm qaldı şahsız İran. 
Başında ağıl, huş varınsa əgər, 
Geyinmə tamah paltarı sən hədər, 
Sənintək görüb təxtü tac çoxları, 
Oxu qəmli dastanları sən barı! 
Tutaq, yüksəlib, arzuna çatmısan, 
Demək, arzu, istək daşın atmısan 
Qara torpağa bağladın bel neçin? 
O torpaq səni ölmüş istər yəqin. 
Əlinlə yəhərlənsə də asiman, 
Yerin altıdır son məkanın, inan! 
Əsirlər gəlib qarşıda durdu xar, 
Aman istəyib etdilər ahü zar. 


 
270 
Bunu gördü İğrirəs oldu məlul, 
Bu zülmü edə bilməyirdi qəbul. 
Düşündü ki, bunlarda yox bir günah, 
Niyə öldürür bunları padişah? 
O iqdam edib, xeyrxah bir işə, 
Gəlib yalvara-yalvara xahişə, 
Dedi: –Bunların yox əlində silah, 
Vuruşmaz, döyüşməzlər, ey padşah! 
Əsir boynunu vurmağın xoş deyil. 
Eniş var bu yüksəlmək ardınca, bil! 
Günahsızların girmə can qəsdinə 
Qolu bağlı ver onları sən mənə. 
Edim onları həbs bir dağda mən
Keşikçi qoyum, gözləsinlər həmən, 
Qoy etsin hamı Saridə ahü zar,
55 
Saqın qan axıtmaqdan, ey hökmdar. 
Qulaq asdı diqqətlə Əfrasiyab, 
Gəlib rəhmə, kamınça verdi cavab, 
Dedi: – Onları Sariyə göndərin! 
Çəkin zəncirə, çox əziyyət verin! 
Bu fərmanı verdi, düzəldi yola, 
Qoşunla çapırdı atı dördnala. 
Qovub atları tərləyə-tərləyə. 
Dehistandan o gəldi, çatdı Reyə 
Kəyan tacını aldı, qoydu başa, 
İran təxti çatdı o qəlbi daşa. 
Xəbər çatdı Qostəhmə, Tusa  o gün 
Ki, şahlıq büsatı pozulmuş bütün. 
Qılıncla kəsilmiş başı Nuzərin 
Tacı düşmənə çatmış o sərvərin 
Üzə əl atıb, saçların yoldular, 
İran mülkünü çulğadı ahü zar, 
Yaxa açdı sərkərdələr gözdə qan, 
Ucaldı göyə ölkədə ah-aman; 
 
271 
Tutub Zabilistana üz, getdilər
«Şahım, vay» deyə, ahü zar etdilər. 
Zala çatdılar sinədə dərdü qəm, 
Yanaqlarda qan, başda kül, gözdə nəm, 
Dedilər: – Sən ey qəhrəman, tacidar, 
Bizə şahımızdan əziz yadigar, 
Başın yerdə axtarmasın tac barı, 
Şahın qanı islatdı torpaqları. 
Bu yerlərdə bitki göyərsə əgər, 
Günəş qarşısında yerə baş əyər, 
Ata matəmində necə bir uşaq,  
Gözü yaşlıyıq, sən bizə dayaq! 
Mənuçehrdən tək o idi nişan, 
Ona baş əyirdi, bilirsən, cahan. 
Qılıncla kəsildi başı, oldu xar
Onun matəmində cahan ağlayar. 
Qılınclar qınından çəkilsin gərək, 
Qana qan alaq, çoxlu qurban verək. 
Fələk də əza saxlamışdır, inan, 
Yerə indi qan yağdırar asiman. 
Gəlin göz dolu siz də qan ağlayın, 
Atın bu libası, qara bağlayın! 
Şahın matəmində gərək hər kəsin 
Gözündə yaş olsun da, qəlbində kni. 
Bu sözdən hamı ağladı zar-zar, 
Deyərdin tutub od, alovlandılar. 
Qəsəm yad edib Zal dedi: – Həşrədək 
Qılıncı qına qoymayım mən gərək. 
Yəhər taxtım olsun əlimdə yaraq, 
İti nizəm ancaq mənə bir dayaq. 
Üzəngimdən heç vaxt ayaq üzməyim, 
Dəbilqə qoyum, başda tac gəzməyim. 
Nədir, bilməyim, istirahət, yuxu? 
Gözümdən axa sel kimi qanlı su. 


 
272 
Şahın ruhuna həqq-pərvərdigar 
Əzizlər məqamında versin qərar. 
Sizə həm budur istəyim dünyada: 
Böyük tanrımız səbr qılsın əta. 
Bizi ölmək üçün doğubdur ana. 
Kimin qüdrəti var bu əmri dana? 
İgidlər qisas almağa getdilər
Saridə əsirlər tutunca xəbər, 
Turan şahının qorxusundan tamam 
Yeyib yatmağı bildi onlar haram. 
Sifariş gəlib çatdı İğrirəsə 
Ki, sən xeyrxahsan bu gün hər kəsə. 
Ölümdən bizə sən veribsən nicat, 
Quluq biz, sənindir bu can, bu həyat. 
Bilirsən, durur Zabilistanda Zal, 
Durur Kabilistan şahında cədal, 
Bu torpaqda Bərzinlə Qaren durar, 
Bu meydanda Xərrad, Kəşvad var. 
Qırılsa hamı, bir nəfər qalsa da, 
Bil, İranı verməzlər onlar yada. 
İgidlər hücum etsələr, siz bilin
Oyar nizə ilə gözün düşmənin. 
Düşər qorxu Əfrasiyab canına, 
Susar onda məhbusların qanına. 
Tacı başda qalsın deyə zülmkar 
Günahsızların boynunu vurdurar. 
Ümid indi qalmışdır İğrirəsə, 
Bizi həbsdən o xilas eyləsə, 
Dağıllıq cahanda hərə bir yana, 
Həmişə duaçı olub biz ona, 
Gedib vəsfini şahlara söylərik, 
Açıb tanrıya əl, dua eylərik. 
Belə verdi İğrirəs onda cavab: 
– Bu cür eyləsəm, mütləq, Əfrasiyab 
 
273 
Məni aşkara düşmən adlandırar, 
Olub Əhrimən, aləmi yandırar. 
Gərək başqa bir yol düşünsün başım 
Ki, məndə günah görməsin qardaşım. 
Qisas almara əzm edən Zali-zər  
Qoşunla olarsa bizə həmləvər, 
Gəlib Sariyə çatsa Dastani-Sam,
56 
Ona tapşırardım sizi mən tamam, 
Özüm Amülü tərk edərdim naçar 
Ki, guya döyüşdən mən etdim fərar. 
Bu sözlərdən iranlılar oldu şad, 
Qoyub torpağam üz, edib həqqi yad 
Əsirlər bir anda çıxartdı qərar, 
Yola saldılar Saridən bir çapar, 
Uzaq bir yolu at çapıb dördnala, 
Əsirlər dilindən yetirsin Zala, 
Desin: tanrı lütfü bizə oldu yar, 
Həyan çıxdı İğrirəs, o namidar. 
Qılıb əhdu peyman biz o sərvərə, 
Onunla sözü qoymuşuq bir yerə, 
İrandan hücuma keçən vaxt Zal 
Gəlib Saridə qaldıra qiylu qal. 
Zal İğrirəsə zor gəlibdir deyə, 
Qılıb Amüli tərk, qaçsın Reyə. 
Qoy olsun bu İğrirəsə bir əsas, 
Olaq əjdəha pəncəsindən xilas. 
Gəlib Zabilistana çatdı çapar, 
Zala söylədi mətləbi, hər nə var. 
Çağırdı dilavərləri Zali-zər, 
Əsirlər nə istərdi verdi xəbər. 
Dedi: – Ey böyük qəhrəmanlar ki, siz, 
Döyüşdə pələngə bərabərsiniz. 
Deyin, kimdə vardır elə bir ürək, 
Vuruşsun bu meydanda mərdanə tək. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə